URVATLI SÖZÜN İŞIĞINDA

13:30 / 17.04.2019
Baxılıb: 4242

Goyce.az saytı Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, əməkdar jurnalist Flora Xəlilzadəylə müsahibəni təqdim edir.

FLORA XƏLİLZADƏ: Söz mənim üçün kəpənək zərifliyində, zindan ağırlığındadır

Flora Xəlilzadə Zəngəzur mahalının Sisyan (Qarakilsə) rayonunun Urud kəndində anadan olub. Vəğədi kənd orta məktəbini bitirdikdən sonra ADU-nun Jurnalistika fakültəsinə daxil olub və 1977-ci ildə oranı bitirib. “Azərbaycan təbiəti” jurnalında,  “Azərbaycan müəllimi”,  “Azərbaycan” qəzetində işləyib. Hazırda İctimai Televiziyada layihə rəhbəri, “Yadigarlar” verilişinin müəllifi və aparıcısıdır.

Azərbaycan mətbuatında xüsusi yeri, çəkisi olan, istər  Sözü ilə, istər ədəb-ərkanı, vətənpərvərliyi, millətsevərliyi, azərbaycançılığı, bütün insani keyfiyyətləri ilə həmkarlarından fərqlənən, sevilən, seçilən Flora Xəlilzadə Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü,  Prezident mükafatçısı, “Əməkdar jurnalist” ,  “Tərəqqi” medalı və bir çox mükafatlar laureatıdır.  O,  “Bənövşə ətirli səs”, “Analar”, “Bu mənim tale yolum”, “Taleyimdən keçən adamlar”, “Məmməd Araza məktub”, “İgidliyin son zirvəsi”, “Ruhumuzun ünvanı Şuşa”, “Zəngəzura gedən yollar”, “Heydər Əliyev və Zəngəzur” və digər publisistik kitabları ilə yanaşı, “Ruhumun ehtiyacı”, “Ürəyim aldatdı məni”, “Yuxular” adlı şeir kitablarının müəllifidir. Kitablarını sevə-sevə oxuduğum və çox sevdiyim Flora Xəlilzadənin qonağı olmaq xoşbəxtliyi mənə də nəsib oldu. Əgər mən onun peşəkar jurnalistliyinin, ədəbi yaradıcılığının vurğunu idimsə, bu gün onun hər adama, hər qadına  xas olmayan səmimiliyinin, sadəliyinin, əsl Azərbaycan xanımlığına xas olan xanımlığının vurğunu oldum.

Siz, bütün ömrünüzü Azərbaycan mədəniyyətinin, ədəbi-mədəni mühitinin, Azərbaycan mətbuatının mükəmməl bir formada inkişafına həsr etmisiniz. Əsərlərinizdə azərbaycançılığımıza, mənəvi-əxlaqi dəyərlərimizə geniş yer vermisiniz.

Heç bir şeyin ilki unudulmur.  Hər bir insanın bəzən keşməkeşli, bəzən asan yolu da məhz elə bu ilkdən başlayır... Yəni həyatda atdığın ilk addım səni sən olmaq istədiyin yerə yerə götürür. Sizcə elədirmi?

-Bu yurd vardı  adı Uruddu.... İsti qoynundan, yaşıl yamacından, buz bulaqlarından, əzəmətli dağlarından zorla qoparıldığımız bu yurd həsrəti illərdir ki, bizi gorun-gorun yandırır, ömrümüzün hər anında  sağalmayan yara kimi  qövr eləyir. Bəli, bu yurdda doğulmağım, onun saf dağ havasını udmağım, halal çörəyindən yeməyim, gözümü açanda gördüyüm bütün gözəlliklərindən zövq aldığım, qoynunda pərvazlandığım və həyatıma daxil olan İlahi sevgi, insani sevgi, Təbiət vurğunluğum orda, atdığım ilk addımımdan başladı.

