Bu gün İrəvan şəhərinin yerləşdiyi ərazi vaxtilə Urartu, Sasanilər, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqlar, Eldəgizlər, Elxanilər, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar kimi dövlətlərin tərkibində olmuşdur.
İrəvan şəhərinin sosial-iqtisadi mərkəz kimi inkişafı Çuxursəd bəylərbəyliyinin və İrəvan xanlığının dövrünə təsadüf edir. Orta əsrlərə aid tarixi mənbələrdə şəhərin adı Rəvan və İrəvan kimi göstərilir. Bundan sonra, 1950-ci ildə Erməni tarixçiləri İrəvan şəhərinin cənub-şərqi bölgəsi olan Qanlıtəpə ərazisində apardıqları arxeoloji qazıntılar nəticəsindı Urartu çarı I Arqiştinin hakimiyyəti illərində tikilmiş Erebuni, (İrpuni) qalasının qalıqlarını aşkarlayıblar. Erebuni qalası yalnız hərbi-müdafiə məqsədləri daşıyırdı və onun ətrafında heç vaxt şəhər infrastukturu olmamışdır. Əslində, urartuluların ermənilərlə heç bir əlaqəsi olmadığı kimi, Erebuni qalasının nə tarixi, nə də ərazi cəhətdən bugünkü İrəvan şəhəri ilə heç bir əlaqəsi yoxdur. Orta əsrlərdə bir şəhər kimi formalaşmış İrəvan şəhəri 1950-ci ildə arxeoloji qazıntıların nəticəsində aşkar edilmiş. Erebuni qalası arasında məsafə fərqi diqqətçəkicidir. Yalnız XX əsrin 2-ci yarısından etibarən İrəvan genişləndi və Qanlı Təpə hansı ki, Erebuni qalası orada yerləşərək şəhərin tərkibinə daxil olmuşdur. Urartuluların dövrünə aid mixi yazılı məktublardan (mətnlərdən) məlum olur ki, b.e.ə VIII əsrin əvvəllərində Ağrı vadisi (Araz çayının sol sahili və Arpa çay çayının aşağı axını) urartuluların fəthinə qədər Az xalqlarının vətəni adlandırılmışdır.
İrəvanın Urartu çayının I Arqişti tərəfindən e.ə 752- ci ildə əsası qoyulan Erebuni qalası ilə eyniləşdirilməsi tarixi saxtakarlığın bariz nümunəsidir.
Akademik Boris Piotrovskinin, həyat yoldaşı milliyətcə Erməni olan Hribsime Canpoladyan dediyi "Ermənistan SSR-nin paytaxtı olan Yerevanda Urartu adı olan Erebuni yaşamaqdadır" fərziyəsi 1968-ci ildə ermənilərə Yerevanın 2700 illiyini qeyd etməyə imkan verdi. Ermənilər bütün dünyaya bu şəhərin Romadan 30 il qədim olduğunu göstərməyə çalışdılar.
Məhşur erməni yazıçısı Xaçatur Abovyan "İrəvan şəhərinin qısa tarixi oçerkləri" adlı əsərində qeyd edir ki, XIII əsrə qədər Erməni yazıçılarının əsərlərində İrəvana aid heç bir məlumat yoxdur.
658-ci ildə İrəvan ərəb döyüşçüləri tərəfindən fəth edilir. Xilafət dövründə cənubi Qafqazın idarəsi türklər tərəfindən həyata keçirilirdi. Məhşur türk səyyah-coğrafiyaçısı Övliya Çələbinin verdiyi məlumata görə İrəvan XV əsrin başlanğıcından yaşayış məskəni kimi mövcud olmuşdur. Onun sözlərinə görə, Hicri təqviminə görə 810-cu ildə (1407-1408) Əmir Teymurun sevimli tacirlərindən olan Hoca xan Ləhicani İrəvan torpağına gəlmişdir. O burada məhsuldar bölgə görür və öz ətrafı ilə bura köç edir. Gün keçdikdə o düyü satmaq hesabına zənginləşir və bu şəhəri inşa edir. Daha sonra Övliyə Çələbi əlavə edir ki, hicri təqvimi ilə 915-ci ildə Şah İsmayıl Xətai öz vəziri Rəvanqulu xana bu ərazidə qala tikməyi əmr edir. Bir sıra alimlər Övliyyə Çələbinin yazdığı İrəvan və İravan qalasının yaranması haqqında məlumatı qəbul edirlər. Amma eyni zamanda şəhərin yaranmasının daha qədim olduğuna inanırlar. Mübahisə edilməz fakt budur ki, Şah İsmayıl 1501-ci ildə buranı tutandan sonra öz vəziri Rəvanqulu xana Zəngi çayının sahilində strateji bir mövqeyde qala tikməyi əmr edir. Rəvanqulu xan şəhəri 7 il müddətinə tikmişdir.
Osmanlı və Səfəvi imperiyaları arasında gedən müharibənin nəticəsi olaraq İrəvan şəhəti 14 dəfə əldən-ələ keçmişdir. Hər dəfə şəhər tamamilə dağıdılmış, yenidən bərpa olmuşdur. 1554-cü ildə Osmanlı qoşunu şəhəri tamamilə tutur və dağıdır. 1580-ci ildə Osmanlı vəziri Lələ Mustafa yenidən İrəvan şəhərini tutur. Bir çox tarixçi alimlər və səyyahlar qeyd edirki, İrəvan qalası 1582-1583-cü illərdə köhnə qalanın yerində Fərhat Paşa tərəfindən tikilmişdir. Qala kvadrat formasında olub. Hündürlüyü 850 metr, eni 790 metr civarında, 7 hektar ərazini əhatə eləmişdir. Qalanın 3 qapısı olub: cənub istiqamətində Təbriz qapısı, şimal istiqamətində Şirvan qapısı(meydan) və Körpü qapısı. 1679-cu ildə Zəngi çayı üzərində Qırmızı Körpü tikilmişdir. Baxmayaraq ki, 1604-cü ildə I Şah Abbas İravanı türklərdən azad eləyir, tezliklə şəhər yenidən hücuma məruz qalır. "Yandırılmış torpaq" taktikasının nəticəsi olaraq Çuxursəd bəylərbəyliyinin, o cümlədən İravən şəhərinin əhalisi Arazın o tayına köçürülür. Osmanlı ilə Səfəvi arasında 1639-cu ildə imzalanmış "Qəsri-Şirin" müqaviləsinə görə İrəvan Səfəvilərdə qalır. 1733-cü ildə Nadir Şah Əfşar tərəfindən İrəvan Osmanlılardan azad olur. 1747-ci ildə Nadir Şahın ölümündən sonra müstəqil xanlıq yaradılır.
İrəvan şəhər və qalasında unikal memarlıq abidələri tikilmişdir: məscidlər, karvansaralar, hamamlar, istirahət üçün parklar. Qırxbulaqdan İrəvan üçün içməli su çəkilmişdir və suvarma kanallarının hesabına İrəvan cənnətə dönmüşdü. 4 iyun 1679-cu ildə İrəvanda baş verən zəlzələ şəhəri tamamilə məhv edir, ancaq, Naxçıvan, Gəncə, Qarabağ, Təbriz və Maku bəylərbəyliklərinin köməyi ilə İrəvan tezliklə bərpa olunur. Xan sarayı və yaxud Sərdar sarayı şərqin unikal mədəniyyət incilərindən biri idi. 1791-ci ildə Hüseyin Əli xanın oğlu Məhəmməd xanın əmri ilə saray kompleksinə yay arayı və güzgülü salon əlavə edilir. Avropa səyyahlarından Jan Tavernie, Jan Şarden, Ker Porter, Ceyms Moryer, Mon Pere, Kameron, Linç və başqaları öz sərgüzəştlərində Xan sarayı və onun güzgülü salonu, şəhərin məscidləri, hovuzları, hamaları, zəngi çayının üzərində yerləşməyini qeyd etmişdir.
İrəvan şəhəri 4 hissədən ibarət olmuşdur: Qala, Şəhər, Təpəbaşı və Dəmirbulaq. Qala ilə şəhər arasında bazar meydanı yerləşirdi. Şəhər hissəsi İrəvan qalasından Qırxbulaq çayının sol sahilini əhatə edirdi. Məhz, şəhərin bu hissəsində mərkəzi bazar, bütün meydanlar, çoxlu hamam və karvansara yerləşirdi. Məhəllə - Təpəbaşı, Şəhər və məhəllə Zəngi çayı arasındakı təpədə olub. İrəvanın adlı-sanlı sakinlərini çoxsaylı bağları olan Təpəbaşı məhəlləsində yaşayırdılar. Məşhur Xan bağı Hüseynqulu xan da şəhərin bu hissəsində yaşayıb. Məhəllə Dəmirbulaq şərqdə və cənub-şərqdə rübündə Şəhər İrəvan qalasının yaxınlığında yerləşirdi. Şəhərin bu hissəsində məscid və hamam Cəfər bəy Həsənəli hamamı və Susuz karvansarası olmuşdur.
Rusiya üçün strateji mövqelərdə olan Qacar dövləti ilə Osmanlı arasında İrəvan qalasına sahib olmaq, böyük əhəmiyyət kəsb edirdi. Lakin bütün cəhdlər rus qoşunları 1804 və 1808-ci illərdə qalanı ələ alması əbəs idi. İrəvan qalası rus komandanlığına qala divarlarını zəif nöqtələrini işarə etmiş ermənilərin xəyanəti üzündən süqut etdi. Qalanın süqutundan sonra İrəvan şəhəri üçün faciəli günləri başlandı. Rus qoşunları İrəvan qalasının işğalından dərhal sonra, Osmanlı sərkərdəsi Rəcəb Paşanın 1725-cü ildə inşa edilmiş məscidin günbəzində ki aypara xaç ilə, minarədə dəyişdirilərək yerinə zəng qoyulub. Beləliklə, məscid pravoslav kilsəsinə çevrilib. Qala məscidi, Sərdar sarayı rus qoşunlarının cəbbəxanasına, xanın hərəmxanası isə hospitalla çevrilib. İrəvan xanlığının süqutundan sonra Xan sarayı "Erməni vilayətinin" inzibati binası olub. Rus çarı I Nikolayın əfsanəvi Şimali Azərbaycan xanlıqlarının son dayağı İrəvan qalasını görmək istəyi , 1837-ci ildə bu arzusu həyata keçir. 1853-cü ildə baş vermiş zəlzələ nəticəsində İrəvan qalası yenidən dağıdılır. 1864-cü ildə qala yenidən tikildi və hərbi məqsədlər üçün istifadə olunmağa başladı. 1868-ci ildən etibarən Sərdar sarayı polis idarəsinin sərəncamına verildi. 1867, 1871, 1874, 1880-cı ildə şəhər qubernatorunun icazəsi ilə Sərday sarayı yenidən bərpa olunur.
1865-ci ildə tacir Nertzes Tahiryan Yerevan qalasının ərazisində şərab zavodu tikir. 1906-1911-ci illərdə İrəvanlı texnik B.Mehrabovun planına əsasən İrəvanda 8 məscid var idi: Təpəbaşı, Şaqar, Sartiq, Göy, Hacı Novruz, Əlibəy, Qala, Dəmirbulaq və Hacı Cəfər məscidləri. Həmin dövrdə İrəvan şəhərinin küçələri azərbaycanca idi: Şəriət, Karvansaray, Qala, Sultan, Çolmakçı, Naxçıvanlı, Bazar, Daşlı-Küçə, Paşaxan, Qəriblər-ocaqı, Dəyirmanlı küçəsi, Məscid, Fəhlə bazarı, Təpəbaşı, Qəbiristan küçəsi, Nəgib küçəsi, Mir Cəfər küçəsi, Rüstəmxan küçəsi, Mamrin, Korbulaq, Bəy, Katan, Dükanlı küçə, Sallahlar və s.
İrəvanda çoxlu sayda karvansaraylar vardı. Onların arasında Əfşar, Sərdar, Şeyxülislam, Tağlı, Sulu, Susuz, Hacı Əli, Kömürçü, Gürcü, Culfa, Hacı İlyas və başqaları var idi. Ancaq azərbaycanlılara aid olan bu karvansaraylar yer üzündən silinmişdir.
XX əsrin əvvələrində İrəvan küçələrində qaz və kerosin fanarları vardı. 1907-ci ildə azərbaycanlı Hacı İbrahim oğlu Zəngi çayı üzərində hidroelektrik stansiyası tikilməsi təşəbbüsü ilə çıxış edir. 1909-cu ildə daha bir azərbaycalı mühəndis Xəlil bəy Qasımov öz həmkarı Arşak Malxasyan ilə birgə "Kooperasiya" şirtkəti adından şəhər idarəçiliyinə hidroelektrik stansiyası tikilməsi ilə bağlı müraciət edir. XX əsrin əvvəlində Qedər (Qırxbulaq) çayından İrəvana 19 km-lik sudaşıyıcı kanal şəkilmişdi. Bu sudaşıyıcının çəkilməsində Abbasqulu xan İrəvanskinin müstəsna rolu olmuşdur.
28 may 1918-ci ildə Qafqaz ərazisində 3 müstəqil dövlət qurulur-Azərbaycan, Gürcüstan və Ermənistan. Ermənilərin paytaxtı olmadığına, 29 may 1918-ci ildə Azərbaycan Milli Şurası İrəvan şəhərini ermənilərə güzəştə gedir. Buna baxmayaraq, 1918-1920-ci illərdə Ermənistanın daşnak hakimiyyəti İrəvan azərbaycanlılarına qarşı soyqırımı siyasətini davam etdirir. Azərbaycanlıların maddi-mədəni abidələrinə- məscidlərə, evlərə qarşı vandalizm vəhşilyi göstərir.
Sovet hakimiyyəti illərində azərbaycanlıların diskriminasiyası və deportasiyası Ermənistanın rəsmi siyasətinin tərkib hissəsi idi. İrəvan şəhərinin 1924-cü ildə Aleksandr Tumanyanın planı əsasında əsaslı təmiri azərbaycanlıların şəhərdəki maddi mövcudluğuna son qoymağa hesablanmışdır. Göy Məsciddə İrəvan şəhər muzeyi tikilir, Şaqar məscidində Rəssamlar ittifaqı yerləşir, digər məscidlərdə isə, o cümlədən Dəmirbulaq məscidi, yerlə-yeksan edilir. Dəmirbulaq məscidi 1988-ci ildə erməni vandalları tərəfindən məhv edilmişdir. Sərdar sarayının və İrəvan qalasının daşları çaykənarı bulvarın tikintisində istifadə edilmişdir. Şəhərin qədim hissəsində, hansı ki, azərbaycanlılar yaşayırdı, dağıdılmış və yerində parklar, kinoteatrlar, meydanlar salınmışdır. İrəvan şəhəri, öz "qədimliyi" ilə fəxr etməyə çalışssa da, dünya paytaxtları arasında tarixi-memarlıq abidələrinin yaşının 200 ildəna artıq olmadığı yeganə şəhərdir. İrəvanın bütün qədim tarixi-memarlıq abidləri azərbaycanlılara məxsus olmuşdur və hamısı yerlə-yeksan edilmişdir. Şəhərin hətta adı belə dəfələrlə dəyişdirilmişdir. Birinci dəfə 1828-ci ildə rus qoşunlarının işğalından sonra şəhər Erivan adladırılmış, 1936-cı ildə isə Yerevan adı verilmişdir. Acı həqiqət budur ki, əhalisi həmişə yerli azərbaycanlılardan ibarət olmuş İrəvan şəhəri, indi monoetnik erməni şəhərinə çevrilmişdir.
Göyçə mahalı Göyçə gölünün (indiki Sevan) şimal və şimal-şərqi sahillərini əhatə etmişdir. Rusiya İmperiyasının işğalına qədər, mahal 522 kənddən ibarət İrəvan xanlığına, daha sonra isə İrəvan Quberniyasına aid olmuşdur. Burada geniş yayılmış toponimlər bu torpaqların azərbaycanlılara məxsus olduğunu sübut edir. Türkmənçay və Ədirnə müqavilələrinin imzalanmasından sonra, 1828-1830-cu illərdə Osmanlı İmperiyasndan və İran dövləti ərazisindən kütləvi surətdə ermənilərin köçməsi ilə əlaqədar minlərlə azərbaycanlı öz doğma torpaqlarından məhrum olmuşdur. 1918-ci ilin may ayında 10 min km2 əraziyə malik olan Ermənistan (Ararat) Respublikası qurulur. 1920-ci ilin bölgələri onun tərkibinə daxil edilir. Sovet hakimiyyəti illərində bölünür: MAHALLAR:
1 Ağababa mahalı,
2 Şörəyel mahalı,
3 Loru mahalı
4 Abaram mahalı
5 Dərəçiçək mahalı
6 Gərnibasar mahalı
7 Zəngəzur mahalı
8 Qirxbulaq mahalı
9 Karbi mahalı
10 Pəmbək mahalı
11 Talin mahalı
12 Zəngibasar mahalı
13 Vedibasar mahalı
14 Dərələyəz mahalı
15 Sərdarabad mahalı
16 Göyçə mahalı
Rayonlar
Abaram rayonu, Agin rayonu, Axta rayonu, Alagöz rayonu, Allahverdi rayonu, Amasiya rayonu, Aşağı Qaranlıq rayonu, Barana rayonu, Basarkeçər rayonu, Böyük Qarakilsə rayonu, Cəlaloğlu rayonu, Çəmbərək rayonu, Dilican rayonu, Düzkənd rayonu, Ellər rayonu , Ərtik rayonu, Əştərək rayonu, Gorus rayonu, Hamamlı rayonu, Karvansaray rayonu, Exeqnadzor ( Keşişkənd rayonu ), Kəvər rayonu, Qafan rayonu, Qarakilsə rayonu, Qəmərli rayonu, Qızıl Qoç rayonu, Meğri rayonu, Sərdarabad rayonu, Soylan rayonu, Şəmşəddin rayonu, Talin rayonu, Üçkilsə rayonu, Vedi rayonu, Zəngibasar rayonu, Kalinino rayonu (Vorontsovka rayonu), Dağ Borçalı.
1948-1951-ci illərdə böyük miqdarda azərbaycanlılar Azərbaycan SSR-ə sürgün edilir. 1831-ci ilin statistik məlumatlarına görə, bu ərazilərdə yaşayan ermənilər cəmi 9 faiz olmuşdur. Həmin illərdə orada 90 çox kənd var idi.1956-cı ildə aparılmış arxeoloji qazıntıların nəticəsi olaraq Ördəkli kəndi ərazisində qiymətli arxeoloji materialllar tapılır və bu on bir daha sübut edirki, Göyçə hövzəsi qədimdən türk tayfalarının yaşayış məskəni olmuşdur. Keçən əsrin 2-ci yarısından etibarən burada əhali bağçılıq, tütünçülük və tərəvəzçilik ilə geniş məşğul olmuşdur. Əhalinin buradakı gündəlik yaşamı azərbaycanlılar yaşayan digər bölgələrdən çox az şəkildə fərqllənmişdir.
Stalin 23 dekabr 1947-ci ildə azərbaycanlıların Ermənistandan deportasiyası haqqında qərar qəbul edir. Onların evi, mülkü onlardan məhrum edilir. Qazaxıstan və Sibirə göndərilənlər kimi onlara yalnız ilkin vacib əşyaları götürmək icazə verilir. Yerli azərbaycanlılara qarşı bu deportasiyada münasibət necə olmuşdur?
3 mart 1948-ci ildə Ermənistan SSR Daxili İşlər Nazirliyi tərəfindən hazırlamış və nazir Qriqoryan tərəfindən imzalanmış "Ermənistanın Azərbaycan SSR-yə köçürülən azərbaycanlı əhali arasında hal" adlı arayış bu böyük faciədə azərbaycanlılara qarşı olan münasibətin bariz nümunəsidir.
1914-cü ildə erməni tarixçisi Gevork Aslan "Ermənistan və ermənilər" adlı kitabında yazır:
"Ermənilərdə dövlətçilik olmayıb. Onlar vətən hisləri və siyasi biliklərə heç vaxt malik olmayıblar. Erməni vətənpərvərliyi yalnız yerli yaşayış ilə əlaqədar olub. Bir dövlət kimi heç vaxt mövcud olmayan və xəyali əsaslara dayanan "Böyük Ermənistan" ideyası bütün dünya haylarını birləşdirmək üçün mövcud olan ideyadır"
Erməni jurnalist R.Açaryan öz "Erməni dilində Türk borcları"adlı kitabında yazır:
"Erməni dili 4200 dən çox Türk sözü istifadə edir."
Xaçatur Abovyan (XIXəsr)yazır:
"...bizim dildə sözlərin yarısı türkcədir, qalanı isə farsca"
Böyük Əmir Teymur (Tamerlan) deyib:
"Tarix mənə iki şeyi bağışlamıyacaq:
1) Mən erməniləri millət kimi məhv etmək istəmişəm;
2) Mən bunu eləməmişəm;"
Sabir Rüstəmov
Azərbaycanın gənc səfiri
Goyce.az
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024