Azıx mağarasının müasir taleyi və “erməni dişi” - Şəhla Cabbarlı yazır

19:11 / 04.05.2019
Baxılıb: 5074

İstər dünyanın yaranması, istərsə də ilk insanlar haqqında həmişə maraqlı fikirlər, idealist və materialist baxışların toqquşması və müxtəlif nəzəriyyələr ortaya atılır. Lakin elm adamları ilk insanlar haqqında fikir bildirərkən maddi mənbələrlə işləyərək, alınan nəticəni paylaşmağın tərəfdarıdırlar.

Dünya dəyişdikcə, inkişaf etdikcə elmdə də fərqliliklər, inkişaflar  meydana çıxır. Yeni texnologiyaların köməyi ilə qədim dövr tapıntılarını tədqiq etmək daha da asanlaşır. Hər il avropada, xüsusilə də beynəlxalq araşdırma mərkəzlərinin təşəbbüsü ilə elmlərin yenilikləri, inkişafı və gələcəkdə görüləcək işlərinin planlarına dair müxtəlif tədbirlər, müzakirələr və yekun konfransları keçirilir. Arxeologiya da insan cəmiyyətinin taleyi ilə birbaşa əlaqəsi olan elm kimi böyük maraq doğurur. Bu münasibətlə müxtəlif institutlarda, muzeylərdə  arxeoloji sərgilər  keçirilməkdədir. Ölkəmiz də mütəmadi olaraq bu tədbirlərdə təmsil olunur, arxeoloji sərgilərdə yeni tapıntıları təqdim edir. Azərbaycan həm də dünyada tanınan ilk insan məskənlərindən biri kimi bir addım öndədir. Lakin haqqında hər zaman öyündüyümüz dünya şöhrətli Azıx mağarasının bu günkü taleyi başqa məcraya yönəlməkdədir. 

Azıx mağarası Füzuli rayonu ərazisində yerləşir ki, bura hazırda erməni işğalında olan bölgədir. O torpaqlar de-fakto olaraq Azərbaycan ərazisidir və qondarma Arsax Respublikasının orada qazıntılar aparmaq hüququ yoxdur. 

Bu günlərdə təsadüfən erməni gənc antropoloq-genetist L. Yepiskopyan adlı birinin məqaləsini oxudum. Həmin gənc “alim” bir sənədli filmdə də çəkilərək Azıx mağarasının tarixindən danışır. Onun dediyinə görə Azıxda 2001, 2009 və 2016-cı illərdə önəmli qazıntı işləri aparılmış, yeni laylar aşkara çıxarılmışdır. 2016-cı ildə Böyük Britaniya, ABŞ və Danimarka arxeoloqları ilə birgə aparılmış qazıntılar zamanı Azıxdan 7 min il yaşı olan insan dişi tapılmışdır. O, yazır ki, Kopenhagen universitetində aparılan DNA testinə görə həmin diş müasir ermənilərin dişi ilə eynilik təşkil edir. Bu haqda ingilis dilində nəşr edilən “Azıx mağarası və Transqafqaz dəhlizi” adlı kitabda da bəhs edilib. Kitabda eyni zamanda Azıxdan tapılmış əl çapacaqlarının, ov alətlərinin, məişət əşyalarının, çaxmaq daşlarının rəsimləri də verilib ki, bunlar 60-70-ci illərdə Azərbaycanlı alim Məmmədəli Hüseynovun ekspedisiyasının aşkarladığı məmulatlardır. Onlar daha da irəli gedərək 350-400 min il əvvələ aid Azıx adamının çənə sümüyünün də ermənilərin əcdadlarına aid olacağını, lakin tapıntının hazırda Azərbaycanda olduğundan araşdırılmasının qeyri-mümkün olduğunu dilə gətirməkdən də çəkinmirlər. 

Bu saxta iddia təbii ki, Ermənistandan başqa heç yanda qəbul olunmayıb, ancaq ciddi reaksiya verilməzsə yaxın illərdə beynəlxalq arxeoloji tədbirlərdə təqdimat edəcəkləri qaçılmaz olacaq. Azərbaycanın bu iftiraya münasibətini öyrənmək üçün kiçik bir araşdırma apardım, lakin iddiaya cavab verən hər hansı məqalə, etiraz məktubu və s. aşkarlaya bilmədim. Ümumiyyətlə, nə iddia olunan məsələ, nə də  həmin kitab haqqında ölkəmizdə məlumat yoxmuş kimi görünür.

Azərbaycanda arxeologiya tarixi və Azıx mağarası haqqında.

Arxeologiya Qafqaz üçün cavan bir elmdir. 1881-ci ildə Tiflisdə Ümumrusiya Arxeoloji Qurultayında çıxarılan qərarda Zaqafqaziya və Azərbaycan ərazisində Daş dövrü abidələrinə rast gəlinməyib. 1918-1953-cü illərdə isə bəzi ərazilərdə qazıntılar apararılaraq müxtəlif dövrlərə aid tapıntılar tapılsa da yenə daş dövrünə aid düşərgələrə ya da hər hansı mənbəyə rast gəlinməmişdir. S. N. Zamyatin hətta məqaləsində təəssüflə qeyd etmişdi ki, Azərbaycan ərazisində Daş dövrü mənbələrinə rast gəlmək mümkünsüzdür. Lakin Binəqədidə bəhs etdiyim dövrə aid fauna qalıqlarının taplması SSRİ Elmlər Akademiyasının Azərbaycana marağını artırdı və Zamyatin Azərbaycana göndərildi. Məmmədəli Hüseynovla birgə Şamaxı, Qazax, Tovuz və başqa yerlərdə kəşfiyyat işləri aparmışdılar. 1960-cı ildə isə Məmmədəli Hüseynovun başçılıq etdiyi paleolit ekspedisiyası Qarabağda Quruçay dərəsində araşdırmalara başlayır. Mağara Füzuli şəhərindən 16 km aralıda yerləşən Tuğ çökəkliyində dəniz səviyyəsindən 100-120 metr yüksəklikdə yerləşir.

Çoxtəbəqəli Azıx qazıntılarında işlər iki mərhələdə aparılmışdır:

I mərhələ 1960-1973-cü illəri əhatə edir ki, bu zaman 6 təbəqə aşkar edilmişdir. I və II təbəqələrdən Orta əsrlər, Tunc və Enolit dövrünə aid tapıntılar, III təbəqədən Aşel mədəniyyətinə aid fauna qalıqları aşkarlanmışdır. IV təbəqədən isə heç bir maddi - mədəni tapıntı tapılmadığı üçün lal təbəqə adlanmışdır. V təbəqə bizə bəzi məmulatlarla yanaşı üçüncü layda “Azıxantrop” adlandırılan insanın alt çənə sümüyünü vermişdir. Alt çənə sümüyünün tədqiqi ilə D.V. Hacıyev məşğul olmuşdur. İki ocaq yeri, qayalar arasında 4 ayı kəlləsi və iki ayı çənəsi də bu təbəqənin tapıntılarıdır. 

II mərhələ isə 1974-1985-ci illərdə həyata keçirilmişdir. Bu mərhələdə  daha 4 təbəqə aşkar edilmişdir. 

2001-ci ildən sonra Fransada keçirilmiş elmi kofranslarda iştirak edən Azərbaycanlı alimlər Paleolit, Mezolit, Neolit dövrü əmək və məişət alətlərini təqdim etmiş, müəyyən tədqiqatlar aparılması haqqında fikir mübadiləsi aparılmışdır. 2001-2005-ci illərdə Ə. Q. Cəfərovun Beynəlxalq İNTAS-2000 proqramı əsasında Avropa alimləri ilə apardığı elmi tədqiqatlar zamanı Azıx mağarasında tapılmış insan qalıqlarının 2,5 milyon ilə aidliyi sübuta yetirilmişdir. Həmin proqramla 22 alim başda Henri De Lümley olmaqla ölkəmizə səfər edərək Azıxdan tapılmış digər tapıntılarla tanış olmuşlar. Lakin Azıx mağarasının müasir taleyi barədə danışıqlara rast gəlinmir. 

Qeyd:

Azıx mağarasının Azərbaycan üçün əhəmiyyəti böyükdür. Bu gün orada qanunsuz aparılan qazıntılara dur demək və Azərbaycana aid olduğunu bir daha bəyan etmək üçün mağaranın UNESCO-nun Ümumdünya Maddi-Mədəni İrs siyahısına əlavə olunmasına çalışmalıyıq. Bu məsələdə dünyanın məşhur daş dövrü arxeoloqlarının dəvət olunması, aşkar edilmiş tapıntılarla, buna dair arxiv işləri ilə bir daha geniş şəkildə tanış etmək və onların köməyindən yararlanmağımız vacibdir.  

Ermənilərin Azıx mağarasında apardıqları qeyri-qanuni qazıntılarını sübut edən şəkillər:

gazette.az


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər