Ağbulaq

16:14 / 17.07.2019
Baxılıb: 5762

Göyçə gölünün şimal sahillərində, Çənbərək rayon mərkəzindən 12 km, cənub-şərqdə yerləşən bu obada oğuz türklərinin məskunluq tarixini tam dəqiqliklə söyləmək mümkün olmasa da, hər halda Ağbulaq kəndinin Qaraqoyunlu xanədanının süqutundan xeyli əvvəl mövcud olduğu tarixi məxəzlərdə əksini tapmış reallıqdır.

Etnoqraf Q. Qaraşlı indiki Gədəbəy rayonu və ona yaxın ərazilərdə tədqiqatlar apararaq belə bir qənaətə gəlmişdir ki, Gədəbəyin Göyçə səmtindəki dağlarda, o cümlədən Ağbulaq ərazisindən başlayaraq Çalmalı dağın ətəklərinə qədər səpələnmiş uğuz(oğuz) qəbirlərinin ən azı 2000 illik tarixi var. Ağbulaq ətrafındakı ərazilərlə bağlı olan və son deportasiyaya qədər el yaddaşında yaşayan toponimlər - "Uğuztəpə", "Qorqudtəpə" və s. kimi yer adları da bu qənaətin təsdiqləyici elementləri kimi çıxış edir. Bəzi məlumatlara görə, Ağbulaq hələ sufizmin geniş intişar tapmadığı dövrlərdə bu missiya ilə türk ellərini dolaşan dərvişlərin dayaq məntəqələrindən biri olmuş, Göyçə ilə Gəncəətrafı regionlar arasında bir növ ötürücü rolu oynamışdır. XVI əsrə dair sənədlərdə isə Ağbulaq Səfəvi - Azərbaycan dövlətinin Qarabağ (Gəncə) bəylərbəyliyinin tabeçiliyindəki inzibati vahidlərdən biri kimi səciyyələndirir. El yaddaşında daşlaşan məlumatlardan isə aydın olur ki, Şah Abbasın bu yerlərə səfərindən sonra Ağbulaq Göyçə-Gəncə əlaqəsində strateji əhəmiyyətli dayaq məntəqəsinə çevrilmişdir. 1723-cü ildə Göyçə hövzəsi bütünlüklə osmanlıların nəzarətinə keçdikdən sonra tətbiq olunan inzibati strukturlaşmaya əsasən Ağbulaq kəndi İrəvan əyalətinin Dərəçiçək nahiyəsinin inzibati bölgüsünə daxil edilmişdir. 1728-ci ildə tərtib olunmuş "İrəvan əyalətinin icmal dəftəri"nin 116-cı səhifəsində Ağbulaq kəndinin timar, yəni səlahiyyətli dövlət məmurunun məsrəflərini təmin edən vergi ödəyicisi qismində Əbdürrəhman adlı şəxsin tabeçiliyinə verilməsi və kəndin illik vergisinin 3.000 ağça həcmində müəyyənləşdirilməsi barədə qeydlər aparılıb.

Rəsmi statistikaya görə, 1831-ci ildə Ağbulaqda 136 türk ailəsi yaşamışdır. 1905-ci il qırğınlarında nəzərəçarpacaq dərəcədə itkilər verdikdən sonra belə Ağbulaq oğuz türklərinin strateji əhəmiyyəti iri yaşayış məskənlərindən biri kimi qalmaqda davam edirdi. Belə ki, rəsmi statistikaya görə kənddə 1908-ci ildə 940, 1914-cü ildə 982, 1919-cu ildə 1329 nəfər oğuz türkü yaşayırdı. Ən əsası o idi ki, Ağbulaq hələ XIX əsrin ortalarından etibarən Göyçənin təhsil mərkəzlərindən biri kimi tanınırdı: Məşədi Əlinin və Məşədi Həsənin mlktəbləri dini təmayüllü olsa da, burada dünyəvi elmlərə xüsusi diqqət yetirildiyindən ətraf kəndlərdən də xeyli uşaq bu məktəblərdə təhsil alırdı. Heç şübhəsiz ki, bu həqiqətlər ermənilərə də bəlli idi və onların Ağbulağa qarşı aqressivliyi də məhz bu reallıqlarla şərtlənirdi. 1918-ci ildə heç bir hüquqi əsas olmadan qədim oğuz torpaqlarında Ararat Respublikası deyilən qondarma dövlət qurulmasını elan etdikdən sonra ermənilər bu kəndə bir-neçə dəfə hücum etsələr də, Dəli İsmayılın özünümüdafiə dəstəsi onları geri çəkilməyə məcbur edə bilmişdir.

1919-cu ildə Ağbulaq əhalisi erməni nizami orduları ilə açıq döyüşdə xeyli itki verdikdən sonra belə kəndi tərk etməmişlər.

Ağbulağın müqavimətini qırmaq ermənilərə yalnız 1920-ci ilin baharında - Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra nəsib oldu. 1922-ci ildə sovet höküməti təhlükəsizlik barədə rəsmi bəyanatla çıxış etsə də, əhalinin çox az bir qismi geri dönmüşdür. Amma maneələrə baxmayaraq ağbulaqlılar doöma yurd yerinin bərpasını misilsiz vüsətlə həyata keçirmişlər. 1926-cı ildə kənd əhalisinin sayı artıq 1113 nəfərə çatmışdı. Kəndin strateji əhəmiyyətli coğrafi mövqeyi, kənd əhalisinin yurdcanlılığı, təhsilə, elmə marağı erməni millətçilərini narahat etməyə bilməzdi. Ağbulağa qarşı repressiyalar mütəmadi xarakter almış, ziyalıların sıxışdırılıb çıxarılması sovet hakimiyyətinin bütün tarixi boyunca davam etmişdir ki, bunu rəsmi statistika da təsdiqləyir. Məsələn,
1931-ci ildə kənddə 1513 nəfər yaşayırdısa, 48 il sonra bu rəqəm nəinki artmış, hətta bir qədər də azalmışdı. Belə ki, 1979-cu ilin rəsmi statistikasına görə kənd əhalisinin sayı 1450 nəfər olmuşdur. Bu quru rəqəmlərin özü belə Ağbulaq həqiqətlərini dərk etmək üçün kifayətdir: 48 illik dövr ərzində kənd əhalisinin sayının azalma tempinin təbii artım tempini üstələməsi diskriminasiyanın ən yüksək dərəcəsindən xəbər verən faktdır. Bununla belə, Ağbulaq sürətlə inkişaf edərək Göyçənin ən müasir tipli - 5 korpuslu orta məktəb, mədəniyyət evi, poçt, kitabxana, avtomat telefon stansiyası, tibbi məntəqəsi, dəyirman, bir sıra ictimai - iaşə və məişət xidməti obyektləri fəaliyyət göstərirdi. Ən ümdəsi, Ağbulağın maarifçilik ənənələri yaşayırdı, inkişafdaydı: kənd orta məktəbinin məzunlarından 11 nəfər elmin müxtəlif sahələrində uğurlar qazanaraq alimlik dərəcələri almışdılar. Və təbii ki, bütün bu uğurlar Göyçənin əzəli sahiblərini - oğuz türklərini nə qədər sevindirirdisə, erməniləri bir o qədər əndişəlındirirdi. 1988-ci ilin noyabrın 24-də erməni quldurları kəndə növbəti dəfə hücum etmiş, 4 gün davam edən döyüşlərdən sonra ağbulaqlılar öz əzəli dədə-baba yurdlarını tərk etmək məcburiyyətində qalmışlar. Həmin hadisələrdə kəndin 4 nəfər sakini - 1922-ci il təvəllüdlü Hacıyeva Fatma Əsgər qızı, 1954-cü il təvəllüdlü Zeynalova Urqiyyə Sultanəli qızı, 5 yaşlı Camalova Şəhla İman qızı və 1 yaşlı Camalov Behbud İman oğlu həlak olmuşdur. Ermənistan parlamentinin 9 aprel 1991-ci il tarixli qərarı ilə Ağbulaq toponimi ləğv edilərək, kənd "Ağperek" adlandırılmışdır.

Salman VİLAYƏTOĞLU
Təqdim etdi: İlqar İSMAYIL

 


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər