Cənab Prezident, mən bu gün Azərbaycanımızın ən nüfuzlu universitetlərindən birində müəllim olaraq çalışıram. Bir alim kimi tədqiqatlarım var. Amma illər nə qədər məni uşaqlığımın keçdiyi o yerlələrdən ayırsa da, o tarixi torpaqlarımız heç zaman yadımdan çıxmaz...
Tarix xalqı, milləti, Vətəni üçün və millətinin sabahı üçün düşünən beyinləri, şəxsiyyətləri onu yetişdirən xalqa ərmağan edir. Azərbaycan xalqının yerləşdiyi coğrafiyanın tanınmasında məhz bu şəxsiyyətlərin dərin zəkalarının, uzaqgörənliklərinin, kəskin mübariz davranışlarının bir sözlə əngin ruhi dərinliklərinin rolu bu xalqa əzəmət, mübarizlik, qəhrəmanlıq bəxş edib. Dərin mənəvi dünyasının sayəsində fəth etdiyi mənəvi zənginlik xalqımızın tarixi xarakterini formalaşdırıb. Qəlbinin təmizliyi, humanistliyi, birgəyaşayış ənənsinin ən şəffaf nümunəsini dünyanın bütün xalqlarına nümunə olacaq dərəcədə aydın şəkildə göstərən bu xalq çox təəssüf ki, tarixin bəzi dövrlərində nankor münasibətlərə tuş gəlmişdir. Bu qədim diyarın zəhmətkeş, fədakar, qonaqpərvər insanları mərhəmətləri səbəbiylə isti evlərində yer verdikləri, süfrələrində çörək verdikləri insanlar gəldikləri yerləri unudub torpaq iddiasına qalxdılar. Xalqımızın əsas faciələrinin başlanğıcı da məhz bu zamandan etibarən yaranmağa başladı.
Məlum olduğu kimi son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən planlı şəkildə həyata keçirilən etnik təmizləmə siyasəti, soyqırımı və təcavüzkarlıq Azərbaycan tarixinin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. Başlanğıcını 1805-ci ildən götürən köçürülmə siyasəti Cənubi Qafqazda Azərbaycan üzərindəki faciələrin ruşeymini yaratdı. Ümumiyyətlə, 1828-1830-cu illər ərzində Qarabağın dağlıq hissəsinə 200 mindən çox erməni köçürülmüşdür. Bu faktları N.N.Şavrov belə təsvir edir: “1828-1830-cu illər müharibəsi qurtarıqdan sonra biz 40 mindən çox İran və 84 min Türkiyə ermənisini köçürüb onları, demək olar ki, ermənilər yaşamayan Yelizavetpol və İrəvan quberniyalarında, Tiflis, Borçalı, Axalsix, Axalkələk qəzalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirdik.
1828-ci ildə Rusiya ilə İran arasında imzalanan Türkmənçay müqaviləsinə əsasən ermənilər Şimali Azərbaycanın Naxçıvan xanlığı və İrəvan xanlığı ərazisində ən yaxşı torpaqlarda yerləşdirilmişlər. XX əsrin əvvələrindən başlayan siyasi mərhələlər azərbaycanlıların etnik təmizlənməsi prosesləri ilə başlayaraq əhali sayının erməniləşdirilməsi məqsədi ilə dörd mərhələdən keçərək son nöqtəsini keçən əsrin 90–ci illərinə qədər gətirdi. Nankor qonşularımızın torpq iddiaları səbəbindən elə həmin illərdən bu günə qədər yaşamadığımız faciə qalmadı. Bəli, tale bizə çörəyimizi yeyib, suyumuzu içənlərin nankorluğunu göstərsə də nə yaxşı ki, bu faciələri görən və xalqını bu tarixi sınaqdan çıxarmaq üçün güclü liderlər verdi. Bu mənada hələ Sovet imperiyasının daxilində ikən bu xalıqı təkləməyə çalışan, təbii və mənəvi resurslarını tükətməyə, məhv etməyə cəhd edən xainlərdən qorumağa çalışan, onun uzaqgörənliyi ilə gələcək müstəqil Azərbaycan ücün elmi, hərbi sərmayə qoyan Heydər Əliyev şəxsiyyəti omuşdur. Onun millətinə olan sevgisi təkbaşına bir insanın böyük bir qoşun qarşısında xalqını müdafiə üçün sinəsini sipər etməsinə bənzəyirdi.
Müstəqilliyimiz bərpa etdiyimiz dövr Azərbaycan xalqının ən çətin, ən sınaqlı dövrünə təsadüf etsə də bu böyük insan bu tarixi sınaqdan da alnı açıq çixdi. Həmin tarixi sınaq nə idi? Yenicə müstəqillik əldə etmiş Azərbaycan, zəif iqtisadiyyat, Qərbi Azərbaycan deportasiyasına uğramiş 100 minlərlə qaçqınlar, Qarabağdan paytaxta və digər rayonlarımıza gələn məcburi köçkünlər, ölkə daxilində vətəndaş müharibəsi təhlükəsi, azsaylı etnik xalqalar içərisində müstəqil dövlət yaratma iddiaları, missoner dini sektaların ölkəyə axını və s. Bəli, belə çətin bir tarixi sınaqdan Azərbaycan bölünmədən, parçalanamadan, alnı açıq, üzü ağ çıxdı. Bu, məhz Heydər Əliyev siyasətinin tövhəsi idi. Azərbaycan küllərindən təkrar yaranan bir simurq kimi yenidən yarandı və ayağa qalxdı.
Dahi şəxsiyyətin dedyi kimi “Azərbaycan dünyaya bir günəş kimi doğdu”.
Bu qibtəedici dövlət siyasəsətinin davamçısı isə siz oldunuz, Cənab Prezident. Bir dahi atanın miras qoyduğu bütün ənənələri; dövlətçilik siyasətini, daxili və xarici siyasətdəki uğuru, sosial-iqtisadi inkişafı, bayraqlar içərisində bayrağımızı ən yüksək kürsülərdə dalğalandırmağı, multikultural birgəyaşayış ənənəsini dövlət siyasətinə çevirməyi, böyük iqtisadi layihələrin həyata keçirilməsini, milli-mədəni irsimizin dirçəldilməsini, güclü hərbi arsenalın təşkilini sizin sayənizdə görmüş olduq.
Qarabağ yaramızın sağalmasını, tarixi torpaqlarımızın bərpasını illərdir ürəyində gəzdirib bu amal üçün daha güclü bir Azərbaycan qurmaq üçün var gücünüzlə çalışdınız və sonunda ata vəsiyyətini şərəflə yerinə yetirib itirilmiş Qarabağ adlı Türk yurduna təkrar sahib çıxdınız. Bütün dünya qarşıınıza sədd çəkməyə çalışsa da, dayanmadınız. İnamla və xalq - dövlət birliyinə güvənərək daha da irəli getdiniz. Atanız Heydər Əlirza oğlunun bir zamanlar müttəfiq respublikalar içərisində xalqını sinəsinə çəkərək hər kəsdən qorumağa çalışan, təkbaşına bir cəngavərin qoşun qarşısındakı duruşuna bənzədi bu məğrur duruşunuz...Çünki siz o atanın oğlusunuz. Məktubumun əvvəlində qeyd etdiyim xalqa ərməğan oğullar məhz sizsiniz, MÜZƏFFƏR SƏRKƏRDƏMİZ!
Mən, mənfur ermənəilərin 1988-ci il Qərbi Azərbaycanın Göyçə mahalından deportasiya etdiyi, sürgünə uğramış bir üzvüyəm. Qeyd edim ki, Göyçə mahalından ayrılanda mənim on iki yaşım vardı. Göyçə gölünün sahilində qədim türk boylarına məxsus adət-ənənəsiylə, milli-mənəvi dəyərləriylə zəngin, ədəbiyyat, folklor, saz-söz məskəni bir kəndimiz vardı bizim də. Bu gün sadəcə yuxularımızda görə bildiyimiz və xatirələrimizdə yaşada bildiyimiz bir kənd...Ziyalı bir ailədə böyüdüyüm, uşaqlığımın keçdiyi o qonaq-qaralı, sazlı-sözlü evimiz indi bizdən çox uzaqlardadır. Lakin bu gün Vətəndən Vətənə qovulmağın acısın yaşayan biri kimi sizin “Qərbi Azərbaycanana qayıdış” konsepsiyasına böyük ümidlərlə qoşulur və bir Qərbi Azərbaycan ziyalısı olaraq bu siyasətinizlə də fəxr edirəm.
Cənab Prezident, mən bu gün Azərbaycanımızın ən nüfuzlu universitetlərindən birində müəllim olaraq çalışıram. Bir alim kimi tədqiqatlarım var. Amma illər nə qədər məni uşaqlığımın keçdiyi o yerlələrdən ayırsa da, o tarixi torpaqlarımız heç zaman yadımdan çıxmaz. Ürəyim Vətən həsrəti ilə yansa da çıxışlarınızda ifadə etdiyiniz “İrəvan bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq” deyişinizdə ürəyimdə yaranan ümidlərimə imzanızla möhür vuracağınıza inanıram. Varlığınıza şükr edərək bir ziyalı xeyir-duası ilə hər zaman sizə və ailənizə dua edirəm. Sizi bu xalqa qismət edənə minlərcə şükr edirəm. Bu xalqı çox sevirsiniz, xalq da sizi çox sevir. Bu mənəvi birliyi hər zaman qorumaq üçün Tanrı sizin yar və yardımçınız olsun.
Aygün Xəlilqızı.
BDU nun dosenti Fəlsəfə üzrə fəlsəfə doktoru
İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025