Günlərin bir günü mənə zəng gəldi və bildirdilər ki, sabah tədbirimiz var, siz də dəvətlisiz.
Həmin tədbirdə mənə doğma və əziz insanlar çoxluq təşkil etdiyindən həmən razlıq verdim. Tədbir haqqında geniş yazı yazmışam. Ona görə də sizi yormaq fikirim yoxdu.
Ancaq bu görüşdə bir gəncin ifası məni elə valeh etdi ki, bu yazını yazmasam, yəqin ki, rahatlıq tapmayacam. Hiss etdim ki o səs, o ifa mənim üçün daha əzizdi, doğmadı, özümünküdü. Mən bu insana sazın teli ilə bağlanıb, səsin sehri ilə heyran olmuşam.
Saz bizim genetik kodumuzun açarıdı. Tanrı tərəfindən Türkə göndərilmiş ilahi ərməğandı.
Göyçə xanım Ömürlü qəlbləri riqqətə gətirən yanğılı səsi ilə icazəsiz ürəyimə yol tapmışdı. Bu insanın gözəl qəlbi; sazı, sözü də adamı özünə çəkirdi qiblə kimi. Vətən, torpaq, yurd nisgilimizi bir az da körükləyirdi.
Qəlbimə öz ifası ilə elə daxil olmuşdu, elə gəzişmə edirdi ki, heç ona bələdçi də lazım deyildi.
-Saz İlahi bir qüvvə, Tanrının bir sirridir. Düzünü deyim ki, saz da hər adamın ruhu üçün deyil. Tanrısal duyğudan uzaq adamlar sazı sevə bilməz.
Sazın hikmətində ilahi sirlər yatır. Xoş halına bu sirdən agah olanların!... Amma bu gün saz Göyçə xanıma, Göyçə xanım da sazla qol-boyun olaraq hər ikisi bir-birinə sarılıb için-için dərdləşirdilər.
Göyçə xanımın bu ilk çıxışı deyildi, bu günə kimi bir çox uğurlu çıxışlarıyla yaddaşımıza hopub, könlümüzü oxşamışdı. Amma bu ifa tamam fərqli idi. Onun səsindəki məlhəm məşq etməklə yaranmaz, bu səs qəfildən gələn, şirin avaza, laylaya bənzəyirdi. Göyçə xanım sazla əlbir olub, sözləri cana-qana gətirir, ruh verib həyat bəxş edirdi. Sazın, sözün, musiqinin öz hərarəti var. Qulaq asdıqca adamı yandırır, bəzən də adamın vücudunda qanını dondurur.
Elə bil göy yerə endi. Hər tərəfim qaranlığa qərq olmuşdu. Heç nə görmürdüm. Ancaq Göyçə xanımın sazının və özünün işığı gur və əbədi idi.

Gözəlliyi, nəcibliyi, kübarlığı, məğrurluğu səsi və ifası ilə adını daşıdığı Göyçə torpağını əlimdən tutaraq gəzdirir, "bax İlqar müəllim(həmişə mənə belə müraciət edir) biz Göyçə torpağındayıq, adını daşıdığım Göyçəmdə. Bura isə Nərimanlıdı üzünü görmədiyim Nərimanlı… Qabaqdakı kənd isə sizin kənddi, Qaraqoyunlu. Bax o kənd də Dədə Ələsgərin kəndidi, Ağkilsə, sazı-sözü mənə sevdirən, özünü görmədiyim amma hər an yanımda hiss etdiyim Dədə Ələsgərin kəndi".
Bir az əvvəl göy üzündə bir əlçim bulud görünmüşdü. Göy üzünə yayılmış buludlar seyrəlirdi. Yurd həsrətli gözlərin nəmini götürən buludlar gözünü qəribsəmiş yurd yerlərimiz olan Göyçədə sıxmağa tələsirdi.
Zaman otuzbeş il məni ləngitsə də Göyçə xanım və ürəyimin təpəri doğma Çalmalı dağına aparmışdı. Çalmalının uca zirvəsindən kəndimizi göz dolusu ilə süzür, el-obanı qucaqlamaq üçün qollarım az qala Ağrı dağına çatırdı.
Kəndimiz yaşıl libas geyinmiş, “Anqutdu” gölündə cilvələnirdi.
İfa bitmişdi, zalda adamlar yavaş-yavaş sükutu pozmağa başlasalar da, mən, sadəcə, ürəyimin səsini dinləyir, öz ruhumu oxuyurdum.
Çünki ürəyin, qəlbin, döyüntüsündən, süzülüb gələn bu ifa “Göyçə Ömürlü" möhrü ilə ürəyimdə əbədi yaşayacaqdır.
İlqar İSMAYIL
Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025