GÖYÇƏYƏ AÇILAN PƏNCƏRƏLƏR...

11:07 / 30.03.2021
Baxılıb: 400

Ən ucalardan biri idi Ulu Göyçəyə açılan Eldar İsmayıl adlı dünya... Vaxtilə bu pəncərə mənim üçün Atam idi, Anam idi, əmilər, dayılar... Vətən, torpaq qeyrətli Göyçə Oğulları- Göyçə deyib yandılar, yaxıldılar, elə o yanğılarla da yanıb getdilər.

 Eldar İsmayıl, “dön bir Səməndər quşuna” deyərək elə özün də səməndərə döndün, Vətən- Göyçə deyərək alovlandın, ahın Vətənsevərləri və Özünü yandırdı...

    Qərbi Azərbaycan- Göyçəyə açılan bu pəncərələri nəzərdən keçirdikcə uzaq minilliklərdən gələn bir böyük ziyalı Ordusu- aydınları görürəm.

    Əslində Eldar İsmayıl yaradıcılığı Onun özünün ifadəsidir, cəmiyyətə, İnsanlığa özünün təqdimatıdır. Dədəm Qorquddan başlayan Ozan Heydər, Şah İsmayıl müridi Miskin Abdal, Ağ Aşıq, Ustadlar –  Dədə Alı,  Dədə Ələsgər, Növrəs İman, Zodlu Abdulla, Həsən Xəyallı, Bəhmən Qarayev, Xəstə Bayraməli, Aşıq Əsəd, Aşıq Nəcəf, Aşıq Əli Mazanoğlu, Aşıq Məhərrəm, Aşıq İmran, Aşıq Fətulla, Aşıq Hacı kökləri ilə Göyçəyə bağlı olan Aşıq Ədalət, saz- söz xəyallı Aqil İman, Sərraf Şiruyə, İsmixan Didərgin və s...başlayan yeni Göyçəli dünyanın Göyçə adlı Pirin- Ocağın daha bir saz, söz xridarıdır Eldar İsmayıl Böyüktürk !

   Yaradıcılığında tez- tez andığın səməndər quşu yəqin çoxlarınıza məlumdur – səməndər quşu öz eşqi, amalı, əqidəsi uğrunda odlar- alovlar içərisində yanır, yanır, lakin heç vaxt sönmür, nəhayətində ruhu göylərə- ucalıqlara qalxır. Və  Vətəndə Vətənsizlik,  Vətəndə Göyçəsizlik həsrəti ilə qovrulub sonda bir Səməndər quşuna döndü... Və uçdu Vətən sarı –

Göyçə sarı ! Və yenə də Özün dedin,

“ Dön bir Səməndər quşuna “...

   Onu da dedin ki, :

                 Mən Vətənin nə işinə yaradım ?

                 Bir ovuc torpağam, qoy çıxım gedim ...

Bu nə fəryad idi, bu nə atəş idi, Özünlə, Öz Vətən sevginlə baş- başa qaldın... nəhayətində səməndərə dönüb Göyçə- Ağbulaq sarı uçdun, uçdun...

 Fevralın əvvəlində danışdım Onunla, telefonla. Göyçəyə aid bir neçə sualım vardı, cavablandırdı, sonda isə dedi ki, bunlar geniş mövzulardı, sönra ətraflı danışarıq. Pünhanın ifasında bir video da göndərmişdi...

  Nə deyim, sizi bir Göyçəli, bir şair, bir Azərbaycan sevgili, Türkçü- Türançı olaraq tanıyırdım, bir şəxsiyyət, bir Vətən sevgili İnsan kimi tanımaq nə qədər gözəldisə, belə bir Şəxsiyyəti itirmək özü də bir o qədər ağırdır.

  Eldar İsmayıl dünyasını ilkin olaraq “ Ulu Göyçə “ poemasından sevmiş və vurğunluğum o dərəcədə güclü oldu ki, ... “GÖYÇƏ adlı İLAHİ sevgi” publisistik yazım həmin o vurğunluğun nəticəsi idi. Onun sadə, şirin, xoş olduğu qədər də fəlsəfi könül dünyası məni sadəcə olaraq heyran etmiş və heyrətləndirmişdi.. Əlbət ki, Onun özü bu yazıma çox yüksək qiymət vermişdi. Hətta onu da dedi ki, çoxları yazıb haqqımda, ancaq belə dəyəri mən ancaq sizin ruhunuzda gördüm, çünki, sizdə bir Göyçəli olaraq mənim ruhumu duymusunuz. Və onu da qeyd edim ki, Eldar müəllim mənim atam, tanınmış jurnalist, ictimai xadım, maarif-  təhsil işçisi İsmayıl Əliyevlə həmkar olmuş, uzun illər dostluq etmişlər, məhz o nöqteyi- nəzərdən mənə dedi ki, səndə olan bu istedad, analitik düşüncə, analiz etmə - bütün bunlar genindən gəlir. Göyçə mahalında deyil, hətta Azərbaycanın özündə belə İsmayıl Əliyev qələminə çatan olmayıb, olubsa da çox azdır. Ruhları şad olsun !

  Mən Eldar müəllimin titullarını sadalamaq fikrində deyiləm, ehtiyac da yoxdur, o atəşin məhəbbət- özü də insanın doğulduğu torpağa, Ocağına məhəbbət- bu hər şairə , hər insan oğluna müyəssər deyil. Sizi bu xalqa sevdirən də məhz dürüstlüyünüz, doğru yolunuz, Uca Türkün müqəddəs adına olan ehtiram və doğulduğunuz obanın, mahalın heç bir qarışığı olmayan, kökündə- genində Türk adının ucalığına olan ehtiram, öz Ata- Anasına olan sevgi, Ağbulağa olan vurğunluq- torpağının hər daşında, hər qarışında, tikanında, cığırında sevgi görən, məhəbbət pıçıldayan yanğılı bir ürək idi...Və bu qədirbilməzlər dünyasına Vətən, Göyçə deyib keçdi Eldar İsmayıl adlı möhtəşəm bir dünya.

 Getdiyi o dünya, ruhunun dolaşdığı Göyçə- Eldar müəllim bütün Xoşbəxtliyini qoyub gəldiyi dünyasına qovuşdu.:

                        Ana faciəsi, atamın dərdi,

                        Ömrümü- günümü qana döndərdi...

                        Həyat həm şirindi, həyat zəhərdi

                        Elə də bəxtiyar deyiləm, bacı...

 Beytdəki son cümlə məni yaman tutur, kim bəxtiyar olub bu dünyadan...Əfsanələrə bənzər bir həqiqət danışım Sizə, deyilənlərə görə Nuh Peyğəmbər 700 qocaman il yaşamışdır, və özünə balaca bir daxma tikmişdir, hətta daxma o qədər balaca imiş ki, o yatarkən ayaqları daxmadan çölə çıxarmış... Bu dünyadan köç edərkən demiş ki, “bilsəydim ömür belə qısa, dünya belə fanidir, heç bu daxmanı da tikməzdim “. İbrətamizdir, nəticə sizlərin ixtiyarına ! Mənəviyyatla, milli ruhla yaşayan bir dünya idi Eldar İsmayıl, maddiyyət əsiri olmadı heç vaxt!

  Milli ruhumuz, nəhayətində qəlbimizə, könlümüzə hakim kəsildi, ruhumuzun qaynaq olduğu torpağa yönəltdi bizləri...

  Sözünün- başı əzəli Göyçə- Ağbulaq olan şair, Göyçə elə Göyçək deməkdir, Ağ- bulağ (q), ağ sular, müqəddəs sular, ağ- bəxt, tale, ... Göyçək Göyçənin Ağ- bulağ taleli möhtəşəm şairi, hərə bu dünyada bir cığır, bir iz qoyur, sizli- bizli yükümüz ağır oldu, Vətəndə Vətənsiz olduq, Vətəndə Göyçəsiz olduq...

 Eldar İsmayıl bəşəri şairdir, fəlsəfi şairdir, ruhu, qəlbi ucalıqlardan qidalanan, Göyçə adlı ilahi yurdun fəlsəfi dünyasından, Miskin Abdal, Dədə Alı, Dədə Ələsgər adlı Ocaqlardan qaynaqlanan ruh sonda gözəlliklər yaratdı, Azərbaycanın bütövlüyünü tərənnüm etdi, Türk- Turan birliyinə çağrışlar etdi və Özü də Eldar İsmayıl Böyüktürk olaraq türk ellərinə salam verdi. Dədə Ələsgərin 200 illiyi ilə bağlı fevralın 19-da xalqımızı təbrik etdi və...

                     Ulu Göyçə ululardan ulusan,

                     Çəmənlisən, çeşməlisən, sulusan,

                     Ələsgərin gövhəriylə dolusan,

                     Dünya boyu bu xəzinən var olsun,

                     Bar gətirsin, bəxtin sənə yar olsun!

Və bu təbrikdən cəmi bir gün sonra Eldar İsmayıl adlı dünya haqq dünyasına qovuşdu.

 İçərisində Göyçə boyda həsrət, nisgil gəzdirən şair əslində elə bu dərd- nisgili ilə də Göyçənin canlı obrazını yaradır, bu Ulu yurdu görməyənlər belə “Ulu Göyçə, de yatanlar ayılsın “ poeması ilə o diyarı qarış- qarış gəzir, tarixi məkanlara, adət- ənənələrin, böyük- kiçikliyin məkanı olan bu müqəddəs mahalda, sərin bulaqları, uca dağ zirvələri, Göyçə dənizini belə görmək- duymaq deyil, lacivərd sularını belə gözü yumulu görə bilirsən. Nə təəəssüf ki, bu günlər erməni vandallrının ayaqları altında tapdalanan Ulu yurdumuzun, çox tez bir zamanda azadlığa  qovuşacağına inanıram.

  “Milli ruhum düşüncəmi yönəltdi” – bunu deyən Eldar İsmayıl ruhu türkün ruhu idi, o ruhu oyatdı, “didərginlik” taleyimi ağlatsa da, çırpınıb ayaqları üstə durdu Şair !

                   Əhrimənlər yurd- yuvamı boş qoydu,

                   Süfrəmizə zəqqum dadan aş qoydu.

                   Didərginlik taleyimə baş qoydu,

                  Mən bu yolda ömür verdim, gün verdim !

Eldar İsmayıl təkcə şair deyil, əməkdar jurnalist, ürəyi Vətən eşqi ilə yanan tarixçı, vətəndaşdır, şeirləri axıcı, heyranedici olsa da əsasən Vətən adlı sevgidən qaynaqlanır Onun könül dünyası. Əgər bir istəkliyə şair dili ilə söz deyirsə, yenə də sonda Vətən eşqi dayanır, Çünki, “bütün sevgilər- eşqlər bitsə də, bitməz Vətən eşqi”. Məhz bu gözəlliklərinə görə sevdim Onun sonsuz ümmüna bənzər yaradıcılığını. Və bu gözəl Şairin “Ulu Göyçə “ poemasına həsr etdim “ GÖYÇƏ adlı İLAHİ sevgi”- adli publisistik yazımı. Nə gözəl ki, Pressaz.az saytı verdi bu yazını, oxudu, çoxda bəyənmişdi. Özü mənə bildirdi ki, mənim haqqımda çox yazılar yazılıb, ancaq ən gözəllərindən hesab edirəm bu yazını. Sən məni həqiqətən heyrətləndirdin, yenə təkrarladı, - Atandan, ruhundan gəlir bu talant. Nə deyim, ruhu şad olsun. Onu da qeyd etdi ki, kitab çıxaracağam, sənin bu yazını ora salacağam. ..

  Eldar İsmayıl həm də bir tarixçi kimi Göyçənin tarixinə nəzər salır, erməni faşizmin saxta tarixini ifşa edən yazıların, tarixi romanların müəllifidir.” Mənim üçün ermənistan yoxdu, yox”... Basarkeçər Vardenis oldu, İrəvan Yerevan adlandı, ... əslində ermənistan deyilən dövlət yoxdu, yox !

  Ədalətin Günəşi çoxdan qürub etmişdir, həqiqət üzərində nadanlıq qalib gələrkən...lakin ümid sonda ölür.

  Lakin... Tanrının hikmətindən kim baş aça bilər... Sən bizdən daha xoşbəxtsən, Ustad, ruhun azadlıqda, Göyçə səmalarındadır, Atalı- Analı dünyandasan. Əsərlərində tez- tez vəsf etdiyin Ağ- bulaq(x), yəni Cənnətdən axan sular.Ağ- bulax, haqdan yanan Nur və Ağ Sular, Ana südü kimi halal, təmiz !

   “GÖYÇƏ adlı İLAHİ sevgi “ dedim Sizə Eldar müəllim, ümmansız yaradıcılığınıza, sonsuz Vətən sevginizə, Göyçəli dünyanıza əhsən.

   Hardasan elə dünyanda da Xoş- bəxt  Ol. Göyçəli dünyan var olsun! Ruhun şad, Məkanın Cənnətdir. Cənnət olan o məkan Ulu Göyçədir.

 Xatiriniz dünyalar durduqca yaşayacaq...

 

MƏLAHƏT İSMAYILQIZI

AYB- nın və AJB_ nın üzvü, “

 “Qızıl Qələm “media mükafatı laureatı,

 Tədqiqatçı- publisist, yazar.

 


Etiket:
Xəbərlər

Azərbaycan Silahlı Qüvvələrinin zabiti Orxan Məmmədovu Səlcuq Bayraktar mükafatlandırdı.

06.04.2021

GÖYÇƏYƏ AÇILAN PƏNCƏRƏLƏR...

30.03.2021

AŞIQ ƏLƏSGƏRİN “YÜKÜM” RƏDİFLİ DİVANİSİNİN AÇIQLAMASI

29.03.2021

Milli-mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmiş dahi sənətkar

21.03.2021

Aşıq Ələsgərin vəfatı

07.03.2021

Xocalı soyqırımı haqqında məlumat

26.02.2021

Onu anasının dolmuş gözlərində gördüm

25.02.2021

Aşıq Ələsgərin kötücəsi "OSCAR"-a layiq görüldü.

23.02.2021

“Mən Göyçə mahalına, sonra Abasqulu bəyin yurduna getmək istəyirəm”!-Zahid Oruc

23.02.2021

Başın sağ olsun, Vətən!

20.02.2021

Azərbaycanlı əməkdar jurnalist vəfat etmişdir.

20.02.2021

Sahib Alıyev: Nizami ilində Dədə Ələsgərin yubileyinin keçirilməsində mən bir rəmzilik görürəm.

19.02.2021

Prezident İlham Əliyev "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb.

19.02.2021

Lirik etiraf və bədii özünüifadənin lakonik forması

18.02.2021

18.02.2021

MİN  BƏZƏKLİ XALIYDI GÖYÇƏ...

12.02.2021

Erməni silahlıları Göyçənin Şorca kəndinin bütün kişilərini öldürürlər

09.02.2021

Daun sindromlu müəllim Noelia

06.02.2021

Qanun keşiyində dayanan idmançı

05.02.2021

40 min muzey sərvəti, 900-dən çox tarixi mədəniyyət abidəsi, 403 tarixi-dini məkan…

04.02.2021

Səadət Şıxıyeva: "Ədəbi dilimizlə bağlı bənzər təhdid və təhlükəli məqamlar bu gün də var"
 

03.02.2021

ADIM ƏLƏSGƏRDİ, GÖYÇƏ MAHALIM !

26.01.2021

Müharibə necə başladı? - Tofiq Şahmuradovun döyüş gündəliyindən 

25.01.2021

Azad Qarabağın Azad Qəhrəmanı

23.01.2021

Sənətin seçdiyi adam – şəhid Həmdəm Ağayev

21.01.2021

20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi

20.01.2021

Yüz il əvvəlin məqaləsi – Məşhur Azərbaycan marşı

15.01.2021

Vətən müharibəsinin xanım şəhidi Arəstənin büstü hazırlandı

12.01.2021

MN 2841 şəhid haqda məlumatları açıqladı - Yeni siyahı

12.01.2021

SƏYYAD VƏLİOĞLUNUN ÇAP OLUNMAYAN ŞEİRLƏRİ

10.01.2021

Yurd hekayəsi 

09.01.2021

3 aydır ki, ailəsi Aydından xəbər ala bilmir... - Fotolar

08.01.2021

II Nikolayın qızı onun şəklini istədi, çar öz sarayına qonaqlığa çağırdı - Azərbaycanlı qaçağın film kimi həyatı

08.01.2021

Əsgərin yanında olan general-mayor

02.01.2021

Tofiq Şahmuradov - "Müharibə xatirələrimindən"

01.01.2021

Yazıçı Prezidenti təbrik etdi
 

31.12.2020

“Əfsuslar olsun ki, müharibədən sonra da şəhidlərimiz var”  

31.12.2020

Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Sergey Danilyan

31.12.2020

Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

31.12.2020

Füsunkar Vejnəli, 27 il sonra Qubadlıyla baş tutmayan görüş,  “Jiquli”də gəzən divan və 4 erməni diversant -  YARIMÇIQ REPORTAJ

30.12.2020

Xankəndidə teatr çıxaran “artistlər” – aktrisa Janna Qalstyan alt paltarında qumbara gəzdirirmiş

28.12.2020

Bir gölün dəniz dərdi

26.12.2020

26.12.2020

Prezidentin təltif etdiyi general Tofiq Hüseynov kimdir?

26.12.2020

Qarabağın fatehi

24.12.2020

Prezidentdən həqiqi hərbi xidmətlə bağlı 

23.12.2020

Xankəndinin qatil həkimləri – ağ xalatlı cəlladlar  

21.12.2020

Ermənilər Ağdam məscidini buna görə dağıtmayıbmış...  

19.12.2020

7 mindən çox hərbçi təltif edildi
 

18.12.2020

Vətən müharibəsində şəhid olan həkimlərin sayı açıqlandı

18.12.2020
Bütün xəbərlər