Aşıq Ələsgərin vəfatı

10:11 / 07.03.2021
Baxılıb: 4614

Qış hələ çıxmamışdısa da hava xoşuydu.Kilsənin günvuran tərəfində söhbət eləyirdik.Birdən qardaşım Bilal gəldi ki, dədəm Bəşiri çağırır.Soruşduq ki, nə iş var?Dedi, deyəsən, dədəm naxoşlayıb.
Hamımız Bəşirnən getdik.Gördük ki, dədəm ağac çarpayının üstündə əyləşib, mütəkkəyə dirsəklənib, qabağında da bir istəkan çay var.Amma bir az beykefdi.
Bəşir soruşdu:
-Ay dədə, məni nenirdin?
Dədəm dedi:
-Oğul, mən öləcəm.İndi köhnə qurtarıb, təzə də hələ çıxmayıb.Ehtiyyatınızı görün ki, qonağın yanında xəcalət olmuyasınız.
Hamımız bir-birimizin üzünə baxdıq.Dədəmin nəyi var ki, belə deyir?!Təəccübləndiyimizi biləndə dedi:
-Mənim vaxtım hələ Qanlı kənddə olanda tamam idi.Allahdan aman istədim ki, sən məni əziz yaradıbsan; dünyanın belə dar vaxtında bu qürbət eldə sən məni urvatsız eləmə.Allahımdan razıyam ki, mənim diləyimi tutdu, bu qədər mana möhlət verdi. İndi o vaxtdan 6-7il keçir. Heç kəs ölümdən yaxa qurtara bilməz.İndi öz elimin-günümün içindəyəm. Belə ölüm toy-bayramdı.
Hərə bir yandan yenə dilləndi:
-Ay dədə, Allaha şükür, sənin nəyin var ki, belə deyirsən?
Dədəm gülümsündü.Bəşir dilləndi:
-Niyə gülürsən?Düz deyirik da!
-Oğul, düz deməyinizə, səhv deməyinizə gülmürəm:ona gülürəm ki, mana ürək-dirək verirsiniz.Öləcəyimi bilməsəm bu sözü heç deməzdim.Siz ehtiyatınızı görün.Ölərəm, ölərəm; ölmərəm də ölmərəm.
Dədəmə heç kəs ölüm yovutmasa da, onun vəfat edəcəyinə inandıq.Çünki dədəm nə desə, elə də olurdu.
Soraqlaşıb öyrəndik ki, Zərzibil kəndinə(Zər -kənd)satmaq üçün yağ-bal gətiriblər. Növrəs İmannan mən getdim, 3-4 dəri yağ və bal alıb gətirdik.
Dədəm soruşdu ki, a bala, yağ-balı kimdən aldınız?Dedik ki, Kəlbəcərdən Hacı Şamməmmədgilin adamları gətirmişdi.Onlardan aldıq.
Dədəm dedi:
-A bala, Allah yetirib.Onların məhsulu çox təmiz olur.O günün sabahı dədəmin öləcəyi xəbəri kəndə yayıldı.Qohum-qardaş, tanış-biliş gəlib ona baş çəkirdi.Doğrudan da dədəmin əhvalı dəyişmişdi.Çörəyə-xörəyə iştahı yoxuydu.
Murad oğlu Cəmil də dədəmin yanınna gəlmişdi.O, Kəlbəcərin Dəmirçidam kəndindən idi.Köçüb Ağkilsəyə gəlmişdi.Biznən qonşu idi.
Cəmil cibindən bir nar çıxartdı, dədəmin yastığının yanına qoydu.Məşədi əmim(Məşədi Salah)narı qırıb nəlbəkiyə dənələdi, dədəmin qabağına qoydu.Dədəm xahiş elədi ki, narın dənədələrindən burdakılara paylayın.Heç kəs irazı olmadı.Dədəm dedi:
-Əgər bilsəm ki, o nar məni bu yoldan qaytaracaq, heç kəsə vermərəm, deyərəm, gedin yenə tapın gətirin.Allahdan çox razıyam ki, son nəfəsimdə ürəyim istəyəni mana yetirdi.Burdakıların hamısı o nardan dadmasa, məndə dilimə vurmayacam.
Dədəm belə deyəndə, burdakı adamların bəzisi iki, bəzisi isə bir dənə götürməyə məcbur oldu.Bundan sonra dədəmdə nardan yedi.Hamı məyus olmuşdu.Dədəm Bəşirə üzünü tutub dedi:
-Oğul, gəlsənə, bir Quran oxuyasan!
Bunun nə demək olduğu aydın idi.Hamının ürəyindən bir sızıltı keçdi. Dədəm bizim narahat olduğumuzu biləndə dedi:
-Diri üçün də Quran lazımdı.
Bəşir Quran oxumağa başdadı.Dədəm tez-tez salavat çevirirdi.Məşədi əmim, Məmməd əmim xəlvət-xəlvət ağlıyırdılar.Bəşir dədəmin ölümünü yəqin etmişdi.Bir azdan onu da yaş boğdu, qəhərləndi, oxuya bilmədi.Tez Molla Nağını çağrdılar.Molla Nağı yaxın qonşumuz idi.Molla Nağı gəldi.O bir əşrə Quran oxuyub tamam eləyəndə dədəmin də ömrü tamam oldu.Onun salavat çevirən əli üzündə qaldı.


