Əmir Teymurun lənətinə uğrayan Stalinin qorxusu və çaşqınlığı…

20:00 / 29.01.2019
Baxılıb: 3932

Əmir Teymur 9 aprel 1336-cı ildə Özbəkistanın Səmərqənd şəhəri ilə  Belh şəhəri arasında yerləşən Hoca İlqar - indiki Şaxrisabz kəndində dünyaya göz açıb. Paytaxtı Səmərqənd olan Teymurilər dövlətinin banisidir. Atasının adı Torağay anasının adı isə Təkinə xatun olub. 

Kasıb bir ailədə dünyaya göz açan Teymur, uşaq vaxtından atası tərəfindən dəfələrlə şiddətə məruz qalıb. Gənc yaşlarından qaçaq həyatı yaşamağa başlayan Teymur yanına döyüşçülər yığıb.  Və quldurluq etməyə başlayıb. Ərəb ad qaydalarına əsasən Teymurun tam adı Teymur ibn Tarağay Barlas olub. 1370-ci ildə Əmir titulunu alıb.

Əmir Teymurun topal olduğu iddia edilən döyüş...

1360-cı ildə Sistan imperatorluğunun başçısı Əmir Fəxrəddin düşmənləri ilə döyüşdə zor durumda qalır. Əmir Fəxrəddin yardım üçün Teymurun yanına adam göndərərək ondan dəstək istəyir. Min nəfərlik dəstəsi ilə Sistana gələn Teymur Əmir Fəxrəddinə yardım edərək onun düşmənlərini məhv edir. Bu yardım üçün danışıq əsasında mükafat olaraq, Əmir Fəxrəddinin vəd etdiyi zinyət əşylarını ala bilməyən Teymur geri dönür. Lakin geri qayıdarkən döyüşçüləri ilə birlikdə hücuma məruz qalır. Bu döyüşdə sağ əlinə bir ox girir. Ayağının axsaq olmasının da bu döyüşdə olduğu iddia edilir. Bəzi digər iddialara görə isə onun axsaq olmasına səbəb, uşaq yaşlarında atasının ona verdiyi işgəncələr olub. 

Aradan keçən illər ərzində Teymur daha da güclənir və bəylikləri ələ keçirməyə başlayır. 1365-ci ildə Teymur döyüş yoldaşı olan Hüseyn ilə Belh və Keşi ələ keçirirlər. Hüseyn, Çağatay xanlığını ələ keçirən Kazaganın nəvəsi idi. Hüseyn ilə Teymur yaxın dost idilər. Lakin bir müddət sonra Teymurla Hüseynin arasındakı münasibətlərdə soyuqluq yaranmağa başlayır. 1370-ci ildə aralırandakı gərginlik son həddə çataraq savaşa çevrilir. Əmir Teymur bu savaşda Hüseynə qalib gəlir və özünü isə bəylər bəyi elan edir. Döyüş sonrası Hüseyni öldürmək istəməsə də, yanındakı bəylərdən biri onunla qatı düşmən olduğunu söyləyərək, Hüseyni ona verməsini istəyir. Əmir Teymur Hüseyni ona verir. Daha sonra Çingiz xanın nəslindən olan Saray Mülk xanımla evlənir. Bu xanımdan  iki övladı olur - Miranşah və Şahruh Mirza. Və beləcə Əmir  Teymur Çingiz xanın nəslinə qarışaraq “GÜRGAN” (Kürəkən) adını alır.

Teymurun dinə baxışı...

Teymurun dinə baxışı əslində tarixin digər bütün böyük hökmdarları kimidir - məsafəli və dərin… Məşhur fransız şərqşünas Jean-Paul Roux “Türklərin tarixi” adlı kitabının "Qeyri-müəyyən Dini Rəftar" adlı bir hissəsində bu mövzunu araşdırıb və onun dininin müsəlmanlıq ilə şamanizmin birləşdirilməsindən meydana gəldiyini iddia edir. Bu təsbitin ardından isə qəribə bir cümlə qurur: "Bir adamın eyni anda iki dinə birdən inana biləcəyini qəbul etməmək üçün bu mövzularda çox məlumatsız olmaq lazımdır". 

Bu ifadədən Teymurun iki dinli olduğu aydın olur. Ancaq Teymur ikidinli deyildi. Onun inancı tam mənası ilə bir müsəlmana aid idi. Bu yöndə bir çox faktlar və iddialar var.

İddialara görə, Teymur İslam dinini öz məqsədləri üçün də istifadə edə bilirdi. Eynilə Osmanlı hökmdarları kimi edəcəyi bir səfər zamanı yanındakı alimlərdən, münəccimlərdən səfəri haqqında  məsləhətlər alardı. Xeyli dini məlumatlara sahib idi. Dindarları da hər zaman müdafiə edər və qoruyardı. Hətta Teymur tarixin ən böyük Türk dini xadimlərindən olan Hoca Ahmet Yesevnin qəbrinin olduğu yerə də bir türbə inşa etdirib. Məlumat üçün onu da qeyd edək ki, Əmir Teymur öləndə kəlmeyi şəhadət gətirərək ölüb.

Əmir Teymurun övladlarına  söylədikləri və vəsiyyəti...

"Ey oğullarım, millətin rifahını, xoşbəxtliyini təmin etmək üçün sizlərə buraxdığım vəsiyyəti və qeydləri yaxşı oxuyun, əsla unutmayın və bunları hər zaman tətbiq edin. Millətin dərdlərinə dərman tapmaq vəzifənizdir.


Zəifləri qoruyun, yoxsulları zənginlərin zülmünə buraxmayın. "Ədalət və yaxşılıq etmək" düsturunuz, rəhbəriniz olsun.


Mənim kimi uzun səltənət sürmək istəsəniz, qılıncınızı yaxşıca düşünərək çəkin, bir dəfə çəkdikdən sonra da onu ustalıqla istifadə edin.


Aranıza nifaq toxumları əkilməməsi üçün diqqətli olun. Bəzi düşmənləriniz aranıza nifaq salmaq istəyəcək və bundan faydalanmağa çalışacaqlar. Vəsiyyətimdə sizə idarə şəklini, ana fəlsəfəsini göstərdim. Bunlara sadiq qalsanız, tac başınızdan düşməz. Ölüm yatağında olan atanızın bu sözlərini unutmayın.


Məndən sonra imperator Pir Məhəmməd Cahangir olacaq. Ona, mənə itaət edər kimi itaət edəcəksiniz. Sərkərdələrim, indi itaət andı edin! "


(Və bütün sərkərdələr, saray adamları, ağlayaraq and içdilər).


Əmir Teymur, 1405-cü il fevralın 18-də Çinə səfər edərkən vəfat edib. Son sözü "Lə iləhə illəllah" olub. Öldükdən sonra cənazəsini Səmərqəndə aparıblar. Sağlığında çox sevdiyi nəvəsi Məhəmməd Sultan üçün inşa etdirdiyi türbəyə, nəvəsinin yanına basdırılıb.

Əmir Teymurun yezidiləri yandırması...

Qədim dövrün tarixçiləri Teymurun 1400-cü ilin oktyabrında Şamı almasından dərhal sonra Yezidin məzarına etdiklərini uzun-uzun izah ediblər. O zamanın məşhur tarixçilərindən olan Övliya Çələbi isə, məşhur "Səyahətnamə" əsərinin doqquzuncu cildində qorxulu bir filmi xatırladan, amma rəngarəng səhnələr nəql edən və Teymurun yalnız məzarı təhqir etməklə qalmadığını, Yezidə hörmət göstərən minlərlə adamı da yandırdığını qələmə alıb. 

Həmin əsərdən bəzi maraqlı məqamlar...

Teymur, Şamı aldıqdan sonra Əməvi Məscidinə gəlib Yezidin yolundan gedənlərə “Buranı sarayım etməyə qərar verdim. Məni evləndirin. Elə gözəl bir qız tapın ki, dünyada bir bənzəri olmasın” deyə müraciət edib. Yezidilərin başçısı önə çıxaraq “Padişahım arzu edərsəniz, mənim qızımla evlənin” deyə Əmir Teymura söyləyib. Əmir Teymur bu təklifi qəbul edib, yezidinin qızı ilə evlənməyi şərəfinə 40 gün 40 gecə ziyafət təşkil edib. 41-ci gün Yezidin yolunu gedənlərin hamısını sarayına çağırıb. Onların gözü qarşısında yezidinin qızı ilə cinsi əlaqədə olacağını deyib. Buna qarşılıq olaraq yezidilərin başçısı “olmaz” deyə qışqıraraq etiraz edib: “Bu, günahdır, bir gənc qızla belə rəftar edə bilməzsiniz”. 

Bu sözlərdən qəzəblənən Əmir Teymur yezidilərə “Qatillər” deyə bağırıb. “Peyğəmbər nəslindən olan İmam Hüseyni qətl edərkən günah etmədiniz, utanmadınız, mənim etdiyimmi günah olur?” - deyə yezidilərə qəzəblənib. Sonda yezidilərə “Sizi necə öldürüm” - deyə sual verib. Qəzəbinə hakim ola bilməyən Əmir Teymur döyüşçülərinə əmr edərək Yezid tərəfdarlarını odun çəmbərinin içinə aldırıb. Daha sonra Yezid ibn Müaviyyənin məzarını açdırıb. Teymur döyüşçülərindən birinin “Padişahım, gəl etməyək, günahdır” deməsindən daha da qəzəblənib. Yezid ibn Müaviyyənin cəsədi ilə bərabər 13 Yezid tərəfdarını da yandıraraq kül edib.

Lənətli məzar: Əmir Teymurun qəbrinin açılmasının törətdiyi tarixi fəsadlar... 

