Çox gecikmişdim... Baharın ilıq nəfəsini duymamış bozarmış buludlar əllərimdən tutub məni üzü payıza tərəf aparmışdı...
O vaxtdan 26 ilin baharı keçdi və birdən yadıma düşdü ki, yenə bahar gəlir, çölümüz, çəmənimiz bəzənir, bağımız-bağçamız yaşıl donunu geyinir. Bəlkə, bu bahar gözümüzün gözünə baxa bilmədiyi, qulaqlarımızın kar olub səsini duya bilmədiyimiz üzü yurdlarımıza tərəf yön ala bildik, bəlkə....
Narın-narın yaz yağışı yağırdı. Fikirləşirdim, görəsən, 26 ildən artıqdır ki, erməni işğalında qalan qərib yurdlarımıza bahar gəlirmi, oralara da yaz yağışı yağırmı? Bəlkə də yağır, axı, yaz yağışlarının yağan vaxtıdı. Bəlkə də yağmır, niyə yağsın ki...26 il bundan əvvəl kənddə yaşadığımız illərdə yazqabağı şıdırığı yağışlar yağardı, dağlardan gələn sellər Ağa çayına axar, çay da daşıb həndəvərində olan bağ-bağçanın çör-çöpünü, bəzən qollu-budaqlı ağacları belə kökündən çıxararaq ətəyinə yığıb kükrəyə-kükrəyə Bərgüşad çayına tərəf aparardı... Elə bil nəyəsə acığı tutub hislənərək lərzəyə gələn Ağa çayı VII əsrin yadigarı hardasa iki mərtəbəli ev hündürlüyündə olan “Daş körpü”nün belə üstündən aşardı.
Təbiətin bu qeyri-təlatümlü halı kəndin camaatını qorxuya salardı. Kəndimizin görmüş-götürmüş ahılları əllərini göyə qaldırıb Allaha dua edərdilər. Biz uşaqları isə o gün evdən çölə çıxmağa qoymazdılar. Mən isə hamının gözündən yayınıb yolağanın altından sıyrılıb içimdəki anlaşılmaz maraqla, çaya tərəf qaçardım və çay daşqınını görəndə isə üzümdən, gözümdən axan yağışın sularını uda-uda babamdan eşitdiyim sözü (Allah...Allah...Allah, sən özün saxla) ürəyimdə pıçıldayardım. Aradan bir az keçəndən sonra, güclü yağan yağış ara verər, heç nə olmamış kimi günəş buludların arasından sıyrılıb çıxar, yenidən ətrafı isindirər, kükrəyib coşan Ağa çayı da sakitləşib öz axarına düşərdi...
Palçığa batan qol-budağı qırılmış ağaclar canlarında təpər tapıb yenidən dirçələrdilər. Yaşıl donunu geyinib, güllü yaylığını başına atan kəndimizin gözəlliyi birə-beş artardı. Yenə hər kəs öz işinin başına dönərdi...O zaman kimin ağlına gələrdi ki, bu firəvan, qaynar həyatın axarı pozulacaq, el yurdundan-yuvasından didərgin salınacaq, qədim ata-baba yurdu-yuvası yağmalanacaq...!?
Od tutdum-
Həsrətindən od tutdum,
Vətən, dərdin güc gəldi,
Adımı da unutdum!
Qalaq-qalaq-
Qalandım qalaq-qalaq,
Gəlin ay elim, obam,
Köçək yurdda, yurd salaq.
27 ildir ki, illərimizi həsrət çəkməklə Vətənə bağlı ağzı dualı, sözü qılınc kimi kəsən, yurd deyə-deyə qərib yerlərdə gözlərində dünya boyda dərd yükünü daşıyan ata-və analarımızı qərib yerlərdə torpağa veririk... Qəlbimizin dərinliyinə işləyən qaysaq bağlamayan yaralarımız elə bil ki, bahar aylarında daha çox qövr eyləyir.
Bu günkü yağış da məni xəyalların qanadında bir zamanlar qoynunda doğulub boya-başa çatdığım, bu gün isə ruhumun dolaşdığı o yurd yerlərimizə aparmışdı...
Doğma yurdumun həsrətindən, niskilindən dolan qəlbimi ovutmaq üçün başımı qollarımın arasında gizlədirəm ki, iş yoldaşlarım göz yaşlarımı görməsin. Qəfildən gözlərim qolumun altındakı «Azad Azərbaycan» qəzetinin (27 aprel 2011-ci il) 7-ci səhifəsində “GEDƏK RAMİZ RÖVŞƏN OLMAYAN YERƏ” başlıqlı yazıya dikilir. Bu rəngi saralmış qəzetin nə vaxt gəlib bura düşdüyünü belə xatırlamıram. Ramiz Rövşən şeirinin vurğunu olduğuma görə yaşla dolan gözlərimi yazıdan yayındıra bilmirəm. Hərdənbir gözlərimdən süzülən damlalar qəzetin saralmış rəngini biraz da görünməz hala salsa da, oxumağa çalışıram. Oxuduqca həmkarım Aydın Arslan qardaşımın qarasınca deyinirəm: - Sən də bu şeirləri yazmağa vaxt tapdın; məni öldürməkmi istəyirsən, ay qardaş! Sonra özüm-özümə təsəlli verib deyirəm ki, axı, o nə bilsin ki, mən Ramiz Rövşənin şeirlərinin vurğunuyam, nə bilsin ki, mən Vətən, yurd həsrətinə, niskilinə bürünərək göylə-yer arasında qalmışam... Məqaləni oxuduqdan sonra beynimdə dolaşan sərbəst düşüncələrimi, necə deyərlər, cavab kimi isti-isti kompüterin yaddaşına köçürməyi vacib bilirəm. Güman edirəm ki, həmkarım məndən inciməz...
