Ruhun şad olsun, ustad!

16:38 / 08.01.2018
Baxılıb: 2018

XX əsr Azərbaycan aşıq şeiri tarixində əvəzsiz xidmətləri olan qüdrətli sənətkarlardan biri də sazı, sözü, sənəti ilə minlərlə insanın qəlbini ovsunlayan, aşıq şeirinin inkişafına dəyərli töhfələr bəxş edən, dinləyicilərinin ürəklərinə hakim kəsilən məşhur söz sərrafı Aşıq Orucdur. Atası Aşıq Vəlinin incə barmaqlarında dilə gələn telli sazın sədaları altında böyüyən, bütün varlığı ilə saza bağlanan, onun nurunun işığında gələcəyə yol alan, hər kəlmənin müqəddəsliyini daim əziz tutan Aşıq Oruc gənc yaşlarından məftunu olduğu şifahi xalq ədəbiyyatının və eyni zamanda da azman sənətkarların təsiri altında şeirlər yazmağa başlamışdır. Belə ki, aşığın yaşadığı mahal, atası Aşıq Vəlinin sənətini yaşatmaq istəyi, Göyçə ədəbi mühiti də ona təsirsiz ötüşməmişdir.Bu il anadan olmasının 95 ili tamam olan Aşıq Oruc Aşıq Əsədin, Aşıq Bəhmənin, Aşıq Talıbın və digərlərinin məharətlə ifa etdikləri aşıq mahnılarını dinləyə-dinləyə, oxuduqları sözləri sinəsinə yığa-yığa, Aşıq İbrahim Alışanoğludan sənətin incəliklərini daha da dərindən öyrənə-öyrənə müstəqil aşıqlıq etməyə başlamışdır. On il sənət məbədi olan Göyçə mahalında aşıqlıq edən Aşıq Oruc deportasiyaya məruz qaldığından məcburən ata-baba yurdunu tərk edərək Gədəbəy rayonunda məskunlaşmışdır. 1949-cu ildən Gədəbəy aşıqları ilə müxtəlif tədbirlərdə iştirak edən sənətkar 1953-cü ildə Gədəbəy Aşıqlar Ansamblını yaratmışdır. Qısa zaman kəsiyində respublikada tanınan bu ansambl dövlət səviyyəli bayram və şənliklərdə iştirak etmiş, dəfələrlə ayrı-ayrı rayonların zəhmətkeşləri qarşısında konsert proqramları ilə çıxış etmişdir.Göyçədə olarkən Aşıq Hacı Bayramov, Aşıq Şükür, Aşıq Qədir kimi sənətkarlar onun rəhbərliyi ilə ellərimizi, obalarımızı gəzib dolaşmış, məclislər yola salmışlar. Aşıq Oruc Gədəbəydə aşıqlıq sənətini Aşıq Şahsuvar, Aşıq Nurəddin, Aşıq Fəzail, Aşıq Məhərrəm və başqa yetirmələrinə də öyrətməklə bu xalq sənətinə yeni bir ömür verərək yaşatmışdır.Az, lakin mənalı və çal-çağırlı ömür yaşayan Aşıq Oruc 56 yaşında – 1976-cı il iyulun 19-da həyatının və yaradıcılığının çiçəkləndiyi bir dövrdə yaşadığı və böyük məhəbbətlə vəsf etdiyi Zəhmətkənd kəndində vəfat etmişdir.Aşıq Oruc gözəl ifaçı olmaqla yanaşı, həm də yaradıcı aşıq olmuşdur. Bu barədə Əli Əliyev hələ 1971-ci ildə “Tərəqqi” qəzetində “El aşığı” başlıqlı məqaləsində yazırdı: “O (Aşıq Oruc – A.Y.) yalnız ustad aşıqların sözərini oxumaqla kifayətlənmir. Həm də özünün xalqın xoş güzaranından, vətənin gündən-günə artan qüdrətindən və onun gələcəkdə daha qüdrətli olmasından ilham alaraq yazdığı şeirində deyir:Qəhrəman yurdudur mənim bu yurdum,Poladdan möhkəmdir yenilməz ordum.Aşıq Oruc deyər, hər kimdən sordum,Dedi: – Bundan gözəl sabahımız var”.Onun yaradıcılıq nümunələri 1991-ci ildə “Ədəbiyyat” qəzetində, 2001-ci ildə “Musiqi dünyası” jurnalında, 2004-cü ildə “Aşıqlar” kitabında, 2010-cu ildə “Folklor və Etnoqrafiya” jurnalında, 2011-ci ildə “Ozan dünyası” jurnalında və başqa mətbu orqanlarda nəşr olunmuşdur. Ziyəddin Məhərrəmov Aşıq Orucun yaradıcılığı haqqında “XX əsr Göyçə ədəbi mühiti” adlı kitabında haqlı olaraq yazır: “Onun “Neyləsin”, “Var”, “Danışaq”, “Sənin”, “Sevinir”, “Kölgəsiz”, “Çatıbdır”, “Gülə-gülə”, “Oldu”, “Bayram günləri” rədifli qoşmaları, “Morullu Aşıq Teymurla deyişmə”si indi də aşıqların dillər əzbəridir”.[3,s.41]Aşıq sənətinə, folklor xəzinəmizə dərindən bələd olan, həm də xalq şeiri ruhunda şirin, qəlbləri oxşayan, ahəngdar poeziya nümunələrini qələmə alan 86 yaşlı ağsaqqalımız Abbas Vəfadağlı (Mazanov) Aşıq Oruc haqqında dəyərli fikirlər söyləyir: “Açıq etiraf etmək gərəkdir ki, Aşıq Orucun oxumasında aşıq havacatlarına özünəməxsus bir şirinlik gətirdi. İndi də yaxşı yadımdadır. Böyük ustad Aşıq Ələsgərin “Gedirdim, güzarım düşdü bulağa” qoşmasını “Mixəyi” havasına ifa edən zaman bu gözəl səsli aşıqdan doymaq olmurdu. Həm də “Mixəyi” havası çətin, aşıqdan ustalıq, qabiliyyət və zəhmət tələb edən havadır. Müasirlərindən, bəlkə də, bu havanı onun kimi ifa edən az-az aşıq tapılardı. Elə bil ki, Aşıq Orucun nəfəsi bu hava üstündə köklənmişdi. Eyni zamanda, qeyd etmək yaxşı olardı ki, Aşıq Oruc çətin oxunan “Koroğlu” havalarını, “Güllü qafiyə”, “Mirzəcanı” havasının Duraxan qolunu, “Dilqəmi”, “Təcnis” havalarını ürəyəyatan şirin bir ləhcə ilə ifa edərdi”.[4,s.49]Aşıq Orucu yaxından tanıyan, onun məclislərində dəfələrlə iştirak edib aşığın aydın, nüfuzedici, anlaşıqlı nitqinə, söhbətinə heyran kəsilən dinləyiciləri, yaşıdları, saz-söz vurğunları həmişə ustad barəsində ürəkaçan, məhəbbətdolu sözlər söyləmişlər. Bu gün də onun sənətkarlığından, peşəkarcasına məclis aparmasından, dastan ifaçılığından ağızdolusu danışırlar. Gədəbəy torpağının sevimli oğlu, tanınmış şair və publisist, Azərbaycan Respublikasının Prezident təqaüdçüsü, dövlət mükafatı laureatı İlyas Tapdıq da Aşıq Oruc haqqında çox dəyərli fikirlər, onun böyük sənəti barəsində orijinal mülahizələr söyləmişdir. Səksən yaşlı şair deyir: “Aşıq Oruc Əhmədov sadə və aydın danışan, səsinin zili-bəmi yerində olan, atası Vəlidən aşıqlıq öyrənən, dastanları uşaq yaşlarından sinəsinə köçürən bir aşıq idi. Hay-küydən uzaq, sadəliyi, səmimiyyəti ilə seçilən, “mənəm-mənəmlikdən”, yalançı “basıb-bağlamaqdan”, özündən uydurmaqdan uzaq orijinal bir sənətkar idi. Örəndiyini yerli-yataqlı danışan, onu dərin səmimiyyətlə dinləyənə çatdıran, əhatəsindəki insanlara – saz-söz vurğunlarına sevgisini, hüsn-rəğbətini əsirgəməyən kamil bir sənətkar idi. Göyçə mahalının zəngin folklorunun harasından desən dürüst cavab alardın”.[5,s.86]Aşıq Orucun aşıqlıq sənətinin təəssübünü çəkməsi, onu göz bəbəyi kimi qoruması, sənətin saflığının hər zaman inadkarlıqla, mühafizakarlıqla keşiyində durması onu yaxından tanıyan başqa xalq adamlarının da diqqətindən yayınmamışdır. Əslən Göyçə mahalının Cil kəndindən olan, bu yazının əvvəlində də fikirlərini bölüşdüyümüz Abbas Vəfadağlı da belə fikirdədir: “Aşıq Oruc saz-söz incilərini tam incəlikləri ilə, həm də klassik meyarlarla dədə-baba yolu ilə təmiz qoruyan sənətkar idi. Bəzi aşıqlar saz havalarını istədikləri şəkildə, istədikləri qədər dəyişdirməyə meyl edərdilər, özlərindən ad qoyub artırardılar. Ustad belələrinə qarşı barışmaz idi.”[4,s.49]Aşıq Oruc aşıq şeirinin bir çox şəkillərində – gəraylı, qoşma, təcnis, divani, müxəmməs və digər janrlarda mükəmməl sənət nümunələri yaratmışdır.Aşıq yaradıcılığında təcnis mühüm bir hadisədir. Təcnis janrında yazıb-yaratmaq isə aşıqdan böyük sənətkarlıq bacarığı tələb edir. Təcnis dilin poetik möcüzəsidir. Belə ki, şeirdə şəkilcə eyni, mənaca müxtəlif sözlərdən istifadə edilir. Bu sözlərə daha çox cinas sözlər deyirlər. Hər aşıq təcnis yaratmaq imkanına malik deyildir. Lakin Aşıq Oruc təcnis ustası hesab edilən sələfləri – Miskin Abdal, Şair Məmmədhüseyn, Aşıq Alı, Aşıq Ələsgər kimi sənətkarlardan bəhrələnərək təcnis yazmağa nail olmuşdur.O hilal qaşını görəndə gözüm,Müştaq oldum onun yar sinəsinə.Laçın tərpənişli, tovuz cilvəli,Qaldım qulluğunda, yar, sinə-sinə.Gəzib bu dağları lalə üzəsən,İnsaf eylə, gəl dərdimi üzəsən.Busə nədir, qıymayırsan üzə sən,Xəncərlə bağrımı yar sinə-sinə.Göründüyü kimi Aşıq Oruc təcnisi kifayət qədər yaxşı yazmış və cinasları yerli-yerində, mənanı itirmədən və söz yığınına yol vermədən yarada bilmişdir. Şeirin aşağıdakı son bəndində aşıq-şair deyəcəyi fikri cinasların köməyi ilə daha da qüvvətləndirə bilmişdir.Oruc deyir: “Sən gələndə Yasəmən,Gah şad olub, gah batıram yasa mən”.Nitqi, nəfəsindən qopur yasəmən,O nədir köksündə yar sinə-sinə.[6,s.103]Şeirin birinci misrasında “sinəsinə” sözü sinə, dördüncü misrada “sinmək, əyilmək”, ikinci bəndin birinci misrasında “üzəsən” sözü üzmək, dərmək, ikinci misrada azaltmaq, üçüncü misrada üz, yanaq mənasında, üçüncü bəndin birinci misrasında isə Yasəmən qız adı, ikinci misrada yasa qərq olmaq, üçüncü misrada isə yasəmən iyi mənasında işlənmişdir. Təkcə bu təcnis aşığın söz “boxçası”nın zənginliyindən xəbər verir.Gəraylı aşıq yaradıcılığında qoşmadan sonra daha çox istifadə olunan janrdır. Haqqında söhbət açdığımız Aşıq Oruc “Neyləsin” adlı gəraylısında eybini bilməyən nakəslərə qohumun, elin-obanın heç nə ilə təsir edə bilmədiyindən təəssüflənərək deyir:Öz eybini bilməzlərə,Qohum-qardaş, el neyləsin?!Zatı xain olan kəsəDüzgün ürək, dil neyləsin?!Elmə sinə gərməyənə,Ustad dərsi görməyənə.Düzə qiymət verməyənə,Alim, şair bil, neyləsin?!Eli sevər ər oğlu ər,Qanı təmiz, canda hünər.Haqsız ölsə – nadan, sərsər,Ona külüng, bel neyləsin?!Sarvan ümid bağlar nərə,Şair olan şah əsərə,Səyyah yorğun, çətin bərə,Ovun getsə, sel neyləsin?!Aşıq Oruc, de sözünü,Tərifləmə gəl özünü.Bil, çevirsə el üzünü,Yüz köməkçi əl neyləsin?![6,s.102-103]Gəraylının xüsusiyyətindən və Aşıq Orucun peşəkar¬lığındandır ki, şeir bir neçə dəfə oxunmaqla yadda qalır, əzbərə çevrilir.Sonda bir inamımı ifadə etmək istəyirəm: nə qədər ki, qədir bilən ellərimiz var, el sənətkarı Aşıq Oruc da bu ellərin yaddaşında, qəlbində, xatirələrində yaşayacaq.Ruhun şad olsun, ustad!İstifadə edilmiş ədəbiyyat:1.Məhərrəm Qasımlı, “Ustad”, “Ədəbiyyat” qəzeti, №8, 22 fevral 1991-ci il.2.Əli Əliyev, “El aşığı”, “Tərəqqi” qəzeti, №103(2994), 31 avqust 1971-ci il.3.Ziyəddin Məhərrəmov. “XX əsr Göyçə aşıq mühiti (1920-1950-ci illər)” Bakı, Azərbaycan Ensiklopediyası NPB, 1997.4.Abbas Vəfadağlı, “Ustad”, “Folklor və Etnoqrafiya” jurnalı, №4, 2010-cu il.5.İlyas Tapdıq, “Söhbət aşığıydı, söz işığıydı...”, “Folklor və Etnoqrafiya” jurnalı, №2, 2013-cü il.6.“Aşıq Orucun sazlı-sözlü dünyası”, “Ozan dünyası” jurnalı, №4(7), 2011-ci il.Araz Yaquboğlu

Etiket:
Xəbərlər

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023
Bütün xəbərlər