MİSKİN ABDAL OCAĞININ NÜMAYƏNDƏSİ

19:24 / 28.02.2019
Baxılıb: 4490

RAFİQ MƏHƏMMƏD OĞLU HÜSEYNZADƏ

Miskin Abdal ocağında, onun yeganə oğlu Şadmanın nəslində 500 il sonra, XX əsrdə yaşayıb-yaratmış şair, ixtisasca onkoloq-cərrah Rafiq Məhəmməd oğlu Hüseynzadənin zəngin ədəbi irsi toplanılaraq «Bu günümdən sabahıma xatirə» kitabı şəklində nəşr olunmuşdur.

Rafiq Hüseynzadənin ulu babası, əsl adı Hüseyn Məhəmməd oğlu olan böyük sufi övliyası Miskin Abdal (1430-1535) bəşəriyyətin beşiyi, tarixi Oğuz yurdu – Göyçə mahalının Zərgərli (Sarıyaqub) kəndində doğulmuş, orta əsrlər Azərbaycan ədəbiyyatının çox görkəmli nümayəndəsi olmaqla yanaşı, Səfəvilərin görkəmli dövlət xadimi, Qeyb Ərəni («Ricalül-qeyb»), Pir, Allahdan əta edilmiş möcüzələr, kəramətlər, fəzilətlər, müqəddəs «Ocaq» sahibi, Şah İsmayıl Xətainin mürşidi, dövrünün tanınmış diplomatı, sərkərdə, təsəvvüf mütəfəkkiri, böyük din və elm xadimi, sufi şair, qopuzdan saza, ozandan aşığa (Haqq aşiqinə) keçidin banisi, Haqq aşiqliyi (Haqq aşıqlığı) sənətinin əsasını qoymuş tarixi şəxsiyyət kimi də məşhurdur.  

Bu ocağın tanınmış nümayəndələrindən olan həkim-şair Rafiq Hüseynzadə 1948-ci ilin fevral ayında Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər  rayonunun Sarıyaqub (keçmiş Zərgərli) kəndində doğulmuşdur. Rafiq Hüseynzadə kiçik yaşlarından kənddə yoldaşlarından özünün fitri istedadı, parlaq zəkası ilə seçilmiş, elmə böyük həvəsi olmuşdur. 1955-1965-ci illərdə Sarıyaqub kənd orta məktəbində təhsil alaraq, oranı əla qiymətlərlə bitirib, elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olmuşdur. 1965-1971-ci illərdə orada ali təhsil almış, tələbəlik illərində, mənəvi dünyası, əxlaqı, davranışı, öz fitri istedadı, rəhbərlik, liderlik qabiliyyəti, təhsildə qazandığı böyük nailiyyətlərlə hamıdan seçilmiş, kollektivin sevimlisi olmuşdur.

Dəfələrlə İnstitut və fakültə rəhbərliyi tərəfindən təltif edilmiş, böyük qardaşı, tanınmış pedaqoq, jurnalist, şair, tədqiqatçı elm xadimi, folklorşünas Tofiq Hüseynzadə kimi, ulu babası Miskin Abdaldan keçən irsi və mənəvi-ruhi varislik əsasında, 1967-ci ildən şeir yaradıcılığına başlamışdır. Qısa müddətdə şeirləri ilə tələbə yoldaşları və İnstitut kollektivi, böyük oxucu kütləsi arasında şöhrət qazanmışdır. İnstitutda təşkil olunmuş «Çeşmə» ədəbiyyat dərnəyinin ən fəal üzvlərindən olmuş, şeirləri müsabiqələrdə birincilik qazanmış, Tibb İnstitutunun «Tibb kadrları uğrunda» qəzetində çoxsaylı şeirləri dərc edilmişdir.

Rafiq Hüseynzadə elmdə qazandığı nailiyyətlərlə yanaşı, ictimai fəallığı ilə də digər tələbə yoldaşlarından həmişə öndə olmuş, 6 il ali təhsil aldığı müddətdə qrup nümayəndəsi olmuş, 1971-ci ildə İnstitutu onkoloq-cərrah ixtisası ilə, əla qiymətlərlə başa vurmuşdur. 02.08.1972-ci il tarixdən Qazax rayon mərkəzi xəstəxanasında onkoloq-cərrah kimi fəaliyyətə başlamış, lakin qısa müddətdən, düz 4 aydan sonra – 1971-ci ilin dekabr ayının 2-də 23 yaşında onkoloji xəstəlikdən vəfat etmişdir. O subay olmuş, tale ona özündən sonra varislər bəxş etməmiş, yalnız mənəvi irsi olan, cənnət qoxulu şeirləri onu xatırlamaq üçün təsəlli olmuşdur. Atası Məhəmməd Paşa oğlu Hüseynov sevimli oğlu Rafiq Hüseynzadəni Gəncə şəhərində yerləşən «İmamzadə» qəbristanlığında dəfn etdirmişdir.