...Yuxun gəlsin deyə kitablara
üz tutdun.
İşə bax, Ramiz Rövşənin
«Gedək biz olmayan yerə»
kitabı keçdi əlinə.
Yuxunu da unutdun.
Nə yaman qəlbinə
toxundu elə.
Yoxsa, məhəbbətin
dönübdü külə!?
Könülmü qırmısan
sən bilə-bilə?!
Kim olduğunu xatırlatdımı
Ramiz Rövşən o gecə?!
O gecə yuxunu əlindən aldı,
Ötən günlər gözlərində dolandı,
Səni diri-diri məzara saldı?!
Bəlkə, bəbəyində gizlədiyini,
Bəlkə, həsrətinə dözmədiyini,
Bəlkə, heç qədrini bilmədiyini,
Gözünün önünə gətirdi
Ramiz Rövşən o gecə!?
Xatirələr bir-birinə qarışdı
Ötən ildən, keçən gündən danışdı.
Yorğan-döşək ilan olub
O gecə canına darışdı...
«Örtüldün qapı kimi».
Anan xəyalına gələndə
körpə uşaq kimi nəvazişə
ehtiyac duyub kövrəldin!
«Kölgə» hisslərini səfərbər etdi.
Şeiri yarımçıq qoydun!
Səhifədəki «Ayrılıq»a gözlərin dikiləndə,
Xəyalın dan yeri tək söküləndə,
Səhifəni yarımçıq qoyub qaçdın!
«Darıxır» səni yaman darıxdırdı
Ağzında dilin yandı
Elə Ramiz Rövşən kimi...
Tüstün təpəndən çıxa-çıxa
qaçmağa başladın...
Elə sandın ki, xatirələrin
əlindən qaça bilərsən...
Elə sandın ki, özündən
qaça bilərsən...
Ramiz Rövşəndən
Qaça bilərsən?!
Amma...
«Qara paltarlı qadın»
qəfildən çıxdı qarşına
Baxanda gözlərinin yaşına
Sənə doğma gəldi bu göz yaşları!..
Beləcə yadına saldı Ramiz Rövşən
Unudulmuşları!...
Niyə o qadının göz yaşları
Sənə elə doğma gəldi?!
Yoxsa, kimisə gözüyaşlı qoymusan?!...
Hə, Aydın qardaşım! Sizin də dediyiniz kimi, Ramiz Rövşən sözünün ruhu da başqadır, rəngi də, ölçüsü də.. Elə ki, Ramiz Rövşən sözünü sevdik, sözdən anladıq, bax, onda, başqa bir dünyaya qədəm qoyuruq. Bax, onda, vətəni də, yurdu da, torpağı da, insanlığı da gerçəkdən sevməyi bacarır, vətənin əsgəri olmağa müntəzir oluruq...
Məqalədə vurğulayırsınız ki, şeirlərini sevsəm də, Ramiz Rövşəni yaxından heç görməmisən. Həmyerlim olmasına baxmayaraq mən də onu tədbirlərdə çox görsəm də, bir neçə dəfə söhbət eləmək mutluluğunu dadmışam. Bu azacıq söhbətimiz illərə bərabər olub, torpağımın, yurdumun ətrini şeirlərindən qəlbimə köçürsəm də, söhbətindən doya bilməmişəm...
Milli mənliyi ilə həmişə oxucuların diqqətində olan Ramiz Rövşən sözləri ilə də onları sehirləməyi bacarır. Şeirlərində duyulan səmimilik, şirinlik, sadəlik, saflıq və böyüklük onun qəlbindən şeirlərinə süzülür. Ramiz Rövşən müqəddəs şair xəyalı ilə doğma yurdunu, onun füsunkarlığını təkrarsız təbiətini İlahi məqamına qədər yüksəldib. Məhz bu xüsusiyyətlərinə görə həmsöhbətləri onu dinləməyə böyük üstünlük verirlər.
Ramiz Rövşən RUH şairidir, DƏRD şairidir.
Ramiz Rövşənlə həmsöhbət olanlar bilir ki, onun sehrindən çıxmaq çətindir. O, vətənin aşiqidir, yurdun, torpağın və ən nəhayət, İNSANlığın divanəsidir. Ramiz Rövşənin özü burda, ruhu göylərdədir. Bəlkə, o, Allaha yaxın olmaq üçün göylərdə məskən salıb, bəlkə, o, yanıb kül olmaq üçün üz tutub göylərə. Axı, SÖZ tonqalında yananlar, kül olub yenidən doğulurlar bu SÖZ dünyasında əbədi yaşamaq üçün...
Tahirə Öztürk (AĞAMİRZƏ)
Şairə-jurnalist
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024