20 Yanvar Faciəsi Şahid`lərin Dili İlə

11:16 / 20.01.2019
Baxılıb: 2548

“20 yanvar” hadisəsinin şahidi, həmin günlərdə fotoçəkilişlər aparan fotoqraf Tahir Cəfərov:

“Əslində 20 yanvar günü 1990-cı il 19 yanvardan başlayıb. Baxmayaraq ki, Bakıda komendat saatı elan olunmuşdu, mən fotokamera ilə küçələrdə çəkilişlər aparırdım. Şəhərdə patrullar gəzirdilər. Çalışırdım ki, onlar kameranı görməsinlər. Mən rus əsgərlərindən biri ilə söhbət etməyə çalışdım, lakin bu elə də asan məsələ deyildi. Onlar əlisilahlı, üzü tüklə örtülmüş, insanlıqdan kənar şəxslər idi. 19 yanvar idi, hələ axşam düşməmişdi. Avtomatlılardan birilə birtəhər danışa bildim. Onlar xüsusi hazırlanmış desantlar idi, Krasnodar tərəfdən idilər. Artıq 19-dan 20-nə keçən zaman atəş səsləri eşidilməyə başladı.
Bakıda ən dəhşətli mənzərələrdən biri indiki “20 yanvar” metrosu yaxınlığında baş verdi. Orada meyitləri çəkəndə keçirdiyim hissləri heç sözlə demək olmaz. Çəkiliş apardığım zaman güllələr yanımdan vıyıldayıb keçirdi. O zaman qorxu hiss keçirtmirdim.
Orada bir şəkil çəkmişdim, bu heç vaxt yadımdan çıxmayacaq. Əvvəlcə iki insan meyiti sandığım cənazələrin sonradan bir neçə insana məxsus olduğunu anladım. Bədənlər tanınmaz vəziyyətdə idi. Tankın altında əzilən cəsədlərdən 4 əl deyil, 6-7 əl görünürdü.
Mənimlə birgə bir çox çəkiliş aparanlar vardı. Vaxtı ilə"KVN" iştirakçısı olmuş Ənvər Mansurov da kamera ilə çəkiliş aparırdı. Onun atası məndən xahiş etdi ki, Ənvəri oradan çıxarım. Gördüm gəlmir, axırda Ənvərə dedim ki, atanı yaralayıblar. O inandı və məcbur olub evə qayıtdı.
Artıq 20 yanvarın səhəri əhali “Təzə pir” məscidinə şəhidlərini gətirirdi. Səhər tezdən təxminən 50-yə yaxın adamın meyitini tapdıq. Onların ailə üzvləri gəldi, lakin elə meyitlər vardı ki, sahibsiz qalmışdı".

Hadisə şahidi, II dərəcəli “20 yanvar” əlili, “20 yanvar” Cəmiyyətinin sədri Soltan Əzimzadə:

"Bir neçə gün öncədən qoşunların Bakıya gəlməsi haqqında məlumatlar vardı. Yanvarın 16-dan Biləcəridən Bakı şəhərinə gələn yolda, o zamankı “İskra” zavodunun qarşısında piket qurulmuşdu. Qoşunların şəhərə gəlməyinin qarşısını almaq istəyirdik. 4 gün növbəlilik əsasında piketlər davam etdi. 19-dan 20-nə keçən gecə qoşunların axşam saatlarında şəhərə girməsi gözlənilirdi. Tanklar birinci Salyan kazarması tərəfdən hücuma keçdi. Bir tank indiki 20 yanvar (Suvorov) küçəsilə Tbilisi prospektinin kəsişdiyi yerdən tramvay xəttinin üzərindən gəldi. İnsanların dağılması üçün bir zabit danışmaq istədi. Camaat onlardan geri dönməyi tələb etdikdə, mübahisə yarandı. 5-6 dəqiqəlik mübahisədən sonra tankdan başımızın üstündən qarşıdakı binaya atəş açdılar.
Hərbçilər adi əsgərlər deyildi. Çoxu Stavropol vilayətindən gəlmişdi. Camaat tankların qarşısında oturdu. Onlar bizə qaz bombaları (şaşkaları) atdılar. Ətrafı tüstü bürüdü. Qazdan boğulduğumuza görə, yerimizdən qalxıb dağılışmaq istədik. Lakin hərbçilər bizə arxadan atəş açdı. Tbilisi prospektinə kimi silahsız onların qarşısını bir neçə dəfə alsaq da, artıq mənim kimi çoxu güllə ilə yaralanmış, bəziləri isə həlak olmuşdu. Mən qarın nahiyəsindən yaralandım. 21 ildir, güllələrdən biri hələ də bədənimdədir. Mən yaralanana qədər artıq bir neçə nəfərin öldüyünü gördüm. Sonra isə huşum özümdə olmadı”.

Hadisə şahidi, “20 yanvar” əlili Akif Nəsirov :

“Həmin ərəfədə biz küçələrdə otururduq. İnanırdıq ki, canla-başla xidmət etdiyimiz XXI Qızıl Ordu bizə silah çəkməz. Lakin yanıldıq. Düzdür, əvvəlcə onlar şəhərə daxil olmaq üçün camaatla danışıqlar apardılar. Amma xoşluqla buna nail ola bilməyəcəklərini görüb, havaya atəş açdılar. Daha sonra Azərbaycan xalqının əzmini qırmaq üçün əliyalın insanları gülləyə tutdular. İnsanların çoxu indiki “20 yanvar” metrosuna tərəf qaçdı ki, keçidə girsinlər. Lakin tanklar buna imkan vermədi. Qaranlıqda, ağacların arxasında, hətta ağaca çıxaraq gizlənən insanları projektorlar vasitəsilə tapıb güllələyirdilər. Yanımda iki nəfər qətlə yetirildi. Məni də yaraladılar. Yaralıları tankların altından çıxartmaq istəyən zaman qarnımda nəyinsə yandığını hiss etdim. Ağrıya baxmayaraq bir nəfəri yolun ortasından çıxartdım. Lakin sonradan huşumu itirdim. Ayılan zaman özümü qanlı xərəkdə uzanan, yanımda isə ağxalatlıların çalışdığını gördüm. Kiçik otaq idi. Mənim yanımda isə iki meyit də vardı”.
 

20 Yanvar şəhidi İlham Allahverdiyevin qardaşı, hadisə şahidi Elxan Allahverdiyev:

“20 yanvar 1988-ci ildə xalq hərəkatının, müstəqillik uğrunda başlamış savaşın kluminasiya nöqtəsi idi. Yanvarın 18-dən Biləcəri yolu bağlanmışdı. Evimiz II Alatavada idi. 19 yanvarda hava çox soyuq idi. Camaat küçədə növbə çəkirdi. Biz Sovet ordusunda xidmət etmişdik deyə beynizimdə şanlı Sovet ordusu kimi ifadələr qalmışdı. Mən heç vaxt inanmazdım ki, qulluğunda durduğum Sovet ordusu öz süngüsünü, güllələrini xalqına qarşı çevirər. Amma yanılmışdıq. 19-dan 20-nə keçən gecə saat 1-ə işləmiş Biləcəri tərəfdən 20 yanvar istiqamətinə iki tank gəldi. Göyə 2 fişəng buraxdılar. Daha sonra 2 güllə atdılar. Yanımda oğlan dayanmışdı.
Gördük ki, tanklar maşınları əzib keçdilər. Yanımda dayanan Vaqif adlı oğlanın qanı axır. Oradakı cavanlar başladılar hərbçilərə daş atmağa. Onlar da başladılar gülləborana. İlham əvvəl yanımda olsa da, sonradan onu tapmadım. Mənə dedilər ki, Salyanski kazarma yaxınlığında tanklar camaatı yarıb keçib. Ora kömək lazımdır. Ona görə də İlham və yanındakı adamlar ora gedib. Sonradan dedilər ki, əliyalın camaatla birgə İlham keçmiş XXI Qızıl Ordu meydanında tanklarla qarşılaşıb. İlham əllərini qaldıraraq tankların üstünə gedib və deyib: “Soldatı ne vstrlyayte, lyudi bez orujii”. Amma onlar İlhamı vurublar. Bir güllə onun ciyərinə dəyib və ciyərini parçalamışdı.
Mən o zaman əsgərlərə yaxınlaşıb dedim ki atmayın. Oradakı desantlardan biri mənə dedi ki, “U nas prikaz”. Gözümün qabağımda, indiki Alov zavodunun yanında 4 tank bir “VAZ 2106” markalı maşını qovdu və ona çataraq əzdilər. Daha sonra həmin tanklar bizə tərəf atəş açdılar. Orada hündür binanın üstündən bir oğlan yanan butulkaları tankların üstünə atırdı. Oranı gülləboran etdilər.
Yanvarın 20-si səhər küçədə İlhamı və digər uşaqları gözləyirdim. Yerdə oturmuşdum və demə mürgüləmişəm. Birdən qulağıma İlhamın səsi gəldi. Tez durdum, İlhamı soruşdum. Dedilər İlham yoxdur. Sonradan öyrəndim ki, İlham o anda xəstəxanada can verirmiş. Anamla birgə xəstəxanaya getdik. Qapının ağzında, stolun üstündə İlhamın şərfini gördük. Həkim məni otağa çağırdı və İlhamın həlak olduğunu dedi. Sonra mən anamı evə qoydum və getdim morqa. Otağa girən kimi ölü uzatmışdılar. Mən tez onu qucaqladım. Amma gördüm ki, onun bığı yoxdur. Diqqət yetirdim, gördüm ki, o deyil. Həmin insanın bud nahiyəsi yox idi. Sonra digər otağa girdim və İlhamı gördüm. (ağlayır). Qarnı kəsilmiş, bağırsaqları sallanırdı. Damcı-damcı qan sızırdı ...
Əvvəlcə İlhamı Xırdalandakı qəbiristanlıqda dəfn etdik. Sonradan onu Şəhidlər Xiyabanına köçürtdülər. İndi onun Xırdalandakı boş qalmış qəbrinin yerində oğlum Əjdər dəfn edilib. İlham Əjdəri çox istəyirdi. Ona görə də o öləndə onu orada basdırdıq”.

“20 yanvar” şəhidi İlham Allahverdiyevin anası, hadisə şahidi Ofeliya İbrahimova:

“Qızım Rəsmiyə gəldi ki, evimiz yıxılıb, İlham həlak olub. O anı xatırlamıram. Özümdən getmişəm. Ayılanda gördüm meyiti gətiriblər. Həmin anlar ən pis hisləri Fərizə keçirirdi. Fərizə biləndə ki, İlham həlak olub, ağlamadı.
İlhamın məclisi idi, dedilər ki, Fərizə özünü yandırmaq istəyir. Üstünə neft töküb. Elxan ona yalvardı ki, özünü yandırma. Fərizənin atası, anası, bütün qohumlar ona yalvarmağa başladıq. Bizə dedi ki, mən bu evə cüt gəlmişdim, cüt də gedəcəyəm. Yanvarın 22-i gecə idi. Mən hələ də özümdə deyildim. Bir də gördüm ki, evdən qışqırtı səsi gəlir. Ayağa qalxdıq, gördük Fərizə sirkə turşusu içib. Semaşko xəstəxanasına çatanda artıq canını tapşırmışdı”.

“20 yanvar” şəhidi Eldar Məmmədovun anası, hadisə şahidi Bacıxanım Məmmədova:


“19 yanvardan 20 yanvara keçən gecə saat 1-ə işləmiş Eldar evdən çıxıb getdi. Gedəndə dedi ki, “səhər görüşərik”. Gecə saat 3 idi. Qapı döyüldü. Gördüm ki, atasının dayısı arvadı və bacım idi. Bacımın üzü cırılmışdı. Anam xəstə idi. Fikirləşdim ki, yəqin o ölüb. Anam bacıma dedi ki, Eldarın qulağı cırılıb. Eldar İdman İnstitutuna girmək üçün pul yığırdı, bankada pulları vardı. Uşağın pul yığdığı bankanı sındırdım və pulları götürdüm. Fikirləşdim ki, Eldarın qulağını tikdirməyə pul lazım olar. Apardılar məni anam yaşayan evə. Mənə dedilər ki, bacımın oğlunu vurublar. Eldarı soruşdum, cavab verən olmadı. Hamı mənə birtəhər baxırdı. Səhərə qədər Eldardan xəbərsiz qaldım. Səhər 9 olanda qaynımın maşınına mindim, getdik köhnə Çəmbərəkənddəki təcili yardım stansiyasına. Mən maşında oturdum, qaynım girdi içəri. Birdə gördüm ki, qaynım başına döyə-döyə gəlir. Dili də tutulmuşdu. Mən içəri girdim, Eldarı gördüm ...
Eldar evdən çıxandan sonra demə gedib nənəsinin evinə. Orada hamama girib çimib. Təmiz paltarlar geyinərək oradan çıxıb. Çıxanda da son sözü bu olub: “Adam meydana təmiz gedər”. Onun son sözləri bu olub. Onun bu sözləri mənə yadigar qaldı. Eldar 1966-cı ildə doğulmuşdu, ölən zaman 23 yaşı vardı”.

Big.az


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər