Namiq Məna: Meyxanada bədahətən şeir deyən elə adamlar göstərərəm sizə, özünə şairəm deyən bir ay evində oturub fikirləşsə, o sözləri yaza bilməz.

13:00 / 10.04.2019
Baxılıb: 5390

Goyce.az tanınmış meyxana ustası, AYB-nin Qubadlı Regional Bölməsinin sədri Namiq Məna ilə müsahibəni təqdim edir.

 

Salam Namiq bəy. Əvvəlcədən müsahibəyə razılıq verdiyiniz üçün sizə təşəkkür edirəm. Sualı birbaşa verəcəm. Siz AYB-nin Qubadlı Regional bölməsinin sədri seçiləndə bir çoxları tərəfindən birmənalı qarşılanmadınız. Hətta bu məsələylə bağlı yazıçı Anara zəng eləyənlər oldu. Anar bəy də təsdiqləmədi. Bu haqda fikirləriniz maraqlıdır.

-         Birinci xoş gəlmisiniz. Mən sizi AYB-nin Qubadlı regional şöbəsi adından salamlayıram. Bildiyiniz kimi bizim bölmə dörd rayonu təmsil edir. Laçın, Kəlbəcər, Qubadlı və Zəngilan. Ümumiyyətlə, bizim fəaliyyətimizdə kütləvi informasiya vasitələrinin çox böyük zəhməti, çox böyük rolu var. Ona görə təşəkkür edirəm. Qaldı ki, dediyiniz məslələrə, hər kəsin öz fikri var. Sadəcə olaraq bəzi insanlar bir balaca tələsmişdilər. Mən bilmirəm onların arasında yazıçılar, şairlər varıydı, ya yox, amma mənə bir-iki nəfəri göstərmişdilər. Baxdım, elə də şəxsiyyətə toxunulası ciddi heç nə yazmamışdılar. Hər kəs öz fikrini bildirmişdi, bu da çox normaldır. Ancaq belə məsələlərdə bir az həssas yanaşılsa, daha yaxşıdır. İnsan haqqında fikir bildirməmişdən əvvəl onun fəaliyyətiylə maraqlanmaq lazımdır.  Tələsmək lazım deyil. Təbii ki, birinci Allah, ikinci vaxt, üçüncü istedad və zəhmətlə çalışmaq çox şeyi həll eləyir. Anar bəy sağ olsun, mənə etimad göstərib. Böyük çıxmasın, mən onsuzda bədahətən şeir söyləmək janrında kifayət qədər sözümü demişəm.  Kifayət qədər şöhrətim də var, kifayət qədər tədbirlərdə də iştirak eləmişdim. Mənə təklif gələndə, mən seçiləndə ölçdüm-biçdim,  sonra qəbul elədim. Mən öz fikirlərimi söylədim, hansı ki təklifi edənlər özləri dedi ki, Qubadlı regional bölməsi yaradılsın, siz də rəhbərlik edəsiz. Mən də öz növbəmdə bildirdim ki, mənim potensialım bura qədərdir, nələr edə biləcəyimi söylədim. Qarşı tərəf də dinlədi və dedi ki, sən bizə lazım olan kadrsan. Ondan sonra məni seçdilər. Zəhməti keçən bütün insanlara təşəkkürümü bildirirəm. İkinci isə, mən burda şöhrət xatirinə oturmamışam. Bizim tədbirləri siz də izləmisiniz. Burda yeganə məqsədim, amalım ondan ibarətdir ki, ədəbi mühitə xidmət göstərim. Tanınmış sima olmağımla bərabər, müəyyən potensialımı bu insanların yolunda sərf edim. Çünki bəzi yazıçılar, şairlər Allah tərəfindən mükafatlandırılmış insanlardır ki, onlar  özünəməxsus istedada malikdilər. İstedadlı insanlar da bir az tez küsəyən olur, bir az duyğusal olur. Ona görə də istedadlı insanlara qarşı gərək çox həssas yanaşasan. Mən özüm haqqında nəysə demək istəmirəm. Ümumiyyətlə, özümü tərifləmək xarakterimdə yoxdur. Bura artıq bir ilə yaxındır seçilmişəm, təyin olunmuşam. Ona görə də xalq yazıçısı, AYB-nin sədri Anar bəyə təşəkkürümü bildirirəm.  Və eyni zamanda Qubadlı rayon İcra hakimiyyətinin başçısı cənab Malik İsaqova dərin təşəkkürümü bildirirəm. Malik müəllimin mənim üzərimdə çox böyük zəhməti var.  Bir şeyi də nəzərinizə çatdırım ki, mən seçilib təyin olunduqdan sonra 100-ə yaxın tədbirlər keçirmişik, şairlərlə, yazıçılarla görüşlər keçirmişik.  Şəhid ailələriylə, hərbi hissələrdə əsgərlərimizlə  görüşlər keçirmişik. Sosial şəbəkədə bir həftənin içində saytımız, səhifələrimiz yarandı. Biz əslən Qubadlıdan olan şair, jurnalist Xasay Cahangirov adına dərnəy yaratdıq. Sumqayıt məktəblərindən istedadlı şagirdləri dərnəyimizin üzvü elədik. Eyni zamandan Xasay Cahangirov adına dərnəyin üzvlərinin bir-neçəsinin Beynəlxalq Muğam Mərkəzində çıxışları oldu. Orda Türkiyədən, İrandan qonaqlar vardı ki, alqışlarla qarşıladılar. Bütün bunlar zəhmət tələb edən işlərdi.

Gördüyünüz işlərin hamısı təqdirəlayiqdir, alqışlanmalıdır. Amma konkret ad çəkmədiniz, sizə AYB-nin Qubadlı Regional bölməsinin sədri olmağını kimlər təklif elədi.

- O adamların arasında yazıçılardan da xeyli adam oldu.

Adlarını çəkə bilərsiniz?

-  Ad çəkməyin nə mənası var? Məsələn, siz mənə mənim haqqımda fikir bildirən yazıçıların, şairlərin adlarını mənə desəniz, mən də sizə adlarını çəkərəm.

 

Bəyaq özünüz dediniz ki, haqqınızda yazılanları oxumusunuz. Sosial şəbəkədən də məlum oldu ki, sizin seçilməyinizi gözləmirdilər. Yazırdılar ki, meyxanaçı hara,  ədəbiyyat hara? Baxmayaraq ki, meyxanaçıların əksəriyyəti əruz vəznini bir çox şairlərdən yaxşı bilir.

Etiraf edim ki, sizi və bir-neçə meyxanaçını tanıyana qədər elə bilirdim, meyxanaçılar narkomandılar. Normal həyat tərzi olmayan insanlardır.  Bəlkə də narkoman meyxanaçılar daha çox üzdə olduğu üçün bu fikir formalaşıb.

- Sizə elə gəlmir ki, siz bu janrı aşağılayırsız?

Aşağılamıram. Ümumi olaraq formalaşmış fikirdən çıxış edirəm. Hətta Elçin Əlibəylinin verlişində yazıçıyla meyxanaçı arasında qalmaqal oldu, meyxanaçı həmkarınız fikirlərini tam ifadə edə bilmədi.

-   Bilirəm, hamısından xəbərim var. Elçin Əlibəyli ATV maqazində baş produsser işləyəndə bu janrla bağlı birgə layihəmiz olub.” Sözüm var” layihəsi. Kimsə nəyisə deyəndə fakta əsaslanmalıdır. Onda o insanın qarşısında baş əyirəm. Bu janr IV əsrə qədər gedib çıxır. XVI əsrdə yaşamış  Vaqiflə Vidadinin orta məktəb dərsliklərində deyişməsi var. Onlar bədahətən deməyib? Niyə aşağılayırsınız? Əgər cənab prezidentimiz Ağasəlim Çıldağa şöhrət ordeniylə təltif edib. Elçinin verlişində qonaq olmuş yazıçı da gəlsin mənimlə üzbəüz otursun,  bu janrla bağlı onu məlumatlandırım. Bilmədiyini bilməyən adamdan yox, bilən adamdan soruşmaq lazımdır. Və  bilməyən adamın üstünə çox gedib, onu qınaq obyektinə çevirmək düzgün deyil. Meyxana şifahi xalq ədəbiyyatının bir qoludur. Necə ki aşıq janrında qoşmalar var, bizim janrda da bədahətən şeir söyləmək var. Eyni zamanda aşıq janrında gözəlləmələrdi, bizim janrda mədhiyələrdi. Mən bu janrı illərdir araşdırmışam, illərimi vermişəm. Əzizə Cəfərzadənin bədihiyyə janrı haqqında məqaləsi var.  Manaf Süleymanovun böyük fikirləri var.  Bunlar filoloqlardır, sıradan insanlar deyil. Əliağa Vahid xatirələrində danışırdı ki, Cəfər Cabbarlı da, Səməd Vurğun da bədahətən şeirlər deyirdi. Sadəcə olaraq, Sovetin dövründə bizim milli-mənəvi dəyərlərimizə dəyən zərbələr bu janrdan da yan keçməyib. Bilirsiniz ki, o vaxt məscidlər anbarlara çevrilirdi, ibadət edənlər həbs olunurdu. Manaf Süleymanovun bir əsəri var “Eşitdiklərim, oxuduqlarım, gördüklərim”. Orda bizim janr haqqında müəyyən fikirlər var.  Görürlər ki, bədahətən şeir söyləyənlər var, fikirlərini birbaşa deyirlər. Fikirləşiblər ki, bunları necə gözdən salaq? Salıblar meyxanələrə. Meyxanə bildiyiniz kimi şərab evidir. Mey şərabdır, xana məkandır.  Siz özünüz deyin, axı, nəyi bəyənmirsiz.

Mən jurnalistəm. Hal-hazırkı vəziyyətdə razılaşıb-razılaşmamağa ixtiyarım yoxdur.

-  Razıyam, tərəf göstərə bilməzsiniz. Jurnalistin işi hansısa bir predmeti qabartmaqdır.

 Yazıçılar birliyində tədbirləriniz olub?

- Təbii ki. Kifayət qədər tədbirlərimiz olub. Hətta, bir-neçə müddət bundan öncə Anar müəllimlə Beyləqan səfərimiz oldu. Orda Xəyal Rza idi, məniydim, Türkiyədən də qonaqlarımız gəlmişdi. Sonra Rəşad Məcid, Seyran Səxavət, Elçin Hüseynbəyliylə Şabranda olduq. Biz dayanmadan fəaliyyət göstəririk. Yenə deyirəm, arada adamı elə qıcıqlandırırlar ki... Meyxana janrını aşağılıyırlar. Meyxananı aşağılayan hansı şair gəlib bədahətən şeir deyə bilər?

Ümumiyyətlə, meyxanaçılardı, aşıqlardı şeiri adətən bədahətən deyirlər.

-  Aşıqlar bizim kimi tam bədahətən deyə bilmirlər.

Niyə? Bədahətən şeir deyən aşıqlarımız da az deyil.

-   Məsələn, bir-ikisinin adını çəkə bilərsiniz?

Bədahətən şeir deyən aşıqları dana bilmərik. Məsələn, araşdırsaq klassik aşıqları, Aşıq Ələsgər buna ən yaxşı nümunədir.

-  Aşıq Ələsgər gör neçənci əsrdə yaşayıb. Müasirlərdən Aşıq Əhliman  arada istəyir qoşulsun, o da dostumuzdur. Amma bədahətən şeir deyən aşıq hələ rastıma çıxmayıb.

Meyxana folklordu deyirlər. Nə üçün ədəbiyyat camisi meyxananı qəbul eləmir?

(Bu zaman Namiq Məna Mərhum prezidentimiz Heydər Əliyevlə olan şəklini mənə göstərdi, sualıma sualla cavab verdi)

-  Qəbul olunmuram mən?

Yaxşı sualdı. Onda nə üçün ədəbiyyat dərsliklərinə meyxananı salmırlar?

-  Bunun üçün fəaliyyət lazımdır.  Yenə deyirəm, meyxananı bu qədər ucuzlaşdırmaq olmaz. Meyxanada bədahətən şeir deyən elə adamlar göstərərəm sizə, özünə şairəm deyən bir ay evində oturub fikirləşsə, o sözləri yaza bilməz. Təbii ki, bunu hər şairə şamil eləmirəm. Əgər mən bir yarışmada yeddi yüz min sms toplayıb qalib olmuşamsa, deməli, bu xalqın, söz xridalarının istəyidir. Mümkün deyil ki, o smsin hamısını mən göndərim özümə. Sonunda maşın udmuşdum, maşını da verdim internata. Mən özümü tərifləmirəm. Hara gedirəmsə, hamı əxlaqımdan, mədəniyyətimdən razıdır.  

Bəlkə Namiq Məna mədəniyyətindən susduğu üçün bu qədər üstünə düşdülər? Haqqında bu qədər çox danışdılar?

-   Yenə də hamının fikrinə hörmətlə yanaşıram. Amma iki-üç nəfər fikrini bildirmişdi.

Etiraz edənlərin arasında cavanlar daha çoxuydu. Hətta yerli olduğumuz üçün sizi təbrik eləmək yerinə, məni təbrik eləmişdilər.

- Məni hamı sevə bilməz. Həmçinin bir janrı da hər həs bəyənə bilməz. Amma Allah-təala hamıya 32 dişi ona görə verib ki, sözünün qabağında çəpər qoya bilsin, düşünüb danışsın. Hər sözü danışmaq da olmaz.  Qərəzli çıxış eləmək olmaz.

Düşünmürsünüzmü, bütün bu söz-söhbətlərin səbəbi meyxananın folklor kimi dərsliklərə salınmamasıdır? Salınsaydı, bəlkə də bu qədər etiraza səbəb olmazdı. Heç çoxları sizin incəsənət Üniversitetini, aktyorluq fakultəsini bitirdiyinizi bilmirlər.

-  Bəli, bilmirlər. Sizdə yazmarsınız onu.

Yazsam yaxşıdır. Seriala da çəkilirsiniz.  Deyirlər ki, xeyirdimi meyxanaçı həm Qubadlı Rayon Regional şöbəsinin sədri də olur, üstəlik, seriala da çəkilir.

-  Mən Dram Teatrı Kino aktyorluq fakultəsini bitirmişəm. İmtahanı götürən Şəfiqə Məmmədova olub. Mənim müəllimlərim rəhmətlik Fuad Poladov, Rəşad Nuri, Məlik Dadaşov,  Zəminə Hacıyeva olub. Səhnə danışığından Azad Şükürov, Hacı Ənvər Vəliyev, Nadir Hüseynov olub. Böyük sənətkarlardan dərs almışam, görüb-götürmüşəm. Meyxanayla da o vaxtdan məşğul olmuşam. Və mənim püxtələşməyimdə İncəsənət Üniversitetinin çox böyük rolu var.  Müəllimlərimin çox böyük zəhməti var.  Dünyasını dəyişənlərə Allah rəhmət eləsin, sağ qalanlara can sağlığı arzulayıram. Müəllimlərimə ömür boyu borcluyam.  Seriala çəkilməyimdə qeyri-adi heç nə yoxdur.

Gələcəkdə fikriniz varmı, Təhsil nazirliyinə məktub yazasınız, meyxananı dərsliklərə salsınlar?

-  Mənim öz səlahiyyətlərim var. Mən öz öhdəliyimdə olan səlahiyyətlərimin öhdəsindən gəlim, o işləri görüm, mənə bəsdir. Mənim səlahiyyətimdə olmayan heç bir məsələyə qarışmıram. Fikrimi öyrənmək istəyirsinizsə, bədahətən şeir söyləmək çox çətin, analoqu olmayan bir janrdır. Bugünkü gündə məşhur müğənnillərin oxuduğu mahnıların sözlərinin müəllifi bizim janrın nümayəndələridir. Elə şairlər var ki, onların yazdığı şeirləri oxuyanda adam xəcalət çəkir.

Bəzilərinin yazdıqları şeir deyil axı. Söz yığınağıdır.

-         Niyə fikir bildirmirsiz onda?

Nə bilirsiz, bildirmirəm? (Namiq bəy gülümsəyir)

-         Yazıçılar birliyində tədbir oldu. Orda şəxsən mən bədahətən şeir söyləmişəm. Çoxunun da xoşuna gəldi. Seyran Səxavətdən soruşa bilərsiniz.

Kaş ki gözlərində yaş olaydım mən

Axaydım bulaqtək yanaqlarından.

Qovuşmaq eşqiylə ağlayanda sən,

Süzülüb öpəydim dodaqlarından.

Bu şeirin nəyi pisdir?  Yaxud meyxananı bəyənməyənlər Əliağa Vahiddən status paylaşırlar. Əliağa ustad olub. Mənim üçün təpədən dırnağa böyük şairdir. Xalq sevib o insanı. Xalqın sevgisi tamam başqadır.

 

Razıyam. Sizə sözü olanlara son sözünüz...

- Son sözüm budur ki, tələsməsinlər. Sözlərinin qədrini bilsinlər. Hər şeyi birinci Allah, sonra vaxt həll eləyir. Fikir bildirənlərə də salamlarımı çatdırıram.

Təşəkkürlər.

Söhbətləşdi: Şəfaqət Cavanşirzadə


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər