Dədə Ələsgər Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə 25 dekabr 2023-cü ildə, Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri şair, ustad aşıq Növrəs İmanın 120 illik yubiley tədbiri keçirilib. Növrəs İman Aşıq Ələsgər ədəbi məktəbinin yetişdirdiyi ən istedadlı şair aşıqlardandır. O, gənc yaşlarından şer yazmağa başlamış və tez bir zamanda xalq içərisində ustad aşıq kimi məşhurlaşmışdır.
Tədbirə açılış edən Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərli ilk öncə vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizi bir dəqiqəlik sükutla yad etdi. Qeyd etdi ki: “Dədə Ələsgər Ocağı İctimai Birliyi Azərbaycan aşıq poeziyasında öz dəsti xətti olan klassik, ustad aşıqlarımızı hər zaman qədirbilənliklə yad edir. 2023-cü il Azərbaycan aşıq ədəbiyyatının klassiklərindən sayılan Növrəs İmanın 120 illik yubileyi qeyd olunur. Növrəs İman 1903-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Ustad Aşıq Ələsgərin qardaşı oğlu Məşədi Salehin oğludur. Müəmmalı nakam tale yaşayan Növrəs İman Aşıq Ələsgərin şeirlərini əzbər bilib və yeniyetmə yaşlarından şeir yazmağa başlayıb. İti yaddaşa, coşqun təbə və bədahətən şeir demək qabiliyyətinə malik olub. Növrəs İman nadir istedad sahibi olduğundan Ələsgər ocağının ən istedadlı nümayəndələrindən biri kimi ad qazanıb. Növrəs İman 1932-ci ildə müəmmalı şəkildə itkin düşür. Onun müəmmalı şəkildə yoxa çıxması haqqında isə bu günə qədər müxtəlif fikirlər mövcuddur.”
Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, alim, tibb elmləri doktoru, professor İbadulla Ağayev, Tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanov, Alim, tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov, araşdırmaçı jurnalist Qabil Zimistanoğlu çıxış edərək bildirdilər ki, nakam şair Növrəs İman hələ yeniyetmə yaşlarından sonrakı taleyini duyurmuş kimi nisgili, kədəri, ayrılığı, qəmi şeirində əks etdirib. Növrəs İmanın müəmmalı yoxa çıxmasından çox illər keçməsinə baxmayaraq, nakam taleyi, kədərli şeirləri dildən-dilə, eldən-elə dolaşaraq bu gün də unudulmur, yaşayır. Daha sonra, filologiya üzrə fəlsəfə doktoru, şair Adilə Nəzər Növrəs İmana həsr etdiyi şeirini səsləndirib.
Tədbirdə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin dəstəyi ilə işıq üzü görmüş, Növrəs İmanın 120 illik yubileyinə həsr edimiş "Nakam Aşiq" kitabı da oxuculara təqdim edilib. Kitabın müəllifi tədqiqatçı-ilahiyyatçı Hacı Həsən Hüseyni, ön sözün müəllifi şair-publisist Qılman İman, redaktoru isə tədqiqatçı-jurnalist Araz Yaquboğludur.
Tədbirdə çıxış edən müasir aşıq poeziyamızın nümayəndələri, ustad aşıq Cahangir Quliyev, aşıq Ədalət Dəlidağlı, əməkdar mədəniyyət işçisi, aşıq Bəhmən Kazımov, filologiya üzrə fəlsəfə doktoru aşıq Nemət Qasımlı, aşıq Kəmalə Qubadlı, aşıq Gözəl Kəlbəcərli, aşıq İmran Xəlilov, aşıq Təbriz vəliyev, aşıq Kərəm Vəliyev, aşıq Nəbi Nağıyev, aşıq Şəhriyar Qaraxanlı, aşıq Əli Kəlbəcərli, aşıq Afil Bəxtiyar, balabanda əməkdar mədəniyyət işçisi Ələkbər Ələkbərov, Əziz Göyçəli və onun Göyçə qrupu Azərbaycan aşıq poeziyasının əzəmətli simalarından olan Növrəs İmanın şeirlərini, ömür yolu və səfərlərini, o cümlədən də həyatındakı əfsanəvi hadisələri əks etdirən dastan-hekayətləriniböyük şövq ilə tamaşaçılara çatdırıblar.
Sonda Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərli tədbirdə iştirak edən tamaşaçılara, Qərbi Azərbaycan İcmasına ayırdıqları diqqətə görə təşəkkürlərini bildirdi. Daha sonra Xətai Ələsgərli Azərbaycan aşıq poeziyasının inkişafına böyük diqqət və qayğı göstərdiyinə görə Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevə Dədə Ələsgər Ocağı İctimai Birliyi adından təşəkkürlərini bildirdi.
Yekunda böyük istedad sahibi olan şair və eyni zamanda ustad aşıq Növrəs İmanın 120 illik yubiley tədbirinin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə iş adamı Aqil Kərimova saz-söz sevərlər adından təşəkkürlərini bildirdi.
“Dədə Ələsgər Ocağı” İctimai Birliyi








Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025