1918-1920-ci illərdə erməni millətçilərinin Naxçıvan, Zəngəzur və Qarabağda qanlı cinayətləri

12:01 / 16.03.2020
Baxılıb: 2704

1917-ci il fevral burjua-demokratik inqilabının və oktyabr çevrilişinin qələbəsindən istifadə edən erməni millətçiləri Cənubi Qafqazda siyasi hakimiyyətə yiyələnmək, tarixi Azərbaycan torpaqlarında “Böyük Ermənistan” yaratmaq xülyasına düşmüşdülər.

Bu dövrdə Bakıda siyasi cəhətdən fəallaşan və hegemonluq etmək iddiasında olan erməni millətçiləri müxtəlif siyasi və hərbi təşkilatların rəhbər orqanlarına soxulur, həmin təşkilatlarda rəhbərliyi ələ almağa çalışırdılar.

Mənfur niyyətlərini həyata keçirməyə çalışan erməni millətçiləri Tiflis şəhərində A.Xatisyanın rəhbərliyi ilə Milli Büro yaradaraq silahlı qüvvələrin təşkilinə başlamışdılar. “Könüllülər” adı altında yaradılan bu silahlı dəstələrin sayı hələ 1914-cü ilin sonu üçün 4-ə, döyüşçülər isə 10 min nəfərə çatmışdı. Ermənilərin 1917-ci ildə Ümumqafqaz səviyyəsində keçirdikləri toplantılarda Azərbaycana qarşı ərazi iddiaları açıq-aşkar səslənməyə başlamışdı. 1917- ci ildə Tiflisdə keçirilən kəndli deputatları qurultayında daşnaklar Yelizavetpol quberniyasının iki inzibati vahidə bölünməsi ideyasını irəli sürdülər. Quberniyalardan ikincisi tərkibinə Yelizavetpol qəzasının dağlıq hissəsinin, Qarabağ və Zəngəzurun daxil olacağı Qandzaq olmalı idi.

1917-ci il dekabr ayının 5-də Türkiyə hökuməti ilə Zaqafqaziya Komissarlığı arasında 14 maddəlik Ərzincan barışıq müqaviləsi imzalanmışdı. Lakin erməni silahlı qüvvələri əldə edilən və sonrakı sazişlərə məhəl qoymayaraq, böyük hərbi qüvvə ilə Naxçıvan və Zəngəzur bölgələrində görünməmiş zorakılıqlara və vəhşiliklərə başlamışdılar. 1917-ci ilin əvvəllərindən 1918-ci ilin mart ayınadək olan dövrdə İrəvan quberniyasında 197 kənd talan edilmiş, dağıdılmışdı. 1917-ci ildə Zəngəzur qəzasında 109, Qarabağda 157 kənd qismən dağıdılmışdı. Azərbaycan bölgələri üzrə (Lənkəranı çıxmaqla) 60 yaşayış məskəni tamamilə məhv edilmiş, 388-i qismən zərər çəkmişdi. Yandırılmış, viran edilmiş təsərrüfatların sayı 5140-a çatmışdı.

Türk xalqlarının qəddar düşməni Andronik Ozanyan 1918-ci il iyun ayının əvvəllərində 8000 əsgər, 4 top, 6 pulemyot və s. ibarət hərbi qüvvə ilə Naxçıvan bölgəsinin ərazisinə soxulmuş, iyunun 21-də Culfanı işğal etmişdi. O, iyun ayının 22-də Culfadan Bakıya S.Şaumyana göndərdiyi teleqramda yazırdı: “Culfa mənim əlimdədir, istədiyimiz vaxt onu sizin sərəncamınıza verə bilərəm”.

Bakı Quberniyası XKS-nin sədri S.Şaumyan öz cavab teleqramında daşnak Androniki xalq qəhrəmanı elan edir, ondan aldığı 577 №-li teleqramın tam mətnini Moskvaya — mərkəzi hökumətə xəbər verdiyini bildirir, türk süngüsündən ziyan çəkən bütün cəsur döyüşçülərə salam yetirməyi xahiş edirdi. Bu teleqraf mübadiləsi həm Naxçıvanı Sovet Rusiyasının ayrılmaz hissəsi elan etmiş Andronikin məkrli niyyətlərini, həm də ondan Bakı ilə əlaqə yolları aramaq xahişi edən S.Şaumyanın və onun rəhbərlik etdiyi Bakı Kommunasının xalqa zidd, Sovet Rusiyasının yeni müstəmləkəçilik siyasətinə sədaqətlə xidmət edən qondarma qurum olduğunu açıq-aşkar sübut edirdi.

Andronikin quldur dəstəsi Naxçıvana yürüş edən zaman yolboyu dəhşətli qırğınlar, zorakılıqlar və vəhşiliklər törətmişdilər. Təkcə Yaycı kəndində erməni quldurları 2500 nəfəri öldürmüş və Araz çayında boğmuşdular. Almalı mahalında 516 kişini qətlə yetirdikdən və gənc qadınları ayırdıqdan sonra 2000 kişini toplayaraq öldürmüş, 40 qadın və cocuğu həbs etmişdilər.

1918-ci ilin yay və payız aylarında Andronikin quldur dəstəsi Zəngəzura soxularaq azərbaycanlı əhalidən ya Ermənistan hökumətinə tabe olmağı, ya da Zəngəzuru boşaltmağı tələb etdi. Lakin Azərbaycanın digər bölgələrindən ayrı düşmüş, silahsız azərbaycanlılar bu həyasız tələbi rədd etdilər. Andronikin quldur dəstəsi Zəngəzurda 115, Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında 21, İrəvan quberniyasında 60-dan çox Azərbaycan kəndini məhv etdi. 100 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovuldu, didərgin düşdü. Zəngəzurda 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdı. Nəticədə tam olmayan məlumata görə, təkcə bu qəzada komissiyanın məruzəsi hazırlanana qədər 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmişdi. Erməni vəhşiliklərinin qurbanları daha çox olmuşdur.

Şahidlərin ifadələri əsasında tərtib olunmuş məruzədə ermənilərin törətdikləri vəhşiliklər haqqında ətraflı məlumatlar verilmişdi. Vaqudu kəndində 15 azərbaycanlı qız özlərini öldürmüşdülər. Elə həmin kənddə 400-dən yuxarı azərbaycanlı əhali məsciddə sığınacaq tapır. Erməni vandalları əvvəlcə məscidə əl bombaları atır, sonra isə ona od vuraraq adamlarla birlikdə yandırırlar. Həmin kənddə Qədəm Tahir qızı qılıncla doğranmış və döşü kəsilərək başı kəsilmiş südəmər uşağın ağzına soxulmuşdur. Kəndin yaxınlığında Gülməstə Qasım qızı öldürülmüş, döşləri kəsilmiş, kürəklərinin arasına at nalı mıxlanmışdı.

Nüvədi kəndində yorğan-döşəkdən dura bilməyən yüz yaşlı Əsəd bəyi süngü ilə deşik-deşik etmişdilər. Bu kənddə qaçıb canını qurtarmaq istəyən qadınların və uşaqların başlarını kəsmişdilər. Döşləri kəsilmiş qadın və iki yerə şaqqalanmış uşaq meyitləri qalmışdı.

İrmişli kəndini talan edərkən ermənilər südəmər uşaqları süngülərə taxmış, öldürülən meyitləri tikə-tikə doğramışdılar. Aqudi kəndində ermənilər müsəlmanlardan xristianlığı qəbul etməyi tələb etmişdilər. Bundan imtina edən qadınların döşlərini kəsib körpə uşaqların ağzına soxmuşdular. Ermənilər Qulam Şakir oğlunun ayaqlarını kəsmiş, sonra süngü ilə onu dəlik-deşik etmiş və qanı qurtarana qədər kəsik ayaqları üstə hərəkət etməyə məcbur etmişdilər. Güllü kəndində 9 nəfəri qılıncla doğramış, 7 nəfəri diri-diri yandırmışdılar.

Bağırbəyli kəndində ermənilər 7 kişi və qadını bir evə doldurmuş, onları diri-diri yandırmışdılar.

1918-ci ildə erməni silahlı qüvvələri tərəfindən Bakı Quberniyasında 229, İrəvan quberniyasında 211, Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə yeksan edilmiş, yüz minlərlə müsəlman əhalisi qırılmış, qaçqın düşmüşdülər.

Daşnaklar təkcə Zəngibasarda 48, Vedibasarda 118, Dərələyəzdə 74, Şərurda 7 kəndi odlayıb viran qoymuş, onların sakinlərini öldürmüş, sağ qalanlar didərgin salınmışdı.

Azərbaycan Cümhuriyyəti hökuməti Andronikin quldur dəstəsinin Zəngəzurda və Qarabağda törətdiyi zorakılığın və quldurluğun qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirtdi. Hökumətin 1919-cu il 15 yanvar tarixli iclasında Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları hüdudlarında Qarabağ General-qubernatorluğunun yaradılması qərara alındı. General-qubernator təyin edilmiş Xosrovpaşa bəy Sultanov fevral ayının 12-də Şuşa şəhərinə gələrək öz vəzifəsinin icrasına başladı.

Andronik Gorus şəhərini ələ keçirib, ermənilərin “Kiçik Ermənistan”ın paytaxtı adlandırdıqları Şuşa şəhərini tutmağa 3 dəfə cəhd göstərdi. 1919-cu il fevralın 23-də Andronik qüvvətli silahlı dəstə ilə Gorusdan Dığ istiqamətində hərəkət etdi və Cəbrayıl, Şuşa qəzalarının dağlıq hissəsini, bütün Zəngəzuru Xudafərin körpüsünədək işğal etməyə çalışdı. Yerli müdafiə qüvvələri Zabux dərəsində Andronikin quldur dəstələrini darmadağın etdilər və böyük itkilərlə Gorusa çəkildi.
Qarabağın qubernatoru Xosrovpaşa bəy Sultanovun qətiyyətli mövqeyi və tədbirləri daşnak Andronikin 1300 nəfər piyadadan, 500 süvari və artilleriyadan ibarət quldur dəstəsini 1919-cu ilin mart ayında Azərbaycan ərazisini tərk etməyə məcbur etdi. Andronik öz dəstəsini Eçmiədzində katalikosa təhvil verərək xaricə qaçmış və orada “Böyük Ermənistan” yaradılması uğrunda daşnak hökuməti adından “diplomatik mübarizə” aparmışdı. Onun qoyub getdiyi hərbi hissələr sonralar da bir sıra bölgələrdə, o cümlədən Zəngəzurda fitnəkar əməllərini davam etdirmişdilər.

Quldur erməni hərbi dəstələri 1918-1920-ci illərdə “Daşnaksütyun” partiyasının Ermənistanda hakimiyyəti illərində azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər nəticəsində həmin ərazidə minə yaxın azərbaycanlı kəndi viran edilmiş, 570 min nəfər azərbaycanlıdan 1920-ci ilin noyabrına qədər cəmi 12 min nəfər qalmışdı. Son tədqiqatlardan gətirilən həmin faktlardan və digər materiallardan bir daha aydın olur ki, ermənilər bütün Zaqafqaziyada azərbaycanlılar yaşayan kəndlərdə dağıntılar və vəhşiliklər, qırğınlar törətmişdilər. Quldur Andronikin silahlı dəstələri Zəngəzur qəzasında daha çox qəddarlıqlar törətmiş, azərbaycanlıların yaşadığı kəndlər dağıdılmış, yerlə yeksan edilmişdi.

Erməni millətçilərinin “Dənizdən-dənizə böyük Ermənistan” planlarına Naxçıvan torpaqları da daxil idi. 1919-cu ilin aprel ayının ortalarından başlayaraq Naxçıvan bölgəsinin müsəlman əhalisi arasında bu mahalın Ermənistan Respublikasının müvəqqəti idarəçiliyinə verilməsi barədə xəbərlər yayılmağa başladı. 1919-cu il mayın 3-də Naxçıvan bölgəsinin Ermənistan Respublikasının müvəqqəti idarəçiliyinə verilməsi barədə ingilis generalı Devi və İrəvan hərbi dəstəsinin rəisi Dro tərəfindən birgə əmr imzalanmışdı. Naxçıvan əhalisinin kəskin etirazına baxmayaraq, ermənilər mayın 20-dək bölgənin “idarəçiliyinə” başladılar. Yalnız Ordubad əhalisi xeyli müqavimət göstərərək erməni qoşun hissələrini öz ərazilərinə buraxmadılar.

Ermənilərin qısamüddətli “idarəçiliyi” ərzində (1919- cu il mayın ortalarından iyulun sonlarınadək) ermənilər tərəfindən bölgənin müxtəlif yerlərində çoxlu özbaşınalıqlar və qanunsuzluqlar törədildi. Bu müddətdə təkcə Naxçıvan şəhərində 330-dək axtarış aparılmış, 500—600 nəfər həbs olunmuş, 100—150 nəfərə isə işgəncə verilmişdi.

“Erməni idarəçiliyi”nə son qoymaq məqsədilə Naxçıvan əhalisi müdafiə xarakterli bir sıra tədbirlər həyata keçirtdi. İyulun 19—25-də yerli əhali ilə ermənilər arasında bir sıra silahlı toqquşmalar baş verdi. Qıvraq kəndindən kömək alan Naxçıvan əhalisi iyulun 25-də erməniləri məğlub edərək geri çəkilməyə məcbur etdi.
1918-ci ilin payızında Azərbaycan tərəfi sülh konfransı keçirmək üçün Ermənistan hökumətinə dəfələrlə müraciət etsə də, əks tərəf bu təklifə etinasız yanaşmışdı. Oktyabrın 30-da imzalanan Mudros sazişinə əsasən, türk və alman qoşunlarının Zaqafqaziyadan geri çəkilməsindən və özünə müttəfiq saydığı Antanta ölkələrinin simasında ingilis qoşunlarının Zaqafqaziyaya mandat almasından sonra yaranmış fürsətdən istifadə edən Ermənistan tərəfi silah gücünə Azərbaycan və Gürcüstan əraziləri hesabına öz ərazisini genişləndirmək yolunu tutmuşdu. Lakin İrəvan quberniyasının Vedibasar və Zəngibasar nahiyələrində, Şərur-Dərələyəz qəzasında yerli özünümüdafiə dəstələrinin erməni silahlı qüvvələrinə vurduğu sarsıdıcı zərbələr, gürcü qüvvələrinin Borçalı və Loruda əks hücumları Ermənistanı sülh danışıqlarına getməyə məcbur etmişdi.

Azərbaycanla Ermənistan arasında ərazi mübahisələrini Ermənistanın xeyrinə həll etmək üçün Birləşmiş Dövlətlərin Ali Komissarlığı Naxçıvan və Şərur-Dərələyəz qəzalarında neytral zona yaratmaq, bununla də həmin əraziləri Azərbaycanın nəzarətindən çıxarmaq istəyirdi. Lakin Azərbaycan hökuməti ona edilən təzyiqləri dəf edərək, o şərtlə neytral zona yaradılmasına razılıq vermişdi ki, həmin ərazidə Azərbaycanın suveren hüquqları saxlanılmış olsun.

1919-cu il noyabrın 23-də ərazi mübahisələrini həll etmək üçün Azərbaycan və Ermənistan respublikalarının baş nazirləri Tiflisdə görüşmüşdülər. Həmin görüşdə Ermənistan hökuməti Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün öz qoşunlarını zəbt etdiyi Zəngəzurdan çıxarmağı öhdəsinə götürmüşdü. Lakin Ermənistan hökuməti Zəngəzurda işğal edilmiş yaşayış məntəqələrindən erməni silahlı qüvvələrinin çıxarılması haqqında verdiyi vədin əksinə olaraq, 1920-ci il yanvarın 19—25-də Zəngəzur qəzasında 51 kəndi darmadağın etmiş, yerli əhalini soyqırımına məruz qoymuşdu.

1920-ci ilin yanvar ayının 11-də Paris Sülh Konfrasnında Antantanın Ali Şurası tərəfindən Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin defakto tanınmasından sonra da, ərazi mübahisələrinə, milli münaqişələrə son qoyulmamışdı. Erməni millətçi dairələri Azərbaycanın dövlət müstəqilliyini tanımaq və iddia etdikləri Azərbaycan torpaqlarından imtina etmək istəmirdilər. 1920-ci ilin əvvəllərində XI qızıl ordunun Şimali Qafqazda Denikin ordusunu məğlub edib Azərbaycan sərhədlərinə yaxınlaşmasından istifadə edən erməni silahlıları mart ayının 22-də Şuşa, Xankəndi, Əsgəran, Xocalı və Tərtərdə yerləşən Azərbaycan hərbi hissələrinə hücum etdilər.

Azərbaycan milli ordusu uğurlu döyüş əməliyyatları keçirərək aprel ayının 5-də Şuşaya daxil oldu. Aprelin 9-dan 12-dək Şuşa yaxınlığındakı Kesişkənd ətrafındakı döyüşlərdə erməni silahlı qüvvələrinin möhkəmləndirilmiş bazası məhv edildi. Azərbaycan Ordusu 1920-ci ilin aprel ayının sonunadək Qarabağda 1919-cu il noyabrın 23-nə olan vəziyyəti bərpa edərək ölkəmizin ərazi bütövlüyünü qoruyub saxlaya bildi. Azərbaycan Cümhuriyyətinin mövcud olduğu dövrdə onun ərazisi 113.895,97 km idi. Onun 97.297,67 km mübahisəsiz, 16.598,30 km mübahisəli zonaları əhatə edirdi.

Qarabağda təşkil edilmiş erməni qiyamının məkrli planını sovet komandanlığı rəsmi İrəvanla birgə hazırlamışdı və məqsəd Azərbaycana hücum edən XI ordunun əməliyyatlarını asanlaşdırmaqdan ibarət idi. Erməni hakim dairələri Sovet Rusiyasına göstərdikləri “ayı xidməti” müqabilində Azərbaycanın əzəli torpaqları olan Zəngəzurun və Qarabağın dağlıq hissəsinin Ermənistana verilməsi barədə Moskva ilə razılığa gəlmişdilər.

Beləliklə, 1917—1920-ci illərdə erməni daşnak-bolşevik birləşmələri Azərbaycan ərazisində görünməmiş vəhşiliklər törətmiş, Bakı Quberniyasında, Zəngəzur, Qarabağ və Naxçıvan torpaqlarında türk-müsəlman əhalisinə qarşı soyqırım həyata keçirmişdilər.

Azərbaycan kəndlərinə qarşı “yandırılmış torpaq” taktikasından istifadə edən erməni daşnaklarının hakimiyyətdə olduqları iki il müddətində Ermənistanda (Qərbi Azərbaycanda) yaşayan əhalinin sayı 35,5 faiz azalmışdı. Daşnak mauzerçiləri Ermənistanda yaşayan 575 min azərbaycanlıdan 565 min nəfərini qanına qəltan etmiş və yaxud zor gücünə öz doğma yurdlarından didərgin salmışdılar. Bütövlükdə isə erməni millətçiləri 1905—1907 və 1918—1920-ci illər ərzində 500 mindən artıq azərbaycanlını indiki Ermənistan ərazisində qətlə yetirmişdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 Mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə xalqımıza müraciətində deyildiyi kimi, belə bir zamanda bizim başlıca məqsədimiz erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqrımı və cinayətlərin dünya dövlətlərinin parlamentləri, beynəlxalq təşkilatlar tərəfindən tanınmasına nail olmaqdır.(karabakhmedia.az)


Xaqani MƏMMƏDOV,
tarix elmləri doktoru,
professor

Nuru MƏMMƏDOV,
tarix elmləri namizədi,
dosent


Etiket:
Xəbərlər

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023
Bütün xəbərlər