Dünya tarixində Çingiz xan və Əmir Teymur kimi türk sərkədələri böyük iz qoyublar. Orta Əsrlərdə taxta çıxmaq üçün Çingiz soyundan gəlmək şərt sayılırdı. Əmir Teymur da Çingiz xan soyundan gəlirdi və onun kimi bir çox əraziləri tutub böyük imperiya yaratmışdı.
Tarixçi-alim Əkbər Nəcəf bu iki türk sərkərdəsinin fərqli və oxşar cəhətlərindən ölkə.az-a danışdı.
Çin xaricində Teymur da Çingiz xan qədər əraziləri zəbt etdi. Ancaq Teymurun Çingizdən fərqi tərbiyəsi idi. Çingiz ac bir ulus üçün dünya, əsasən də İslam coğrafiyasının sərvətinin qapılarını açarkən, Teymur Çingizin görməmiş əmirlərini və məmurlarını sələfindən daha qəddar təbirlərlə tərbiyə etmək məcburiyyətində qaldı. Teymurun tək istinatgahı Çingiz kimi, sadəcə, törə/yasaq deyildi. O, eyni zamanda İslam şəriatının hökmlərinə də əməl etmək məsuliyyətini daşıyırdı. Qılıncla yontub, İslamla cilalamaq prosesində Teymur ordu ilə üləma arasında “ədəbi ittifaq” yaratmağa cəht etdi. Tərəzinin bir tərəfində əsgər, digər tərəfində alimin dayandığı Teymurun nizami-aləm anlayışında memarlıq ən ideal həyat anlayışı idi.
Teymur tikdirdiyi xariqüladə əsərlərə layiq insan cinsi inşa etmək istəyirdi. Acı dili ilə üləmanı tənqid edib onların radikal elmi illuziyalarını dünyəviləşdirməyə çalışarkən, hərəsi bir dərəni tutmuş ipə-sapa yatmayan saysız bəyləri də “Tanrı xofu” ilə islah etməyə çabaladı. Ancaq Çingiz kimi Teymur da çox ibtidai idi. Qorxu ilə istehsal etdiyi dövlətinin hökmdarı olmağa belə özünü layiq bilməyən Teymurun iqtidarı inandırıcılığını hələ başında itirmişdi. Çingiz “Tanrı adına danışırdı”, Teymur isə “Tanrı adına danışanın adından danışdığını” iddia edirdi.
Teymurun işi hərbi baxımdan Çingiz xandan asan, külfəti isə ondan iki qat çoxdu. Çingiz zəngin bir dünyanı çapıb-talayarkən, Teymurun istila etdiyi dünya hər baxımdan kasıblamışdı. Çingizin tək dəstəkçisi vardı: Gök Tenqri. Dəmir kimi bir inanc və sarsılmayan bir iradə ilə Gök Tenqrinin yerdəki ən sadiq xəlifəsi olmaq üçün yaşadı. Teymur da onun qədər sarsılmaz iradə sahibi olsa da ironik bir iman anlayışına sahibdi. Məzhəblərə və onların şeyxlərinə gərəyindən artıq etibar etmədi. Halbuki Çingiz şamanların sözündən heç çıxmazdı.
Teymurun ən böyük dəstəkçisi təbiət idi. 1350-ci ildə hər yerdə tüğyan edən qara ölüm Teymur üçün zəif bir dünya hazırlamışdı. Teymurun ələ keçirdiyi yerlərin çoxunu qara ölüm çoxdan işğal etmişdi. Teymurun dünyası onun kimi topal idi. Vəba üç qitəni Teymurun səltənətə çıxdığı 1370-ci ilə qədər xeyli səssizləşdirmişdi. Təbiət onun düşmənlərini fizikən əzərkən, Teymur cismən məhv etdi. Teymur təbiətin əmiri olduğundan Gök Tenqri adına şahlıq iddia edə bilməzdi. O, tarixin gördüyü ən böyük fateh və ən “soysuz hökmdar”dı. Bəlkə də “soysuz”luğunu üzünə vuran İbn Xəldunun bütün yalvarmalarına baxmayaraq Şama rəhm etmədi. Rəvayətə görə, Teymurla görüşündə böyük alim onun könlünü ələ alsa da, nəsil şəcərəsinin Babil hökmdarı Nəbud-Nəsərə gedib çıxdığını iddia etməklə qarşısındakını gərəkdiyi qədər alçaltmışdı. Babilli olmaq dillərin və kimliklərin mədəni sahibi olmaq deməkdi. Teymur isə qara ölümün yaratdığı, sadəcə, bir "əmir"di.
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024