Rüstəm Dastanoğlu: " Göyçənin özü böyük bir akademiya idi. Aşıq Ələsgər də o akademiyanın ən parlaq məzunu oldu."                                                                                                                                  

17:06 / 31.01.2019
Baxılıb: 6288

Rüstəm Dastanoğlu ədəbiyyatın içini çölündən aydınca görən geniş eridusiyalı fikir adamlarındandır. Orta məktəb illərindən yaradıcılığa başlasa da, ötən əsrin 80-ci illərin sonlarında mərkəzi mətbuatda hekayələri çap olunub. 

Çap olunan əsərləri haqqında tanınmış şair və yazıçılar yüksək fikir bildirsələr də, məlum Qarabağ hadisələrindən sonra ədəbiyyatda yaranmış boşluq onu ədəbi mühitdən uzaq salır. Karyerasını biznes sahəsində inkişaf etdirsə də, yazıçılıq missiyasını unutmur, imkan olan kimi öz hücrəsinə çəkilib yazı-pozu işlərini davam etdirir.

Hər görüşümüzdə Göyçə və ədəbiyyat mövzusu söhbətimizin baş qəhramanına çevrilir. Dünyada, cəmiyyətdə gedən ictimai, siyasi və ədəbi prosesi realizə etmək qabilyyətinə malik bir düşüncə adamı kimi Rüstəm Dastanoğlu ilə həmsöhbət olmaq həm də könül rahatlığıdır.

Görüşlərimizin birində söhbətimizi diqtafonun yaddaşına yazıb, goyce.az-ın oxucuları ilə bölüşməyi özümə borc bildim.

 

Rüstəm müəllim, kifayət qədər yaşınız, həyat təcürbəniz, dünya görüşünüz, mütaliəniz var. Bu ömrün arxasından geriyə boylananda Göyçə necə görünür?

Hər bir insanın harada anadan olması özündən asılı olan bir şey deyil. Bizim də bəxtimizə Göyçə mahalında doğulmaq düşüb. Böyük Qırğız yazıçısı Çingiz Aytmatovun məhşur bir sözü var: Uşaqlığını harada itiribsənsə, ora sənin vətənindi. Mənim də uşaqlığım, yeniyetməlik illərim Göyçə mahalında keçib. 1988-ci ilə qədər harada olmağımdan asılı olmayaraq həmişə gedib-gəlirdim. Çünki o torpaq həmişə bizi özünə çəkirdi. Göyçənin özünəməxsus iqlimi, təbiəti, relyefi, adət-ənənəsi, ağırtaxtalı ağsaqqaları, ağbirçəkləri, igidləri, sənətkarları var idi ki, onlar o torpağa uyğun mühitdə yetişmişdilər. Bizim kəndimiz dəniz səviyyəsindən təqribən 2200 metr yüksəklidə yerləşən qədim bir dağ kəndi idi. Yazda-yayda gül-çiçəyə bürünüb romantik duyğuları oyadan, hər tərəfi göz işlədikcə uzanan göyçəmənliklərlə əhatə olunmuş bu dünyadakı cənnətin özüydü desəm, yəqin ki səhf eləmərəm.

Göyçə təkcə təbiət gözəlliklərinə, o ünlü sənətkarları yetirdiyinəmi görə dəyərliydi? Yoxsa ayrıca bir sehri, qudsallığı varıydı?

Biz Göyçədə olmasaq da, Göyçə indi də öz yerindədi. Amma indiki Göyçə biz dediyimiz Göyçə deyil. Çünki Göyçəni göyçəkləşdirən tək Tanrı deyildi, həm də bizlər idik. Onun daşının, qayasının, torpağının dilini bilən bizlər... Göyçə bizlərlə, öz əzəli sakinləri ilə gözəliydi. Göyçənin bünövrəsi sağlam sütunlar üstündə qurulduğundan mühit də sağlam idi. Ona görə də o mühitdən çıxan adamlar da sağlam düşüncəyə, əxlaqa malik olurdu. Orada hər şeydən əvvəl hər bir insanın öz adını qorumaq missiyası varıydı. Sözə hörmət varıydı. Biz uşaqlıqda böyüklərdən eşidirdik ki, bizim kəndin qaçaq-qoçaq igid adamları olub. Çox az sayda insanlar tapmaq olardı ki, sözünə, vədinə əməl etməsin. Ona görə də biz uşaqlıqdan bilirdik ki, böyüklə necə davranmaq lazımdı, kiçiklə necə davranmaq lazımdı. Sözü necə danışmaq lazımdı. Bunlar hamısı kiçik yaşlarımızdan böyüklərin davranışı ilə səssiz-səmirsiz bizlərə-uşaqlara öyrədilir, örnəklər göstərilirdi.

