Bu, “Göyçə gölü” poeması ilə ədəbiyyatımızda boy verən Məhərrəm Hüseynovun kitabında yazdığı şeirlərdən seçmədir.
“Vətən sevgisi yeganə bənzərsiz insan duyğusudur ki, onu bölüşdürmək olmur, onu pay kimi xırdalamaq olmur.”
Bu, “Göyçə gölü” poeması ilə ədəbiyyatımızda boy verən Məhərrəm Hüseynovun kitabında yazdığı şeirlərdən seçmədir. Bəri başdan qeyd edək ki, Azərbaycan filologiya elmində kifayət qədər ciddi alim kimi tanınaraq da qəbul edilən filologiya elmləri doktoru, professor Məhərrəm Hüseynov 10-dan artıq kitabın müəllifi olsa da “Göyçə gölü” onun ilk bədii ədəbiyyat nümunəsidir.
Göyçə gölü, əlim səndən üzüldü,
Yığvalıma dağ-düyünlər düzüldü,
Sənsiz keçən bir an mənə yüz idli.
Səndən qaçaq ömrüm qəmə boyandı,
Ürəyimdə neçə həsrət oyandı.
Bu, şairin təkcə göyçəlilər deyil, dünyanın harasında olmasından asılı olmayaraq hər bir azərbaycanlı üçün nisgil rəmzinə çevrilən nadir təbiət hadisəsinin- Göyçə gölünün xəyali səyahətinə hazırlıqdır. Əlbəttə, şair formaca ustad Şəhriyarın məşhur “Heydərbabaya salam” poemasını nümunə seçib və məsuliyyətlə demək mümkündür ki, uğurlu bir sənət əsəri yarada bilib. Onu da xatırladaq ki, “Heydərbabaya salam” poeması “Ədəbiyyat və incəsənət” qəzetinin 1958-ci il 14 sentyabr sayında professor Həmid Məmmədzadənin “Şəhriyar Təbrizi” adlı məqaləsi ilə Şimali Azərbaycana təqdim olundu. Bu tanışlıq daha sonra professor Qulamhüseyn Beqdeli tərəfindən davam etdirilir.Akademik M.Arif “Heydərbabaya salam” poeması ilə bağlı yazırdı: bu poemanın özəlliyi yalnız ana dilində yazılmasında deyil, onun əsas üstünlüyü mövzu və ideya ilə bədii forma, bədii ifadə tərzi arasında nadir bir uyğunluq, çox müvəffəqiyyətli bir vəhdət yarada bilməsindədir.Akademikin fikirlərini birmənalı olaraq Məhərrəm Hüseynovun “Göyçə gölü” poemasına şamil etmək mümkündür.
Oxucularımıza bir daha xatırladaq ki, Göyçə gölü etnik azərbaycanlıların XX əsrin sonlarına- Ermənistan dövləti tərəfindən ölüm qorxusu altında tarixi vətənlərindən çıxarılana qədər soydaşlarımızın daimi yaşayış məskənlərindən biri olub.Onu da yada salaq ki, göl, Cənubi Qafqazda ən iri göllərdən biridir- dəniz səviyyəsindən 1926 metr yüksəklikdə yerləşən bu gölü nadir təbiət hadisəsi hesab edirlər.
Toxluca, Ağbulaq, Şorca, Ardanış,
Cil, Babacan, Pəmbək tarixə tanış,
Ağkilsə, Şişqaya, Məzrədən danış,
Allah,allah, bu yerlərdə ada bax!
Sözlərdəki doğmalığa, dada bax!
Hə, doğmalığın yarada biləcəyi dadla səslənən bu adların düzümü ilə Məhərrəm Hüseynov Göyçə gölünün ətrafındakı topomonistik xəritəni təqdim edə bilir. Rusiyanın işğalına qədər İrəvan xanlığının tərkibində olan mahal, bolşevik Rusiyasının yaratdığı bolşevik Ermənistanınada beş inzibati rayon arasında bölündü.Həmin bölünmələrdən sonra azərbaycanlılara qarşı etnosid siyasətinin yeni bir mərhələsi başladı, gürcü mütəfəkkiri İlya Çavçavadzenin təbirincə desək, bu mahalda da “erməni alimləri və ağlayan daşlar” erası başladı- onlar toponimlərin erməniləşdirilməsini müəyyən fırıldaqlarla həyata keçirirdilər.
Xatırlatma üçün yada salaq ki,"Kitabi-Dədə Qorqud"da yer-yurd adlarının izi Göyçə gölü boyunca təqdim edilir: eposda Göyçə mahalı, Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponimlərimiz azərbaycanlıların qədim yaddaşının və mədəniyyətinin silinməz izidir.
Dədəm Qorqud “Göyçə dəngiz” deyibdir,
Adicə göl demək sənə, eyibdir,
Sahillərin dağdan zireh geyibdir,
Güneyi yamyaşıl, qardır quzeyi,
Göyçə nədir?- təbiətin muzeyi.
Şair bir gölün dəniz dərdini poeziyanın dili ilə, aydın ifadə edir, mənəvi itkilərin obrazını yaratmağa müvəffəq olur. Poemanın dili zəngin, bədii ifadə vasitələri cəlbedicidir.Oxucu poemanı oxuyub da Azərbaycanın zəngin mədəniyyət və mənəviyyat beşiyinə səyahət edir və sabaha ümidlə baxır, inanır ki, dədə-babalarımızın bu gün əsirlikdə qalan ellərinə oraların tam sahibi kimi dönməliyik:
Göyçə gölü, haraylasan el gələr,
Şimşək çaxar, leysan yağar, sel gələr,
Qoynundan çəkilər qara kölgələr,
Nəfəs dərər Ağ Aşığın diyarı,
Aşıq Ələsgərin dustaq məzarı.
Mahirə Nağıqızı
filologiya elmləri üzrə fəlsəfə doktoru
Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı
08.01.2025Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb
08.01.2025Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar
08.01.2025Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev
08.01.2025Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
07.01.2025AĞAYARIN ŞƏYİRDLİYİ
05.01.2025Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ
26.12.2024Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
25.12.2024Şanlı qələbə və İlham Əliyevin ad günü
24.12.2024Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.
24.12.2024Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
21.12.2024Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
18.12.2024Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar
16.12.2024Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
12.12.2024Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024