ADIYAMAN

13:00 / 17.08.2019
Baxılıb: 5546

Göyçə gölünün cənub-şərqində, Gözəldərə kəndindən (indiki Martuni rayonunun Vardenik qəsəbəsi) 5-6 kilometr cənubda, Göyəm silsiləsindəki Ərgün yüksəkliyinin şərq yamacındakı xərabəlikləri 1988-ci ilə qədər qalan bu kənd barədə ilk məlumat eramızdan əvvəlki 750-ci ilə aid edilən Kələqıran kitabəsində verilir.

Belə ki, akademik B.Piotrovskinin bu kitabənin 3 müxtəlif alim tərəfindən ektampajlanmış surətlərinin müqayisəli transkripsiyası vasitəsi ilə əldə etdiyi mətndə Göyçə hövzəsində hələ 3000 min il əvvəl mövcud olmuş 23 qalanın - yaşayış məskəninin adı çəkilir və onlardan da biri "Adiamaniuni" kimi təqdim edilir. Səfəvi Azərbaycan dövlətinin 1555-ci ildəki inzibati bölgüsünü əks etdirən sənədlərdə Adıyaman Çuxur-Səd bəylərbəyliyinin inzibati vahidlərindən biri kimi xarakterizə olunur. Həmin sənəd həm də ona görə qiymətlidir ki, o, erməni tarixşünaslarının Göyçədə mövcud olmuş Adıyaman toponimləri ilə manupulyasiya şanslarını birmənalı şəkildə məhv edir. Belə ki, həmin sənəddə Adıyaman, Aşağı Adıyaman, Yuxarı Adıyaman kəndləri İrəvan əyalətinin Göyçə nahiyəsinin, Adıyaman kəndi isə Məzrəə nahiyəsinin inzibati bölgüsünə daxil edilmişdir. 1728-ci ildə təsdiqlənmiş və hazırda Türkiyə Respublikasının Başbakanlıq Arxivində saxlanan "İrəvan əyalətinin icmal dəftəri"nin 15-ci səhifəsində Adıyamanın sultan xəzinəsinə illik vergisinin 7.332 ağca həcmində olması barədə qeydlər aparılıb. 1826-1829-cu illərdə baş vermiş İran-Rusiya, Rusiya-Türkiyə müharibəsindən sonra tərtib olunmuş siyahılarda isə Göyçə nahiyəsindəki Aşağı və Yuxarı Adıyaman kəndlərinin adı olsa da, Məzrəə nahiyəsindəki Adıyaman kəndinin adına rast gəlinmir. Bu isə o deməkdir ki, 1826-1829-cü illərdə Göyçədə erməni-rus hərbi birləşmələri tərəfindən yerlə-yeksan edilmiş və İ.Şopenin siyahılarında "adları unudulmuş ölü kəndlər" qrafasında ümumilədirilmiş, ya da onun siyahılarına ümumiyyətlə düşməmiş 41 qədim Göyçə kəndindən biri də Adıyamandır.

Salman VİLAYƏTOĞLU

Təqdim etdi: İlqar İSMAYIL


Etiket:
Xəbərlər

Almaniyada çalışan azərbaycanlı həkim-cərrah və alim

23.11.2026

Tanımadığımız tanınmışlar - iki qardaş

23.11.2026

Göyçədən gələn köklər, gələcəyə açılan uğur yolları

21.11.2026

Bilsə, bircə atam bilir...

21.11.2026

Bala Məzrə kənd məktəbinin tarixinə işıq salan nəşr təqdim olunub

19.11.2026

Köklərinə bağlı, peşəsinə sadiq: Həkim Məryəm Məmmədovanın uğur yolu

18.11.2026

Rauf Kasimov: İfaçılıq məktəbi, mühacirət və pedaqoji irsin vəhdəti

17.11.2026

Firdus Kərimov: Zoddan “Buran” kosmik layihəsinə uzanan əmək yolu

16.11.2026

Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi

16.11.2026

Mübariz Həsən oğlu Qocayev – zəhmət və uğurlarla dolu həyat yolu

14.11.2026

TUNZALƏ BAYRAMOVA: TƏCİLİ CƏRRAHİYYƏDƏ PEŞƏKAR İNKİŞAF VƏ ELMİ FƏALİYYƏT

13.11.2026

Ramiz Vəliyev: onkoloji cərrahiyyədə elmi bilik, peşəkarlıq və cərrahi təcrübə

12.11.2026

11.11.2026

Azərbaycan əsilli alim Rusiyanın nüfuzlu onkoloji mərkəzində: Tibb elmləri doktoru Aslan Vəliyev

11.11.2026

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib 

08.11.2026

Prezidentdən Mürvət Həsənli ilə bağlı SƏRƏNCAM

30.10.2026

“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib

16.10.2026

Araz Yaquboğlunun Qərbi Azərbaycan İcmasında keçirilən “Sındırılmış saz, yandırılmış aşıq” adlı kitabın təqdimatındakı çıxışı

16.10.2026

“Sındırılmış saz, yandırılmış aşıq”

10.10.2026

Basarkeçər kökənli 347 gənc ali məktəblərə qəbul olunub

05.10.2026

Elmin və şəxsiyyətin akademiki

24.09.2026

Qalib Qasımov: Qafqaz Albaniyasının memarlıq yaddaşı və tarixi gerçəkliklər - ŞƏRH

19.09.2026

Adın özü bir düşüncədir

19.09.2026

Şəhid Daşkəndli Aşıq Nəcəfin 160 illik yubileyinə hazırlıq məsələləri müzakirə olunub

19.09.2026

Mədəni irs siyasi mübahisələrin deyil, tarixi yaddaşın bir hissəsidir 

17.09.2026

Göyərən qəbir

09.09.2026

Tanınmış şair Qılman İmanın "Keçmişdəki gələcək" adlı yeni şeirlər kitabı nəşr edilib.

10.08.2026

DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?

10.08.2026

“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”

14.07.2026

AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)

14.07.2026

AŞIQ ALIDAN QALAN SƏRVƏT

14.07.2026

Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları

14.07.2026

Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.

25.06.2026

Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam

25.06.2026

Qərbi Azərbaycan sədası Göygöldə

23.06.2026

Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri

06.06.2026

ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)

06.06.2026

Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib

06.06.2026

Sözlə çəkilən şəkil

06.06.2026

“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR

03.06.2026

 "Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı

10.05.2026

Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ

04.05.2026

İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi

04.05.2026

İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ 

04.05.2026

Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili

11.04.2026

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026
Bütün xəbərlər