Təkamül nəzəriyyəsini Darvin-dən 1000 il əvvəl irəli sürən müsəlman mütəfəkkir

14:36 / 17.03.2019
Baxılıb: 2712

Təkamül nəzəriyyəsinin atası Çarles Darvin hesab olunur. Bəs əl-Cahiz adlı iraqlı alim haqqında heç eşitmisinizmi? Onun təkamül nəzəriyyəsi tarixi müsəlman dünyasının qədim dövrünə dayanır.

Britaniyalı alim Çarles Darvinin təkamül nəzəriyyəsi müasir elmin məhək daşlarından biridir.

Növlərin təbii seçmə adlanan mexanizm vasitəsilə illər ərzində dəyişməsi fikri dünyada bir inqilaba səbəb olmuşdu.

1859-cu ildə nəşr olunan Növlərin Əmələ Gəlməsi kitabında Çarles Darvin təkamülü "modifikasiya vasitəsilə törəmə" kimi təsvir edərək, müxtəlif növlərin eyni əcdaddan yarandığını irəli sürüb.

Amma sən demə, təkamül nəzəriyyəsinin də əcdadı var imiş. Həm də İslam dünyasında.

Təbii seçmə

Çarles Darvindən təxminən 1000 il əvvəl İraqda yaşayan əl-Cahiz adlı müsəlman mütəfəkkiri heyvanların təbii seçmə adlanan proses nəticəsində necə dəyişdiyi haqqında kitab yazıb.

Əsl adı Əbu Osman Əmr Bəhr Əlkənani əl-Bəsri olan bu filosof, daha çox gözləri hədəqəsindən çıxan mənasına gələn əl-Cahid təxəllüsü ilə tanınır.

Heç yaxşı xitab olmasa da, əl-Cahizin şöhrəti onun Kitab əl-Heyevan (Heyvanlar Kitabı) adlı seminal əsərindən qaynaqlanır.

O, 776-cı ildə İraqın cənubunda yerləşən Bəsrə şəhərində doğulub. Həmin dövrdə regionda insan zəkasının inkişafı ideyasını təbliğ edən ilahiyyat məktəbi - Mütəziləh hərəkatı geniş yayılmağa başlamışdı.

Bu, Abbasilər hakimiyyətinin pik dövrü idi. Fəlsəfi əsərlər yunan dilindən ərəb dilinə tərcümə olunur və Bəsrədə din, elm və fəlsəfə üzrə qızğın müzakirələr aparılırdı. Bütün bunlar əl-Cahizin düşüncələri və ideyalarının formalaşmasına təsir edir və kömək olur.

Artıq kağız çinli tacirlər tərəfindən İraqa gətirilir və beləliklə ideyaların daha geniş yayılması üçün şərait yaranır və gənc əl-Cahiz müxtəlif mövzular haqqında yazmağa başlayır.

Onun maraqlarına elm, coğrafiya, fəlsəfə, ərəb qrammatikası və ədəbiyyatı kimi bir çox akademik mövzular daxil idi. Əl-Cahizin həyatı boyu 200 kitab qələmə aldığı düşünülür, lakin onların çox az hissəsi dövrümüzə qədər gəlib çatıb.

Heyvanlar Kitabı

Onun ən məşhur işi olan Heyvanlar Kitabı, 350 heyvan barəsində söz açan bir ensiklopediyadır ki, burada əl-Cahiz Darvinin təkamül nəzəriyyəsinə son dərəcə oxşar fikirlər irəli sürüb.

"Heyvanlar sağ qalmaq üçün və mənbələr tapmaq, qurban olmaqdan can qurtarmaq və çoxalmaq uğrunda mübarizə aparırlar," əl-Cahiz yazır.

"Ekoloji faktorlar orqanizmlərin sağ qalmaq üçün yeni xüsusiyyətlər yaratmasına təsir edir və beləliklə, onları yeni növlərə çevirir."

O davam edir: "Sağ qalan heyvanlar isə uğurlu xarakteristikalarını balalarına ötürürlər."

Aydındır ki, əl-Cahiz canlılar aləmini sağ qalmaq naminə daimi mübarizədə və bir növün həmişə digərindən daha güclü olmasında görürdü.

Sağ qalmaq xətrinə heyvanlar qida tapmaq, qurbana çevrilməmək və artmaq üçün rəqabət xüsusiyyətlərinə yiyələnməli idilər. Bu isə onları nəsildən-nəslə dəyişməyə vadar edib.

Əl-Cahizin ideyaları özündən sonra gələn başqa müsəlman mütəfəkkirlərinə təsirsiz ötüşməyib. Onun işləri əl-Fərabi, əl-Ərəbi, əl-Biruni və İbn Xaldun tərəfindən yüksək qiymətləndirilib.

Əlləma İqbal təxəllüsü ilə məşhur olan Pakistanın "Mənəvi Atası" Məhəmməd İqbal 1930-cu ildə çap etdirdiyi mühazirələr toplusunda əl-Cahizin əhəmiyyətini belə vurğulayır: "Köç etmə və ekoloji dəyişiklər səbəbindən heyvanların həyatında baş verən dəyişiklikləri ilk dərk edən əl-Cahiz olub."

"Məhəmmədi nəzəriyyəsi"

19-cu əsrin avropalı intellektualları müsəlman aləminin təkamül ideyasına töhfəsindən yaxşı xəbərdar idilər. Charles Darwin-in müasiri William Draper 1878-ci ildə "Təkamülün Məhəmmədi nəzəriyyəsindən" söz açırdı.

Lakin Darwin-in əl-Cahizin işin ilə tanışlığı və ya ərəbcə anlayışı haqqında heç bir dəlil yoxdur.

Bu britaniyalı təbiətşünas illərlə səyahət edib və canlılar aləmini yaxından izləyib. Nəticədə, bizim dünya haqqında düşüncə tərzimizin əsasını təşkil edən nəzəriyyənin son dərəcə ətraflı və aydın şəkildə əsasını qoyub. Şübhəsiz ki, Çarles Darvin alim kimi qazandığı ad-sana layiqdir.

Lakin BBC radiosunda İslam və Elm adlı sənədli verilişin yaradıcısı olan elmi jurnalist Ehsan Məsud deyir ki, təkamül fikrinin tarixinə töhfələr verən başqa insanları da unutmamaq lazımdır.

Kreativizm

O həm də qeyd edir ki, İslam sivilizasiyasının qabaqcıl təhsil mərkəzləri kimi Bağdad və Bəsrənin aparıcı mövqe tutduğu 9-cu əsr İraqında kreativizm o qədər də mühüm hərəkat olmayıb.

"Alimlər yeni kəşflər ilə təbii dünya barəsindəki biliklərin müqayisəsinə vaxt sərf etməyiblər," Britaniya qəzeti The Guardian-a əl-Cahiz haqqında yazdığı məqaləsində Ehsan Məsud deyir.

"Əvəzində onlar hər şeyi özləri aşkarlamağa çalışıblar."

Əl-Cahizin ölümü də elm axtarışı nəticəsində olub. Deyilənlərə görə, bu müsəlman filosofun həyatına 92 yaşında bir kitabı götürmək istəyən zaman aşan rəf son qoyub.

Mənbə: BBC


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər