Türkiyə Cümhuriyyətinin tarixində mühüm rol oynayan Mustafa Kamal Atatürkü tanımayan insan demək olar ki, yoxdur. Ancaq əksəriyyəti bəlkə də təqdim edəcəyimiz məlumatlardan xəbərsizdir...
Beləliklə, Atatürk haqda bilmədiklərimiz...
1. "Atatürk" xitabını ilk dəfə Türk Dil Qurumu rəhbəri işlədib. Mustafa Kamal da bunu bəyənib və soyadı kimi götürüb. Ancaq "ata" xitabını heç sevmirmiş.
2. Ən sevdiyi yemək lobya supu və plov olub.
3. Zəngin kitabxanaya sahib olan Atatürk yanında həmişə Rəşad Nuri Gültəkinin "Çalıquşu" kitabını gəzdirir və gündə ən azı iki səhifə oxuyurmuş.
4. Ən böyük arzusu dünya turuna çıxıb, türk dili və tarixi ilə bağlı fəaliyyətini genişləndirmək olub.
5. Köynəklərinin hamısı ağ olub. Bu köynəklər əvvəllər İsveçrədə xüsusi olaraq Atatürk üçün tikilsə də, sonradan yerli mallardan daha çox istifadə edilməsi kampaniyası çərçivəsində Türkiyədə tikilməyə başlayıb.
6. Kostyumlarının dizaynını özü verirmiş. Göy rəng ən sevmədiyi rəng imiş.
7. Boyu 1.74 sm olub. Son vaxtlarına qədər çəkisi 76 kq olsa da, xəstələnəndən sonra sürətlə arıqlayaraq 46 kq-a düşüb.
8. Həyatının çoxunu döyüşlərdə, cəbhələrdə keçirən Atatürk prezident olduğu illərdə çox sıxılır, xalqdan, sadə həyatdan uzaqlaşdığına görə təəssüflənirmiş.
9. Səhər yeməklərini sevmirmiş. Yerindən duran kimi divanın üstündə bardaş qurub, qəhvəsini içir, siqaret çəkirmiş. Siqaret onun ən zəif yeri olub, gündə 8 paket çəkirmiş.
10. Evində, ətrafında, hətta qonaq getdiyi evlərdə əyri duran əşyaları düzəltməmiş oturmurmuş.
11. Kəndlinin biri qəzet kağızına bükülmüş siqareti çəkəndə əli yanıb və "Aparın bunu, özü çəksin" deyərək Atatürkü söyüb. Məhkəməyə çıxarılan kəndli haqda Atatürkə məlumat verəndə: "Onu məhkəməyə aparmaqdansa, normal bir siqaret verərdiniz, çəkərdi", - deyib.
12. Çanaqqala qələbəsi ilə məşhurlaşan gənc Atatürk həmin illərdə axırıncı Osmanlı hökmdarı Sultan Vahidəddinin kiçik qızı Səhibə Sultana evlilik təklifi edib. Səbihə Sultan isə başqasını sevdiyi üçün illər sonra Türkiyə Cümhuriyyətinin əsasını qoyacaq Atatürkün təklifinə "yox" deyib.
13. Getdiyi səfərlərdə kəsilən qurbanlara baxmamaq üçün ya arxasını çevirər, ya da qurban kəsilməsini istəməzmiş.
14. Hərbi liseydə öyrənməyə başladığı fransız dilini sonralar inkişaf etdirib. Danışanda bəzən fransız sözləri işlədirmiş.
15. Qumar sevməsə də, dostları ilə lobya supundan mərc gəlib oynayırmış.
16. Yəqin ki Atatürkün ən qəribə xasiyyəti müharibələrdə, döyüşlərdə iştirak etməsinə baxmayaraq, qan görəndə halının pisləşməsi olub.
17. Hər gün at çapır, üzür və bilyard oynayırmış.
18. Təhsil illərində ən yaxşı oxuduğu dərs riyaziyyat olub.
19. Yaltaqlığı heç sevmirmiş. Axşam yeməklərinin birində ona lazımsız təriflər yağdıran Əbdülhak Həmidin sözünü kəsərək etiraz edib.
20. Quşları çox sevən Atatürk Çankaya Köşkündə göyərçin saxlayırmış.
Atatürkün həyatındakı "9" mistikası
Türkiyə tarixinin mühüm siması Mustafa Kamalın həyatında "9" rəqəminə həddən çox rast gəlinir. Məsələn, elə doğulduğu ili götürək - 1881.
1+8=9; 8+1=9; 18=2x9; 81=9x9; 18+81=99
Hərbi məktəbə daxil olduğu il: 1899
Vətəni qorumaq üçün Samsuna getməyi: 19/05/1919
Samsuna yola düşdüyü "Bandırma gəmisi"ndəki sərnişinlərin sayı: 19 nəfər.
Sivas konqresində Anadolu və Rumeli Müdafiə Hüquq Cəmiyyəti Heyətini qurub: 04/09/1919
Deputatlığa namizədliyi 19.10.1919-cu il tarixdə qəbul edilib.
Atatürk 19-cu əsrdə 19 il yaşayıb.
Atatürkün ilk hərbi xidməti 19-cu Kolordu Komandirliyi olub.
Mustafa Kamal Atatürk - 19 hərfdən ibarətdir.
Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi - 993814-B olub.
kulis.az
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024