Bəli, bir zamanlar  o yurdun qoynunda xoşbəxt yaşamışınız... Nə qədər ağrılı olsa da bir anlıq o qayğısız, kədərsiz uşaqlıq illərinizin xatirələrini vərəqləyərək  bu misraların yaranma tarixini öyrənərdik.

Quşa bax, quşa,

Qanadı qırılmışa.

Bu ağacdan o ağaca

Hoppanıb qonan quşa....

-Yaz aylarında biz Urudda həyətimizdə tərəvəz əkərdik.Bir gün anam, bacım və mən (biz kərdi deyərdik köyərti əkdiyimiz yerə) kərdilərin arasındakı alağı təmizləyirdik, bir də gördüm ki, bir qanadı qırılmış quş  budaqdan budağa hoppanır.  Mən gözümü quşdan çəkə bilmirdim, məndən yaşca çox böyük olan bacımın dediyinə görə quşa baxa-baxa bu bəndi demişəm, bacım məni qucaqlayıb,  “mənim balam, gələcəkdə şair olacaq”,- dedi. Bacım məni çox istəyirdi, çünki mən on beş ildən sonra dünyaya gəlmişəm.

...Birinci sinfə gedirdim, birdən yadıma düşdü ki,  axı, mən şair olmalıyam, bəs necə şair olum? Getdim kitabxanamızdan (evimizdə böyük kitabxanamız vardı) əlimə keçən bir şeir kitabı götürdüm, hansısa bir şairin şeirindən  bir iki beyti köçürüb sonra bacıma oxudum.

...Qalxıb bir meşəlikdən təpəyə çıxdı,

Dönüb ətrafına dördgözlə baxdı,

Maral, ay maral...

Bacım dodağının altında gülümsəyib  soruşdu ki, Floş, sən maral görmüsən?

Dedim ki, yox, görməmişəm. O da qayıtdı ki, bəs şeiri necə yazmısan?

Susdum, dinmədim. O məni köksünə sıxıb dedi ki, bu şeir başqasının şeridir. Başqasının şeirini heç vaxt köçürməzlər. Onda başa düşdüm ki, deməli, şeiri özüm yazmalıyam.

Onuncu sinfi bitirəndə, orta məktəbdən, müəllim və şagirdlərimizdən ayrılmağım mənə çox pis təsir elədi, çox duyğulandım və “Ayrılıq” adlı bir şeir yazdım. Sonra “Ata” haqqında və başqa şeirlər yazdım. Amma heç kimə demirdim şeir yazdığımı.  Orta məktəbin son sinfində oxuyanda  Bakıya gəlmişdim. Qardaşım  məni “Azərbaycan Gəncləri” qəzetinə gətirdi.  Qəzetin nəzdində “Müjdə” ədəbi birliyi fəaliyyət göstərirdi. Burada görkəmli şairlərdən Tofiq Bayram, Xəlil Rza və digərləri qarşısında gənclər yenicə yazdıqları şeirlərini oxuyurdular.  Şairlər  isə şeirləri dinləyib öz fikirlərinin bildirirdilər. Sən demə, qardaşım məndən xəlvət mənim yazdıqlarımı da əvvəlcədən onlara veribmiş. Mənim isə heç nədən xəbərim yox idi. Birdən dedilər ki, Ermənistandan bir qonağımız var. Sisyan (Qarakilsə) rayonunun Urud kəndindən gəlib. Flora Xəlilova. Adımı eşidəndə məəttəl qaldım. Ayağa durub yadımda qalan şeirlərimdən bir neçəsini söylədim. Xəlil Rza məni dinləyəndən sonra dedi ki, bu qız şeir yaza bilər və əlavə etdi ki, qızım, sənə bir tövsiyəm var. Soyadını Xəlilbəyli yazdırın. Tofiq Bayram isə dedi ki, Xəlilzadə daha gözəldir. Doğrudan da, bu mənim də xoşuma gəldi.

Mən özümə şair demirəm, ama narahat olduğum anlarda pıçıldayıram, çünki bizim nəslin Məmməd Araz kimi bir Çinarı var. Olsa-olsa  bizlər bu çinarın kölgəsində bitən zərif çiçəklərik. 

Qələminizi şeirlə sınasanız da jurnalistika sənətini seçdiniz.

 -O vaxt iki sənət arasında qalmışdım; jurnalist olum, yoxsa  hüquqşünas? Jurnalistikanı seçdim, Jurnalistikanı özümə daha yaxın bildim. Çünki evimizdə Məmməd Arazın, Qulu Xəlilovun işığını görmüşdüm. Bacım Bakı Dövlət Universitetinin kitabxanasında işləyirdi. Ona görə də demək olar ki, bədii kitabların hamısını oxuyurdum. Hətta gözlərimdə problem yaranmışdı. Həkim mənə oxumağı qadağan etmişdi. Lakin bacım yuxuya gedən kimi kitabxanadan kitabları  götürüb ağ kağızla üzləyib, üstünə həndəsə, riyaziyyat, ədəbiyyat və başqa kitabların adını yazar və oxuyardım. Uşaqlıqdan çoxlu kitablar oxumağım bu günə qədər mənim yaradıcılığıma böyük təsir edib. Jurnalistika mənim həyatımın mənasıdır. Həmişə mənə sual veriblər ki, yenidən doğulsanız hansı sənəti seçərdiniz? Mən hər dəfə deyirəm ki, yenə jurnalist sənətini seçərdim. Çünki jurnalist kimi sözümü deyə bilirəm.

Urvası olan Sözün işığı hər yerə düşür...

Söz mənim üçün kəpənək zərifliyində, zindan ağırlığındadır. Bax, bunun ikisini də yaşayıram. Həyat məni həm yaxşılarla, həm də nadürüst insanlarla  qarşılaşdırdı. Amma  mən bu mübarizə meydanından geri çəkilmədim. Çünki mənim silahım, sözüm idi, mən bu sözün ədalətinə sığınmışdım. Bir dəfə məndən bir veriliş hazırlayırdılar, dedilər ki, Flora xanım, Siz həmişə cəsarətli olmusunuz. Dedim ki, mən həmişə həqiqəti deməyə çalışmışam. Amma həqiqəti demək mümkün deyilsə və nəsə fəsad törədə bilərsə, onda susmağa üstünlük vermişəm.

Yəni, söz mənim üçün bu qədər dəyərlidir ki, sözüm yerə düşər deyə,- heç kimə ağız açmağı sevmirəm. Bilmirəm, qarşıdakı məni eşidəcək ya yox, içimdə bir narahatçılıq yaranır ki, birdən sözüm yerə düşər. Çünki çörək yerə düşəndə belə onu götürüb yuxarı qoya bilirik, amma söz yerə düşsə, onu qaldırmaq mümkün deyil. Sözüm yerə düşərsə,  mən ölərəm. Söz mənim üçün  bütün var-dövlətdən yüksəkdə dayanır. Söz mənim üçün diri bir xilqətdir, müqəddəs varlıqdır. Sözün məlhəmi də əvəzsizdir, yarası da dərindir. Mən sözə sığınan insanam. Mən öz sözümlə şöhrətlənmişəm. Jurnalistika məni Azərbaycana, xalqıma tanıtdı. Jurnalist kimi dünyanı dolaşmışam. Mən bu gün də jurnalistika fakültəsinə gedəndə elə bilirəm Kəbəyə gedirəm. Yənu, bu elm ocağını mən müqəddəs ziyarətgahlara bənzədirəm.  

Bu gün hər kəs özünü söz adamı adlandırır, buna münasibətiniz.

-Təəssüf ki, son illər demokratiyanın yeri  bizdə anarxiya ilə dəyişik düşdü. Sözün dəyərini biləndə, bilməyən də söz ümmanına baş vurdu. Sözün ümmanının sahibi yoxdu, boğulanlar da var, çabalayanlar da var, “üzməyi” bacarıb üzə çıxanlar da var.

Hələ o vaxtlar rəhmətlik müəlimim  Əzizə Cəfərzadə deyirdi ki, çay daşanda əvvəlcə çör-çöp gətirir, sonra böyük kötüklər və sonra sular durulur...Amma hələ sular bir o qədər də durulmayıb.

Mənim içimdə qan verən bir yaram var. Doğulduğum Yurdum, bütöv Zəngəzur yarası, Qarabağ yarası, Şuşa yarası.... Yəni mən bu gün okeanın o tayına da gedə bilərəm, hər yerə gedə bilərəm, amma doğulduğum yurduma gedə bilmirəm. Mən anamla yurdumu qoşa itirmişəm. Bu il anamın vəfatının 30 illiyidir. Ermənilər onu gətirib qarın içinə atmışdılar. Düşmən onun sinəsinə güllə sıxmadı. Amma mənəvi güllədən qərib yerdə dünyasını dəyişdi anam.  Ölümündən təxminən bir saat qabaq belə bir söz dedi; əgər yollar açılarsa, torpaqlar alınarsa,  həyətimizdəki qızılgül ağacının dibindən bir ovuc torpaq gətirib tökərsiniz məzarıma. Lakin mən gətirə bilmədim o torpağı. Amma ruhumun ünvanı Şuşa var. Ən böyük arzum Şuşanın azad olunmasıdır. Əgər Şuşa düşməndən azad olunarsa, mən elə bilərəm ki, elə yurdumun alınması deməkdir. Mən Şuşadan o torpağı gətirmək istəyirəm. Doğmalarım, əzizlərim vətən deyə-deyə dünyadan köçdülər. Bilirsiniz, Vətəndə vətənsizlik əzabını heç nə ilə müqayisə edə bilmirəm. Bu dünyanın yaradılışıdır ki, itkilərin hamısı unudulandır, ata-ana, qardaş-bacı.... Amma Vətən, yurd itkisi,  ağrısı tamam başqa şeydi . Mən hər gecə anamı yuxuda görürəm, amma anamı bir dəfə də şəhərdə yuxuda görmürəm, öz kəndimizdə görürəm. Gözümün qabağındadır o yollar, o izlər... Kəndimizin gözəlliyini sözlə vəsv eləmək mümkün deyil. Qədim türk torpağı olan kəndimizdə qədim tarixi abidələrin də  sayı çox idi. Bu günə qədər kəndimiz haqqında yüzlərlə kitablar yazılıb, filmlər çəkilib, amma heç biri mənə toxdaqlıq gətirmir. Mən də yazdım, “Yolum düşə Zəngəzura”, “Ruhumun ünvanı Şuşa” və sair.  Ancaq yenə də bunlar mənə yurdumun həsrətini unutdura bilmədi.

Bu 40 illik fəaliyyətimdə mən gözəl, dəyərli Azərbaycan insanın tanıdım, Azərbaycan mütəfəkkirini tanıdım. Onların fəaliyyətini, yaradıcılıq dünyalarını araşdırdım. Bu sənət sayəsində yüzlərlə dəyərli dostlar qazandım. Onu da vurğulayım ki, hələ tələbəlik illərindən mənim  bir xəsiyyətim vardı ki, mən yaşlı insanlarla dostluq etməyi çox sevirəm. Onların həyat yolu mənim üçün həmişə bir məktəb olub.

Siz, qəzet və jurnallarda öz Sözünüzlə , ədalətə söykənən kəskin qələminizlə tanınsanız da illərlə ürəyinizdə yaşatdığınız bir arzunuzu da nəhayət, reallaşdırdınız. Artıq neçə ildir ki, “İctimai” televiziyada keçmişimizi tanıtdıran, dünənimizə işıq salan, sabahımızı doğru yola istiqamətləndirən verilişlərdən birinə, “Yadigarlar” verilişinə rəhbərlik edirsiniz.  ”Yadigarlar” verilişində dünyasını dəyişmiş şəxsiyyətləri yeni nəslə tanıtmağınız sayəsində hazırda  yüz minlərlə tamaşaçı bu verilişi sevərək işləyir.

Siz ilk verilişinizə Azərbaycanın xalq yazıçısı adını almış  ilk qadın ədibimiz, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin ruhunu yad etməklə başladınız. “Yadigarlar”ın ilk səhifəsinin Əzizə xanımın dünyasına həsr edilməsi məncə, ilk növbədə, sizin mənəvi övlad borcunuzdur.

-Bəli, bu mənim mənəvi borcum idi. Çünki mənim ilk dostum, müəllimim Əzizə Cəfərzadə olub. Ömrünün son anına kimi mən onun yanında olmuşam. Ondan çox şey öyrənmişəm. Təkcə sənətin sirlərini deyil, insanlara, iş yolldaşlarına münasibət, davranış qabiliyyəti, ümumiyyətlə, çox şeyləri ondan əxz eləmişəm.

Mən çalışdığım İTV-nin rəhbərliyinə dərin təşəkkürümü bildirərm ki, imkan yaratdılar mən eyni zamanda Zəngəzur malının Sisyan rayonunu çəkdim. Ayrı-ayrı kəndlərdən danışdıq, onların ziyalılarından danışdım, yəni Zəngəzur ziyalılarının bir qismindən söz açmağı bacardım. 

Bütün ömrünüzü Azərbaycanın ədəbi-mədəni mühitinin, Azəbrycan mətbuatının mükəmməl bir formada inkişafına həsr etmisiniz. Publisistik yaradıcılığınızda  Ümummilli Lider Heydər Əliyev Şəxsiyyətindən, tükənməyən fəaliyyətindən də ürək dolusu söz açırsınız.

-Bilirsiz, Zəngəzurda yaşayan azərbaycanlılara çox böyük xidmətlər göstərmiş, fədakarlıqlar göstərmiş Heydər Əliyevlə bağlı heç bir kitabda yazılmayan mətləblər vardı. Mən onu “Heydər Əliyev və Zəngəzur” yazımda yazdım. Bəli, mən bu kitabı ürəyimin diqtəsiylə yazmışam. Ümummilli Lider Heydər Əliyevin zəngəzurlulara köməyi çox olub. Zəgəzurun  tarixinə, taleyinə dərindən bələd olduğu üçün Heydər Əliyev istəyirdi ki, yurd yerlərimiz boşalmasın. O həmişə tövsiyə edirdi ki, ali təhsilinizi başa vurduqdan sonra doğma yurd yerlərinizə qayıdın. Qoymayın ki, o yerlər savadsızların əlində qalsın. Qədim türk torpağında soydaşlarımızın  möhkəmlənməsi üçün əlindən gələni edirdi. Ulu Öndər Heydər Əliyevlə bağlı bir hadisəni mən dəfələrlə danışmışam və sizə də danışmaq istəyirəm:

-Ermənistanda birinci katiblərin əksəriyyəti  erməni idi. Ötən əsrin 60-cı illərində Qarakilsə rayon partiya komitəsində Güllər Babayeva adlı bir xanım katib işləyib. Həmin vaxt bu xanımın həyatı çox ağır və cətin zamana tuş gəlib. O tez-tez dost cildinə bürünmüş, əslində türkün qanını içməyə hazır olan min cür hiyləsi ilə üzləşir. İrəvanda Ermənistan MK-nın plenumu keçilirilirdi. Bu yığıncağın da təmayülü elə idi ki, tədbirdə ancaq ermənilər Ermənistanın rayon partiya komitələri və digər sahələrin rəhbərləri, yəni birinci şəxslər iştirak edirdilər. Sisyan rayon partiya komitəsinin birinci katibi hansı səbəbdənsə həmin məclisə gedə bilməyib. Bu iş Güllər Babayevaya tapşırılıb.

Plenumda o vaxt SSRİ-də ad çıxarmış, Lenin haqqında bir sıra yazıların müəllifi kimi tanınmış Marietta Şaginyan da iştirak edirmiş. İslas zamanı ermənilər M.Şaginyana belə suallar veriblər: “Bizim  “Böyük Ermənistan” arzumuz nə vaxt reallaşacaq? Bizim Türkiyə və Azərbaycan ərazilərinə qatılmış torpaqlarımız nə vaxt qaytarılacaq? Maraqlıdır ki, M,Şaginyan öz soydaşlarına belə cavab verib: “İndi sovet hökuməti vaxtıdır. Bu məsələləri ciddi şəkildə qaldırmaq olmaz. Hər şeyin öz məqamı var. Amma siz öz körpələrinizin qulağına hələ beşikdə ikən deməlisiniz: ”Türk sənin düşmənindir. Sən “Böyük Ermənistan”ın qurucusu olmalısan, sənin ana torpaqların Türkiyənin və Azərbaycanın ərazisindədir”.

Ermənilərin yuxarı eşalonunda əyləşənlər heç ağıllarına da belə gətirməyiblər ki, salonda azərbaycanlı ola bilər. Amma Güllər xanımı təbii ki, tanıyanlar var idi. Hətta bir erməni “canyananlıqla” onun qulağına pıçıldayıb: “Özünü qoru, səndən xəbər tutsalar, çətin Sisyana salamat qayıdasan”. Güllər Babayeva soyuq payız günündə ermənilər şübhələnməsin deyə, paltosunu qardirobdan almadan birbaşa aeroporta gedib, ordan da təyyarə ilə Bakıya uçub. Bakıda SSRİ hökumətinin rəhbərlərinə teleqram vuraraq plenumdakı söhbətin mahiyyətini həm yuxarılara, həm də Heydər Əliyevə bildirib. Məhz Heydər Əliyevin təkidi ilə həmin vaxt SSRİ hökuməti bu işə dərhal reaksiya verərək  Ermənistan KP MK-nın birinci katibi Koçinyanı tutduğu vəzifədən azad edib. Güllər Babayeva isə Sisyana qayıda bilmədi. Heydər Əliyevin köməyi nəticəsində uzun illər Bakıda pedaqoji fəaliyyətlə məşğul oldu...

Heydər Əliyevlə bağlı bir məsələyə də toxunmaq istəyirəm. Deməli, o vaxtlar Qarakilsə camaatı öz övladlarını ali təhsil almaq üçün Bakıya göndərirdilər. Amma o vaxt Bakıya gedib gəlmək çox çətin olurdu. 1974-cü ildə Bakı-Sisyan avtobus marşrutunun  açılması Heydər Əliyevin öz həmvətənlərinə ən böyük hədiyyəsi oldu. Bu marşrut əvvəllər ancaq Gorusa qədər işləyirdi. İnsanlar çox əziyyətlə Qafan və Naxçıvan istiqamətindən qatarla Bakıya gedib gələrdilər. İki gün vaxt itirdi. Az sonra Bakı-Gorus təyyarə aeroportu da işə salındı. Sevincimizin həddi-hüdudu yox idi. Cəmi 45 dəqiqəyə evimizdə olurduq.  Mən hələ də o mənzərəni unutmamışam. Analar əllərini  göyə qaldırıb Heydər Əliyevin ömrünə dualar edərdilər...

Bildiyimə görə Ermənilərin azərbaycanlılara qarşı ilk torpaq iddiaları Qarakilsədən baş qalayıb.

-Bəli, əvvəlcə Uruda məxsus yaylaqlar və əkin sahələri  soydaşlarımızın əllərindən alınaraq ermənilər yaşayan kəndlərə verildi. Azərbaycanlılar incidilməyə başlanıldı. Ermənilər Qarabağ qartını ortaya ataraq nəinki Zəngəzurda, bütövlükdə Ermənistan adlanan qədim yurd yerlərimizdə yaşayan azərbaycanlıları 1988-ci ilin soyuq qış günlərində vəhşiliklə qovub çıxardılar. Halbuki, Heydər Əliyev həmin vaxtlar vəzifədə olsaydı və yaxudda erməni dəyirmanına su tökən öz namərdlərimiz naxələflik etməsəydilər, başımıza bu faciələr gəlməzdi.

Heydər Əliyev 1987-ci ildə vəzifədən və Siyasi Bürodan gedən kimi sanki ermənilərin qurumuş qolları açılmışdı. Hələ sovet dövründə Ermənistan KP MK-nın keçirdiyi plenumda heç nədən çəkinməyərək bu iddia irəli sürüldü. «İndi nədən qorxuruq? Meydan bizimdir». Bu barədə müxtəlif təbliğatlar işə düşdü. Zoribalayanların, kaputikyanların, avanesyanların məkrli siyasəti həyata keçdi. Böhtan xarakterli yazıları fitnəli beyinləri daha da qızışdırdı.
Heydər Əliyev sözün həqiqi mənasında böyük dayaq idi. Bu dayağı itirmiş xalq min cür fəlakətlə üzləşdi. İndi o fəlakətin miyqasını şərh etmək, insanlara dəyən zərərin həcmini müəyyənləşdirmək, qətlə yetirilənlərin sayını demək olduqca çətindir. Amma Tanrının bizə yenə də rəhmi gəldi. Heydər Əliyev qüdrəti bütün pisliklərə meydan oxudu. Cahanşümul xidmətləri Ulu Öndəri bir daha xalqına qaytardı. Ümidləri üzülmüş millətin zülmətinə yenidən günəş doğdu. Xalq öz cəsarətli oğlunu həmişəki missiyasında və böyük dayaqlığında gördü. Bu səbəbdən də Heydər Əliyev haqqında heç vaxt keçmiş zamanda danışmaq istəməyən insanların ürəkləri bir inamın üstünə köklənib. Ulu Öndərin ömrü də davam edir, əməlləri də. Çünki bu missiyanı ləyaqətlə yerinə yetirən ölkə başçısı İlham Əliyev həmişə öz qətiyyəti ilə xalqına dayaq olduğunu sübut etdi.

Heydər Əliyevlə ilk görüşünüzü necə xatırlayırsınız?

-Uşaqlığımda qəlbimdə yaşatdığım, dəfələrlə televiziya vasitəsilə gördüyüm, tədbirlərdə seyr etdiyim, nitqinə valeh olduğum Heydər Əliyevlə ilk dəfə 1994-cü ildə Bakıdan Ankaraya uçan təyyarədə görüşdük. Hələ də əllərimdə o istini, yaddaşımda mehriban səsini saxlayıram. Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi ilə əlaqədar Türkiyədə keçirilən mərasimlərdə iştirak etmək üçün Ulu Öndərin rəhbərliyi ilə böyük bir nümayəndə heyəti qardaş ölkəyə gedirdi. Ömrümün unudulmaz anlarıdır ki, mən də o heyətdə var idim. Yaxşı yadımdadır, Türkiyənin o vaxtkı Prezidenti Süleyman Dəmirəlin 70 yaşı tamam olurdu. Protokola görə, bir-bir otağa daxil olaraq Prezidenti təbrik edirdik. Heydər Əliyevlə Süleyman Dəmirəl yanaşı dayanmışdılar. Mən Türkiyənin Cümhuriyyət başqanını təbrik edərək “Türk dünyasının iki böyük günəşinə eşq olsun!” - dedim. Dərhal da Heydər Əliyevin sözlərini eşitdim: “Günəş bir olur axı…” Onun qəribə gülüşünün sədaları hələ də qulaqlarımdan çəkilmir…

Quş da məndən vəfalı,

Daş da məndən vəfalı,

İldə bir yol vətəndə,

Qış da məndən vəfalı-

Deyən Flora xanıma  həsrətində olduğu Şuşaya qovuşmasını arzulayırıq. Əgər Şuşanı yağı düşməndən azad edəcəyiksə, o zaman Zəngəzura getmək xəyallarımız da gerçəkləşəcək.

Söhbətləşdi:

Tahirə AĞAMİRZƏ

Goyce.az

 


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər