Göy üzünün şairi

21:21 / 18.05.2019
Baxılıb: 2948

Özü yer üzündə gəzən, əslində, bu yerin adamı olmayan şairi ilk dəfə virtual aləmdə tanımışam. Sonra iş yerinə,  Azərbaycan Arxiv İdarəsinə dəvət etdi, məmnuniyyətlə qəbul elədim. Hələ yaradıcılığıyla dərindən tanış olmadığım şairin hiss edirəm ruhunun dərin qatında gizli məqamlar çoxdu, hansı ki duyan insan üçün çox şey öyrənib götürmək olar.

İlk görüşümüzdən Nazim Əhmədli mənim daxili aləmimi duymuşdu, qəlbimə dəyməyəcək yüngül tənqidləriylə özümü mənə tanıtdırmışdı. Yolboyu, evə gəldikdən sonra da şairin dediklərini beynimdə süzgəcdən keçirir, tez-tez güzgüyə baxa-baxa  ancaq özümü dəyişdirmək haqqında düşünürdüm.

Aradan çox zaman keçdi, şairlə AYB-nin binasında rastlaşdıq. Məni görəndə həm təəccüblənmişdi, həm də dəyişdiyim üçün sevinmişdi. Qısa da olsa, söhbətimiz alındı. O an ürəyimdən keçirdim; Nazim Əhmədli kaş yaxın qonşumuz olardı, motivasiya üçün hər gün müsbət enerjisindən mənə ötürə biləydi.

Arada yenə məsafələr uzandı.

Nazim müəllim zəng elədi ki, mayın 17-də 276 nömrəli tam orta məktəbdə mənimlə görüş  olacaq, sən də gənc yazıçı kimi dəvətlisən. Sevindiyimdən nə məktəbin nömrəsini öyrəndim, nə də tədbirin mahiyyətini. Dünən vədələşdiyimiz görüşə yarım saat tez getmişdim. Tədbirin mahiyyətini yenə soruşmuram, yarım saatdan bir az artıq qalmış vaxtımızı şairin şeirlərinin mənalarını müzakirə etməyə xərclədik. Hansı şeirləri, hansı mövzuları söhbət elədik, yazmayacam. Növbəti görüşümüzə qədər sizləri intizarda saxlamalı olacam. Bunun üçün Nazim Əhmədliyə geniş yer vermək lazımdır.

Vədə tamam oldu. Biz 276 nömrəli məktəbə getdik. Məktəbin həyətində filologiya elmləri doktoru,  ədəbiyyatşünas Qurban Bayramovla rastlaşdıq. İlk baxışdan məktəbin görünüşü, sonra içindəki aura diqqətimi çəkdi. Şagirdlərin nizam-intizamı, mehribançılığı ürəyimi açdı. Məktəbin direktoru Bəhram Şiriyev əvvəlcə on beş dəqiqə bizi öz otağına, çay süfrəsinə dəvət elədi. Şairin şair qardaşı Vüqar Şamiloğlu da burdaydı.

Bir-birimizlə ətraflı tanış olduqdan sonra, şairin üzünü görmədiyim ömür gün yoldaşı Rəhilə xanım həm qudası, həm də məktəbdə müəllimə işləyən, tədbirin təşkilatçısı Patimat Xatatiyeva və tədbirin digər təşkilatçısı, müəllimə  Naibə Kəlbaliyevayla birlikdə tədbirin başlamasına az qalmış otağa daxil oldular. İlk dəqiqədən bir-birimizə qanımız qaynamışdı ki, neçə ilin doğmaları kimi görüşdük. Nazim müəllimin əvvəlcə haqqımda Rəhilə xanıma danışdığı məlumuydu. Bəhram müəllimin müşahidəsiylə məktəbin zalına keçdik.

