Almaniya ordusunun qorxusu – Hitler türkiyəli generallarla niyə görüşmüşdü... (FOTOLAR)

12:35 / 03.12.2019
Baxılıb: 4044

II dünya müharibəsi zamanı Almaniyanın Türkiyəyə niyə hücum etməməsi hər zaman tarixçilərin marağında olub. 
Avropaya qan udduran Hitler Türkiyə haqqında nə düşünüb?

Bu sualın cavabını Adolf Hitler ilə görüşən türkiyəli generalın fotosu müəyyən qədər cavablayır. 

1943-cü ildə Hitler Türkiyə prezidenti İsmet İnönüyə bir məktub yollayıb onu görüşə dəvət edir. İnönü bu görüşə getmək istəməsə də, siyasi böhranın yaranmaması üçün Hitlerin yanına bir heyət göndərir. Heyətin başında həmin dönəmin ordu generalı Cemil Cahit Toydemir olub. Onunla yanaşı, daha bir general-mayor və Berlindəki Türkiyə səfirliyinin hərbi attaşesi olan Zeki İlter heyətdə yer alıb.

Attaşe Zeki İlter “Bir ömür boyu əsgərlik” adlı kitabında Hitlerlə görüşləri haqqında öz təəsüratlarını yazıb.

Kitabın 47-ci səhifəsində Zeki İlter görüş haqqında bu fikirlərini qeyd edib: “Ordu generalı Cemil Cahit Toydemirin sədrlik etdiyi heyətə qatıldım. Hitlerlə görüşə getdik. Bizi çay süfrəsinə dəvət etdi. Hitleri ilk dəfə idi yaxından görürdüm. Hitler həmin dönəmlərdə artıq xalq arasında çox görünmürdü. Yalnız cəbhələrə gedib nəzarət edirdi və radiolarda çıxış edirdi. Otaqda bizdən başqa təhlükəsizlik üçün Hitleri qoruyan 3 əsgər var idi. O, bizə Türkiyə-Almaniya dostluğundan danışdı. Daha sonra o bizə hava hücumları müdafisəni gücləndirməmizi tövsiyə etdi. Həmin görüşdə Hitlerin ruhən çökmüş və keyfinin yerində olmadığını hiss etmişdim”.

Zeki İlter görüşdən əvvəl alman əsgərlərinin müşayiəti ilə Atlantik divarı və Şərq cəbhəsini ziyarət etdiklərini də yazıb. 

O dönəmdə almanların etdiyi soyqırım bütün dünyada səs-küy yaratmışdı. Türkiyədə yaşayan yəhudilər də bu durumdan narahat idi. 1943-cü ildə baş tutan bu görüş mediadan gizli saxlanılmışdı. 


Hitlerlə görüşdən geri qayıdan türkiyəli general Cemil Cahit Toydemir İsmet İnönüyə bir raport təqdim etmişdi. O, İnönüyə Hitlerin türk ordusundan çəkindiyini və savaşda onların yanında yer almasını istədiyini bildirmişdi. 

Hitler ilə görüşən türklər haqqında digər bir məlumat isə II dünya müharibəsindən bir il əvvəl, 1939-cu ilə aiddir. İddialara görə, 1939-cu ildə iki türk general Ali Fuad Cebesoy və Falih Rıfkı Atay Hitlerin 50-ci doğum günü münasibətilə təşkil edilmiş qonaqlığa gedib. Ayrıca olaraq Osmanlı imperatorluğunda ordu komandan olan Nuri paşanın da Hitlerlə üz-üzə görüşməsi haqqında məlumatlar var. 

Turan Oruc


Etiket:
Xəbərlər

Almaniyada çalışan azərbaycanlı həkim-cərrah və alim

23.11.2026

Tanımadığımız tanınmışlar - iki qardaş

23.11.2026

Göyçədən gələn köklər, gələcəyə açılan uğur yolları

21.11.2026

Bilsə, bircə atam bilir...

21.11.2026

Bala Məzrə kənd məktəbinin tarixinə işıq salan nəşr təqdim olunub

19.11.2026

Köklərinə bağlı, peşəsinə sadiq: Həkim Məryəm Məmmədovanın uğur yolu

18.11.2026

Rauf Kasimov: İfaçılıq məktəbi, mühacirət və pedaqoji irsin vəhdəti

17.11.2026

Firdus Kərimov: Zoddan “Buran” kosmik layihəsinə uzanan əmək yolu

16.11.2026

Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi

16.11.2026

Mübariz Həsən oğlu Qocayev – zəhmət və uğurlarla dolu həyat yolu

14.11.2026

TUNZALƏ BAYRAMOVA: TƏCİLİ CƏRRAHİYYƏDƏ PEŞƏKAR İNKİŞAF VƏ ELMİ FƏALİYYƏT

13.11.2026

Ramiz Vəliyev: onkoloji cərrahiyyədə elmi bilik, peşəkarlıq və cərrahi təcrübə

12.11.2026

11.11.2026

Azərbaycan əsilli alim Rusiyanın nüfuzlu onkoloji mərkəzində: Tibb elmləri doktoru Aslan Vəliyev

11.11.2026

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib 

08.11.2026

Prezidentdən Mürvət Həsənli ilə bağlı SƏRƏNCAM

30.10.2026

“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib

16.10.2026

Araz Yaquboğlunun Qərbi Azərbaycan İcmasında keçirilən “Sındırılmış saz, yandırılmış aşıq” adlı kitabın təqdimatındakı çıxışı

16.10.2026

“Sındırılmış saz, yandırılmış aşıq”

10.10.2026

Basarkeçər kökənli 347 gənc ali məktəblərə qəbul olunub

05.10.2026

Elmin və şəxsiyyətin akademiki

24.09.2026

Qalib Qasımov: Qafqaz Albaniyasının memarlıq yaddaşı və tarixi gerçəkliklər - ŞƏRH

19.09.2026

Adın özü bir düşüncədir

19.09.2026

Şəhid Daşkəndli Aşıq Nəcəfin 160 illik yubileyinə hazırlıq məsələləri müzakirə olunub

19.09.2026

Mədəni irs siyasi mübahisələrin deyil, tarixi yaddaşın bir hissəsidir 

17.09.2026

Göyərən qəbir

09.09.2026

Tanınmış şair Qılman İmanın "Keçmişdəki gələcək" adlı yeni şeirlər kitabı nəşr edilib.

10.08.2026

DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?

10.08.2026

“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”

14.07.2026

AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)

14.07.2026

AŞIQ ALIDAN QALAN SƏRVƏT

14.07.2026

Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları

14.07.2026

Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.

25.06.2026

Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam

25.06.2026

Qərbi Azərbaycan sədası Göygöldə

23.06.2026

Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri

06.06.2026

ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)

06.06.2026

Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib

06.06.2026

Sözlə çəkilən şəkil

06.06.2026

“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR

03.06.2026

 "Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı

10.05.2026

Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ

04.05.2026

İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi

04.05.2026

İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ 

04.05.2026

Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili

11.04.2026

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026
Bütün xəbərlər