Doğrusu, mikroskopik ölçülü, bapbalaca boyu olan bir virusun yüz minlərlə can alacağı, 1 milyon insanı yoluxduracağı nəinki heç birimizin ağlına, heç yuxusuna da gəlməzdi.
Elmi adı COVİD-19 olan bu "taclı şeytan" dünyada infeksiyanı çox surətlə yaymaqdadır. Ölkəmizdə xəstəliyin qarşısının alınması üzrə bir çox qoruyucu tədbirlər həyata keçirilsədə dünya səhiyyəsi bu virusun qarşısında hələki acizdir.
Hamımızın evdə qaldığı, xəstəliyə yoluxarıq deyə evdən çölə çıxmağa qorxduğumuz bir vaxtda nədənsə mən Albert Kamunun "Taun" romanını yenidən oxumaq istədim. Bu əsərdə taun pislikləri təmsil edir. İnsanlara xislətlərinin pisliklərinə kənardan baxmağa kömək edir. Dünyanın düz vaxtı, bu cür pandemiyanın olmadığı günlərdə fərqinə vara bilmədiyimiz kiçik detallara diqqət yetirməyi, bəlkə də bir otaq qədər uzağında, bir damın altında yaşayan doğmalarımıza qarşı olan laqeydliyimizi dərk etdirir.
Romanda keşiş Paneluo obrazı taunu insanların bu günə kimi etdikləri günahların əvəzində tanrının insanlara verdiyi cəza kimi görür. Elə bu gün də əsərdə olduğu kimi din əhli zikr etməyin, namaz qılmağın bizi bu bəladan qurtaracağını müxtəlif sosial şəbəkələr vasitəsi ilə bəyan edir. Bütün səmavi kitabların da təbliğ etdiyi cismani və mənəvi paklığa çağırır.
Əsərdə keşiş obrazına qarşı qoyulan atteist düşüncəli həkim Bernar Ryö obrazı var. Əqidələri bir-birinə tam zidd bu iki şəxs səfərbər olub şəhərdə yüzlərlə insanın ölümünə səbəb olan bu bəlaya qarşı birgə mübarizə aparırlar. Axı, dini əqidənin, siyasi düşüncənin müxtəlif olması biz insanların saysız canlar alan bir epidemiyanın qarşısına bir yumruq olub çıxmağımıza mane olmamalıdır.
Keşiş Paneluo onu qoyub getmiş arvadına sevgisini verə bilmədiyini, ona lazımı qədər diqqət göstərmədiyini məhz taunun sayəsində dərk edir.
Epidemiya vaxtı şəhərə reportaj hazırlamağa gələn və xəstəliyin sürətlə yayılması səbəbi ilə şəhərdən çıxışı qadağan edildiyi üçün evinə qayıda bilməyən, sevdiyi qadından ayrı düşən jurnalist Ramber obrazı isə bu cür çətin gündə bizə sevdiklərimizə sahib çıxmağı öyrədir.
Əsərin sonunda səslənən bu fikir düşünürəm ki, bu gün də olduqca aktualdı: "bir gün ölümlə birlikdə yox olacağımız halda yaşadığımız müddətdə pisliklərə qarşı birlikdə mübarizə aparmalıyıq!".
Aynur Seyid
Goyce.az
“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
14.07.2026AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)
14.07.2026AŞIQ ALIDAN QALAN SƏRVƏT
14.07.2026Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları
14.07.2026Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.
25.06.2026Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
25.06.2026Qərbi Azərbaycan sədası Göygöldə
23.06.2026Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri
06.06.2026ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)
Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib
06.06.2026Sözlə çəkilən şəkil
06.06.2026“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR
03.06.2026"Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı
10.05.2026Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ
04.05.2026İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi
04.05.2026İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ
04.05.2026Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili
11.04.2026Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025