Əslən Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikasının) Göyçə Mahalının Basarkeçər rayonunun Balaməzrə (Kiçik məzrə) kəndindəndir. Mərhum aqronom Sabir Rüstəmovun nəvəsidir, babasının adını daşıyır. Rüstəmov Sabir Elşad oğlu 1997-ci ildə Özbəkistan Respublikasının Daşkənd şəhərində anadan olub. Rusiya Federasiyasının Moskva şəhərində 50 saylı liseydə orta təhsilini almağa başlayıb. 8-ci sinifdən isə təhsilini Bakı şəhəri Nərimanov rayon 200 saylı tam orta məktəbdə davam etdirib. 2015-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirərək Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin Politalogiya ixtisasına qəbul olub.
2012-ci ildə Basketbol üzrə Yeniyetmələrdən ibarət Azərbaycan Milli Yığmasının tərkibində, Bolqarıstan, Türkiyə, Qırğızıstan, Yunanıstan, BƏƏ (Dubay) kimi bir çox ölkələrdə keçirilən yarışlarda ölkəmizin adından iştirak edib. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan ötən il 14-22 oktyabr tarixlərində Rusiya Federasiyasının Soçi şəhərində keçirilən " Dünya Tələbələr və Gənclər " festivalında böyük nümayəndə heyətinin tərkibində təmsil olunub. Azərbaycanlı gənclər (elm, informasiya və texnologiya, siyasət, idman, və s.) müxtəlif panellər üzrə çıxış ediblər.
Gənc Sabir Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsində təhsil aldığı üçün ölkəmizin gənc elçisi olaraq vətənimizi siyasi panellərdə təmsil edib. Festivalda 150 ölkədən 20 mindən artıq tələbə və gənclər iştirak edib. Siyasi panellərdə iştirak etdiyi zaman o bütün dünyaya Qarabağın Azərbaycan xalqına məxsus olduğunu çatdırıb. Festivalın üçüncü və dördüncü günlərində mövzu qaçqınlarla bağlı olub. O, çıxışında bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 1 milyona yaxın azərbaycanlı öz ata-baba yurdundan didərgin düşüb. Onu da qeyd edib ki, biz Ümümmilli Liderimiz Heydər Əliyevin qoyduğu və cənab prezidentimizin İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində yaxın zamanda doğma torpaqlarımıza qayıdacağımıza inanırıq.
Onun çıxışları zamanı Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov və nazir müavini Mariya Zaxarova və İtaliyanın Xarici İşlər Naziri Ancelino Alfano və başqa dövlət nümayəndələri iştirak edib. Eyni zamanda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “ Gənc Elçilər ” beynəlxalq təmsilçilik proqramının iştirakçısıdır. “ Gənc Elçilər ” beynəlxalq təmsilçilik proqramı Gənclər Təşkilatları Milli Şurası tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Proqramın məqsədi - Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək “ gənc elçilərin ” yetişdirilməsi və gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələr sahəsində potensialının artırılmasıdır. 2016-cı ildə Moskva şəhərində Rusiya Federasiyası Gənclər və Uşaq Birləşmələri Milli Şurasının təşkilatçılığı bir çox dövlətlərin gənclər təşkilatları nümayəndələrinin iştirakı ilə gənclər arasında əməkdaşlığın və ictimai diplomatiyanın inkişafı istiqamətində " İctimai Diplomatiya Korpusu " adı altında keçirilən beynəlxalq tədbirdə Azərbaycan adından iştirak edib.
2015-2017 ci illərdə Azərbaycanı Rusiya Federasiyasının bir neçə şəhərlərində həmçinin, Türkiyə, İran, Belarusiya, Ukrayna və digər ölkələrdə beynəlxalq konfrans və formlarda yüksək səviyyədə təmsil edib. 2016-cı ildə Azərbaycan Respublikasının Xarici İşlər, İdman və Gənclər Nazirliyinin dəstəyi ilə “ Gənc Elçilər proqramı ” layihəsində Azərbaycanın gənc elçisi seçilib. 2017-ci ildə “Asan” Xidmətdə təcrübə proqramında 1-ci dərəcə üzrə sertifikat alıb. Görkəmli ictimai-siyasi xadim, millət vəkili Səməd Seyidovun siyasi psixologiya məktəbinin məzunudur. Hazırda BDU-da ali təhsilini davam etdirir və " Bakı Gənclər Klubu " İctimai Birliyində çalışır.
Vüqar İrəvanlı
Goyce.az
Ermənilərin çeçenlərə tarixi zərbəsi: Urartu oğurluğu
20.02.2019Zəki İslamın şeirləri
19.02.2019 19.02.2019Fəlsəfə - Aşiq buddistlər
19.02.2019YAXIN NƏŞR TARİXİNİN TƏDQİQİ “BOZ OĞUZ” nəşriyyatı – LEYLA ABASOVAnın təqdimatında
18.02.2019“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi
18.02.2019Məcnun Göyçəlinin şeirləri
16.02.2019Türkün ari-slavyan sivilizasiyası qarşısındakı rolu
16.02.2019Avropalı alimlərdən ŞOK ARAŞDIRMA: Qafqaz xalqları Amerika və Avropa ilə qohumdur
15.02.2019HƏRBİ HƏKİMLİYİN KAMİL ZİRVƏSİ
14.02.2019Balaca İsmayılın böyük istedadı
13.02.2019Azərbaycan türklərinin Qızılbaşlar imperiyası fars dövlətinə necə çevrildi? –"REGNUM"UN ARAŞDIRMASI
12.02.2019İstedadlar sorağında - Rəşid Bərgüşadlı
12.02.2019Eynulla Sadıqın şeirləri
11.02.2019Adı dillər əzbəri olan, oğlunu vaxtsız itirən Ağ Aşıq Allahverdi
11.02.2019 11.02.2019Qədim Azərbaycan şəhəri olan İrəvanın əhalisi
11.02.2019Bir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün – FOTOLAR
09.02.20191988-1989-cu illər deportasiyası
09.02.2019“Kitabi-Dədə Qorqud” dastanlarında və Azərbaycan dilinin Krasnoselsk şivələrində bəzi leksik paralellər
08.02.2019Şükriyyə: Bədənini murdarlayıb namusunu zabitlərdən qoruyan qadın...- ARAŞDIRMA
08.02.2019Tarixin iki türk sərkərdəsi — Çingiz xan və Əmir Teymurun fərqləri
07.02.2019Ermənilərin qorxulu kabusu: Təkbaşına hücum…
07.02.2019İstedadlar sorağında - İlahə İmanova
06.02.2019Ardanış haqqında tarixi oçerk
06.02.2019Görməsə də, əli ilə atasının məzarına toxunurdu — Hacı Zeynalabdinin qızına 6 il baxmış şəxsdən açıqlamalar - FOTOLAR
06.02.2019Əli Məhərrəmovun şeirləri
05.02.2019Göyçə nisgili, Göyçə dərdi
05.02.2019Mübarəksən, cənab Leytenant
03.02.2019İsmixan Didərginin şeirləri
02.02.2019Nəvai yaradıcılığında Nəsimi obrazı VƏ YA ÖZBƏK ƏDƏBİYYATI SƏHİFƏLƏRİNDƏ NƏSİMİ İZLƏRİ
02.02.2019ISSIQ YAZISI
01.02.2019Şeyx Şamil
01.02.2019Rüstəm Dastanoğlu: " Göyçənin özü böyük bir akademiya idi. Aşıq Ələsgər də o akademiyanın ən parlaq məzunu oldu." 1-ci hissə
31.01.2019Rəsulzadədən sitatlar
31.01.2019Yusif Bayramov əzəməti
30.01.2019Ermənistanın ərazisində qalan Zəngəzur tarixi Azərbaycan torpağıdır
30.01.2019Əmir Teymurun lənətinə uğrayan Stalinin qorxusu və çaşqınlığı…
29.01.2019USTA ABDULLANIN ƏXLAQİ-DİDAKTİK ŞEİRLƏRİ
29.01.2019Fəlsəfə - Bertrand Rassell
29.01.2019DİL FAKTLARININ DAXİLİ MƏZMUNU VƏ BƏDİİ HƏQİQƏT
28.01.2019İstedadlar sorağında - Qafar Şövqi
28.01.2019Xəyanəti unutmayan və bağışlamayan KQB-nin qisası – Kəşfiyyat sirləri
28.01.2019Düşmənin qorxulu röyası
26.01.2019Unudulmaz izlər - Firudin bəy Köçərli
26.01.2019Bakını və Türkiyəni gizli dinləyən kəşfiyyatçı qadının sensasion hekayəsi
25.01.2019Unudulmaz izlər - Hacı Zeynalabdin Tağıyev.
25.01.2019Tarixdə baş vermiş qəribə müharibələr
25.01.2019Səyyarə Məmmədlinin şeirləri
24.01.2019Ağa Məhəmməd Şah Qacar haqqında bilmədiklərimiz...
24.01.2019