Mən 18 yaşımdan Ukraynada Kiyevdə təhsil almışam. Başqa bölgədən olan tələbə dostlarım, tanışlarım varıydı. Onlar danışırdı ki, bizim toylar davasız keçməz. Bir dəfə evə- tətilə gedəndə əmimdən (atama "əmi" deyirdim) soruşdum ki, əmi, bizim toylarda niyə dava olmur? Onda dedi ki, bala, bizim kənddə hər kəs öz davranışını bilir. Dədə-babalarımızdan oturuşmuş, yazılmamış qayda-qanunlar, adət-ənənələr var. Ona görə hamı bilir ki, bir yersiz dava-dalaş uzanıb Allah eləməmiş qan düşmənçiliyinə gətirib çıxara bilər. Hər nəsilin bir ağsaqqalı var. Hər kəs öz valideyinləri, nəsli, kəndi qarşısında məsuliyyəti öz varlığında daşıyır. Bu məsuliyyət hissi həmişə onun hərəkətlərini, ağzından çıxan sözü nizamlayır. O qayda-qanunlara görə bizim toylarda dava olmur.  Bax, bu halların özü də göstərir ki, Göyçə mahalı, camaatı sözə nə qədər bağlı olub. Deyirlər kainatı da Allah sözdən bərqərar edib. Bir sözlə, söz ən ali dəyər idi göyçəlilər üçün. Elə Aşıq Ələsgəri də o sözün aliliyini dərk edən mühit yetirmişdir.

İndi bəziləri deyir Aşıq Ələsgərin savadı olmayıb. Sizcə, doğurdanmı Aşıq Əlsəgər savadsız idi?

Aşıq Ələsgər mədrəsə-məktəb təhsili almasa da, yazı-pozu bilməsə də, elm ona Allah tərəfindən buta şəklində verilmişdi. Belə olmasaydı o elmi heç vaxt oxumaqla qazanmaq olmazdı. Düzdür, Ələsgərin ustadı kimi  Aşıq Alının da böyük xidmətləri var. Aşıq Alı da demək olar ki, bütün elmləri bilən böyük fikir adamı, böyük sənətkar idi. Bütün bunlarla bahəm, el-obanın tələbkarlığı, insanların özündə daşıdığı informasiya bir başa Aşıq Ələsgərin düşüncə tərzinə, yaradıcılğına siraət etmişdi. Eyni zamanda Aşıq Ələsgərin möhkəm hafizəsi, qulaq-göz yaddaşı, özünə tələbkarlığı onu ən yüksək səviyyədə formalaşdırdı. Aşıq sənətinin, xalq şeirinin ən möhkəm sütununa çevirdi. Onun haqqında eşidib-bildiklərimiz bir daha təsdiqləyir ki, Aşıq Ələsgər seçilmişlərdən idi. Bu, danılmaz bir reallıqdır:  Ələsgərin dövründə tək Göyçədə yüzdən artıq aşıq, şair varıydı. Amma hamısı onun kölgəsində qaldı. Heç biri Ələsgərin ucaldığı mərtəbəyə qalxa, toxunduğu mətləblərə toxuna bilmədi. Ona görə Göyçədə hər adam aşıq ola bilməzdi, şeir yazıb özünü şair kimi təsdiq edə bilməzdi. Bu mənada bütün olanları ilə Göyçənin özü böyük bir akademiya idi. Aşıq Ələsgər də o akademiyanın ən parlaq məzunu oldu.

Qaldı Ələsgərin savadına. Aşıq Ələsgər demək olar bütün şeirlərində hansı bilgiyə sahib olduğunu ən yüksək səviyyədə nümayiş etdirib. Bir misrasında isə özünün savadı, müəllimi haqqında bütün gizli kodları açıb: Şahimərdan nökəriyəm, dərsimi pünhan verir. Bundan sonra Ələsgərə savadı olmayıb demək ən böyük qəbahət olar.

1988-ci il hadisələrini, göyçəlilərin qaçqınlığını necə xatırlayırsız?

Mən onda Ukraynada idim. Eşitdim ki, Göyçədə köç başlayıb gəldim Azərbaycana. Bizim ailəmiz tək canlarını götürüb çıxmışdılar, heç nə gətirə bilməmişdilər. Allah ömür versin hər ikisinə,  onda  Şəmkir SES-dən Əli Məmmədov, Gədəbəy polisindən də Zakir Kərimov bizə maşın verdi, əmioğlanları ilə getdik köçümüzü gətirməyə. Dekabrın 7-də biz çatdıq kəndə, kənddə 4-5 adam qalmışdı. Rəhmətlik Yaqub, Müslüm dayı, Şamoyev Bayram kənddə idi. Kəndə getdik ki, rus əsgərləri post qurub, girişə, çıxışa nəzarət edir. O əsgərlərin nəzarətində kəndi görəndə elə bildim kəndimiz ölüb, biz də onun yasına gəlmişik. Necə bir adam ölə, ruhu bədəndən çıxa, quruca cismi qala, bax eləydi. Elə bil təbiətin harmoniyası itmişdi,  dağların əvvəlki əzəməti bir həfətnin içində qeybə çəkilmişdi. Başqa vaxt qış gecələrində başının üstündə ulduzları sayrışan kənd, yiyəsizlikdən xarabazara çevrilmişdi. Ən çox həmin vaxt diqqətimi çəkən həyətimizdəki toyuq-cücənin bizdən gizlənməyi oldu. Biz həmişə həyətə girəndə toyuq-cücənin səsi aləmi başına alardı. Amma həmin gün toyuqlar da bizdən qaçırdı, tövlənin ən qaranlıq küncünə, bucağına sakitcə gizlənmişdilər. Elə bil nəfəs də almırdılar. Sanki ayrılığı duymuşdular, evdən ayrılmaq istəmirdilər. Ölüb Göyçədə qalmaq istəyirdilər. Dəhşətli bir səhnə idi...

Nə yaxşı ermənilər həmin vaxt  sizə dəyib-dolaşmadılar?

Biz kənddən dekbarın 8-də çıxdıq, bir gün əvvəl Erministanda- Spitakda güclü zəlzələ olmuşdu deyə, başları özlərinə qarışmışdı. Yoxsa çox riskli bir addımıydı onda Göyçəyə getmək. Hər cür təhlükəynən qarşılaşa bilərdik.  Biz kənddən çıxanda arxamızca ermənilərin silahı olan güllə, daşa gücü çatanı da daş atırdı .

Aradan 30 il vaxt keçib, bir anlıq təsəvvür edək ki, Göyçə dağılmayıb, hamı öz ocağındadı. İndiki Göyçəni necə təsəvvür edirsiniz? İqtisadi inkişaf, mənəvi azadlıq, tərəqqi olacaqdımı?

İnsan istər-istəməz zəmanəyə uyğunlaşır. SSRİ-nin dağılması, zamanın gətirdiyi yeniliklər, yaranacaq siyasi sabitlik göyçəlilərə xüsusi bir stimul verəcəkdi. Hələ sovet vaxtı, xüsusən 80-ci illərdən sonra insanlar özünə orada yaxşı gün-güzaran qurmağa başlamışdı. Hamı yavaş-yavaş varlanır, evlər tikir, maşın alırdı. O ki qala indi. Göyçə camaatı indi orada yaşasaydı, camaatın maddi, sosial problemləri demək olar ki, olmayacaqdı. Göyçənin çox münbit torpağı var . Bizim Daşkənd kəndi Göyçədə ən böyük torpaq sahəsi olan kəndlərdən idi. Torpaqlar kəndlilərə paylansaydı, tək kartofçuluqla rahat yaşamaq mümkün idi. Yadımdadı, biz həyətdə cəmi 7-8 sot yerdən 2 tondan artıq kartof yığırdıq. Heyvandarlıq üçün çox əlverişli şərait var idi. Geniş otlaqlar var idi ki, yüzlərlə mal-heyvan saxlayıb imkanlı fermer olmaq olardı. Hər şeydən əvvəl kəndimizin varlığı, onun sakinləri üçün bir təkanverici qüvvənin olması bütün uğurların əsas mənbəyinə çevriləcəkdi. Onun qoynunda yaşayan insanların bir araya gəlməsi, mənəvi bağların qırılmaması, elin-obanın bütövlüyü iqtisadi, elmi, mədəni, mənəvi inkişafı yaxşı mənada bir rəqabət yaradacaqdı. Təhsil alanların, elm adamlarının, sənətkarların, imkanlı şəxslərin sayı çoxalacaqdı. O imkanlı şəxslər yeni iş yerləri açacaqdı.  Ən əsası da bizim orada sayımız çoxalacaqdı, çoxaldıqca bütün sahədə imkanlar artacaqdı.

