Belə deyirlər; sevgidə son yoxdur. Bitən sevgi yoxdur, bitmiş kimi görünən sevgilər vardır. Sevgi bir ürəkdən o biri ürəyə ən qısa yoldu, düzxətli bir yol. Heç bir yerə ani də olsa dönməyən bir yol. Və əgər o yol cəbhə xəttindən keçibsə, illərin, nə illər e, on illərin sınağından çıxıbsa...
Əslində, buna sınaq da demək olmaz. Harada sınayacaqdılar ki? 27, hə, düz 27 il idi ki bir-birini itirmişdilər. Amma hər şey belə başlamışdı…
Əvvəli: http://goyce.az/news.php?id=1011
http://goyce.az/news.php?id=1012
Bundan sonra daha iki dəfə görüşürlər. Hər dəfəsində də biri susur, o biri gülümsəyir. Danışmağa söz çox, istək bol olsa da, amma müharibənin acı üzü idimi, ya nə idi, sevgilərini də ürək dolu bölüşə bilmirdilər.
5 may 1992-ci il, Şuşa.
Artıq Şuşa ətrafında həlqə daralır. Ermənilərin şəhərə girməsi an məsələsidir. Həmin gecə o, dəhşətli bir yuxu görür; Şuşanın hər tərəfindən müxtəlif rəngli balqabaqlar boylanır. Ona tərəf gəlir. Və bu balqabaqlar getdikcə çoxalır. Dik atılır yuxudan gecə yarısı. Qan-tər içində postu yoxlamağa qalxır.
Ayın 6-sı nisbətən sakit keçir. Ürəyinə nəsə dammış kimi, tibb məntəqəsinə getmək istəyir. Amma postu da qoymaq olmazdı. Ürəyi isə onun yanında qalır.
- Yuxuda gördüklərim mayın 7-də həqiqətə çevrildi. Ermənilər dörd bir tərəfdən Şuşaya hücuma keçdilər. Bizim durduğumuz Quşçu postunda 30 nəfər idik. Axşama yaxın bizim posta doğru xeyli erməni irəlilədi. Dəhşətli atışma düşdü. Ermənilərin başında qəribə formada dəbilqələr vardı. Qollarında ağ rəngli parça bağlamışdılar. O dəbilqələr mənə yuxumu, həmin o balqabaqları xatırlatdı. Dörd yanımızı əhatəyə alıb, rusca “Türklər, mühasirədəsiniz, təslim olun” deyə bağırırdılar. Mən onların sifətini hələ də unutmamışam. Dəmir rəngindəydilər. Elə bir yüksək dozalı narkotikdən istifadə etmişdilər. Döyüş uzandı. Xeyli itki verdik. 6 nəfər qalmışdıq. Arxada 5 nəfərimiz yarıuçuq bir tiklinin içində sığınacaq tapmışdı. Ermənilər qumbaraatanla oranı da vurdular. Üç nəfər oradaca şəhid oldu. Fikirləşdim ki, bu da axırı, sonum çatdı. Bir qədər sürünüb, bir yarğanlıq vardı, özümü ora atdım. Gördüm ki, Natiq adlı bir əsgərimizi də vurublar, o da burdadır. Onun bir qolu yaralı, bir qolu isə sınmışdı. Məndən hardasa 5 metr aralıda idi. Dedim, sürün gəl, yanıma, sən açıqdasan. Gələ bilmirdi, hərəkət edə bilmirdi. Məndə bir qumbara vardı, biri də onda. Onun da qumbarasını alıb, öz qumbaramla hazır saxladım ki, ermənilər gələn kimi özümü də, bacardığım qədər onlardan da partladım. Bu vaxt Natiq yalvardı ki, sən özünü, onları partladacaqsan, şəhid olacaqsan. Məni isə əsir alacaqlar. Məni öldür, sonra get bildiyini elə. Onun bu sözlərindən dəhşətə gəldim. Necə yəni məni öldür? Adam da döyüş yoldaşını öldürər? Ağlım üstümdə deyildi. Nə bunu vura bilirəm, nə də özüm erməninin üstünə gedib onları və özümü partlada bilirəm. Ermənilər isə 10 metrliyimizdə durub, sadəcə bizi görmür.
Və…
Və bu vaxt elə bir möcüzə baş verir ki…
Haradansa bir sağsağan qonur onun qarşısına. O addım atdıqca sağsağan üzü ona tərəf durub, cükküldəyir. İki-üç addım atıb, dayanır. Geri dönür. Natiqin yanına qayıdır. Bu vaxt sağsağan da uçub gəlib onların yanına qonur. Və yenidən cükküldəməyə başlayır.
- Bax, həmin sağsağan məni ermənilərin üstünə getməkdən xilas etdi. Amma indi ən dəhşətlisi o idi ki, bayaqdan qumbaraların həlqəsini çıxardıb, ovcumda sıxıb, hazır saxlamışdım. Barmaqlarımı azca açsam, partlayacaqdı. İndi onları yerinə salmaq lazım idi. Natiqdən kömək istəsəm də, xeyri olmadı. Çünki qolları qalxmırdı. Birtəhər dişimlə qumbaranın birinin halqasını yerinə saldım. Sonra o birini rahat eləyə bildim.
Onlar axşama qədər Natiqlə həmin yerdə gizlənirlər. Axşam Natiqi çiyninə alıb, üzü şəhərə tərəf irəliləyir. Deyir, yolda meyit və yaralılardan tərpənmək olmurdu.
- Bilmirdim Natiqi daşıyım, ya digər yaralılara kömək edim. Səhərə yaxın daha iki əsgərə rast gəldim. Bizim batalyonun uşaqları idi. Günorta Zarıslıya çatdıq. Bizim batalyonun sağ qalanlarının hamısı orda idi. Natiqi təhvil verib, bildirdim ki, xeyli şəhidimiz və yaralımız qalıb. Amma hamı sanki key kimiydi. Geri qayıtmaq istəmirdi heç kim. Ümidləri yox idi. Amma siz təsəvvür edin, ermənilər bir gün ərzində Şuşaya girməyə qorxmuşdu. Şəhərin boş olduğuna inanmamışdılar. Hə, elə Zarıslıda öyrəndim ki, Tofiq Oğuz da şəhid olub. Deyirdilər ki, başından ağır yaralansa da sonacan döyüşüb. Onun əsir alınması barədə deyilənlər boş söhbətdi. Tofiq heç vaxt əsir düşməzdi. Sonuncu dəfə elə bizim postu, Quşçu postunu yoxlamağa gəlmişdi. Mənə dedi ki, gedirəm, sizə kömək göndərəcəm. Elə yoldaca ermənilərin pusqusuna düşüb...
7 may 1992-ci il, Şuşa.
Şəhər aramsız bombalanırdı. Şuşada mərmi dəyməyən bina qalmamışdı. Ümumiyyətlə, şəhər şəhərlikdən çıxmışdı.
- Çox miskin, əlacsız bir vəziyyətə düşmüşdü şəhər. Şuşada elə bir abı-hava yox idi ki, bizə kiçik də olsa ümid versin. Nəinki insanlar, sanki şəhərin özü də usanmışdı. Əldən düşmüşdü. Bizim tibb məntəqəsi musiqi məktəbində yerləşirdi. Hələ mayın əvvəllərində ermənilər məntəqənin yerləşdiyi binanı vurmuşdular. Artıq orda qalmaq olmazdı. Ona görə də rəhmətlik Albertin (Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovu nəzərdə tutur - S.S.) tapşırığıyla məni və Raygülü xüsusi təyinatlı qüvvələrin yerləşdiyi binaya apardılar. Sonradan öyrəndik ki, Albert bizi qorumaq üçün bu addımı atıb. Elə rəhmətliyin ölüm xəbərini də orda eşitdik. Azər həkim isə ön xətdə qaldı. Çünki ağır yaralılar vardı.
Mayın 8-i o, Raygül və digər sağ qalan əsgərlər Şuşanı tərk etməyə başlayırlar. Yenə həmin qorxulu Daşaltı yoluyla Laçına qədər gedirlər.
- İnanmazsınız, robot kimi idik. Nə etdiyimizi bilmirdik. Sanki kimsə beynimizə proqram yerləşdirmişdi ki, bunu edin. Elə Şuşada da. Yaralı gəlirdi, hissiz, emosiyasız, soyuqqanlı öz işimizi görürdük. Elə Şuşanı tərk edəndə də. Keyləşmişdik. Doğrudanmı, biz bu şəhəri tərk edirik? Doğrudanmı, ermənilər Şuşanı alacaq? Yuxu kimi gəlirdi. Amma yuxu deyildi...
Hələ Şuşanı tərk etməmişdən əvvəl ona Samir adlı bir oğlan yaxınlaşır. Əslən Xaçmazdan imiş Samir. Könüllü gəlibmiş. Özü də 18 yaşında.
- Ən kiçiyimiz idi dəstədə. Mənə yaxınlaşdı ki, bacı, sənə sözüm var. Dedim nə olub? Cibindən çıxarıb əl qumbarası verdi. Dedi, al saxla, Allah eləməsin, birdən əsir düşə bilərsən. Özünü partladarsan. Çox pis oldum. Kövrəldim. Onda, məhz onda anladım ki, mən hardayam, müharibə nə amansız bir şeydir, nə sərt üzü varmış. Qayıtdı ki, istifadə edə bilirsən? “Hə”, dedim. Çünki Gəncdə orta məktəbdə hərbi hazırlıq fənnini keçmişdim. Avtomatdan atəş açmağı belə bilirdim.
Laçındakı hospitalda bir gün qalırlar. Elə Azər həkimi də orda tapırlar. Deyir, dörd bir yandan bombalanırdı Laçın həmin ərəfədə. Amma bir gündən sonra onları Laçından çıxarırlar. O, Raygüllə bərabər Gəncəyə qayıdır. Bir müddət sonra isə Bakıya gedir.
Tofiq Oğuzun Azərbaycan Qarabağı Könüllü Müdafiə Dəstəsinin sağ qalmış döyüşçülərinin yeni batalyon yaratdığını eşidir. Və Ağdam cəbhəsinə üz tutur. Həmin qumbara da cibində. O qumbara ki, onunla Ağdam döyüşlərində də bir yerdə olur, sonra kəşfiyyatçı hazırlayan məktəbdə oxuyur, orda da qumbaranı özündən kənara qoymur, dəfələrlə düşmən arxasına keçir, məhz o qumbara, 18 yaşlı Samirin ona verdiyi qumbarayla. Və o qumbaradan bir də tərxis olunanda ayrılacaqdı. Amma ona qədər… Ona qədər hələ o qədər hadisələr baş verəcəkdi ki…
P.S. Yeri gəlmişkən, mən qəhrəmanımızla görüşəndə ona zəng gəldi. Sən demə, Samirin oğlu əsgərlikdən gəlibmiş. Onu da mərasimə dəvət edirdilər. Möcüzə kimi…
Səbuhi Sədəf
lent.az
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024