Çingiz Abdullayev ad-soyadını eşidərkən yəqin ki, əksəriyyət məşhur dedektiv yazar, xalq yazıçısı Çingiz Abdullayevi nəzərdə tutduğumuzu anladı. Amma heç də elə deyil, Azərbaycan tarixində bir Çingiz Abdullayev olub, o, başına gətirilən saysız-hesabsız dəhşətlərə baxmayaraq, heç zaman vətən uğrunda mübarizəsindən dönməyib. Ömrünün çox hissəsini sürgün, həbsxana, mühacirət və nəzarət altında keçirən bu adam ölüm anında, qüvvəsinin tükəndiyi bir zamanda belə mübarizə aparıb...
Çingiz Abdullayev və Cahid Hilaloğlu: 1956-cı il 28 may günü Qız qalasına üçrəngli bayrağımızı sancan qəhrəmanlar.
Bu iki gənc bu əməllərinə görə bütün gənclik illərini həbsxanalarda, sürgünlərdə çürüdüb. Cahid və Çingizin mübarizəsinin ən pik nöqtəsi üçrəngli Azərbaycan bayrağını Qız qalasının başına qaldırmalarıdır.
Bu dəfə SSRI “NKVD”nin qılınc oynatdığı bir zamanda Azərbaycan istiqlalı uğrunda mübarizə aparan və qadağan edilən üçrəngli Azərbaycan bayrağını Qız qalasının başı üzərində dalğalandıran ictimai fəal, maarifçi Çingiz Abdullayevdən söhbət açılacaq. 1929-cu ildə Laçın rayonunda anadan olan Abdullayevin 1990-cı illərin sonlarında İsveçrənin Bern şəhərində vəfat etdiyi deyilir. Ölüm tarixinin ehtimal olmasının xüsusi bir səbəbi var. 1991-ci ildə qocalıb, əldən düşən, kimsəsiz Çingiz Abdullayevə İsveçrə höküməti siyasi sığınacaq verir. Onun son sorağı 1998-ci ildə Bern şəhərindən alınır.
Mühacirlərin vətəndəki nümayəndələri
1940-cı illərin sonları - 1950-ci illərin əvvəllərində vətəndən kənarda yaşayan mühacir aydınlar yenə sakit oturmur, buraxdığı dövrü nəşrlər və bir para işlərlə mübarizələrini davam etdirirdilər. Vətəndə isə onlarla sıx təmasda olan, mühacirlərin buradakı nümayəndələri kimi fəaliyyət göstərən əsas zümrə tələbələr idilər. Bu tələbələrdən ikisi xüsusi canfəşanlığına görə seçilirdi. Onlar Teatr İnstitutunun tələbələri Çingiz Abdullayev və Cahid Hilaloğlu idilər. Gizli istiqlal savaçıları əvvəlcə vahid dərnək altında fəaliyyət göstərmək istəsələr də, rejimin xüsusi orqanları bundan xəbər tutur. Xüsusi xidmət orqanları onların yazdıqları vərəqlərin izinə düşür. Beləliklə, 1948-ci il avqustun 28-də Çingiz Abdullayev Bakıdakı Voroşilov rayonunun 3-sü sahəsində mühakimə edilir və Azərbaycan SSR CM 213-cü maddəsinin 2-ci bəndi ilə - yəni “dələduzluqla dövlətə və ya ictimai idarəçiliyə zərər vurmaq”da ittiham olunur, 3 il müddətinə azadlıqdan məhrum edilərək institutdan qovulur. O, cəzasını SSRİ-nin ən sərt rejimli həbsxanalarında çəkir və 1950-ci il iyunun 19-da azadlığa buraxılır. Lakin bundan sonra onun Bakıda yaşamasına və işləməsinə icazə vermirlər.
Türkiyəyə gedərkən necə yaxalandı?
İlk həbsi, ilk təzyiqləri Çingiz Abdullayevin faciələrlə dolu həyatının başlanğıcı idi. Məhz Bakıda nəzarətdə saxlanıldıqlarından Çingiz və Cahid istiqlal uğrunda Azərbaycanda mübarizə aparmağın mənasızlığını anlayırlar. Çünki həqiqətən də çox güclü olan və az qala öz kölgələrindən belə şübhələnən xüsusi xidmət onlara heç cür imkan verən deyildi. Odur ki, savaşçılar da başqa aydınlar kimi mühacirətə gedib orada mübarizəni aparmaq yolunu seçirlər. Amma sən saydığını say, gör DTK nə sayır. Folklor İnstitutunun xarici əlaqələr sektorunun müdiri, tədqiqatçı Əli Şamil onların xaricə getmək istəklərinin necə iflasa uğramasından danışır:
“Hər ikisi başa düşür ki, SSRİ-də azad fikirlilərə yer yoxdur. Azərbaycanın azadlığı uğrunda mübarizəni onun sərhədlərindən kənarda aparmaq lazımdır. Bunun üçün ən münasib yer isə Türkiyədir. Çünki azərbaycanlı mühacirlər, xüsusən də Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri də orada idilər.
