Gənc qadın 6 yaşlı qızının əlindən tutub, 38 dərəcə istidən qurtulmağın tək çarəsi bu imiş kimi qaçaraq, özünü avtobusun orta qapısından içəri atdı. Avtobusun dəmir tutacağından tutub, içəri göz gəzdirdi və boş oturacağı görüb, qızına:
- Mama qurban, gəl oturaq, boş yer var. – deyərək, uşağı dalınca boş oturacağa tərəf çəkdi.
Əvvəl özü keçib pəncərə tərəfdə oturdu, sonra qızını qaldıraraq yanında oturtdu. Dizlərinin üstünə qoyduğu kiçik çantadan salfet çıxarıb, qızının, daha sonra öz tərini silib, əliylə özünü yelləyərək:
- Uff, dəhşətli dərəcədə isti var. – Dedi.
Uşaq, sanki anasını eşitmirmiş kimi, əlində olan gəlinciyin paltarındakı muncuqlarla oynayır, arada dodağının altında nəsə mızıldanır,anasının ona fikir vermədiyini bilib, cavabını gözləmədiyi suallarlar verirdi. Ana isə gözlərini pəncərədən çölə zilləyərək, nəsə dərin bir fikrə dalmışdı.
Bir neçə dayanacaq sonra orta yaşlarında, gicgahlarında saçları azca ağarmış, bir kişi mindi və qapıyla üzbəüz tutacaqdan tutaraq dayandı. Az keçmişdi ki, qadının yanındakı uşaq:
- Mama, hələ çatmadıq? – Deyə çingiltili səslə soruşdu.
Kişi səs gələn tərəfə boylandı. Ana uşağa cavab vermək istəyirdi ki, onlara tərəf boylanan orta yaşlı kişiylə göz-gözə gəldi və ani baxışdan qadının siması tamam dəyişdi. Sanki nədənsə qorxurmuş kimi göz bəbəkləri böyüdü, çöhrəsində qəfil bir təlaş yarandı. Kişi isə gülümsəyərək, dəmir tutacaqlardan tuta-tuta onlara tərəf irəlilədi. Kişinin yaxınlaşdığını görən gənc ana,sanki təhlükə gəlirmiş kimi tələsik əlini atıb qızının çiyinlərindən tutub, özünə tərəf sıxdı. Qadının təlaşına baxmayaraq, kişi onlara yaxınlaşmaqda idi, yaxınlaşdı da. Əvvəl qızcığaza, dərhal da qadına nəvaziş dolu təbəssümlə baxaraq salam verdi. Naəlac qalan qadın onun salamını aldı. Aldısa da tək bir salamla təhlükənin getməyəcəyini anlamış və qızını bir az da özünə tərəf sıxaraq, baxışlarını kişidən gizlətməyə çalışırdı. Kişi isə getmək bilmirdi, onların başı üstündə dayanaraq qızın saçlarını oxşayaraq:
- Nə yaman böyüyüb bu. – Dedi.
- Hə böyüyüb, gələn il məktəbə gedəcək. – Deyərək, qadın zorla gülümsündü.
- Mənim kimliyimi qıza nə vaxtsa demək fikrin var?
- Heç vaxt Rəşad, heç vaxt. – Qadın təlaşlı səslə cavab verdi.
- Axı niyə?
- Rəşad unutma, sən bizi tərk edib gedən günü biz sənlə şərt kəsdik.
- Bilirəm, unutmamışam, amma...
- Amma nə? Amması mamması yoxdur Rəşad! Sən kişisən, kişisənsə sözünü tut. – Qadının səsi titrədi.
Bütün bu söhbət boyu kişi əlini uşağın başından çəkməyərək, onun saçlarını sığallamaqda davam edirdi. Nə düşündüsə, yalvarıcı bir tərzdə:
- Bəlkə düşünəsən Səbinə, bir səhvdir etmişəm. – Dedi.
- Düşünəcək bir şey yoxdur. Xahiş edirəm birdə bizi görsən, görməzdən gəl.
Kişi nəsə demək istədi, amma sözü boğazında düyünlənmiş qəhərə ilişib qaldı. Bir neçə dəfə udqunaraq özünü ələ aldı. Əlini uşağın yanağında, çənəsində gəzdirərək, əyilib onun saçlarını qoxlayaraq, qoxusunu ciyərləri tutana kimi içinə çəkib, sonra öpərək dikəldi. Boğuq səslə:
- Düşərsiz. – Deyib, ovcunun içiylə gözlərini silə-silə ön qapıya yaxınlaşdı.
Kişi düşəndən sonra qadın, Rəşad gözdən itənə kimi pəncərədən onu dalıyca boylandı. Heç nə anlamayan qız anasını dümsükləyərək:
- Mama,o əmi kimiydi? – Deyə soruşdu.
- Heç qızım, mamanın laap köhnə tanışıdır.
- Mən onun əlini tez-tez yuxuda görürəm.
- Necə? – Ana təəcüblə soruşdu.
- Həm də çox tez-tez görürəm. Həmişə də saçlarımı sığallayır. Yuxuda mənə elə gəlir ki, o əllər atamındır, saçımı sığallayır. Amma bir dəfə də olsun özünü görə bilmirəm. Yuxumda gördüyüm əllər bu əminin idi, ana, inan mənə, mən yalan demirəm.
- İnanıram qızım – deyərək, Səbinə qızının saçlarından öpdü, sonra daha qızına qulaq asmadı. Körpəsi ağladığını hiss etməsin deyə üzünü pəncərəyə çevirib, barmaqlarının ucu ilə gözlərinin yaşını sildi...
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024