26 İyun Milli Ordunun yaranma günüdür

14:11 / 26.06.2019
Baxılıb: 2752

Müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin milli ordu quruculuğu sahəsində əldə etdiyi uğurlar ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Məlumdur ki, müasir dövrümüzdə orduya qayğı xüsusilə artır və ildən-ilə diqqət gücləndirilir. Hərbi hissələr müasir döyüş avadanlıqları ilə təchiz olunur, əsgər və zabitlərin sosial problemlərinin həlli istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Belə ki, zabitlərin mənzil şəraiti yaxşılaşdırılır, rütbəyə görə müavinətlər hər il artırılır.

Azərbaycan zabitləri yüksək təhsil almaq üçün dünyanın müxtəlif ölkələrinə göndərilir.

Ali Baş Komandan İlham Əliyev regionlara səfərləri zamanı, hərbi hissələrə baş çəkir, əsgərlərin həyat tərzi ilə, mütəmadi olaraq, maraqlanır. Qeyd edək ki, Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçib. Milli Ordunun keşməkeşli tarixi bugünkü və gələcək nəsillər üçün böyük örnəkdir. Ümummilli lider Heydər Əliyev 1973-cü ildə böyük səylər nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin yaradılmasına nail oldu. Həmin dövrdə Azərbaycan ildə təxminən 60 min gənci ordu sıralarına göndərdi. Sovet rejiminin ən güclü vaxtlarında Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı mərkəz laqeyd yanaşa bilməzdi. Təsadüfi deyil ki, həmin dövrdə Moskvadan Bakıya təşrif buyuran emissarlar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını "əsaslandırmağa" çalışırdılar. Amma ulu öndər Heydər Əliyev özünün mahir diplomatiyası ilə bu cəhdlərin qarşısını bacarıqla alırdı. Beləliklə, ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqillik əldə etməsindən 20 il öncə milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq bir məktəbin yaradılmasına və bu məktəbin ən yüksək səviyyədə qayğı ilə əhatə olunmasına nail oldu. O, məktəb ki, Azərbaycan müstəqil olandan sonra onun ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. 1970-ci illərdə həmin məktəbin müdavimləri olanlar, indi müstəqil Azərbaycan dövlətinin silahlı qüvvələrinin komandirləri və generallarıdır. Sonralar O, bu haqda belə yazırdı: "Bu məktəbi yaradanda heç vaxt ağlıma gətirə bilməzdim ki, 30 ildən sonra mən yenə də bu məktəblə bir yerdə onun yubileyini keçirəcəyəm. Ancaq bu şərəf mənə qismət olub və mən özümü xoşbəxt hesab edirəm".

1991-ci ildə Azərbaycanın müstəqilliyini elan etməsi bütün dövlət təsisatları kimi, ordu quruculuğu üçün də geniş imkanlar açdı. Amma təəssüflər olsun ki, o dövrdə Azərbaycana rəhbərlik edən şəxslər bu barədə nə real təsəvvürə, nə də gerçək ordu quruculuğu həyata keçirmək bacarığına malik idilər. Ermənistanda milli ordunun yaradılması rəsmən 1991-ci ilin yanvarında başlanıldığı halda, qonşu ölkənin ərazi iddialarına və hərbi təhdidlərinə məruz qalan Azərbaycanda 1991-ci ilin payızında "Bizə milli ordu lazımdırmı" sualı ətrafında boşboğazlıq davam edirdi. 1992-1993-cü illərin məlum prosesləri, başıpozuq özünümüdafiə dəstələri şəklində "mövcud olan" ordunun ifrat dərəcədə siyasiləşməsi və 1993-cü ilin yaz-yayında cəbhədə yaşanan ağır itkilər Azərbaycanın bütün dövlət təsisatları kimi, silahlı qüvvələri də iflas həddinə gətirmişdi. Qırmızı imperiyanı saxlayıb yaşatmağa çalışanlar, Azərbaycanın müstəqil ordusunun yaranmasına da əngəl törətməyə səy göstərirdilər.

Müstəqilliyin elan edildiyi ilk illərdə Azərbaycanda nə iqtidarda olanlar, nə də hakimiyyətə iddia edənlər milli ordu yaradılması barədə düşünmürdülər. Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan ümummilli liderimiz Heydər Əliyev ilk gündən güclü və intizamlı ordu yaradılmasına çalışırdı. Lakin müxtəlif maraqlara xidmət edən silahlı dəstələr, nəinki birləşmək və torpaqların müdafiəsinə qoşulmaq niyyətində deyildilər, əksinə, ölkədə sabitliyi yenidən pozmaq, xaos və anarxiya yaratmaq niyyətinə düşənlərə qulluq göstərirdilər. 4 oktyabr 1994-cü ildə, habelə, 13-17 mart 1995-ci ildə belə cəhdlər oldu. Lakin ulu öndər Heydər Əliyevin qətiyyəti və nüfuzu, xalqın məhəbbət və dəstəyi nəticəsində bu qüvvələr darmadağın edildi. Beləliklə, həm də Azərbaycanda dövlət çevrilişi və silahlı dəstələrin zorakılığı ilə hakimiyyətə gəlmək ənənəsinə birdəfəlik son qoyuldu.

Ulu öndər Heydər Əliyev siyasi kursunu şərəf və ləyaqətlə davam etdirən möhtərəm Prezident İlham Əliyev də orduya daim qayğı ilə yanaşır. Bu barədə dövlət siyasətinin başlıca istiqamətini bəyan edən Prezidentimiz orduya ayrılan xərcləri artırır, ordunun gücünü daha da möhkəmləndirir.

Beləliklə, 1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Qısa bir müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Prezident İlham Əliyevin sözləri ilə desək: "Milli ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır".

Bu gün Azərbaycanın yüksək səviyyəli döyüş texnikası ilə təchiz olunmuş və ölkənin ərazi bütövlüyünü bərpa edəcək ordusu var. Silahlı qüvvələr daim səhra təlimləri keçir, qoşunların döyüş hazırlığı yüksək səviyyədə saxlanılır. Silahlı qüvvələrdə aparılan islahatlar da uğurla davam etdirilir. Aparılan islahatlar nəticəsində hərbi təhsil sistemi bütövlükdə NATO standartlarına keçirilib, Azərbaycan əsgərləri NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində təlimlərdə iştirak edirlər. Əsgərlərimiz Kosovo, Əfqanıstan və İraqda ölkəmizin şərəfini yüksək ləyaqətlə qoruyurlar.

Təbii ki, biz Milli Ordumuzun yüksək səviyyədə təşkil olunmasına görə, ümummilli lider Heydər Əliyevə borcluyuq.(www.anl.az

 

RƏFİQƏ KAMALQIZI


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər