Rusiya tərəfinin təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirlərinin bəyanatı qəbul edilib.
Rusiya Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq və Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın razılaşmalarına uyğun olaraq, tərəflər aşağıdakı addımların atılması razılaşdırılıb:
1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur
2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq
3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar
4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.
Bu, nə deməkdir?
2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün humanitar atəşkəs elan olunur;
Bu döyüşlərin birdəfəlik dayanması demək deyil, sadəcə döyüş meydanında olan meyitlərin götürülməsi üçün sırf Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvlərinin iştirak edəcəyi prosesdir.
Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;
Anlaşmanın birinci bəndinin açması odur ki, bu bənddə söhbət məhz döyüşlərin dayandırılması ilə bağlı atəşkəsdən söhbət gedir ki, hazırda bu istiqamətdə konkret qərar qəbul edilməyib. Yəni, hazırda humanitar atəşkəs istisna olmaqla, digər növ atəşkəsin razılaşdırılması yoxdur. Əks halda, hər iki ölkədə əhalinin səfərbəliyə cəlb olunması prosesi rəsmi olaraq dayandırılmalıdır.
2-ci bənd isə o demək deyil ki, döyüşlər dayandırılır. Yəni, döyüşlər davam etdiyi vaxtda paralel olaraq ATƏT-in Minsk qupunun həmsədrliyi ilə diplomatik danışıqlar davam etdiriləcək. Bu danışıqlarda da AR Prezidentinin mövqeyi və şərtləri artıq hamımıza məlumdur.
Və son bənd: Azərbaycan və Ermənistan münaqişənin sülh yolu ilə həll olunmasına razıdırlar (bu o demək deyil ki, güc yolu ilə ola bilməz) və bu diplomatik prosesin məhz mövcud ATƏT-in Minsk qupunun həmsədrliyi ilə reallaşdırılmasına etiraz etmirlər.
Azərbaycan Ordusunun sentyabrın 27-dən bəri apardığı hərbi əməliyyatların dayandırılması nə anlama gəlir?
İlk əvvəl - Bakı istədiyinə çatdı.
"Təmas xətti" və "status-kvo" anlayışları artıq tarixə qovuşdu.
Bu terminlər Minsk Qrupunun "məhsul"ları idi. Bundan sonra danışıqlarda şərtləri Azərbaycan diqtə edəcək.
Bəli, danışıqların formatı dəyişməz qalacaq, çünki formatın dəyişməsi danışıqlar prosesini uzada bilər.
Ermənistan-Azərbaycan münaqişəsinə dair ən mühüm sənədlər BMT Təhlükəsizlik Şurasının 1993-cü il ərzində qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrdir. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması tələb edilir.
Və belə format hazırda Minsk Qrupunun həmsədrləri çərçivəsində daha əlverişlidir.
Amma Türkiyənin daha aktiv, daha fəal və birbaşa iştirakı ilə.
Danışııqların Bakının şərtlərinə əsaslanaraq aparılması həm də o deməkdir ki, həmiin şərtlərin çox yox, biri yerinə yetirilməzsə, ordumuz dərhal hərbi əməliyyatları bərpa edəcək.
Nədir o şərtlər?
Prezident İlham Əliyev o şərtləri səsləndirib:
1. Ermənistanın baş naziri Nikol Paşinyan "Qarabağ Ermənistandır" ifadəsinə görə Azərbaycan xalqından üzr istəməlidir
2. O, deməlidir ki, Qarabağ Ermənistan deyil
3. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır
4. Ermənistan bəyan etməlidir ki, hansı gündə, hansı bölgədən Ermənistan silahlı qüvvələri çıxır
5. Bu şərtlər Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq edilməlidir
Azərbaycan ordumuzun bundan sonrakı qələbələri üçün diplomatik zəmin əldə edib.
Eyni zamanda, xatırladım ki, iki gün sonra AŞPA-nın daimi komitəsinin iclasında Ermənistanla Azərbaycan arasında döyüşlərin bölgə üçün yarada biləcəyi təhlükələr müzakirə olunacaq.
Beləliklə, danışıqların gedişatı, ümumiyyətlə, Ermənistanın baş naziri Nikol Paşinyanın davranışından asılı olacaq.
Bütün danışıqlardan fərqli olaraq, ordumuuz bu humanitar atəşkəsi əli tətikdə izləyəcək.
Dağlıq Qarabağ ətrafında işğalda qalan bütün rayonlar qeyd-şərtsiz azad olunmalı, ermənilər Kəlbəcər və Laçından çıxmalı, Dağlıq Qarabağda 1 nəfər (!) Ermənistan hərbçisi qalmamalıdır.
Əks təqdirdə humanitar atəşkəsi əsgərimiz dərhal pozacaq, müharibə davam edəcək.
Döyüşlər boşuna olmadı.
Düşmənin çıxış yolu qalmadı.
Moskva görüşündə əldə olunmuş razılaşma, sadəcə, humanitar atəşkəslə bağlıdır. Düşmən döyüş meydanında qalıb iylənən meyitlərini aparacaq, əsirlər dəyişdiriləcək. Həmin proseslər gedən zaman atəş açılmayacaq.
Əsas məsələ odur ki, ermənilərə düşünmək üçün vaxt verilib. Şərtlərimizlə razılaşsalar, sülh olacaq. Əks təqdirdə müharibə qaçılmazdır.
Şərtlərimiz çox sadədir - erməni işğalçıları torpaqlarımızı tərk etməlidir.
Bu qədər bəsit.
Rusiyanın və Türkiyənin mövqelərinə gəldikdə isə, Ankaranın Minsk Qrupu çərçivəsində danışıqlara qatılması problematikdir, çünki Türkiyə həmsədr ölkə deyil. Rusiya isə tələsirdi, çünki atəşkəs olmasa, danışıqlarla bağlı təşəbbüs Qərbin əlinə keçəcəkdi, işğalçı qüvvələrin torpaqlarımızdan çıxış qrafiki Rusiyanın yox, Qərbin patronajı ilə təsdiqlənəcəkdi.
Ermənistanda Rusiya əleyhinə meyllərin gücləndiyini, ictimai fikrin Rusiyanı artıq birmənalı olaraq "böyük qardaş və hami" kimi qəbul etmədiyini nəzərə alsaq, Moskva İrəvandakı mövqelərini itirə bilər.
Türkiyə danışıqlar prosesinə aktiv cəlb olunmasa da, Ankara artıq Cənubi Qafqaz bölgəsindədir. Ankara Qarabağ münaqişəsinin nizamlanmasının aktiv iştirakçısına çevrilib və rolunu, təsir miqyasını daha da artıracaq.
Elçin Alıoğlu
Milli.Az
Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025