1956-ci ilin əvvəllərində Çingiz Abdullayevlə Cahid Hilaloğlunun Lerik rayonunun sərhəd kəndlərinin birində işə düzəlmək planının arxasında oradan İrana, İrandan da Türkiyəyə keçmək dururdu. Planlarının reallaşmasına az qalmışdı. Çünkü Azərbaycan Mədəniyyət Nazirliyi onların Lerikə işləməyə getmələrini rəğbətlə qarşılamışdı. Lakin Çingiz Moskvada pasport qeydiyyatında olduğuna görə işləri ləngiyir. O, Moskvaya pasport qeydiyyatından çıxmağa gedir. Orada Arxangelskdən xarici ölkələrə işləyən yük gəmilərinə işçi axtardıqlarını görüb Cahidə zəng vurur. Onu Moskvaya dəvət edir ki, birlikdə Arxangelskə gedib yük gəmilərində işə düzəlsinlər. Gəmi xarici ölkələrin birində olanda isə sahilə çıxıb bir daha geri dönməsinlər. Çingiz bunu xaricə keçməyin daha asan və rahat yolu hesab edir.
Cahid sənədlərini hazırlayıb Moskvaya yola düşənədək Çingiz orada amerikalı skripkaçı İsaak Sternomun konsertinin afişalarını görür. Xaricə getməyin yeni planını hazırlayır. Konsertə bilet alır. İsaak Sternoma gül təqdim edərkən Amerika səfirliyinin telefonlarını xəbər alır. Skripkaçıdan öyrəndiyi telefonla Moskvadakı ABŞ səfirliyinə zəng vurur və səfirliyin birinci katibi Natyanel Devislə görüşür. O, Çingizin xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqəsindən şübhələnsə də, istəyini dinləyir və təkrar görüş təyin edir. Dörd gün sonraya, yəni 1956-cı il mayın 8-ə təyin olunan görüşə Devis deyil, səfirliyin hərbi atteşesi Frenk gəlir. Onunla səfirliyin maşınında söhbət edirlər. Ətraflı sorğu-sualdan sonra üçüncü görüş üçün vaxt və yer müəyyənləşdirirlər. Lakin bu görüş baş tutmur. Çingiz 1956-cı il mayın 9-da xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən yaxalanır. Elə həmin gün onu DTK generalı Serov dindirir və səhərisi gün Moskva şəhər məhkəməsi Abdullayevi tüfeylilikdə - yəni işsiz gəzməkdə ittiham edib həbsxanaya göndərir. Çingiz ona verilən yalancı ittihamla razılaşmır.1956-cı il oktyabrın 10-da ona təkrar hökm oxunur. Bu dəfə vətənə xəyanətdə suçlayıb şəxsi əmlakı müsadirə edilməklə 10 il azadlıqdan məhrum olunur. Bu azmış kimi azadlığa çıxdıqdan sonra da 3 il siyasi fəaliyyətlə məşğul ola bilməzdi. Beləliklə, onların xaricə getmək cəhdi də baş tutmur”.
Dəhşətin 100 çaları
Bu qətiyyən bədii obrazlılıq, yaxud romanlarda oxuduğumuz şişirmələrdən deyil. Çingiz Abdullayevin həyatı ikinci dəfə həbs olunandan sonra həqiqətən də dəşhətin 100 çalarını özündə əks etdirir. Əvvəlcə həbs olunduğu ilk ildə ədliyyə naziri Boldirevə məktub yazır. Həmin məktubda SSRİ DTK və məhkəmə sisteminin qanunsuz fəaliyyətini pisləyir, məhkəmənin gedişində ona söz verməmələrini və onu günahsız yerə həbs etdiklərini nazirə çatdırır. Ən maraqlısı da odur ki, başkəsən sovet nazirlərindən birinə göndərilən məktubda Azərbaycan kəlməsi dəfələrlə vurğulanır. Məktubun fəsadları isə özünü çox gözələtmir. Belə ki, onun cəza müddəti bir il də artırılır və təkadamlıq kameraya göndərilir. Amma Abdullayevin dönməzliyi, mübarizə metodları onu daha ağır şəraitə “qonaq edir”. O, 1963-cü ildə ağır islah əmək düşərgəsinə, 1964-cü ildə Serbiski adına Ümumittiaq Məhkəmə Tibbi Psixiaterik Ekspertizasına göndərilir. Çingiz Abdullayev öz xarakteri üzündən həmin yerlərdə bir çox işgəncələrə məruz qalır. Bunlar da hələ son deyildi. Abdullayev Rıbinski tibbi pxisi təcridxanasına, oradan isə Bakıya - Maştağa Psixi Xəstəxanasına göndərilir.
Həyatının bundan sonrakı hissəsi haqqında isə tədqiqatçı Əli Şamil bunları qeyd edir:
“Maştağada Çingiz Abdullayev xəstəxananın baş həkiminin onunla rəftarından həyatının təhlükə qarşısında olduğunu görür. Uzun illərin “müalicə”si nəticəsində Çingiz gözündə qlakoma, mədəsində və onikibarmaq bağırsağında xora, pankretit xəstəliklərinə tutulur. Elə bu xəstəliklərə görə də həkim komissiyası onun ikinci qrup əlil olduğunu müəyyənləşdirir. Burada tanış olduğu dissident, onun kimi məcburu “müalicəyə” göndərilən Nadir Ağayevə başına gələnləri qısa da olsa yazdırıb, qohumlarına göndərtdirir. 14 il 4 aydan sonra sovet hüquq orqanları 1970-ci il avqustun 25-də onu “müalicəxana-həbsxana”dan azad edirlər.
O, həbsxanadan ikinci qrup əlil kimi azad edildiyi üçün Azərbaycan Korlar Cəmiyyətində işə düzəlir. Burada da fikirlərini sərbəst söyləyir, sovet hökumətinin qəddarlıqlarından danışır. Onu daimi nəzarətdə saxlayır və iş yoldaşları arasında fikir formalaşdırmağa çalışırlar ki, Çingiz Abdullayev ağlı pozulduğundan belə danışır.
Bütün bu ağrılara-acılara, təqib və təzyiqlərə baxmayaraq, Çingiz Abdullayev yenidən xaricə getməyi planlaşdırır. Bu məqsədlə Moskva şəhərinə gedir. Çox çətinliklə də olsa 1982-ci il sentyabrın 15-də milisin gözündən yayınaraq Moskvadakı İsveçrə səfirliyinin hasarından aşaraq həyətə keçə bilir və siyasi sığınacaq istəyir. Səfir Karl de Qeera, səfirin birinci katibi Xell Qren onunla xeyli söhbət edirlər. Danışıqlarında sərbəst, hərəkətlərində tam anlaqlı olduğunu görsələr də, onu səfirliyin həkimlərinə müayinə etdirirlər. Bununla kifayətlənməyib İsveçrədən iki professor da dəvət edirlər. Onlar da Çingizdə psixi pozğunluq olmadığını təsdiqləyirlər. Səfirliyin həkimləri onun səhhətini yoxlayıb tam anlaşıqlı olduğu qənaətinə gəlirlər. İsveçrədə və başqa xarici ölkələrdə çap olunan qəzetlər onun haqqında geniş məqalələr yazırlar.
Məsələnin böyüdüyünü görən sovet tərəfi vəziyyəti nəzarəti altına almaq üçün Çingiz Abdullayevə vəd edir ki, İsveçrə səfirliyindən çıxsın və vizası gələnədək gözləsin, onun haqqında daha heç bir cəza tədbiri görülməyəcək. O, bu vədlərə inanmasa da, İsveçrə səfirliyinin işə qarışdığını nəzərə alıb “Moskva” mehmanxanasında qalmağa razılaşır. Səfirliyin iki əməkdaşı ilə birlikdə sənədlərini SSRİ DİN-nin şöbəsinə təqdim edir. İsveçrə səfirliyi onun nəinki bütün xərclərini ödəyir, həm də müalicəsi qayğısına qalır.
SSRİ Ali Soveti Rəyasət Heyətində isə Çingizin xaricə getməsi məsələsi süründürməciliyə salınır. 1984-cü il oktyabrın 19-da DTK-nın 6 əməkdaşı qəflətən onun qaldığı otağa daxil olub həbs edərək gizli şəkildə Moskvadakı milis idarələrindən birinə gətirirlər. Orada Çingiz Abdullayevi Azərbaycandan gəlmiş iki DTK əməkdaşına təhvil verirlər. Onlar da gizlicə təyyarənin gecə reysi ilə əlləri bağlı, sərnişinlərdən təcrid olunmuş şəkildə Bakıya gətirib yenidən Maştağadakı 1 nömrəli Psixi Xəstəxanaya qoyurlar.
Sovetlər Birliyinin çöküşündən sonra Çingiz Abdullayevə nəzarət də azalır. O, yenidən xəstəxanadan buraxılır və İsveçrədən siyasi sığınacaq istəyir. 1991-ci ildə qocalıb, əldən düşmüş, kimsəsiz Çingiz Abdullayevə İsveçrə hökuməti siyasi sığınacaq verir. Onun son sorağını 1998-ci ildə Bern şəhərindən almışdıq”.(karabakhmedia.az)
Çingiz Abdullayev və Cahid Hilaloğlu
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024