Ələddin Allahverdiyev "Düşüncələrimin kölgəsi" kitabı haqqında

20:49 / 04.02.2023
Baxılıb: 878

Bu gün Rüstəm Dastanoğlunun “Düşüncələrimin kölgəsi” kitabının AMEA Mərkəzi Elmi Kitabaxanasında təqdimat mərasimi keçirilib. Kitab 2022-ci ilin dekabrında Qanun nəşriyyatında işıq üzü görüb. 216 səhifədən ibarət kitabda müəllifin hekayələri, esseləri, publisistik məqalələri, müsahibələri və başqa yaradıcılıq nümunələri toplanıb. Kitabın ön sözünün müəllifi Orxan Fikrətoğlu, redaktoru Araz Yaquboğlu, korrektoru isə Asifə Əfəndiyevadır. Təqdimata Moskvada yaşayan professor Ələddin Allahverdiyev təbrik məktubu göndərmişdir. Məktubu təqdim edirik.

İstedadlı yazıçı-publisist Rüstəm Dastanoğlunun “Düşüncələrimin kölgəsi” kitabının təqdimat mərasiminin iştirakçılarına Hörmətli dostlar! Hər birinizi salamlayır, işinizdə uğurlar diləyirəm! Hər bir insanın mənəvi dünyasının, ətrafda baş verən olaylara onun fəlsəfi baxışının, dünyagörüşünün formalaşmasında doğulduğu yerin, uşaqlıqdan boy atdığı əxlaqi-dini-ədəbi-tarixi mühitin, özəyindən tərbiyə aldığı adət və ənənələrin təsiri danılmazdır və bir qayda olaraq həlledici rol oynayır.

Bu gün oxucusuna təqdim olunan “Düşüncələrimin kölgəsi” kitabının müəllifi istedadlı yazıçı-publisist-filosof Rüstəm Dastanoğlu Azərbaycan-Türk ədəbi irs xəzinəsinə, İslam və təsəvvüf dünyasına Misgin Abdal, Ağ Aşıq Allahverdi, şair Məmmədhüseyn, Ustad Aşıq Alı, Dədə Ələsgər, Növrəs İman kimi dühalar bəxş etmiş saz-söz sənətinin beşiyi qədim Göyçə mahalında, onun Seyid Bayram ocağıyla, çoxsaylı şair və aşıqlarıyla, maarifpərvər ziyalılarıyla tanınan, məşhur olan Daşkənd kəndinin yetirməsidir. Uşaqlığını və yeniyetməlik illərini poetik sözə qiymət verə bilən, adət və ənənələrə hörmət edən, saza məhəbbət bəsləyən, dinə bağlı saf, sadə, qonaqpərvər, zəhmətkeş, xeyirxah insanlarıyla, füsunkar təbiət gözəllikləri ilə zəngin olan Göyçədə, doğma kəndində keçirmiş Rüstəm Dastanoğlunun ilkin mənəvi-əxlaqi-fəlsəfi dünyagörüşü məhz bu məkanın və mühitin təsiri altında formalaşmağa başlamış, onun gələcək həyatında – ali təhsilində, məhsuldar, istedadlı yaradıcılığında, ictimai və iş fəaliyyətində mühüm rol oynamışdır. Mətbuatda dərc olunan bir çox ədəbi-bədii, publisistik yazıları, Rüstəm müəllimin məntiqə və reallığa əsaslanan özünəməxsus analitik düşünmə tərzinə, ətrafda baş verən olaylara düzgün qiymət vermək bacarığına, analiz və təhlillər zəminində onları ümumiləşdirmək qabiliyyətinə malik olduğunu göstərir. “Düşüncələrimin kölgəsi” kitabına daxil olmuş yazılar istedadlı publisist-yazıçının həyat təcrübəsinin, düşüncələrinin, onun maraq dairəsində olan mövzularla bağlı fikirlərinin bir hissəsi olaraq, kitabın adından məlum olduğu kimi, onların silueti-kölgəsidir. Bu isə bizə ümid və əminlik verir ki, istedadlı yazar Rüstəm Dastanoğlu onu narahat edən Vətən, Göyçə, Gənclik, Dövlət, Həqiqət və digər bəşəri problemlər haqqında düşüncələrini gələcəkdə də yeni kitabları vasitəsilə öz oxucularıyla, xüsusilə, gənclərlə bölüşəcəkdir. “Düşüncələrimin kölgəsi” kitabının işıq üzü görməsi, təqdimatı münasibətilə hörmətli Rüstəm Dastanoğlunu təbrik edir, ona can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

Hörmətlə: Ələddin Allahverdiyev, professor,

Moskva, 04.02.2023.
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 


Etiket:
Xəbərlər

ŞAİR SALMAN QARALAR

22.09.2023

Qərbi Azərbaycan İcmasından

21.09.2023

BASARKEÇƏRDƏN NEVADAYA QƏDƏR

14.09.2023

RƏŞADƏTLİ RƏŞADƏT

13.09.2023

HƏSRƏTİN POETİK QEYDLƏRİ

13.09.2023

ƏLLİ YAŞIN İŞIĞINDA

09.08.2023

ZOD 

06.08.2023

DAİM AXTARIŞDA OLAN NƏCİB, YARADICI İNSAN    

27.07.2023

SONA İSMAYILOVA : FILOLOGIYA ELMLƏRI DOKTORU NƏZAKƏT MƏMMƏDLININ 23 ILLIK ƏZIYYƏTI BƏHRƏ VERDI

04.07.2023

NƏRİMANLI  (HÜSEYNQULUAĞALI)

20.06.2023

QƏRİB MƏZAR

13.06.2023

SARIYAQUB

06.06.2023

TOXLUCA

01.06.2023

Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur.

28.05.2023

GÖYÇƏ MAHALI ŞİŞQAYA KƏNDİ

25.05.2023

Yeni Daşkəndin 70-illik yubileyinə təbrik məktubu

24.05.2023

Bərdə rayonun Yeni Daşkənd kəndində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Daşkənd kəndinin Qərbi Azərbaycandan Deportasiyasının 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

22.05.2023

QANLI KƏNDİ (QANLI ALLAHVERDİ)

15.05.2023

Ümummilli Lider yeganə şəxsdir ki, Ali Baş Komandan onra raport verdi.

15.05.2023

SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
 SUFİ ŞEYXİ
 MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)

13.05.2023

KƏSƏMƏN
(Solaq)  

08.05.2023

Azərbaycan hərbi hospitallarının 1941-1945-ci illər
fəaliyyəti haqqında

08.05.2023

Naxçıvandan qurtuluşa gedən yol

06.05.2023

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.

28.04.2023

GÖYÇƏ MAHALI CİL KƏNDİ (Ərkacilli-Ərqavil)

24.04.2023

Aşıq Ələsgər yaradıcılığında divan ədəbiyyatına xas poetik fiqurlar

11.04.2023

31 Mart - unutmayacağımız tarix

31.03.2023

Basarkeçər rayonu Dərə kəndi.

30.03.2023

Göyçə Mahalı Daşkənd kəndi

13.03.2023

Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib

12.03.2023

İKİYƏ BÖLÜNMÜŞ GÖYÇƏLİ VƏ GÖYÇƏSİZ ÖMÜR

10.03.2023

GEC TAPIB, TEZ İTİRDİYİM DOSTUM

05.03.2023

Zahid Oruc: "Göyçə Qərbi Azərbaycanın Şuşasıdır!"

04.03.2023

Qəriblikdə ölmək qorxusu...
Əmimin əziz xatirəsinə ithaf edirəm

04.03.2023

Aşıq Ələsgər yaradıcılığında irfan məqamları

02.03.2023

Meksikalı deputatlar Qərbi Azərbaycan İcmasında olublar.

01.03.2023

Dağıstanı xilas edən azərbaycanlı - Əziz Əliyevin HƏYAT HEKAYƏTİ

20.02.2023

Göyçə mahalı, Qaraiman kəndi

19.02.2023

Tanınmış həkim Şirazi İbrahimov Nərimanlı kənd icmasının sədri seçildi

19.02.2023

Qərbi Azərbaycan İcmasında görüş keçirilmişdir.

 

12.02.2023

Düşüncələrin kölgəsindən özünə - Yazıçı Rüstəm Dastanoğlunun "Düşüncələrimin kölgəsi" kitabı haqqında - Əsəd CAHANGİR

06.02.2023

Ələddin Allahverdiyev "Düşüncələrimin kölgəsi" kitabı haqqında

04.02.2023

 İnsanların 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır. 

19.01.2023

Klassik şeirimizin xalq ruhunun Heyranı...

13.01.2023

Qərbi Azərbaycan İcması müraciət yayıb

12.01.2023

"Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək" - Misir Mərdanov

27.12.2022

Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub

24.12.2022

Prezident: Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik  

24.12.2022

Prezident İlham Əliyev: Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik

24.12.2022

Prezident İlham Əliyev: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çox sanballı sənəd olmalıdır

24.12.2022
Bütün xəbərlər