Azərbaycan mətbuatı-144

15:22 / 22.07.2019

"Qoyun nə qədər xırıldasa, nə qədər nalə iltica etsə də, qəssab onun bu naləsinə baxmaz..."

İyulun 22-də Azərbaycan milli mətbuatının yaradılmasının 144 ili tamam olur. İlk mətbuatımızın yaradılmasında isə böyük mütəfəkkir H.Zərdabinin əvəzsiz xidmətləri olmuşdur.Bu mənada Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadənin 1907-ci ildə H.Zərdabinin dəfn mərasimindəki tarixi  çıxışının mühüm əhəmiyyəti vardır.Həmin çıxışı oxuculara təqdim edirəm.


M.Ə.RəsulzadəninAzərbaycan mətbuatının banisi H.Zərdabinin dəfn mərasimindəki nitqi


 “Həzərat! İndicə keçən natiq Əbülhəsən gördünüz ki, nə ürəkdən, ürəyinin ən dərin guşəsindən bu günkü hali-övzamızdan, şəhrimizin bir zülm-mücəssəm və qədr dəhşətnakə giriftar olmasından şikayət etdi. 

Bu bəlayi-əzimdən qurtarmaq, bu dəhşətli zülm və qəddarlar əlindən xilas olmaq üçün o, təklif ediyordu ki, rəislərimizə yalvaraq- yaxaraq, taki onlar bizə rəhm edib yazıqlansınlar, bizim halımıza yanıb əhvalımıza çarəsaz olsunlar.

Heyhat! Möhtərəm natiq səhvdədir. Bizdə rəis yoxdur. Bizim rəislərimiz cəmaətimizin başına cəlladlar olmuşdur. Biçarə cəmaəti bu cəlladların əlindən qurtarmalıdır. Bu xilaslıq da cəmaətin öz əli ilə gərək olsun. Başqa bir yol yoxdur. Cəmaət özü-öz azadlığına gərək çalışsın. Rəislərə yalvarmaq, onlardan mərhəmət istəməklə onun halına heç bir fayda olamaz. Çün həmişə qoyun nə qədər xırıldasa, nə qədər nalə iltica etsə də qəssab onun bu naləsinə baxmaz. Ancaq öz işinə məşğul olar, başın kəsib dərisini soymağa, ətini çəkib taraş etməyə çalışar.

İştə cəmaəti bu dərəcəyə çatdırmaq, öz həqqini alacaq mərtəbəyə yetirmək üçün onun gözlərini açmaq, həqqi və batili ona bildirmək lazımdır. Dəyər ki, cəmaət öz həqq və ixtiyarını, öz bacarıq və gücünü bilsin, o zaman heç kəs onu sıxıntı altında saxlaya bilməz.
Cəmaəti ayıltmaq, onu dərrakəli etmək üçün nə lazımdır? – maarif, maarif, maarif! Ancaq elm və bilik ilə cəmaət özünün nə olduğunu və nə edə biləcəyini qana bilər.
     
İştə bu yolda da təşyiinə yığışdığımız bu mərhum işləyib ömrünü keçirmişdir. İştə bu qoca ədib də haman cəmaətin hər dərdinə dərman olan ürfan toxumlarını səpmişdir ki, bu barələrdə çox danışıldı və vaxt mü¬saidət etmədiyindən nitqimi uzun etməyib qurtarıram.


Həmin bu maarif mücahidi olan pirirövşənlərimizə xitabən cəmaətin maarifmənd və mütərəqqi olduğunu özünə məslək tutan “Nicat” maarif cəmiyyəti tərəfindən deyirəm ki, yat, Allah sənə rəhmət eyləsin!”.(moderator.az)


“İrşad” qəzeti. 2 dekabr, 1907-ci il, N122.

Nəsiman Yaqublu,
 tarix elmləri doktoru


Etiket:
Xəbərlər

Aktrisa ilə evlənib, onu kinoya həsrət qoyan REJİSSOR

23.08.2019

Qul kimi ölən sultan, sultan kimi ölən qul - TARİXİ FAKT

22.08.2019

Yaşamaq üçün özgə həyatını yeyirik - Vislava ŞİMBORSKAYA

22.08.2019

Çingiz xanın çadırına zəncirlənən qadın sultan - TARİXİ FAKT

21.08.2019

Reyxstaqa qədər döyüşən aktyor - Hüseynağa Sadıqovun ömrü boyu unutmadığı dəhşətli EPİZOD

20.08.2019

Toni Morrison əfsanəsi

20.08.2019

Azərbaycan dili aşiqlərin dilidir... -Buludxan Xəlilov, filologiya üzrə elmlər doktoru, professor

19.08.2019

Fətəli xan Xoyski - Erməni gülləsi ilə arxadan vurulan Azərbaycanın ilk Baş naziri

19.08.2019

Gec deyil... - Oqtay Rzanın - ŞEİRLƏRİ

18.08.2019

Xəlil bəy nə zaman vəfat edib? - Övlad acısı, ağır xəstəlik

18.08.2019

Aman Allah 

17.08.2019

ADIYAMAN

17.08.2019

Kiçik Vyetnam böyük Çinin burnunu necə “ovdu”? - 28 günlük müharibənin tarixi

16.08.2019

Əli bəy Hüseynzadənin açılmayan sevgi məktubu - Mətn

15.08.2019

REY BREDBERI  “Dəryaz” 

14.08.2019

Onun həyatındakı qadınlar ya dəli oldu ya intihar etdi - Pikasso

14.08.2019

Tuvalılar Böyük Vətən Müharibəsində

12.08.2019

Oğuzlar və Türk kimliyi - Cahandar Bayoğlunun elmi məqaləsi

11.08.2019

Ən qədim insanların 500 min il əvvəl Naxçıvanda yaşadıqları təsdiqləndi

10.08.2019

“Yeni Gundem” İnformasiya Agentliyinin 2 yaşı tamam olur.

10.08.2019

Böyük Nərimanlılar silsiləsindən - Şair Şahmalı Əliyev  Bəlkə qala sözüm, dünya.  

09.08.2019

Uşaq yaşlarından məhkum olan görkəmli jurnalistimiz

09.08.2019

Vampirlər həqiqətdirmi? – İlginc faktlar

08.08.2019

MƏCNUN GÖYÇƏLİ RÜBAİLƏRİ

08.08.2019

Şadlinskilər

07.08.2019

Yazıçı olmaq istəyənlərə Stefen Kinqdən 22 vacib məsləhət

06.08.2019

Atasından miras qalmış taxta 52 il sahib çıxmış hökmdar

06.08.2019

Xəstəsinin evinə bazarlıq edən həkim – MARAQLI ADAM

05.08.2019

General Sisianovun erməniləri “İT” adlandırdığı 214 illik tarixi məktubu  

04.08.2019

Mən də ölülərin xalq şairiyəm - Telman Hüseyn Anadilin şeirləri

03.08.2019

Misir fironları əslən qafqazlıdır - Alman alimlərindən sensasion tədqiqat

03.08.2019

TİTANİK GƏMİSİ HAQQINDA BİLMƏDİYİNİZ BÜTÜN MARAQLI MƏLUMATLAR BİR ARADA

02.08.2019

Qan içində sevgi, 27 illik həsrət, “məni öldür, get...” - FİLM KİMİ HEKAYƏT – VI HİSSƏ - SON - VİDEO

01.08.2019

Qan içində sevgi, 27 illik həsrət, “məni öldür, get...” - FİLM KİMİ HEKAYƏT - V HİSSƏ

31.07.2019

Ərəb Əmirliklərində çalışan xanım alimimiz: Hər il  28 Mayla bağlı müsabiqə keçirir, tələbələri milli hədiyyələrlə mükafatlandırıram  

31.07.2019

Qan içində sevgi, 27 illik həsrət, “məni öldür, get...” - FİLM KİMİ HEKAYƏT - IV HİSSƏ

30.07.2019

Böyük rəhbərə son dəfə qurban gedən kiçik adamlar.

30.07.2019

Qan içində sevgi, 27 illik həsrət, “məni öldür, get...” - FİLM KİMİ HEKAYƏT - III HİSSƏ

29.07.2019

Tanrının “Oxu” təlimi

29.07.2019

Qan içində sevgi, 27 illik həsrət, “məni öldür, get...” – FİLM KİMİ HEKAYƏT – II HİSSƏ

27.07.2019

Qan içində sevgi, 27 illik həsrət, “məni öldür, get...” – FİLM KİMİ HEKAYƏT – I HİSSƏ

26.07.2019

Qondarma bəylər

25.07.2019

Eldar Baxış oğlunun cəsədi qucağında evə keçdi – Hadisənin şahidi yazır...

25.07.2019

ƏLİBALA HACIZADƏ: HEÇ NƏ ƏZİZ DEYİL XATİRƏN QƏDƏR

24.07.2019

26 il Ağdamsız

23.07.2019

BÖYÜK NƏRİMANLI SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

22.07.2019

Azərbaycan mətbuatı-144

22.07.2019

“Rəvan” sözünün əvvəlinə “i” hərfi əlavə olunaraq “İrəvan” adı əmələ gəlmişdir

20.07.2019

"Deportasiyadan Etnik Təmizləməyə Gedən Yol" adlı sənədli filmi ictimaiyyətə təqdim olundu.

19.07.2019

Oğlunun ölümündə özünü günahkar bilən ateist Xalq şairi- Maraqlı Faktlar

18.07.2019
Bütün xəbərlər