Şagirdlərin alqış səsləri adamı tamam başqa aləmə aparırdı. Tədbiri Bəhram müəllim özü açdı. Nazim Əhmədlinin şairliklə yanaşı, bu məktəb üçün nümunəvi valideyn olduğunu vuğuladı. Cəmiyyət üçün uğurlu övladlar yetişdirdiyini söylədi, hansı ki ölkəmizi xarici ölkələrdə təmsil edirlər. Bəhram müəllim ilk sözü Qurban Bayramova verdi. Qurban müəllim neçə illik ailə dostunun sadəliyindən danışdı, haqlıydı. Mən özüm də bir dəfə olsun Nazim müəllimin özünü tərifləməsini, gördüyü işlərdən uzun-uzun danışdığını eşitməmişəm. Amma şair hiss olunurdu ki, narahatdır. Ünvanına deyilən sözlərəürəyi tam açılmırdı. Qəfildən ayağa qalxdı, yaralı yerimizdən - sabah Laçının işğal günün olduğunu, bugün əslində, Laçın üçün bura toplandığımızı söylədi. Qurban müəllimin təbiriylə desək, sən özünü yaxşı mənada  reklam eləməyi həqiqətən bacarmırsan, şair.

Sonra şagird aparıcılar bir-bir şairin əvvəlcədən hazırlaşdıqları vətənə, sevgiyə aid şeirlərini ifa elədilər. Mənim diqqətimi, adlarını sonradan öyrəndiyim , birinin əlində milli dəyərlərimiz olan tar, birinin əlində saz olan Səxavət Məmmədlə, Tural Qafarlı oldu. İrəliləyən dəqiqələrdə ikisinin də ifasını dinlədik. Bəhram müəllim sözü gənc yazıçı olaraq mənə də verdi. Nazim müəllim onunla bağlı səmimi fikirlərimi zaldakılardan yaxşı bilirdi. Mənim üçün şairdən öncə ürəyimin sözünü rahat deyə biləcəyim etibarlı dostdur. Daha sonra şairin qardaşı Vüqar Şamiloğlu öz çıxışında, şairin 70-80-ci illərdə yazdığı şeirləri əzbər bildiyini vurğuladı. Şair üçün bundan böyük xoşbəxtlikmi olar?!... Sən ruhunu vərəqə köçürürsən, qan qardaşın sənin üçün şeirlərini yaddaşında yaşadır. Məktəbin istedadlı şagirdlərindən biri Nəzrin Xanməmmədova hamımızın yaralı yeri olan "Ay Laçın, can Laçın" mahnısını məlahətli səsiylə gitarasında ifa elədi. Nəzrin ifasını bitirənə qədər mən ancaq şairi müşahidə edirdim. Elə bil tədbirdə deyildi.

Nəzrin ifasını bitirsə də, şairin ruhu hələ də o torpaqların havasındaydı. Söz şairə və əvvəlcədən suallarını verməyi səbrsizliklə gözləyən zalda əyləşmiş şagirdlərə verildi. Şairlə balaca oxucuları üz-üzə qalmışdılar. Şairə sevgidən, vətəndən  suallar verdilər, şair hər zaman olduğu kimi səmimi cavablandırdı.

Tədbirin sonunda Nazim Əhmədli üzünü gənc nəslə tutub təəssüflə bildirdi. Təəssüflə yazıram, kövrəkliyi səsindən bilinirdi.

" Bir ayda 10-15 dəfə yuxuda Laçını görürəm. Kəndimiz adam şəklində gecələr yuxuma gəlir. Və biz nəslin günahı o oldu ki, Qarabağ məsələsini siz nəsillərə saxladıq"

Yanımda əyləşmiş xanımın gözləri yaşarmışdı. Ümid edirəm, Laçının, digər rayonlarımızın, Göyçəmizin, İrəvanımızın azadlığı gənc nəsillərə qalmayacaq, bizlər azad edib gənc nəsillərə əmanət kimi verəcəyik.

Hazırladı: Şəfaqət Cavanşir

Goyce.az

 


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər