ÖMRÜN AĞIR YÜKLÜ KARVANI - Əli VƏKİL – 80

19:37 / 11.06.2018
Baxılıb: 3228

O, 1992-ci il 26 fevral Xocalı soyqırımı zamanı ağrılarını, nifrətini, qəzəbini cilovlaya bilməyib arxivində o mənfurlarla bağlı nə vardısa - kitabları, məktubları, tərcümələri yandırıb məhv elədi.

80 illiyini hörmətlə qeyd etdiyimiz qədim Göyçə mahalında doğulub boya-başa çatmış Əli Vəkilin şair adını uşaqlıq illərimdən xatırlayıram. Hər gün saat 5-də İrəvan radiosunun qabağında oturub Azərbaycan dilində səslənən verilişi dinlərdik, bəlkə də su kimi içərdik. Hər proqramda bir-iki şeir nümunəsi də olardı. Verilişin sonunda isə səslənən mahnının ardından diktor kimi onun da adı çəkilərdi.İrəvan ədəbi mühitində yaşayıb-yaradan, Azərbaycan ədəbiyyatı səhifələrində yeri olan bir çox qələm adamları sırasında Əli Vəkilin özünəməxsus dəsti-xətti, yaradıcılıq yolu vardır. Məlumdur ki, hələ sovet rejimi dövründə ermənilər Azərbaycan xalqına qarşı düşmənçilik niyyətlərini açıqca nümayiş etdirirdilər (biz bunun fərqinə varmasaq da). Ali təhsil alan gənclərə iş, yaradıcılıqla məşğul olmaq istəyənlərə isə fürsət vermirdilər. Azərbaycan dilində nəşr olunan yeganə mətbuat orqanı “Sovet Ermənistanı” qəzetinin səhifələrində ancaq rəsmi və kənd təsərrüfatına dair yazılar dərc olunardı. İldə iki, bəzən üç dəfə “Ədəbi səhifə” təqdim olunardı, onda da məlumdur ki, ancaq sovet ideologiyasını əks etdirən nümunələr olardı, bu gün onların əksəriyyətinə şeir demək mümkündürmü? - heç bilmirəm. Əli Vəkil belə bir mühitdə yaşayıb, çalışan, ağır şair taleyi yaşayan ziyalılarımızdandır.

İrəvan İnstitutunu tamamlayandan sonra tam 17 il mərkəzdə İrəvan radiosunun azərbaycanca olan proqramının diktoru kimi çalışıb.Radio mühiti onun yaradıcılıq fəaliyyəti üçün uğurlu şanslar açıb. Yazıb-yaradan ziyalılarla tanışlığı, onlarla yaradıcılıq münasibətləri qurması, dostluq əlaqələrini genişləndirmək imkanları Əli Vəkilin şair kimi püxtələşməsində mühüm rol oynamışdır. O, radio ilə yanaşı mətbuat səhifələrində də görünürdü. İrəvanda yaşadığı illərdə - “Sona bulağı”, “Zəfərçələngi”, “İki günəş” , “Əli Şahsabahlı” kitablarını çapdan buraxdırdı. Gerçəkdən də bu hadisəni yaradıcı bir şəxsin həyatında o dövrün qəhrəmanlıq səhifəsi saymaq olar.

Əli Vəkil ağrı-acı dolu uşaqlıq həyatı yaşayıb - uşaq ikən valideynlərini itirib. Bəzən Allah öz bəndələrini haqq sınağına çəkir və sonra nə vaxtsa onun bəxtinə günəş işıqları səpələyir. Əli Vəkilin ömrünə günəş şəfəqləri İrəvan həyatından düşməyə başlayıb. Onun böyük şəhər mühitində yerləşməsi, gənclik duyğularını pərvazlandırıb geniş üfüqlər boyatması, püxtələşməsi, tanınması üçün ilk vəsiqəni verən insanı, İrəvanda ad-sanı ilə seçilən Tapdıq Əmiraslanovu (Dünya şöhrətli həkim Əhliman Əmiraslanovun atası) bu mənada o, unutmur. Aradan illər keçəndən sonra onun ömür yoluna “Əbədi dünya” adlı poema – kitab bağladı. Çox illər bundan qabaq onunla söhbətlərimizin birində soruşdum ki, Əli müəllim, ədəbiyyata gəlişiniz konkret bir hadisə ilə bağlıdır, yoxsa bir də görmüşünüz ki, ədəbi aləmdəsiniz? Cavab verdi ki, ədəbi aləmə gəlişim Qərbi Azərbaycan torpaqlarında keçirdiyim uşaqlıq və gənclik illərimlə bağlıdır. Sözün əsl mənasında məndə ədəbiyyata marağı müəllimim Vəli Orucov, Həbib Səmədov oyatmışlar. Bu işdə Aşıq Ələsgər yaradıcılığı, Göyçə aşıq məkəbi də böyük rol oynamışdır. "Bağlıyam" adlı ilk şerim isə 1957-ciildə "Sovet Ermənistanı" qəzetində dərc olunmuşdur. Beləcə, ciddi olaraq ədəbiyyat aləminə bağlandım. Bu yolda mənə ilk olaraq kömək edən, müəyyən istiqamət verən iki nəfərin adını xüsusilə qeyd etməliyəm. Ədəbiyyat müəllimlərimdən sonra bu iki nəfər yuxarıda adını qeyd etdiyim qəzetin redaksiyasında təşkil olunmuş ədəbi dərnəyə rəhbərlik edən qəzetin əməkdaşları – şair-jurnalist mərhum Rza Əskərov və ədəbiyyatşünas-alim Teymur Əhmədov olmuşlar. Gənc şair kimi ilk addımlarımı həmin dərnəkdə atmışam. Həftədə bir dəfə keçirilən dərnəkdə yeni əsərlər oxunur və müzakirə olunurdu. Mən də öz şeirlərimi oxuyardım. Oxuduğum şeirlərdən uğurlusu da olardı, uğursuzuda. Onu da deyim ki, ilk şerimi cürət edib redaksiyaya şəxsən təqdim etməmişəm. Onu zərfə qoyub poçt ilə göndərmişəm. Hərçənd özüm şəhərdə yaşayır və tez-tez redaksiyaya gedib-gəlirdim. Qəzetdə ilk şerimi görəndə nə qədər sevindiyimi bu gün də xatırlayıram. "Sona bulağı" adlı ilk şerlər kitabım 1963-cü ildə İrəvanda, mən 25 yaşında olarkən işıq üzü gördü.

Məlumdur ki, yaradıcılıq dünyası sahilsiz ümmana bənzəyir. Hər bir yaradıcı şəxs bu ümmana baş vurur və oradan götürdüyü töhfəni, seçdiyi incini öz yaradıcılıq süzgəcindən keçirərək oxuculara təqdim edir. Qələm əhli əsas xətt kimi yaradıcılıq üslubunu qorumalı, öz yazıçı, şair "mən"ini təsdiq etməlidir. Əli Vəkilin yaradıcılığında görünən əsas xətt heç kəsi təkrar etməmək, heç kəsi yamsılamamaq olmuşdur. Əli Vəkil o mənfurların mühitində yaşayıb-çalışdığından dilllərini təmiz öyrənmişdir. Sonralar Bakıya köçüb yaşadığı vaxtlar on üç il Azərbycan Yazıçılar İttifaqının orqanı "Qrakan Azərbaycan" ("Ədəbi Azərbaycan") jurnalında şöbə müdiri, məsul katib vəzifələrində çalışmış, şair-tərcüməçi kimi fəaliyyət göstərmişdir. O, 1992-ci il 26 fevral Xocalı soyqırımı zamanı ağrılarını, nifrətini, qəzəbini cilovlaya bilməyib arxivində o mənfurlarla bağlı nə vardısa - kitabları, məktubları, tərcümələri yandırıb məhv elədi. Amma şair sonra haradasa bir yazısında bunun peşmançılığını qeyd etmişdi. Əli Vəkil elm sahəsində də xeyli işlər görmüşdü. 1973-cü ildə çapdan çıxmış "Əli Şahsabahlı" monoqrafiyası bu sahədəki xidmətinin nəticəsidir. Həyat yolunun bir az irəli illərinə nəzər salmaq istərdim: O, İrəvanda Pedaqoji İnstitutun fizika-riyaziyyat fakültəsini bitirdikdən dörd il sonra, yəni 1964-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsinə qəbul olub, 1970-ci ildə oranı bitirmişdi. İlk elmi işini, əvvəl Tbilisi, sonra isə İrəvan Azərbaycan Dövlət Dram Teatrlarında aktyor-rejissor kimi fəaliyyət göstərmiş Əli Şahsabahlının həyat və fəaliyyətinə həsr etmişdi. Həmin işə İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini, sənətşünaslıq doktoru, əməkdar elm xadimi Sabir Rzayev yüksək rəy yazmışdı. 1973-cü ildə həmin monoqrafiya Sabir müəllimin köməyi və Siddiqə Qədimovanın redaktorluğu ilə İrəvanda işıq üzü gördü. (SabirRzayev Moskvada təhsil almışdı. Əsərlərini rus dilində yazırdı). Bu kitab nəşr olunanda Əli Vəkil artıq Bakıya köçmüşdü.

Vətəndən didərgin düşən insanın,

Ürəyi heç zaman şad olmaz, olmaz.

Çəkər həsrətini doğma məkanın,

Bal yesə ağzında dad olmaz, olmaz.

Bakıda isə onun yaradıcılıq həyatında yeni üfüqlər açıldı. Xeyirxah insanların əhatəsində yazıb-yaratdı, kitabları nəşr olundu, müxtəlif mətbuat orqanlarında tez-tez görünməyə başladı. Bunlar təbii ki, şair ömrü üçün unudulmaz, əvəzolunmaz yaşantılar, xatirələr bulağı oldu. “Yeddi dağ”, “Şəlalə” (şerlər və poemalar), “Ana qayğısı”, “Əbədi dünya (poema), “Ömür karvanı”, “Əbədi qəhramanlıq”, “Fərizə-İlham dastanı”, “Qoşmalar” və sair kitablarını nəşr etdirdi. 

Qəsdimizə durdular,

Sinəmizdən vurdular,

Günahsızdıq, qırdılar,

İyirmi yanvar günü!

Əli Vəkilin yaradıcılığında publisistika da xüsusi yer tutur. O, Azərbaycanın başına açılan oyunları, düşmənin torpaq iddialarını, yandırılan kəndlərimizi, öldürülən insanlarımızı, şəhid olmuş ərənlərimizi, dağıdılmış yurd-yuvalarımıızıağrılı notlarla, qəm yüklü duyğularını publisistik məqalələrində təqdim edir. Yazıçı-jurnalist Qədir Aslanın böyük zəhmət və can yanğısıyla qələmə aldığı, topladığı, tərtib etdiyi "Göyçə şəhidləri" kitabı şair Əli Vəkilin "Ön söz"üylə açılır. Bu “Ön söz”də o qədər ağrı-dərd yüklənib ki, çəkisi dilə gəlmir. “Ədəbi İrəvan” almanaxının hər sayını nəşr etməklə İrəvan ədəbi mühitində formalaşmış yazıçı və şairlərin ensiklopediyasını, möhtəşəm toplularını sanki xatirə kitabı kimi ortaya qoyurdu. Uşaqlıq illərindən bəri qəlbində sızıldayan ana həsrətinə ehtiram olaraq “Ana! Ana! Ana!” şeirlər toplusu tərtib edərək 528 səhifədə (1000 nüsxə)çapdan buraxdırdı. Antologiyada 312 Azərbaycan (Nizami Gəncəvi, Mirzə Ələkbər Sabir, Cəfər Cabbarlı, Abdulla Şaiq, Səməd Vurğun, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Ənvər Əlibəyli, Mirvarid Dilbazi və b.) şeiri, 52 xarici ölkə - dünya xalqları şairlərinin (Uilyam Şekspir, Henrix Heyne, Mixaylo Eminesku, Qafur Qulam, Sergey Yesenin, Musa Cəlil və b.) poetik nümunələrində (364 şeir) anaların övlad, Vətən məhəbbətinin pıçıltıları hiss olunur.

Dəniz çaya borclu, çay da bulağa,

Torpaq suya borclu, Günəşə borclu.

Meyvə budağına, ağac torpağa,

Dünyamız insanla, borclarla dolu.

80 yaşını qeyd edən hörmətli şairimizə - Əli Vəkilə can sağlığı, hələ uzun yaradıcılıq yolları arzulayırıq. Getdiyiniz yolun nuru tükənməsin, şair!

Almaz Ülvi

Filologiya elmləri doktoru


Etiket: Əli Vəkil
Xəbərlər

Leyla Əliyevanın doğum günüdür
 

03.07.2025

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025
Bütün xəbərlər