11 oktyabr 2019-cu il Qərbi Azərbaycan (Ermənistana) Qayıdış Birliyinin təşkilatçılığı ilə, “İndiki Ermənistandan (Qərbi Azərbaycandan) yerli aborigen azərbaycanlı əhalinin deportasiyası və soyqırımı tarixi Yurdlara Qayıdış perspektivləri” adlı dəyirmi masa keçirilib. Məlumat üçün bildirək ki, bu tədbirin BMM-də keçirilməsi üçün razılıq əldə olunsa da, son anda BMM tərəfindən tədbirin keçirilməsinə imtina cavabı verilib. Buna baxmayaraq birliyin tərəfdarları Tbilisi prospekti 76 ünvanda yerləşən ofisdə, nəzərdə tutulmuş tədbiri keçirməyə nail olublar.
Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan (Ermənistana) Qayıdış Birliyinin sədri Rizvan Talıbov iştirakçıları salamlayaraq göstərilən maneələrə baxmayaraq, tədbirin baş tutduğuu elan etdi. O, çıxışında Qərbi Azərbaycandan tarixin müxtəlif mərhələlərində zorla deportasiya olunmuş azərbaycanlıların təşkilatlanaraq öz hüquqları uğrunda mübarizə aparmaqlarının zəruri olduğunu diqqətə çatdırdı. O, qeyd etdi ki, prezident İlham Əliyev dəfələrlə çıxışlarında indiki Ermənistanın yerləşdiyi ərazilərin Azərbaycanın tarixi torpaqları olduğunu vurğulayıb və bəyan edib ki, biz o torpaqlara qayıdacağıq. R.Talıbov vurğuladı ki, təmsil etdiyi birlik ölkə başçısının məlum çıxışlarını əldə rəhbər tutaraq, fəaliyyətini bu prinsiplər üzərində davam etdirməkdə israrlıdır: “Fəaliyyətimizi mövcud qanunvericiliyin bütün tələblərinə uyğun qurmağımıza baxmayaraq Ədliyyə Nazirliyi birliyin qeydiyyat üçün müraciətlərinə müsbət cavab vermir. Biz istəyirik ki, 1988-ci ilə qədərki Qərbi azərbaycanlıların yaşadığı ərazilərə muxtariyyət verilsin. Eyni zamanda 1990-cı illərdə humanist addım kimi qiymətləndirilərək ləğv edilmiş Qərbi azərbaycanlıların qaçqın statusu bərpa edilsin, bu qəbildən olan insanların ikili vətəndaşlıq məsələsi gündəmə gətirilsin. Prezident İlham Əliyevin Valday klubunda 250 min azərbaycanlının Ermənistandan qovulması barəsində söylədiyi fikirlər hamımızın ürəyincədir” .
Daha sonra çıxış edən Ümid partiyasının sədr müavini Rüfət Muradlı qeyd etdi ki, Qarabağ müharibəsi başlayandan sonra Qərbi Azərbaycan məsələsi arxa plana keçdi. O vurğuladı ki, Qərbi Azərbaycana qayıdış yolu Qarabağdan keçir. Qarabağ Azadlıq Təşkilatının nümayəndəsi çıxışında hər iki qurumun birgə tədbirlər keçirərək birləşməsini təklif etdi. YAP Səbail rayon təşkilatının sədr müavini Arzuman Muradlı ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin Qərbi azərbaycanlıların problemlərinə həmişə həssas yanaşdığını dilə gətirdi. O, qeyd etdi ki, Dağlıq Qarabağ və Qərbi Azərbaycanın problemləri mövcud hakimiyyətin prioritet məsələlərindən biridir və gələcəkdə də bu istiqamətdə Azərbaycan hakimiyyəti hüquqi çərçivədə fəaliyyətini davam etdirəcək.
Daha sonra Çeçenistanda Azərbaycan diasporasının rəhbəri Şahin Əmirxanov,"Dünya"analar səsi" İB-nin sədri Sitarə Zəngəzurlu, mərhum yazıçı Fərman Kərimzadənin qızı Yeganə Kərimzadə, rəssam, ictimai fəal Elnurə İsgəndərova, sənədli filmlər rejissoru Kəmalə Musazadə, Mayıl Vəliyev, Xuraman Tarverdiyeva və digərləri çıxış edərək indiki Ermənistan ərazisində yerləşən dədə-baba yurdlarının unudulmaması və illər öncə pozulmuş hüquqlarının bərpası uğrunda səylərinin gücləndirəcəklərini bəyan etdilər. Söz alan qonaqlar Qərbi azərbaycan uğrunda bundan sonra da fəal mübarizə aparacaqlarını və işğal faktoru ilə heç vaxt barışmayacaqlarını vurğuladılar.
Tədbirin sonunda tarixi Azərbaycan torpaqları üzərində qurulmuş indiki Ermənistan Respublikası ərazilərindən zaman-zaman deportasiya edilib, soyqırıma məruz qoyulmuş azərbaycanlı qaçqın əhali adından, Qərbi Azərbaycan (Ermənistana) Qayıdış Birliyi adından Beynəlxalq təşkilatlara BMT, ATƏT, AŞPA, İƏT, Minsk qrupu həmsədr ölkələrinə, Azərbaycanın aidiyyatlı dövlət orqanlarına, Minsk qrupu həmsədr ölkələrinin XİN rəhbərlərinə müraciət qəbul olundu.
İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025