O, sağlığında əlyazma şəklində olan şeirlərini: «Nakam eşqin fəryadı», «Bir qəlbin fəryadı», «Məktublardan parçalar», «Xatirələr», «Bu günümdən sabahıma xatirə» adlandırdığı dəftərlərində toplamışdır.

Şeirlərini «Rafiq Hüseynov», «Rafiq Məmmədoğlu», «Məmmədoğlu Rafiq», yaxud da qısaca «R.Hüseynov», «M.Rafiq» imzaları ilə qələmə almış, həmin adlarla da qəzetlərdə nəşr olunmuşdur.  Rafiq Hüseynzadənin zəngin şeriyyət xəzinəsinə daxil olan, vaxtilə dərc olunmuş və əlyazma şəklində qorunub saxlanılan şeirləri toplanılaraq «Bu günümdən sabahıma xatirə» adlı kitab şəklində nəşr olunmuşdur.

Rafiq Hüseynzadənin şeirləri müxtəlif janrlardadır. Onun daxili sevgi dünyasının zənginliyi, qaynarlığı, coşqunluğu  hansısa janr, ölçü qəliblərinə sığmır, aşıb-daşır, bu hərarət və coşqunluq onun şeirlərinin formasına da yansımışdır. O, ədəbi janrın, əsasən, sərbəst şeir, həmçinin, qoşma, gəraylı, qəzəl  və digər formalarında çox gözəl nəzm incilərini yaratmışdır.

Onun şeir xəzinəsi son dərəcə ülvi, saf sevgi hisslərinin təcəlləsi olmaqla ayrıca bir şeyriyyət dünyasıdır. Rafiq Hüseynzadənin bütün şeirlərinin ilkin mayasını, məzmununu, qayəsini və mənasını, əsasən pak sevgi təşkil edir. Eyni zamanda, şair  şeirlərində digər məsələlərə də toxunmuş, mənəviyyatında yaşatdığı, ruhuna hopmuş vətənpərvərlik, milliyyətçilik, millətinə, xalqına, onun adət-ənənlərinə, milli mənliyinə, milli məfkurə daşıyıcıları olmuş böyük ədiblərə, öz hüquqları uğrunda mübarizə aparan «zənci qızına», ictimai problemlərə də şeirlər həsr etmiş, öz irsinə, ulularına, böyüklərinə, babasına, nənəsinə, atasına, anasına, qardaşına məhəbbət, habelə peşəsinə olan sevgisi, həkimlik peşəsinin şərəfi və məsuliyyəti mövzularını da nəzmə çəkmiş, ürəyindən baş qaldıran ilhamını şeirlərinə köçürmüşdür.

Bu gün də Rafiq Hüseynzadənin əziz xatirəsi onu sevənlərin qəlbində əbədi yaşayır. Onun «Nişan üzüyü» adlı şeirində dediyi kimi:

 

«Gedirəm, köçübdür ömrümün yazı,

Çəməndən xəbərsiz bir gül solacaq.

Bir nakam məhəbbət, bir neçə yazı,

Məndən bu dünyaya miras qalacaq».

 

– «özündən sonra bü dünyaya qalacaq yazıları», şeirləri onun ruhunu, duyğu və hissələrini, böyük Sevgi dünyasını, mənəvi aləmini bu günkü dünyamızda yaşadan tək yadigarlarıdır.

Rafiq Hüseynzadə özündən sonra çox dəyərli irs – son dərəcə ətirli bir cənnət guşəsini xatırladan şeir boxçası qoyub getmiş həmişə gənc və həmişə yaşar ziyalılarımızdandır. O, çox qısa ömür sürməklə, cismani olaraq bu dünyamızda olmasa da, özündən sonra qoyub getdiyi şeirləri – ədəbi yaradıcılığında, xalqımızın, onu sevənlərin qəlbində bu gün də yaşayır və əbədi yaşayacaqdır. Həkim-şair saf, pak məhəbbətlə döyünən ürəyi ilə, təmiz duyğuları və əməlləri ilə də Allah qatında əbədiyyətə qovuşmuş, öz yüksək məqamını qazanmışdır.

Bu kitabın nəşri, mərhum Rafiq Hüseynzadənin mənəvi irsinin bu günkü və gələcək nəsillərə çatdırılması ilə, İmam Əlinin dediyi kimi, özündən sonra «əsər qoyması» ilə bu dünyamızda da əbədi yaşayacağına, daim sevilə-sevilə oxunacağına inanırıq.

 

Qədir ASLAN

(əməkdar jurnalist)


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər