“Erməni-qriqoryan kilsəsi XIX əsr ərzində alban irsini məhv edib, qarət edirdi”

14:16 / 28.03.2019
Baxılıb: 2606

IV əsrin sonlarından etibarən  yeni “vətən” axtarışında olan erməni-qriqoryan kilsəsi,Azərbaycanın qədim və erkən orta əsrlər dövrünün tərkib hissəsi olan Qafqaz Albaniyasında İ.P.Petruşevskinin qeydinə görə, “ölkəni erməniləşdirmək aləti olmuşdu.

”Məkansız qalan erməni icması üçün yeni ərazilər axtarışında olanerməni-qriqoryan kilsəsi, erkən orta əsrlərdən etibarən Azərbaycan torpaqlarına nəzər-diqqətini yönəltmiş, Azərbaycanın maddi-mədəni irsi olan Alban Apostol kilsəsinə sahib çıxmağı qarşısına məqsəd qoymuşdu. Əsrlərlə bu siyasəti yeridən erməni-qriqoryan kilsəsi XIX əsrin birinci otuzilliyində Rusiya imperiyasının Azərbaycan torpaqlarının işğalından sonra “Böyük Ermənistan” uydurması üçün  münbit şəraitin yetişdiyinə əmin olaraq, Alban Apostol kilsəsinin irsinə sahib çıxmaq məqsədi ilə öz dindarlarının bölgədəimperiyanın siyasi hakimiyyətinin sosial bazasını təşkil edəcəyinə Rusiyanı inandıra bilmiş, imperator I Nikolayın 11 mart 1836-cı il tarixli Fərmanınıimzalamasında özünəməxsus xidmət göstərmişdi. Beləliklə, Alban Apostol kilsəsinin maddi-mədəni irsinə nəzarət erməni-qriqoryn kilsəsinin  ixtiyarına keçdikdən sonra erməni millətçilərinin Azərbaycanın tarixi torpaqlarına qarşı əsassız iddialar qaldırmaları üçün münbit bir zəmin yaranmışdı.

C.ƏLƏKBƏROVA

 

Echo.az-ın tarix elmləri doktoru Həcər Verdiyeva ilə müsahibəsi

 

– Son illər ən çox müzakirə olunan tarixi mövzulardan biri imperator I Nikolayın 11 mart 1836-cı il tarixli Fərmanı olub. Bu sənəd haqqında Siz nə deyə bilərsiniz?  

 

– Qafqaz meqaregionunda Romanovlar Rusiyasının müstəmləkə siyasətinin əsas konturları müsəlman təbəqəni zəiflətməkdən və bu ərazidə öz siyasi hökmranlığını qurmaq üçün etnokonfessional bazanı formalaşdırmaqdan ibarət idi. Bu məqsədlə Rusiya imperiyası ortodoksal kilsəyə istinad edərək  məqsədyönlü şəkildə xristianlığı təbliğ edirdi. Regionda inkişaf edən prosesləri müşahidə edən erməni-qriqoryan kilsəsinin yepiskopu İosif Arqutinski “erməni məsələsi”nin qaydaları ilə hərəkət edərək liturgiyanı (xristianların ən əsas ibadət ayini) imperator Pavela təqdim etmiş və məharət­lə onu və ondan sonra gələn Rusiya hökmdarlarını erməni-qriqoryan kilsəsinin dindarlarının pravoslav imperatora və Əlahəzrət Evinə dua etməsi haqqında  uydurduğu “erməni nağılı”na inan­dır­a bilmişdı.

Arqutinin “əfsanəsi”nə görə Rusiya ermənilərindini baxımdan pravoslav məzhəbə yaxın olduqlarına inanmışdı. Beləliklə, Xilafət dövründə olduğu kimi, ermənilərin bəxti gətirmiş oldu. Romanovlar Rusiyası apardığı dini siyasətində erməni-qriqoryan kil­sə­sinə daha xeyirxah münasibət göstərərək onu doğma bilmişdi. Alban Apostol kilsəsinin fəaliyyəti isə imperiyanın xristianlaşdırma siyasətinə cavab vermirdi, çünki o, pravoslav kilsə deyildi və bu səbəbdən Alban Apostol kilsəsi erməni-qriqoryan kilsəsinin idarəçiliyinə verilmişdi.

 

– Lakin həm KİV, həm də elmi dairələr qeyd edirlər ki, Alban Apostol kilsəsi bu fərmana əsasən ləğv edilmişdi?

 

– 1836-cı ilin Fərmanına əsasən Alban Apostol kilsəsi ləğv olunmamışdı, o, erməni-qriqoryan kilsəsinin tabeliyinə verilmişdi. Dünya kilsə kanonlarına (təlimatına) görə, istənilən kilsəni, o cümlədən Şərq kilsəsini yalnız Kilsə ləğv edə bilər. Apostol kanonlarının əsasını təşkil edən qaydalardan xəbərdar olan I Nikolay “erməni kartı”na istinad edərək Alban Apostol kilsəsinin idarəçiliyini erməni-qriqoryan kilsəsinə vermişdi. Beləliklə,erməni-qriqoryan kilsəsinin Alban Apostol kilsəsinin irsinə  iddia qaldıra bilməsi üçün münbit şərait yaranmışdı.

 

– Rusiyadakı erməni lobbisinin bu Fərmanın imzalanması ilə hər hansı bir əlaqəsi olubmu?  

 

– Fərmanın verilməsindən öncəkidövrdə baş verən sosial-siyasi proseslərə diqqətlə nəzər salsaq, o zaman cavab müsbət olacaq. Ermənilərin kütləvi şəkildə Qacarlar İranından köçməsi birmənalı olaraq göstərdi ki, baş verən sosial proses Rusiya imperiyasındakı erməni lobbisinin vermiş olduğu “ssenari”si üzrə gedirdi və burada arxiyepiskop N.Aştaraketsi “rəhbər” rol oynamışdı.

Qeyd etmək lazımdır ki, o, erməni-qriqoryan kilsəsinin nəm divarları arxasında düşünülmüş “erməni məsələsi”ni yeni mərhələyə keçirə bilmiş, dünayaya səpələnən ermənilərin Azərbaycanın tarixi torpaqlarında kütləvi şəkildə yerləşməsi üçün böyük səy göstərmişdi.

“Erməni məsələsi”nin alqoritmi üzrə hərəkət edərək, kilsə nəinki bu “kapella”ya dirijorluq etməyi, həm də dünyaya səpələnmiş ermənilərin köçürüldüyü əraziləri, Azərbaycanın tarixi torpaqlarını öz idarəçiliyinə tabe etməyi qarşıya məqsəd qoymuşdu. Sonra isə kilsə qarşıya qoyduğu plana uyğun olaraq “erməni məsələsi”ni yeni mərhələyə keçirərək özünün Azərbaycan torpaqlarına olan əsassız ərazi iddialarını əsaslandırmalı idi.

 

– O zaman məntiqi olaraq belə bir sual yaranır. Erməni-qriqoryan kilsəsi I Nikolayın Qafqaz siyasətinə təsir göstərə bilərdi?

 

– I Pyotrun Qafqaz siyasətindən imtina etməyən Rusiya üçün «erməni məsələsi» tarixin müəyyən dövrlərində imperiyanın siyasi oyunları ilədüz mütənasiblik təşkil edirdi. Bütün bu incəliklər erməni-qriqoryan kilsəsinin Rusiya imperiyasının Qafqaz siyasətinə vasitəli təsir göstərməsinə səbəb olmuşdu.

Bu məsələyə 1907-ci ildə Müqəddəs Sinoda təqdim etdiyi arayışında Eçmiədzin Sinodunun prokuroru A.Frenkel toxunaraq, qeyd edirdi ki, Rusiyanın erməni uydurmalarına qarşı xeyirxah münasibəti onlar üçün bir sıra güzəştlərə gətirib çıxardı və bu sonralar “erməni katolikoslarınıngələcək kələkləri üçün presedent yaratdı, 1836-cı il qanunu da  onlara öz dindarları üçünmüstəsna vəziyyətin yaradılmasını tənzimlədi”.

Bu fakt birmənalı olaraq sübut edir ki, Alban Apostol kilsəsi erməni-qriqoryan kilsəsinin tabeliyinə məhz “erməni motivləri” üzrə keçmişdi. Bu Fərmanı rəhbər tutan erməni-qriqoryan kilsəsi XIX əsr ərzində məqsədyönlü şəkildə alban irsini məhv edir, qarət edir vəbeləliklə Azərbaycana qarşı əsassız ərazi iddialarını irəli sürmək üçün “erməni məsələsi”nin növbəti  mərhələləri üçün zəmin yaratmış olurdu.

Bizim əlimizdə Eçmiədzin Sinodunun prokuroru A.Frenkelin arayışından bir parça vardır və bu parça erməni-qriqoryan kilsəsinin XX əsrin əvvəlində Dağlıq Qarabağ problemini uyduraraq, məqsədyönlü şəkildə Azərbaycanın maddi-mədəni irsinin ayrılmaz hissəsi olan Alban mədəniyyətinin mənimsədiyini birmənalı olaraq sübut edir.

Bu arayış Eçmiədzin Sinodunun prokuroru A.Frenkel tərəfindən “erməni məsələsi”ni ciddi öyrəndikdən sonra tərtib edilmiş və belə bir məqam  vurğulanmışdı ki, ermənilərdə “şöhrətpərəstlik, intriqalar, satqınlıq, aşağılanmaq, yalandan and içmək” kimi xüsusiyyətləri onlarda uzun əsrlər davam edən əsarəti yaratmış və bütün bunlar “Böyük Ermənistan” haqqında ağılsız fikirlərin yaranmasına  “nəfəs” vermişdi. Düşünürəm ki, busənəd geniş oxucu auditoriyasını maraqlandıracaq.

 

Eçmiadzin Sinodu Prokuroru A.Frenkelin 1907-ci ildə Müqəddəs Sinoda təqdim etdiyi arayış (ixtisarla)

 

IV əsrdə xristianlığı qəbul etmiş tarixi Böyük Ermənistan V yüzillikdə bütün siyasi müstəqilliyini artıq itirmişdi və farsların (Zərdüştlük təlimi), Bizansın, ərəblərin, səlcuq türklərinin və digər fatehlərin hakimiyyəti altında idi (…).

Erməni xalqının tarixi taleyi danılmaz dəqiqliklə bu xalqın müstəqil dövlət, dövlət orqanizmi yaratmaq qabiliyyətinə malik olmadığını, bu xalqın yüksək sivilizasiyanın həqiqi yaranışının qavranılmasında tam yararsızlığını sübuta yetirmişdi. Belə ki, tarix bir neçə min il ərzində elm və incəsənət dahiləri sırasına bir nəfərin(erməninin) adını belə yaza bilməmişdir (…).

(…) Əgər keçmiş və yeni dövrün ən yaxşı erməni tarixçilərinin əsərlərini diqqətlə oxusaq, bu xalqın görkəmli mütəfəkkirlərinin erməni gerçəkliyinin bədbin baxışlarına həddsiz dərəcədə  təəcüblənərik. Hərislik, intriqalar, naxələflik, satqınlıq, riyakarlıq bu tayfanın əsas milli xüsusiyyətləri kimi görünür. Bu keyfiyyətləri sayəsində erməni xalqı həmişə hakim millətə assimilyasiya olmağa  yaxın olmuşdur (…).

Təəssüf ki, böyük insanın* bölünməsi ilə bağlı imperator I Nikolayın dilə gətirdiyi fikir yaranarkən ermənilər dərhal böyük əhəmiyyət kəsb etmiş oldular və onlarda özünü doğruldan ümidlər yarandı. Portadakı** bizim elçilər və onlarla birgə Xarici İşlər Nazirliyi hökumətə Rusiyanın Şərq siyasətinin müstəsna  maraqları üçün Türkiyə ermənilərinin köməyini əldə etməyin  vacibliyini  təlqin edirdilər; özü də bu kömək, yeri gəlmişkən, iki şərtlə həyata keçirilə bilərdi: 1) bütün ermənilərin katolikosu vəzifəsinə rus maraqlarına sadiqliyi ilə seçilən  namizəd irəli sürüldüyü halda; 2) bu namizəd Türkiyə ermənilərini mənəvi baxımdan özünə tabe etməyə qadir olduğu halda. Öz kökü etibarı ilə yanlış olan bu fikir bizim hökumət tərəfindən bir sıra güzəştlərə yol açdı və bu da 1836-cı il qanunu ilə nizama salınmış erməni dini icmaları üçün müstəsna şəraitin yaradılmasına gətirib çıxarmaqla bərabər erməni katolikoslarının gələcək iddiaları üçün bir əsas oldu. Gələcək mənfəət naminə  katolikosların seçkisinə kvazi-hökumət namizədinin yönləndirilməsi indiki Qafqaz rəhbərliyi tərəfindən daha çox dəstəklənir və diqqətdən qaçırılır ki, köləliklə korlanmış və sivilizasiyanın səthi toxunduğu, (…) bütün xristian və müsəlman Şərqi tərəfindən nifrət və ikrah hissi ilə qarşılanan hiyləgər asiyalılarla üzləşiblər. Tərəfimizdən hazırlanmış bu şərait, (…) erməni xalqı  arasında müxtəlif çalarlı yerli və əcnəbi  qeyri-hökumət birliklərinin olduqca rahat fəaliyyəti üçün  meydan yaratmışdır.

XVIII yüzilliyə kimi, Rusiyanın Yaxın müsəlman Şərqi istiqamətində irəliləyişi başlanana qədər Türkiyə ilə İran arasında bölünmüş ermənilərin böyük kütləsi müsəlman hökmranlığına qarşı heç bir əksüləməl göstərmirlər; çünki ermənilər sultan və şahın digər rəiyyətindən heç də pis yaşamırdılar. Ermənilər, tabe edildikləri  fatehlərin hakim və maliyyə sahələrinə tez bir zamanda daxil olmuş və bütün ticarət və kredit sahələrini öz əllərinə keçirmişdilər. Müsəlman hökmdarlar kilsə idarəçiliyində erməni katolikoslarının suverenliyini tanımışdılar (…). Nə türklər, nə farslar ermənilərin  hüquqi və xırda yerli  özünüidarəetmə  qaydalarına  qarışmırdılar.

Bir çox xırda xalqların milli özünüdərkinin oyanışı ilə qeyd olunan XIX əsrin birinci otuzilliyi  ermənilər üçün təsirsiz keçə bilməzdi (…)

(…) Ötən əsrin bütün gizli və aşkar erməni milli-dini cəmiyyətlərini iki qrupa bölmək olar: 1) Rusiyada olan erməni cəmiyyətlərinin Rusiya təbəələrinə və ermənilərə  münasibəti  dini-maarifləndərmə xarakterli idi. Onların bütün cəhdləri əvvəllər mövcud olmayan,  bütün ermənilər üçün ümumi, ədəbi-danışıq dilinin yaradılmasına, xalq üçün milli məktəblərin açılmasına və bütün xalq tərəfindən seçilmiş, xalqın başçısı kimi tanınan  katolikosun nüfuzunun artırılmasına yönəlmişdi. Rusiyada təhlükəsizlik şəraitində  olan bu birliklər Türkiyə Ermənistanın bu cür təşkilatları ilə sıx əlaqədə olaraq, onların Türkiyə hökumətinə qarşı inqilabi çıxışlarının həyata keçirilməsinə kömək etmişlər; 2) Türkiyədə erməni birlikləri sırf inqilabi xarakter daşıyırdılar. Onları maarifləndirmə fəaliyyətinin uzaq nəticələrindən daha çox, Türkiyə hökumətinə qarşı fəal

mübarizə maraqlandırırdı; xüsusilə ermənilərin Londonda, Lozannada, Cenevrədə fəaliyyət göstərən inqilabi təşkilatlardan faktiki dəstək aldıqları, eyni zamanda gənc türkçülərin onlara hüsn-rəğbət  göstərdikləri şəraitdə. Güman etməyə belə bir  əsas var ki, bizim hökumət ötən əsrin 30-cu illərindən 80-cı illərinə kimi Rusiya və Türkiyədə erməni təşkilatlarının sıx əlaqəsini ən azından inkar edirdi (bəlkə də sərfəli hesab edirdi).Rusiya sərhədlərindən maneəsiz olaraq Türkiyəyə silah göndərilir, geniş şəkildə döyüş sursatları, geniş maliyyə yardımı və erməni könüllüləri ilə köməklik edilirdi.

Ermənilər siyasi qaçqın olaraq, bizim sərhəd bölgələrində etibarlı sığınacaq tapırdılar və hazırda Qafqazda bu qaçqınların sayı 50 000-dən çoxdur. Bu çağırılmamış qonaqların yarısının legitimliyi yoxdur. Şərqi Qafqazda olan cinayətkarların əksəriyyəti Türkiyə erməniləridir (…).

80-90-cı illərdə erməni məktəblərində tədrisin zərərli istiqamətlərinə diqqət yetirildi, Eçmiadzin patriarxı ilə yerli və əcnəbi inqilabi təşkilatlararasında əlaqə aydın şəkildə özünü büruzə verdi, həmçinin erməni kilsə və monastırların mülkiyyətinin idarə olunmasında qüsurlarmüəyyənləşdi. O zamankı Qafqaz rəhbərliyi götürdüyü siyasətinin ümumi istiqamətini əsas götürərək,  yaranmış bu vəziyyəti durdurmaq məqsədi ilə erməni məktəblərinin bağlanması, patriarxın nikah işləri, dil, and

* böyükinsan – buradaOsmanlıimperiyasınəzərdətutulur.

** Porta – diplomatiyatarixivəbeynəlxalqmünasibətlərdəOsmanlıhökuməti (başvəzirinindəftərxanasıvə divan) nəzərdətutulur.

içmə, kilsə əmlakı barədə təkbaşına qərar vermək hüququndan məhrum olunması ilə bağlı məlum sərəncamlar verdi.

Bu, erməni xalq kütləsini rus hökumətinin əleyhinə qaldırmaq üçün kifayət idi.Artıq o zaman erməni inqilabçı qüvvələri, həm mənəvi, həm də maddi baxımdan kifayət qədər hazırlıqlı idilər. Yayılan bəyannamələrdə “Türkiyə” sözü “Rusiya” sözü ilə əvəz edildi və Rusiya təbəələri olan ermənilər bir neçə il bundan əvvəl Türkiyəyə silah, könüllülər apardıqları kimi, indi də Türkiyə erməni fədailəri Rusiya sərhəddini keçməyə başladılar (…).

 

Mənbə: Azərbaycan tarixi sənədlər və məlumatlar üzrə. Bakı, 1990, səh. 77-82

 
 


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər