Prezidenti İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə səsləndirdiyi proqram mahiyyətli çıxışı və strateji xəttini əsas götürərək həmçinin də, mövzunun aktuallığını nəzərə alaraq cəmiyyətin bu məsələyə münasibətini öyrənmək məqsədi ilə Sosial Tədqiqatlar Mərkəzi ictimai rəy sorğusu keçirib.
İctimai rəy sorğusunda respondentlərə “Prezident Qərbi Azərbaycana (İrəvan, Zəngəzur və Göyçə mahalına) qayıdışla bağlı yeni hədəfləri elan etdi. Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanırsınız?” sualı ünvanlanıb və respondentlərə bir neçə cavab variantı seçmək imkanı verilib. Ümumi nəticələr insanların 74.6%-inin Qərbi Azərbaycana qayıdışın baş tutacağına inandığını göstərir. Daha detallı nəzərdən keçirdikdə, respondentlərin 46.5%i “tam inanıram”, 28.1%-i “əsasən inanıram”, 7%-i “əsasən inanmıram”, 10.40%-i “heç inanmıram” cavablarını qeyd edib. Onların 8.1%-i cavab verməkdə çətinlik çəkib.
Sorğu nəticəsini gender aspektinə görə təhlil etdikdə, kişilərin 79%-i, qadınların isə 71%-i qayıdışın baş tutacağına inandığını bildirib. Hər iki qrupun tarixi Azərbaycan torpağı olan Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanması bu istiqamətdəki dinamikanın müsbət seyri baxımından əhəmiyyət təşkil edir.
Tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycana qayıdış strategiyası çərçivəsində cəmiyyətin milli özünüdərk və soykökünə bağlılıq infoqrafikasını öyrənmək baxımından yaş qrupları mühüm amildir. Sorğuda iştirak edən 18-24 yaş qrupunda olan respondentlərin 58%-i qayıdışın baş tutacağına tam inandığını bildirib. “Əsasən inanıram” deyənlər isə 26%-ə bərabər olub. Başqa sözlə, 18-24 yaş qrupunda olanların 84%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inandığını ifadə edib. Yekun nəticənin yüksək olması vətənpərvərlik və milli ruhun təcəssümünü göstərir.
25-34 yaş qrupundakı insanların 50%-i “tam inanıram”, 27%-i “əsasən inanıram” variantını seçib. Bu yaş qrupunda olan respondentlərin 6%-i “əsasən inanmıram”, 8%-i “heç inanmıram” cavabını verib.
35-44 yaş qrupunda olanların isə 74%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inandığını qeyd edib. Analoji göstərici 45-54 yaş qrupu üzrə 75% təşkil edib. Bu göstəricilər çox əsirlik qan yaddaşının oyanmasında 44 günlük müharibədə qazanılan qələbənin nə dərəcədə təsirli olduğunu göstərir.
65 və yuxarı yaş qrupundakı respondentlərin 80%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır.
Sorğuda qayıdışın baş tutacağına inananlar arasında hər yaşdan insanın olması xüsusilə gənc və orta yaş qrupundan olanların müsbət faizlərinin yüksək olması əsas məqamlardan biridir
Təhsil və maarifçilik cəmiyyətin əsas prioritet istiqamətləridir. Qərbi Azərbaycan yüzillər boyunca Azərbaycan elm, təhsil və maarifçiliyinə mühüm töhfə verib. Tarixi torpaqlara qayıdışın baş tutacağına “tam inanıram” deyənlərin 47%-i, “əsasən inanıram” deyənlərin 32%-i ali təhsilə malik olanlardır. Başqa sözlə, ali təhsilli respondentlərin ümumilikdə 79%-i tarixi torpaqlara qayıdışın mümkün olacağına inanır. Orta təhsilə malik responentlər üzrə bu göstərici 73%-ə bərabər olub.
Sorğu iştirakçıları arasında dövlət sektorunda işləyənlərin 53%-i “tam inanıram”, 26%-i “əsəsən inanıram”, 9%-i “əsasən inanmıram”, 6%-i “heç inanmıram” cavabını qeyd edib. 6% isə cavab verməkdə çətinlik çəkib. Yekun nəticəyə əsasən dövlət sektorunda işləyənlərin 79%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inamını ifadə edib. Özəl sektorda işləyənlər üzrə bu göstərici 57%, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar üzrə 78% təşkil edib.
Sorğu 2023-cü ilin yanvar ayında 18 yaşından yuxarı 384 respondent arasında telefonla müsahibə formasında keçirilib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.
Məlumat üçün qeyd edək ki, Qərbi Azərbaycan İrəvan, Göyçə, Zəngəzur kimi tarixi Azərbaycan torpaqlarında yaşamış və oranı tərk etməyə məcbur edilmiş azərbaycanlıların tarixi torpaqlarıdır. Azərbaycan dövlətçiliyinin varislərindən olan İrəvan xanlığı çox da uzaq tarix deyil.
Vətən müharibəsindəki qələbədən sonra taleyi və tarixi elmi dövriyyədən kənarda saxlanmadan bu tarixi məsələnin sülh yolu ilə həll edilməsi zərurəti yarandı. Tarixi qələbə, xalqımızın müqəddəratı üçün tarixi inkişafın yeni mərhələsi zəminində yeni üfüqlər açdı. Qələbə və nailiyyətlər soykökünə bağlılıq və milli özünüdərk, habelə milli dirçəliş və milli intibah tarixşünaslığımızda çoxdan kök salmış böyük bir boşluğu aradan qaldırmağa təsirli təkan verdi.
Dövlətimizin yeni milli hədəflərə yönəlmək üçün inşa etdiyi Qarabağdan-Zəngəzura qədər uzanan Böyük qayıdış planının bir hissəsi olan Böyük qayıdış yolu keçmişimizə, çox min illik tariximizə həssas münasibətə, onu yenidən qiymətləndirməyə fürsətlər yaradaraq, İrəvana və Zəngəzura, Göyçəyə və bütün tarixi torpaqlara gedən yolları şüurlarda-yaddaşlarda inşa edib, çoxəsrlik qan yaddaşını geri qaytardı. Milli şüurdakı oyanış, təkcə Qarabağa deyil, bütün tarixi torpaqlara gedən yolun başlanğıcı kimi babalarımızın, əcdadlarımızın mirası olan yerlərə dönüş yolunu təmin etməklə bir milləti bütövlüyünə və əsli-kökünə qovuşduracaq yeni siyasi-ideoloji yanaşma ilə yanaşı, eyni zamanda, Azərbaycan dövlətinin mədəni-mənəvi intibahın yeni mərhələsinin əsasını təşkil edən milli hədəfə çevrildi.
SOSİAL TƏDQİQATLAR MƏRKƏZİ
Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025