Aprel döyüşlərindən sonra cəmiyyətdə bir oyanma var; Prezident İlham Əliyev də çıxışlarında tez-tez İrəvana qayıdacağımızı vurğulayır. İnsanlar o torpağa qayıtmaq üçün müəyyən təşkilatlar yaratmağa, beynəlxalq aləmə müraciət etməyə cəhd edir. Siz necə düşünürsünüz, biz İrəvana, Zəngəzura, Göyçə mahalına qayıdacağıq?

 

Tarix təkrarlanır. Qərbi Azərbaycanda bütün mahallarla birgə Göyçə mahalı təkcə XX əsrdə 4 dəfə qaçqın düşüb, amma yenə də qayıdıb. Ən uzun sürən ayrılıq 1988-ci ildə oldu. Artıq 30 il keçir. Heç vaxt ora qayıtmaq ümidim ölməyib, həmişə də inanmışam ki, mütləq biz ora qayıdacağıq. Çünki ermənilər bu 30 ildə istər fiziki, istərsə də mənəvi olaraq o torpağa sahib çıxa bilmədilər. Kəndimizdən olan çəkilişlərə baxıram ki, 10-15 evdə yaşayış var, o da qoca-qoltuq ermənilərdir. Birincisi, say baxımından onlar orada çox azdı. Az olduqlarından o yerlər boşuna qalıb. İkincisi də onlar o torpağın dilini bilmir. Bilsələr əkib-becərərlər. Torpaq da öz sahibini tanıyır, o da canlıdır, onu kim sevir, kim sevmir hiss edir. Ermənilər özləri də dərk edirlər ki, onlar orada müvəqqəti qonaqdırlar. Qayıdış bir gün olacaq, özü də bizim düşündüyümüzdən də sürətli. Kənardan nə qədər çətin görünsə də, o günə çox az qalıb.

 

Sizi yaxından tanıdığımdan, çoxsaylı söhbətlərimizdən bilirəm ki, Türk-Turan dünyasının qurulmasında atılan hər bir addımı xüsusi bir fəallıqla, həyacanla izləyirsiniz. Son illər türkdilli xalqlar tərəfindən bir yaxınlıq sezilməkdədir. Prosesi dərindən izləyən bir türkçü kimi Turan dünyasının qurulmasında türkün birliyi hazırda nə yerdədir?

Bu günün reallığında dünyada qütbləşmə gedir, bunu hamı bilir. Dünyada güc sahibi olan dövlətlər var ki, onların güclü hərbi qüvvələri, güclü silahları, atomu var, bir də böyük ümumudaxili məhsulu olan dövlətlər var. Amma dünyada iki dövlət var ki, onların daha çox daxili enerjisi var. Daxili enerji xalqdan, millətdən gələn enerjidi. O iki dövlət: Türkiyə və Çin dövlətidi. Vaxtilə İngiltərə o daxili enerjinin gücü sayəsində dünyanın yarısını zəbt etib. Hazırda Türkiyədə daxili enerjisi çox güclüdü. Açıq etiraf edək ki, Ərdoğan hakimiyyətdə olduğu vaxtda bu hiss daha da gücləndi, yatmışları oyatdı. Bütün dünyaya türkün kimliyini hər çıxışında xatırladır. Suriya məsələsində qəti mövqe ortaya qoydu. Türkiyə dövlət olaraq dünyada, xüsusən, şərqdə gedən ictimai-siyasi məsələlərdə yaxından iştirak edir. Hazırda Qüds məsələsində addımlar atır. Mən ümid edirəm ki, yaxın 10 ildə Türkiyə dünyanın 5 super gücündən biri olacaq. Bu da türk-müsəlman dünyasının ən böyük qələbəsi deməkdir. Hazırda türkdilli dövlətlər arasında bir istiləşmə də hiss olunur. Artıq Özbəkistan da Türkiyə ilə yaxınlıq edir. Bu yaxınlığın sayı, coğrafiyası getdikcə genişlənəcək inşallah.

Söhbətləşdi: Qılman İman


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər