Ağ ölüm
(novella)
– Təhməz, başına dönüm, bir şey deyim, amma xətrinə dəyməsin. Deyirlər südə-qatığa su qatırlar, nə bilim, ağırlaşsın deyə pendiri duzlu suda saxlayırlar. Səni and verirəm Allaha, belə şeylər eləmə ha!.. Sidq-ürəklə alana de ki, Mənsumanın südü-qatığı, şoru-pendiridir, eyinlərinə pis şey gəlməsin. Halaldan da halal ağartılardır. Hələ kimsə şoru, pendiri duzsuz istəsə, onu da de mənə, hazırlayaram, Allah ölümü deyil ki...
– Ürəyini toxtaq tut, Mənsuma xala, Təhməz sən dediyin o haramzadalardan deyil. Danışdığımız kimi günaşırı südünü, qatığını, pendirini gətir təhvil ver dükana, qalanı mənlikdir. Həftədə bir dəfə haqq-hesab edəcəyik.
– Hə, qadan alım... Allah səni min budaq eləsin... Ta utanmaqdan keçib. Vallah, çətin zamanadır. Əşrəf təkbaşına çatdırmır. Evin bir küncünə qısılıb müftə yeməkdən özüm də bezmişəm, qoy süfrədə mənim də qazancım olsun. Di mənə bir kilo şəkər tozu çək.
– Solmaz bacı dünən axşam beş kilo almışdı, nə tez qurtardı?
– Evdə çox işlənir. Sıracəddin salma çaysız dərsə getmir. Lap deməlisiz uşaqdır – qazmaqlı aş yesin, üstündən şirin çay içməsə canına qut olmur. Çox ərköyün böyüdüblər uşağı. Gədə hələ altıda oxuyur, böyüyəndən sonra təpəmizdə turp əkəcək...
Təhməz piştaxtaya düzdüyü kiloluq şəkər tozunu əlavə salafana qoyub Mənsumaya uzatdı, – Al.
Mənsumanın süd-qatıq, şor-pendir alverinə girişməyini oğlu da, gəlini də heç yaxşı qarşılamadı, – Yaşlı arvadsan, sənə yaraşarmı torbada Təhməzin dükanına süd-qatıq daşıyasan? Adını südçü Mənsuma qoyacaqlar. Guya sənin qazandığın qəpik-quruşla evimizin bərəkəti artacaq?
– A başınıza dönüm, mən oğurluq eləmirəm ha! Onsuz da südə, qatığa yaxın durmursunuz, hamısını çəpiş-quzu əmir. Heç bilirsiniz nə qədər adam bu nemətlərə tamarzıdır? Allahın verdiyi müftə bərəkətdir, ehtiyacı olana satıb evə az da olsa yardım etməyin nəyi pisdir? Onsuz da acından günorta duran ağzıgöyçəklərin işi-peşəsi başqalarına şəbədə qoşmaqdır. Qoy öz hallarını lağa qoysunlar. Evdə oturmaqdan ayaqlarım tutulacaq axırda. Qaranquş dimdiyində su gətirmək də olsa, dediyimi edəcəyəm. Heç olmazsa, evin çörəyini almaqdan canın qurtarar – Mənsuma çox çək-çevirdən sonra yola gətirdi onları. Oğlu arvadına deyəndə ki, – Qoy satsın, onsuz da bir həftədən sonra özü bezib, həvəsdən düşüb oturacaq yerində... – guya heç eşitmədi.
Amma Mənsuma bezmədi, oturmaq-durmaq bilmədi. Səhər ertədən keçini-qoyunu sağıb qatığını çalırdı. Aparıb dükana təhvil verirdi. Təhməz deyəndə ki, alıcılar onun şor-pendirini çox bəyənirlər, ondan sonra qollarını daha ürəklə çırmaladı. Bu münvanla iki ay idi işləri əla gedirdi. Nəvəsinin qəpik-quruşunu verirdi, hətta Əşrəf dara düşəndə əlindən tuturdu. Evin gəlini də həvəsə düşüb tövlədə görünməyə başlamışdı, arvada sağında yardım edirdi.
Günlərin birində Mənsuma pəjmürdə halda evə girəndə elə bildilər ki, arvad xəstələnib.
– Ana, nolub, birtəhərsən!? – Əşrəf onun biləyindən yapışıb oturmağa kömək elədi. Anası ağappaq qar kimiydi, iynə batırsan qanı çıxmazdı. Handan-hana dilləndi, – Camaatı çəkidə aldadırmışam... – xəcalətindən canı ağzından çıxırdı arvadın.
– Nə çəkisi, düz-əməlli anlat görüm!? – Əşrəf lap əndişələndi.
– Şoru, pendiri kilo adıyla yumrulayırdım, doğrayıb bükürdüm, sən demə 850-900 qram gəlirmiş. Neçə vaxdır camaatı aldadırmışam. İndi el içinə necə çıxaram mən?
– Sən bunu bilə-bilə etmisən, yoxsa adamlar şikayətlənir?
– Təhməz dedi. Dedi ki, özü də tərəzidə çəkib axırıncı apardıqlarımı. Hamısı kilodan az gəlib.
– Bəlkə tərəzin düz işləmir?
– Nə bilim, bəlkə də...
– Hanı tərəzin? Gətir bura görüm...
Mənsuma yan otaqdan qədimi dədə-baba tərəzisini gətirib oğluna uzatdı. Əşrəf zəncirləri, gözlərinin tarazlığını yoxladı, qablarını oyana-buyana çevirib baxdı,– Heç nə görə bilmirəm. Daşın hanı – çəki daşın?
– Daşım yoxdu, oğlun o vaxtdan harasa tullayıb, tapa bilmirəm.
– Bəs pendiri nəylə çəkirsən?
– Təhməzdən aldığım kiloluq şəkər tozuyla, – gedib salafan torbanı da gətirdi, – Deyirəm, bəlkə şəkəri alanda nəm olub, indi də quruyub yüngülləşib?.. – beli bükülmüşdü dərddən.
– Ağzını açmışdın? Üstündən işlətməmisən ki heç?..
– Yox, necə almışamsa, eləcə də ağzı düyünlü durur. Yırtıq-deşiyi də yoxdur...
Əşrəf şəkər tozunu götürüb başıalovlu evdən çıxdı. Mənsuma təlaşla soruşdu, – Noldu, hara belə?!
– Təhməz deyilən o haramzadanın dərsini verməyə! Əclaf, nadürüst! Haram yemək bunun adətidir, indi də mənim anamın adını bədnam eləmək istəyir kənd içində? Mən indi ona göstərərəm!
Əşrəfin dalınca oğlu Sıracəddin qapıdan girdi, – Ana, ölürəm acından, tez ol, şirin çay hazırla mənə!..
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024