Nərimanlı kəndinin 40-a qədər alimi, 200-dən artıq həkimi, 250-yə yaxın müəllimi, 170 polis işçisi, 25 polkovniki, 3 deputatı, bir Milli Qəhrəmanı olmuşdur ki, bu insanların hər biri öz fəaliyyətləri ilə Nərimanlı kəndinin adına şərəf gətirmişdilər.
Bakıda şəhərin boz tünlüyündə yaxşı xəbər üçün hamının qulağı səsdədir. Adamlar evə, işə, tədbirə tələsəndə də yaxşı xəbər üçün tələsirlər. Hələ evdə rahatca bardaş qurub qədəmləri mübarək xəbərlərin gəlişini gözləyənləri, qurban deyənləri, nəzir paylayanları demirəm.
Hər il olduğu kimi, bu il də Dövlət İmtahan Mərkəzi ali məktəblər üçün keçirdiyi imtahan nəticələri həyacanlı xəbərləri ilə yadda qaldı. “Abituriyent” juranlının elan etdiyi xəbərdən sevinənlər də, kədərlənənlər də oldu...
Qərbi Azərbaycanın Göyçə mahalının Nərimanlı kəndinin ziyalıları 15 sentiyabrda “Xudafərin İstirahət Mərkəzi”ndə Nərimanlı kökənli tələbə adını qazanmış 27 abituriyentin uğurlanma törənini təşkil etmişdilər.
Nərimanlı kəndinin sayılıb-seçilən ziyalılarından, tibb üzrə fəlsəfə doktoru Hacı Abbas Bağırovun dəvəti ilə mən də tədbirə qatılmışdım.
Tədbirin əvvəlində Azərbaycan Respubilkasının Dövlət himni səsləndikdən sonra, giriş sözü ilə məclisi açan Abbas Bağırov bu tədbirin ideya müəllifi və təşəbbüskarı tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Nuru Bayramov haqqında geniş nitq söyləyib, tədbirin mahiyyəti və Nərimanlı kəndi haqqında iştirakçılara məlumat verdi.
“Nərimanlı kəndinin tarixi təxminən XV-XVI əsrə təsadüf edir. Bu kənddə həmişə təhsilə önəm verilib. İlkin təhsil mədrəsələrdə tədris olunub. Sonra 30-cu illərdə 8 illik, 1947-ci ildən isə tam orta məktəb kimi fəaliyyət göstərib. Nərimanlı məktəbinin formalaşmasında müəllim kollektivinin xüsusi xidməti olmuşdur. Aradan 30 ildən artıq bir zaman keçməsinə baxmayaraq, bu gün də Nərimanlı məktəbinə rəhbərlik etmiş Əhməd Hacıyev, Qəmbər Bayramov, Gədəbəydə əmək fəaliyyətini dayandırıb öz kəndində müəllimlik etmiş Əbülfət və Müzəffər İsmayılov qardaşları, Yusif Bayramov və başqaları kənd camaatı tərəfindən ehtiramla xatırlanır.
Bu gün fəxrlə deyə bilərik ki, Qərbi Azərbaycanda - Göyçə mahalında Nərimanlı kəndi ən çox ziyalı yetirən kəndlərdən biridir. Belə ki, bu kənddə Sovet hakimiyyəti illərində 23 nəfər kolxoz sədri kimi məsul bir vəzifəni daşımışdır ki, bu da Nərimanlı kəndinin payına düşmüşdür. Nərimanlı kəndinin 40-a qədər alimi, 200-dən artıq həkimi, 250-yə yaxın müəllimi, 170 polis işçisi, 25 polkovniki, 3 deputatı, bir Milli Qəhrəmanı olmuşdur ki, bu insanların hər biri öz fəaliyyətləri ilə Nərimanlı kəndinin adına şərəf gətirmişdilər. Müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişaf etdirilməsində Talıb Musayev, Səfiyar Musayev, Zərbalı Qurbanov, Maksim Musayev kimi ictimai-siyasi xadimlər öz töhfələrini vermişdilər.
Nərimanlı kəndini görməyən Nərimanlı kökənli gənclər üçün bugünkü günün mahiyyəti erməni işğalı altında olan Qərbi Azərbaycanın, Göyçə mahalının, Nərimanlı kəndinin tanıdılması və aşılanmasıdır. Bu gənclər Göyçəni görməsələr də, bilməlidirlər, onların ata və babaları Nərimanlıdandır. Və bu gün onlar da genetik olaraq Nərimanlı adını daşıyırlar.”
Artıq ənənə halını alımış bu tədbir 27 abituriyentin yüksək nəticələrinin sevincini bölüşmək üçün 100-dən artıq nərimanlını bir araya toplamışdı.
Daha sonra söz alan Nərimanlı kənd orta məktəbinin sabiq müəllimlərindən Vaqif Musayev, “Respubilka” qəzetinin əməkdaşı, əməkdar jurnalist Qədir Aslan, ehtiyatda olan polkovnik Asim Bayramov Nərimanlı kəndi və məktəbi haqqında xatirlərini bölüşüb, gənclərə öz xeyir-dualarını verdilər.
Tədbirin keçirilməsində yaxından iştirak edən Nail Qurbanov, Şirazi İbrahimov, Koroğlu Qasımov, Şahin Bayramov, Şahlar Hacıyev, Məhəmməd İsmayılov və başqa Nərimanlı ziyalıları növbə ilə tələbə adını qazanmış gəncləri məclis əhlinə təqdim edib, gənclərə uğur diləyib öz sevinclərini bölüşdülər.
Acılı-şirinli Nərimanlı xatirələri ilə keçən tədbir Nərimanlı ziyalıları ilə tələbələrin şəkil çəkdirməsi ilə sona yetdi.
1. Qasımov Becan Koroğlu oğlu. BDU hüquq
2. Quliyev Azər Coşqun oğlu.
3. Qasımzadə Gülər Baxış qızı. ADNSU kompüter mühəndisliyi.
4. Qasımzadə Zülfüqar Habil oğlu. ADİU. Maliyyə.
5. Hacıyev Surxay İmdad oğlu. MAA (Milli Aviasiya Akademiyası). Elektroenergetika mühəndisliyi.
6. İsmayılov Nihad İsmayıl oğlu. ADİU.
7. Aslanov Əli Saday oğlu. ADNSU. Qaz mühəndisliyi. İngilis dilində.
8. Aslanov Eltun Bakir oğlu. Az. Kooperasiya U-ti. Biznesin idarə edilməsi.
9. Qurbanov Əsəd Pərviz oğlu. ADBTİ Akademiyası
10.Verdiyeva Şəbnəm Arzu qızı. Az. Dillər U-ti.
11.Qarayeva Nəzakət Qara qızı. ADBTİ Akademiyası
12. Mehdiyev Samir Mehdi oğlu. ADBTİ Ak-sı.
13. Məmmədova Aysu Şamxal qızı.
BDU. Filologiya
14. Bayramlı Nərmin Əli qızı. Milli Aviasiya Ak-sı.
15. Hacıyev Murad Mərifət oğlu. BDU. Tarix fak.
16. Hacıyeva Nəzrin Mərifət qızı. BDU. Biologiya fak.
17. Musayeva Gulusen Akim qızı. Az. Kooperasiya U-ti.
18. Əliyev Zaur Yolçu oğlu. BDU. Dövlət və ictimai münasibətlər fak-si.
19.
20. Qasımov Urfan Eldayaq oğlu. Polis Akademiyası.
21. Əmirli Səmra Sayəddin qızı. ATU.
22. Bayramlı Teyfə Məhəbbət qızı. Xəzər U-ti. İngilis dili və ədəbiyyatı. İngilis bölməsi.
23. Abbasov Emin Əfqan oğlu. ADPU.
24. Əhmədov İbrahim Mehman oğlu. ADİU.
25. Hacılı Rəsul Ceyhun oğlu. ADNSU. İngilis bölməsi.
26. Qəhrəmanlı Fərid Orxan oğlu. ATU DS.
27. Abbaszadə Nihad İlqar oğlu. ADNSU.
Qılman İman
“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
14.07.2026AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)
14.07.2026AŞIQ ALIDAN QALAN SƏRVƏT
14.07.2026Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları
14.07.2026Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.
25.06.2026Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
25.06.2026Qərbi Azərbaycan sədası Göygöldə
23.06.2026Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri
06.06.2026ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)
Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib
06.06.2026Sözlə çəkilən şəkil
06.06.2026“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR
03.06.2026"Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı
10.05.2026Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ
04.05.2026İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi
04.05.2026İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ
04.05.2026Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili
11.04.2026Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025