Erməni və ermənipərəst tarixşünaslıqda, həmçinin internet resurslarında Azərbaycanda erməni qırğınları və deportasiyaları haqqında yazıların dinamikası son zamanlar artmaqdadır. (7;8:9) Bu yazılarda 1905, 1918 və 1980-ci illərin sonları-90-cı illərin əvvəllərində (Sumqayıt (1988, fevral), Bakı (1990-cı il yanvar), Çaykənd (1991, aprel-may) və s.) Azərbaycanda üç erməni qırğını haqqında iddia irəli sürülür.
Sonuncu qırğının ermənilərin deportasiyası ilə müşahidə olunması bildirilir. Bu baxışlar sistemli şəkildə bir araya gətirilərək, ermənilərin Azərbaycanda qırğınları və deportasiyası üzrə yeni konsepsiya kimi çıxış edir. Onun tərkibində 1992-ci il 26 fevral Xocalı hadisələrinə qədər 1905,1918 və 1980-ci illərin sonları- 90-cı illərin əvvəllərinə dair hadisələrdən bəhs edilərkən üstün yer tutan məzlum erməni obrazı (3;5. B.İşxanyanın kitabına rəy haqqında bax:4), yeni tipli qalib erməni obrazı ilə əvəz olunur və s.
Göründüyü kimi burada tarixi gerçəklik müasir geopolitik vəziyyətə uyğunlaşdırılır və yeni təbliğat sahəsi yaradılmasına cəhd edilir.
Erməni qırğınları kimi təqdim edilən hadisələr, əslində ermənilərin, 1918-ci ildən isə tarixi Azərbaycan torpaqlarında meydana gələn Ermənistan dövlətinin Azərbaycan xalqına qarşı ideoloji düşmənçilik və ərazi iddiaları nəticəsində meydana gələn müharibələrin tərkib hissəsidir. Bu ideoloji düşmənçilik erməni milli ideologiyasının tarixində xüsusi yer tutan şəxslərin (Gevond Alişan (1820-1901), Raffi (1835-1888) və b.) baxışlarında əksini tapmışdır. Hazırda Ermənistanda diqqət mərkəzində duran və qatı Azərbaycan düşmənlərindən olan Qaregin Njde (1886-1955) və Ayk Asatryan (1900-1956) tərəfindən formalaşdırıldığı bildirilən tsexakronizmdə (tsex-nəsil, qəbilə; kron-din, etiqad deməkdir. Erməni xalqının tarixi vətənində vahid erməni dövlətində birləşdirilməsini nəzərdə tutur) türk düşmənçiliyi nəzəri səviyyəyə qaldırılmışdır.
Bütün tarixi dövrlərdə bu müharibələrin təşəbbüskarları və başlayanı ermənilər olmuşdur. İlk geniş miqyaslı müharibə 1905-1906-cı illərə aiddir. Təsadüfi deyil ki, Rusiya imperiyasının rəsmi mövqeyinə baxmayaraq (bu hadisələr erməni-tatar (azərbaycanlı) toqquşması kimi qəbul edilmişdir), xalq bunu “erməni-müsəlman davası” adlandırmışdır. Tatixi faktlar sübut edir ki, 1905-1906-cı illərdə, növbəti dəfə 1918-ci ilin martında ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğın və soyqırım aktlarına baxmayaraq, ermənilər qəti şəkildə dəf edilmişdir. 1918-ci ilin sentyabrında Bakının azad edilməsi ermənilər üzərində qələbənin əksi olmuşdur.
1988-ci ilin fevralında faktik olaraq Ermənistanın Azərbaycana qarşı yeni müharibəsi başlamışdır. Bu müharibənin tarixində (1988-1994) iki dövr ayırmaq olar. 1988-1991-ci illərdə müharibə Ümumazərbaycan miqyasında törədilmişdir. Azərbaycanlılar Ermənistandan deportasiya edilmiş, Sumqayıt, Bakı və Azərbaycanın digər yerlərində ermənilərin təxribatları baş vermişdir. (1;6) Azərbaycanın bu təxribatların qarşısını alması ilə ermənilər 1905 və 1918-ci illərdən fərqli olaraq, Qarabağ istisna olmaqla, ölkənin digər yerlərini tərk etmiş, müharibəni əsasən, Qarabağa keçirmişdilər. Azərbaycanlıların Ermənistandan 1948-1953-cü illər və son deportasiyasından fərqli olaraq, ermənilərin əksəriyyəti ölkələrinə deyil, onun sərhədlərindən kənara köçmüşdülər. Qarabağ müharibəsi şəraitində bu beşinci kolonun qalmasının Azərbaycan üçün nə dərəcədə təhlükə yaradacağını müəyyən etmək o qədər də çətin deyildir. Beləliklə, Ermənistanın elan edilməmiş müharibəsinin birinci mərhələsi Azərbaycanın qələbəsi ilə başa çatmışdır.
Müharibənin mürəkkəb beynəlxalq və daxili vəziyyət şəraitində davam edən və 1991-1993-cü illəri əhatə edən aktiv fazasında Ermənistan Azərbaycan torpaqlarının 20 faizədək olan hissəsini işğal etməyə nail ola bilmişdir. Sülh əldə olunmadığından mövcud vəziyyətə müvəqqəti hal kimi baxılmalıdır.
Ermənilərin nəzərdən keçirilən problem üzrə özlərinə yeni qəhrəmanlıq tarixi yaratması illüziyadan başqa bir şey deyildir. Erməni milli azadlıq hərəkatı liderləri kimi təqdim edilən şəxslər üzrə apardığımız araşdırma nəticəsində müəyyən edilmişdir ki, onların böyük əksəriyyəti 1905-1906-cı illərdə və 1918-ci ildə Azərbaycan xalqına qarşı müharibədə iştirak etmişdir. Onlardan Arşak Qafavyan (Keri, 1858-1916), Arutyun Şaqikyan (Nitra, Atom, 186-1915), Ovsep Arqutyan (1863-1925), Nikol Duman (1867-1914), Qaregin Pastermacan (Armen Qaro, 1872-1923), Murad Sebastatsi (1874-1918), Vardan Xanasari (?-1943) 1905-1906-cı il hadisələrində, Amazasp Srvantsyan (1873-1921), Dastamant Kananyan (Dro, 1883-1956), Qaregin Njde (1886-1955) isə həm 1905-1906, həm də 1918-ci il hadisələrində iştirak etmişdilər. Andranik Ozanyan da (1865-1927) azərbaycanlılara qarşı düşmənçilik fəaliyyətində xüsusi yer tutmuşdur.
Yuxarıda qeyd etdyimiz kimi onlar daha çox qəddarlığı, dinc əhaliyə divan tutması ilə tarixdə qalmış, bütövlükdə həmin hadisələr isə azərbaycanlıların tarixi qələbəsi ilə başa çatmışdır. Zəngəzur, Qarabağın Dağlıq hissəsinin muxtariyyətləşdirilməsi kimi məsələlər isə yalnız sovet hökuməti tərəfindən ermənilərin xeyrinə həll edilmişdir.
Ermənilərin təbliğ edilən “qəhrəmanlığı” (bu sahədə qatı azərbaycanafobiyasını rasist dünyagörüşünə çevirən, faşist təfəkkürü ilə fərqlənən Levon Məlik-Şahnəzorov xüsusi yer tutur (7;8) isə azərbaycanlılara qarşı Xocalı soyqırımından keçir. Bəşəriyyətə qarşı yönəlmiş cinayətin caniləri qəhrəman kimi təqdim edilir.
Ermənistan prezidenti (2008-ci ildən) Serj Sarkisyan 2000-ci il dekabrın 15-də Tomas de Vaala müsahibəsində demişdir: “Xocalıya qədər azərbaycanlılar hesab edirdilər ki, bizimlə oyun oynaya bilərlər, onlar fikiləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu (stereotipi) qıra bildik. Bax bu da baş verdi. Həmçinin nəzərə almaq lazımdır ki, həmin cavanların arasında Bakı və Sumqayıtı qaçıb tərk etmiş insanlar da var idi.” (2,201) (Qeyd etmək lazımdır ki, Tomas de Vaal sözügedən müsahibənin daha geniş variantını kitabın yeni nəşrində vermişdir. (10,210) Hadisələrə daha çox özünəməxsus neytrallıq prinsiplərindən yanaşan Tomas de Vaal belə sonda çox ciddi nəticəyə gəlir: “Sarkisyanın mövqeyi Qarabağ müharibəsinin ən qəddar qırğınına digər tərəfdən baxmağa məcbur edir. İstisna deyil ki, bu kütləvi qırğın qismən də olsa, əvvəlcədən düşünülmüş qorxutma aktı idi.” (2,201)
Beləliklə, erməni və ermənipərəst tarixşünaslıq tərəfindən irəli sürülən Azərbaycanda erməni qırğınları və deportasiyası haqqında məsələnin ayrıca problem kimi irəli sürülməsi əsassızdır. Bu məsələ ermənilərin və Ermənistanın (1918-ci ildən) azərbaycanlılara qarşı müharibələri kontekstində nəzərdən keçirilməli və qiymətləndirilməlidir.
Qeydlər
1.Məmmədov İ. Azərbaycana qarşı Sumqayıt təxribatı- “Qriqoryanın işi”. Bakı, 2013
2.Tomas de Vaal. Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında. Bakı, 2008
3.Алибегов И. Елисаветпольские кровавые дни перед судом общества. Тифлис, 1906
4.«Беспристрастная анкета». Рец. на книгу Б.Ишханяна «Великие ужасы в г.Баку. Тифлис, 1919»// Газ. «Азербайджан», от 27 марта 1920 г., №62
5.Ишханян Б. Великие ужасы в гор. Баку. Тифлис, 1919
6.Преступления армянских террористических и бандитских формирований против человечества (XIX-XXI вв.). Баку, 2002
7.Мелик-Шахназарян Л. Военные преступления Азербайджана против мирного населения Нагорно-Карабахской Республики. Ереван, 1997
8.Его же, Ходжалинское дело: Особая папка. Ереван, 2002
9.Погромы армян в Бакинской и Елизаветпольской губернии. Ереван, 2003
10.Томас де Ваал. Черный сад. Армения и Азербайджан между миром и войной. М., 2014
11.Ходжалы. Очевидцы о военных преступлениях. Суд над Арменией. Перев. с англ./ Введ. и интервью Й.Перт, Ф.Маклахлан. СПб., 2015
Kərim Şükürov
tarix üzrə elmlər doktoru, professor
1905.az üçün
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024