Aşıq Ələsgərin qardaşı oğlu aşıq Nəcəfin xatirələrindən.


Etiket:
Xəbərlər

Göyçə Mahalı Daşkənd kəndi

13.03.2023

Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib

12.03.2023

İKİYƏ BÖLÜNMÜŞ GÖYÇƏLİ VƏ GÖYÇƏSİZ ÖMÜR

10.03.2023

GEC TAPIB, TEZ İTİRDİYİM DOSTUM

05.03.2023

Zahid Oruc: "Göyçə Qərbi Azərbaycanın Şuşasıdır!"

04.03.2023

Qəriblikdə ölmək qorxusu...
Əmimin əziz xatirəsinə ithaf edirəm

04.03.2023

Aşıq Ələsgər yaradıcılığında irfan məqamları

02.03.2023

Meksikalı deputatlar Qərbi Azərbaycan İcmasında olublar.

01.03.2023

Dağıstanı xilas edən azərbaycanlı - Əziz Əliyevin HƏYAT HEKAYƏTİ

20.02.2023

Göyçə mahalı, Qaraiman kəndi

19.02.2023

Tanınmış həkim Şirazi İbrahimov Nərimanlı kənd icmasının sədri seçildi

19.02.2023

Qərbi Azərbaycan İcmasında görüş keçirilmişdir.

 

12.02.2023

Düşüncələrin kölgəsindən özünə - Yazıçı Rüstəm Dastanoğlunun "Düşüncələrimin kölgəsi" kitabı haqqında - Əsəd CAHANGİR

06.02.2023

Ələddin Allahverdiyev "Düşüncələrimin kölgəsi" kitabı haqqında

04.02.2023

 İnsanların 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır. 

19.01.2023

Klassik şeirimizin xalq ruhunun Heyranı...

13.01.2023

Qərbi Azərbaycan İcması müraciət yayıb

12.01.2023

"Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək" - Misir Mərdanov

27.12.2022

Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub

24.12.2022

Prezident: Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik  

24.12.2022

Prezident İlham Əliyev: Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik

24.12.2022

Prezident İlham Əliyev: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çox sanballı sənəd olmalıdır

24.12.2022

Prezident İlham Əliyev Əhliman Əmiraslanovla bağlı  Sərəncam imzaladı

16.11.2022

Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” kitabının təqdimat mərasiminin iştirakçılarına Ələddin Allahverdiyevin təbrik məktubu

11.10.2022

Kəsəmən məktəbinin məzunlarının 50 illiyi

30.06.2022

Ələddin Allahverdiyev – 75

28.05.2022

Peşə təhsili alan gənclərin turizm sahəsində sahibkarlıq imkanları layihəsi keçirilir

04.03.2022

BÖYÜK AZƏRBAYCAN OLMALIYAM MƏN... GÖYÇƏ ADLI İLAHİ SEVGİ...

19.02.2022

Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi haqda televiziya filmi

29.01.2022

Müəllimlərim haqda xatirələrim - Musa Kərimov 

17.01.2022

Səksəninci döngə

27.12.2021

İlham Əliyev – Onun əsil DOĞUM GÜNÜ 8 NOYABRDIR

24.12.2021

Akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevə təşəkkür etdi

05.12.2021

İntiqamın arzusu: “Mənə elə rəssam verin ki, məni ayaq üstə çəksin”

24.11.2021

AŞIQ ABBASƏLİ NƏZƏROV

22.11.2021

Altmış ilin sözə dönən anları 

27.09.2021

Şəhid qardaşıma məktub – Günay Vəlizadə yazır
   

25.09.2021

Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Gülay Toldur.

08.09.2021

UĞUR ƏNGƏL TANIMIR

07.09.2021

Göyçə mahalının Basarkeçər rayonu İkinci dünya müharibəsində

02.09.2021

Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Üzeyir Güleçdir.

02.09.2021

Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz  Turğay Değrimencidir.

30.08.2021

Sən özün bir kitabsan - Aygün Xəlilqızı yazır

07.08.2021

Aşıq Ələsgərin gürcü dilində nəşr edilən şeirlər kitabının təqdimatı keçirilib

06.08.2021

"Dədə Ələsgər ocağı" İctimai Birliyinə professor Ələddin Allahverdiyevin təbrik məktubu.

17.07.2021

Azərbaycan təbiəti və Aşıq Ələsgər

08.07.2021

Aşıq Ələsgərin gürcü dilində şeirlər kitabı nəşr olunub.

30.06.2021

Bağırovun NKVD "padvalında" döydüyü qatı bolşevikin dəhşətli aqibəti

08.06.2021

Tbilisidə Mehriban Əliyevaya həsr olunan gürcü dilində kitab təqdim edilib

07.06.2021

QƏRBİN QURUMUŞ GÜLLƏRİ, ŞƏRQİN DÖYÜNƏN QƏLBİ...  

26.05.2021
Bütün xəbərlər