Elçibəyin iki müavini 22-ci dairədə rəqib olacaq...

16:31 / 24.12.2019
Baxılıb: 5746

Tanınmış hərəkatçı Cahandar Bayoğlu 22-ci dairədə ən şanslı real namizəd hesab olunur

9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərində "Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun "Ümid” Partiyasının sədri İqbal Ağazadə ilə üz-üzə gəlməsi sosial şəbəkələrdə ciddi müzakirə olunur.

AzNews.az xəbər verir ki, köhnə tanışların bu cür rəqabət aparacağı dairələrdən biri də Bakı şəhərində yerləşən 22 saylı Nəsimi II Seçki Dairəsidir.

Həmin dairədə Yeni Azərbaycan Partiyasının namizədinin kim olması hələ naməlumdur. Hakim partiya dəstəklədiyi namizədlərin siyahısını açıqlamasa da, seçkilərdə iştirak edəcək müxalifət partiyalarının parlamentdə görmək istədiyi şəxslər qismən məlumdur. Hərçənd Müsavat Partiyası da həmin dairədən rəsmi qaydada namizəd irəli sürməyib. Ancaq Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər həmin dairədən Milli Məclis üzvü olmaq üçün öz namizədliyini irəli sürüb. Bu isə o deməkdir ki, Müsavat Partiyasının faktiki namizədi sabiq başqanın oğludur. Eyni zamanda, REAL partiyası da həmin dairədən namizəd irəli sürməyib. Azərbaycanın seçki təcrübəsi olan başqa bir partiyasının – AMİP-in namizədi isə 22-ci dairədə Rəşad Bayramovdur. Xatırladaq ki, həmin dairəni parlamentdə hazırda Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə təmsil edir və o, yenidən öz namizədliyini elan edib.

Vaxtilə Azərbaycan Xalq Cəbhəsi sədrinin müavini olmuş və son 4 çağırışda Milli Məclisin üzvü olmuş Asim Mollazadəyə qarşı hazırda dairədə ən şanslı namizəd Elçibəyin sadiq silahdaşlarından olan Cahandar Bayoğlu hesab olunur.

 
"Bayoğlu” təxəllüsü ilə tanınan Cahandar Cahangir oğlu İsmayılov 1964-cü ildə anadan olub. Azərbaycan İnşaat Mühəndisləri Universitetinin məzunu olan Cahandar Bayoğlu 1987-ci ildən milli azadlıq hərəkatına qatılıb, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri olub. 1992-ci ildə AXC İcraiyyə Komitəsinin üszvü olan Bayoğlu 1998-ci ildə Bütöv Azərbaycan Birliyində Əbülfəz Elçibəyin müavini kimi fəaliyyət göstərib. Azərbaycanda və Türkiyədə yayımlanmış bir sıra elmi məqalələrin müəllifi olan namizəd evlidir, iki övladı var.
Siyasi müşahidəçilər 22-ci dairədə Cahandar Bayoğlu ilə Asim Mollazadə arasında gərgin mübarizə gedəcəyini proqnozlaşdırırlar. Belə ki, onların siyasi ədavəti hələ AXCP parçalanmazdan öncəki zamanlara dayanır. O dövrdə Asim Mollazadə müavini olduğu Əbülfəz Elçibəyə Əli Kərimli başda olmaqla xəyanət edən AXCP üzvlərinin əsas ideoloqlarından biri olub, Cahandar Bayoğlu isə öz liderinə və Əbülfəz Elçibəyin ideoloji xəttinə sədaqəti ilə tanınıb.

Elmir RAMİZOĞLU,
AzNews.az


Etiket:
Xəbərlər

Almaniyada çalışan azərbaycanlı həkim-cərrah və alim

23.11.2026

Tanımadığımız tanınmışlar - iki qardaş

23.11.2026

Göyçədən gələn köklər, gələcəyə açılan uğur yolları

21.11.2026

Bilsə, bircə atam bilir...

21.11.2026

Bala Məzrə kənd məktəbinin tarixinə işıq salan nəşr təqdim olunub

19.11.2026

Köklərinə bağlı, peşəsinə sadiq: Həkim Məryəm Məmmədovanın uğur yolu

18.11.2026

Rauf Kasimov: İfaçılıq məktəbi, mühacirət və pedaqoji irsin vəhdəti

17.11.2026

Firdus Kərimov: Zoddan “Buran” kosmik layihəsinə uzanan əmək yolu

16.11.2026

Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi

16.11.2026

Mübariz Həsən oğlu Qocayev – zəhmət və uğurlarla dolu həyat yolu

14.11.2026

TUNZALƏ BAYRAMOVA: TƏCİLİ CƏRRAHİYYƏDƏ PEŞƏKAR İNKİŞAF VƏ ELMİ FƏALİYYƏT

13.11.2026

Ramiz Vəliyev: onkoloji cərrahiyyədə elmi bilik, peşəkarlıq və cərrahi təcrübə

12.11.2026

11.11.2026

Azərbaycan əsilli alim Rusiyanın nüfuzlu onkoloji mərkəzində: Tibb elmləri doktoru Aslan Vəliyev

11.11.2026

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib 

08.11.2026

Prezidentdən Mürvət Həsənli ilə bağlı SƏRƏNCAM

30.10.2026

“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib

16.10.2026

Araz Yaquboğlunun Qərbi Azərbaycan İcmasında keçirilən “Sındırılmış saz, yandırılmış aşıq” adlı kitabın təqdimatındakı çıxışı

16.10.2026

“Sındırılmış saz, yandırılmış aşıq”

10.10.2026

Basarkeçər kökənli 347 gənc ali məktəblərə qəbul olunub

05.10.2026

Elmin və şəxsiyyətin akademiki

24.09.2026

Qalib Qasımov: Qafqaz Albaniyasının memarlıq yaddaşı və tarixi gerçəkliklər - ŞƏRH

19.09.2026

Adın özü bir düşüncədir

19.09.2026

Şəhid Daşkəndli Aşıq Nəcəfin 160 illik yubileyinə hazırlıq məsələləri müzakirə olunub

19.09.2026

Mədəni irs siyasi mübahisələrin deyil, tarixi yaddaşın bir hissəsidir 

17.09.2026

Göyərən qəbir

09.09.2026

Tanınmış şair Qılman İmanın "Keçmişdəki gələcək" adlı yeni şeirlər kitabı nəşr edilib.

10.08.2026

DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?

10.08.2026

“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”

14.07.2026

AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)

14.07.2026

AŞIQ ALIDAN QALAN SƏRVƏT

14.07.2026

Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları

14.07.2026

Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.

25.06.2026

Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam

25.06.2026

Qərbi Azərbaycan sədası Göygöldə

23.06.2026

Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri

06.06.2026

ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)

06.06.2026

Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib

06.06.2026

Sözlə çəkilən şəkil

06.06.2026

“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR

03.06.2026

 "Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı

10.05.2026

Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ

04.05.2026

İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi

04.05.2026

İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ 

04.05.2026

Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili

11.04.2026

Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...

20.01.2026

Qanlı Yanvar qırğını

20.01.2026

XII əsrdə Göyçədən yüksələn dua

16.01.2026

Milli Kitabxanaya oxu zalı lazım deyil?

09.01.2026

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

09.01.2026
Bütün xəbərlər