1941-ci il iyunun 1-də birinci məzarın açılması prosesi başlayıb. Sovet tarixçisi Mixail Gerasimovun fikrincə, bu məzar Əmir Teymurun oğlu Şahruxun məzarı idi. Alimlər qəbr daşları üzərindəki yazıların sürətini çıxarıblar. Çünki məzarın açılması zamanı qəbr daşlarının zədələnəcəyindən qorxurdular. Qəbrin açılması prosesi kino və foto aparatları ilə lentə alınıb. Məzarın açılması zamanı sovet tarixçisi Aleksandr Semyonov birdən mərmər məzarın üzərində həkk edilmiş və qədim ərəb dilindəki yazıları görüb. Mərmərin üzərində Teymurun 16 adı və Qurani-Kərimdən bir ayə var idi.

Mətn bu sözlərlə bitirdi: "Hər birimiz ölümə məhkumuq və bu dünyadan köçəcəyik. Bizdən əvvəl də böyük insanlar olub və bizdən sonra da olacaqlar. Özünü digərlərindən üstün sayan və əcdadlarının ruhunu ləkələyənləri dəhşətli bəla gözləyir". 

Sovet generalının Stalini qorxudan məlumatı...

Arxeolaqlar susqun halda baxışıblar və əsəblərini sakitləşdirdikdən sonra yenidən qəbri qazmağa davam ediblər. İki gün davam edən qazıntılardan sonra nəhayət, tabutun qapağı görünüb. 

M.Gerasimov tabutun qapağını açıb və iri başı olan kişi skeleti ilə üzləşib. Alimlərin tapdıqları skeletin Əmir Teymura aid olmasına əmin olmalarına səbəb isə, skeletin sol ayağındakı zədə izləri olub. 

Artıq Stalinin tapşırığı yerinə yetirilmişdi. Lakin məsələnin nə qədər ciddi olduğunu hələ də anlamırdılar. 

Növbəti gün Hitler Almaniyasının SSRİ-yə müharibə elan etmədən hücum etməsi barədə xəbərlər yayılır. Və beləcə Böyük Vətən Müharibəsi başlandı. Alimlər və arxeoloqlar dərhal qazıntı işlərini dayandırıb, geri dönürlər. 

M.Gerasimov Əmir Teymurun sümüklərini özü ilə Moskvaya apardı. Bir müddət sonra Səmərqənddə baş verənlər və müharibənin başlanmasının Əmir Teymurun qəbrinin açılması (lənət) ilə bağlı ola biləcəyi haqqda Stalinə məlumat verilib. Çaşqın vəziyyətə düşən Stalinə onu qorxudan bu məlumatı çatdıran şəxs məşhur sovet sərkərdəsi general G.Jukov olub. 

Bundan sonra Stalin Özbəkistan Kommunist Partiyasının birinci katibi Usman Yusupovla əlaqə saxlayır və təcili olaraq Əmir Teymurun qalıqlarını Qur-Əmirə qaytarmaq lazım olduğunu deyir. Ancaq bu, elə də asan bir iş deyildi. Çünki M.Gerasimov hələ labaratoriyada sümüklər üzərində ekspertiza aparırdı.

Və nəhayət, 1942-ci il noyabrın 15-də sümük qalıqları geri qaytarılıb, basdırılması üçün Moskvadan xüsusi qatarla Özbəkistana yola salınır. Hətta Stalinin xüsusi tapşırığı ilə sümük qalıqları böyük bir mühafizə ilə aparılıb. Müharibə şəraitinə görə sümük qalıqlarının Səmərqəndə geri qaytarılması təxminən 1 ay çəkib.

Almanların Stalinqrad məğlubiyyəti: təsadüf yoxsa, reallıq...

Əmir Teymurun sümükləri, nəvəsi və oğlunun qalıqları ilə birlikdə 1942-ci il dekabrın 20-də türbəyə geri gətirilib. Bu hadisə ilə bağlı 4 dildə (fars, özbək, rus və ingilis) xüsusi protokol tərtib edilib. Sənədin bir surətini germetik kapsula yerləşdirərək Teymurun qalıqlarını dəfn etdikləri tabuta qoyublar. Sümük qalıqları İslam qaydalarına uyğun olaraq, yenidən çıxarıldıqları yerə dəfn olunub. Bundan cəmisi iki gün sonra isə Almaniyanın 330 minlik ordusu Stalinqradda mühasirəyə salnıb, əsas hissəsi məhv edilib, qalıqları isə əsir götürülüb.

Müharibə başa çatdıqdan sonra Stalin Səmərqənddə Əmir Teymurun məqbərəsinin bərpası üçün 1 milyon rubl pul ayırıb. O zamana görə bu pulla bir neçə hərbi texnika almaq və ya bir ordunun ən azı 1 aylıq ərzaq təminatını ödəmək olardı.

Qeyd edək ki, bəzi iddialar görə, 1740-cı ildə İran taxt-tacının sahibi Nadir şah Əmir Teymura olan marağı və nifrəti üzündən onun məzarını oğurlatdırıb. Məzarın gətirilməsi üçün göndərdiyi əsgərlər qəbri gətirərkən məzar daşı ikiyə bölünmüşdü. Əmir Teymurun məzarının lənətli olduğundan xəbərdar olan İran şahı baş verənlərin xeyrə əlamət olmadığını düşünərək, fikrini dəyişdirib və dərhal sümükləri və məzar daşını geri göndərib.


Turan ORUC
Musavat.com

 

 

 

 


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər