Şəhadət Qul kimlərə uduzmaq istəmir?
(hekayə)
Şəhadət Qulun həyəcanları, iztirabları bitmək bilmirdi. Uzun ayların işsizliyi, aclığı, arvadının həqarətli sözləri onu qocaltdı, gücdən, nüfuzdan saldı. Kişiyə gərək hamıdan əvvəl öz arvadı hörmət qoya. Arvadından hörmət görməyən kişi cəmiyyət içində də hörmətsiz olur, məsxərəyə qoyulur. Yaşlı kişilərin saatlarla şəhərin ucuz kafelərində oturub evinə getməməsinin səbəbini arvad deyingənliyində axtarmaq lazımdır. Arvad yazıq da neyləsin axı? Evdə uşaqlar yaxşı yeməklər, yeni paltarlar istəyirlər. Kişi də səhər evdən çıxır, bir də gecə qayıdır. Uşaqlar da ananın baş-beynini xarab edirlər.
Şairlər tez-tez 28 maydakı “İşsizlər” çayxanasına yığışıb bir manatlıq çay sifariş edirlər. Gedəcək yerləri olmadığı üçün bir manata çay alıb 3-4 saat vaxt keçirirlər. Burada çox ciddi adamlarla tanış olmuşam. Cibləri boş olsa da, başları dolu olan bir neçə insanı tanımışam. Şəhadət Qulu qul vəziyyətinə salanlar ədəbiyyatda pulu hesabına diktə edənlər idi. Bu adamlar ədəbiyyatı monopoliyaya aldıqları üçün bütün yazar, şairləri özlərinə möhtac etmişdilər. Həqiqəti yazmaq istəyən adamları aclığa məhkum edib iradəsini sındırmağa çalışırdılar. Subay yazarlar üçün vəziyyət bir qədər dözülən idi. Evli yazarlarsa dözülməzliyin ən üst həddini yaşayırlar. Şəhadət Qul görürdü ki, səhərdən axşama, günortadan gecəyə qədər ədəbi tənqidçilər ancaq vəzifəli yazıçıları tərifləyirlər. Düşünürdü ki, ədəbi tənqidçi olduğu kimi, ədəbi tərifçi də olmalıdır. Bu iki sahə üzrə mütəxəssisləri ayrı-ayrılıqda yetişdirmək, oxutmaq, təhsil vermək lazımdır. Qonorar alan kimi bütün pullarını dostlarla yeyib- içməyə xərcləməyə öyrəşən qələm adamları evə pul apara bilmirlər. Arvad töhmətləri belə məqamlarda on qat daha təsirli olur. Şəhadət Qula kəskin yazılar yazdığına görə soyuq münasibət göstərirlər. Televiziya kanalları onu proqrama dəvət edəndə 10 dəqiqəlik danışığının 7 dəqiqəsini kəsirlər. Keçən dəfə də lap böyük axmaqlıq edib vəzifəli şair Dilxoş Dərbədəri tənqid edib. Həmin hissəni montajda kəssələr də söhbət gedib Dilxoş Dərbədərin qulağına çatıb. Dilxoş da bu dəfə dilxoşluq etmədən TV kanalın rəhbərliyinə zəng edib tapşırıq verib ki, bir də bu gədəni efirə çıxartmayın. Şəhadət qapıları üzünə öz cəsarətli hərəkətləri ilə bağlayırdı. Şəhadət bilirdi ki, Dilxoşun böyük nüfuzu var, onu qəzetlərin qonorarından, nəşriyyatların dəstəyindən məhrum edəcək. Amma yenə də tərsliyinə salıb inadından dönmədi. Şəhadət Qul onu da bilirdi ki, Azərbaycanda kitablar iki əsas qrupa bölünür:
1) Çörək verən kitablar
2) Çörək verməyən kitablar
Çörək verən kitablar bəzi gənc yazarların və həyasız tənqidçilərin dolanışıq yeri idi. Aclıqdan əziyyət çəkəndə çörək verən kitablar haqqında təmtəraqlı yazılar yazıb iki dənə şax yüzlük alırdılar. Arvadı tez-tez deyirdi ki, Şəhadət, qurban olum, uşaqlar aclıqdan ölür, sən də Dilxoşun, ya da Cəmal Feyzullanın kitabını təriflə, pul al, axı belə yaşamaq olmaz, bizim ömrümüz getdi, biz cavanıq, ancaq bu uşaqlar yazıqdır axı. Bax, Məşədi Kəblə Qasım nəvəsinin adını Cəmal qoyub. Bax, Məmməd Azəroğlu Cəmalın əsərləri haqqında ayrıca kitab yazdı. Dilxoşla da münasibəti korlanmasın deyə nəvəsinin adını Dilxoş qoydu. Sən niyə belə avamsan? Axı daha yaxşı yerlərdə olmaq sənin haqqındır.
- Fatimə, birin bilirsən, beşin bilmirsən e. Bəs bu uşaqlar böyüyüb biləndə ki, ataları yaltaq, vicdansız olub, necə yaşayacaqlar? Utanıb ölüb yerə girəcəklər. Bir də ki, sənin dediyin o yaxşı yerlərin “yaxşı” qiyməti var e.
- Bəs nə edək, necə dolanaq?
- Bilmirəm, şərtlər çox çətindir. Nə qədər ziyalını, fikir adamını maddi ehtiyaclara məhkum edərək, çörəklə imtahana çəkərək məhv etdilər, özlərinə oxşatdılar.
Şəhadət Qul hər gecə yatanda özünə söz verirdi ki, daha heç kəsi tənqid etməyəcək. Qaşınmayan yerdən qan çıxartmayacaq. Ancaq bacarmırdı, yaltaqlığa, riyakarlığa kənardan səssizcə tamaşa edə bilmirdi. “Yeni müsibət” qəzetinin redaktoru Uzun Çənə orden alanda Qulun bütün ümidləri məhv oldu. Şəhadət redaktor Uzun Çənəyə sonuncu mogikan kimi baxırdı. Amma olmadı, alınmadı. Bu dəfə də ümidlər daşa dəydi. Ümidlərinin daşa dəyməsi Şəhadət Qul üçün yeni hadisə deyildi. Zamanla ümidlərinin daşa dəyməsinə vərdiş etmişdi, hərdən daşa vurmağa ümid tapmayanda, ya da ümidini döyməyə daş tapmayanda darıxırdı. “Ümidlə daş” oyunu həyatının ayrılmaz hissəsinə çevrilmişdi. Belə baxanda yaxşı addır a, məsələn, kimsə məşhur yas verilişinə alternativ addım atmaq istəsə, “Ümidini daşla” adlı TV proqram aça bilər. Yəqin ki, Dilxoşla Cəmalın iksindən biri bu proqrama sponsorluq edərlər. Əsas odur ki, aparıcı xanım həyat həqiqətini Dilxoşun, Cəmalın, ya da elə hər iksinin yatağında axtarsın. Dostları ona Qul deyirlər, Şəhadəti demək istəmirlər. Zarafat bir yana, Şəhadət adı insanın məsuliyyətin birə-beş artırır. Atası oğluna Şəhadət adın ona görə qoymuşdu ki, 5 qızdan sonra oğlu olmuşdu, ata da əhdinə sadiq qalmış, Allaha təşəkkür bildirmək üçün oğluna Şəhadət adını vermişdi. “Yeni müsibət” qəzetinin redaktoru Uzunçənə mükafat alandan sonra Şəhadət Qulun daxilində nələrsə sındı, daxilində nələrsə sınsa da, mübarizəsini davam etdirmək istədi. Mübarizəni davam etdirmək istəsə də, uşaqların aclığı, Fatimənin etirazları onu cəsarətli addımlar atmaqdan çəkindirdi. Fatiməni nədəsə günahkar bilmək haqsızlıq olardı. Dövr və şərtlər çox ağır idi. Yaltaqlığın təbliğ olunduğu və yaltaqların cəmiyyətə ziyalı kimi təqdim edildiyi şəraitdə nə qədər Fatimələr ərlərinə etiraz edirlər. Axı, qadın nə qədər ideal olsa da, övladının aclığına dözə bilmir və uşağın atasına acıqlanır.
Şəhadət evdə tək qalanda əsəbdən ağlayırdı, özünə təsəlli vermək üçün səbəb tapa bilmirdi. Elə bu gün də qeyri-adi heç nə olmayacaq. Şair dostu Aydın Zülmətin cibinə güclə qoyduğu “Mançester” qutusundan bir siqaret çıxarıb yandıracaq və dərin düşüncələrə dalacaq, ürəyində deyinəcək:
- Nə qədər ki, Dilxoş kimilər, Cəmal kimilər var, heç nə dəyişməyəcək, heç nə düzəlməyəcək.
Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025