Ziyalı insan əlbəttə ki, dünyanın istənilən mənzərəsində öz sözünü deməlidir. Zülmə, zülmkara, haqsızlığa, yalan və bədxahlığa qarşı haqq səsini qaldırmalıdır. Bunu etməyən, ya etmək istəməyən ziyalı, əslində, laldan daha artıq kordur.
Ziyalı - təpədən dırnağacan, qanına, iliyinəcən alicənab insan həmişə müxalifətdədir. Allahdan, Xalqdan və Dövlətçilikdən savayı hamıya və hər şeyə müxalifətdədir. Çox vədə elə, müxalifətin özünə müxalifətdədir və bu, heç də və qətiyyən onun iqtidar olmasına dəlalət eləmir. O, hər şeyin və hamının yaxşı olması, daha doğrusu - pislərin yaxşı, yaxşılarınsa daha yaxşı olması üçündür. Bəli, bu, uca Tanrının öz işıqlı və aqil bəndəsinin alnına əbədi həkk elədiyi qaibanə bir TALE YAZISIDIR.
Həyatın ən möhtəşəm möcüzəsi insan doğuluşudur. Körpə ana bətnindən xilas olan məqamda bu dünyadan aldığı ilk pay-əmanət nəfəsdir. Və onun bu İlahi nemət müqabilində dünyaya qaytarıb verdiyi səsdir. Deməli, nəfəs də, səs də Tanrı hədiyyəsi olduğu üçün müqəddəsdir. Söz isə bu iki müqəddəs hikmətin - Nəfəs və Səsin birləşməsindən yaranır və məhz elə buna görə də ikiqat müqəddəs sayılmalıdır. Biz bunu dərindən düşünüb anlasaq, heç vaxt dediyimiz və verdiyimiz sözə yalan qatıb xəyanət etmərik; bununla da biz çox əzab-əziyyət və günahlardan bilmənalı xilas olarıq.
Ziyalı insan əlbəttə ki, dünyanın istənilən mənzərəsində öz sözünü deməlidir. Zülmə, zülmkara, haqsızlığa, yalan və bədxahlığa qarşı haqq səsini qaldırmalıdır. Bunu etməyən, ya etmək istəməyən ziyalı, əslində, laldan daha artıq kordur. Mən həmişə dediyimi yenə də təkrar edirəm: ziyalı siyasiləşməməlidir. Ancaq bu qənaət heç vəchlə « ziyalı siyasətlə məşğul olmamalıdır » kimi qəbul edilməməlidir. Aydın insanların siyasətin, habelə siyasi qurumların fövqündə dayanması və siyasəti ziyalılaşdırmaq istəyi elə onların siyasəti olmalıdır. Çünki biz siyasəti müstəsna olaraq siyasilərin ixtiyarına verə bilmərik. Necə deyərlər, siyasət bir o qədər sadə məsələ deyil ki, onu ancaq siyasətçilərin öhdəsinə buraxasan!.. Bir sözlə, mövcud zaman kəsiyində, mövcud ictimai, sosial-siyasi və mənəvi-psixoloji durumda yaşayan ölkənin ziyalısı bu gün çox ağır, ağır olduğu qədər də şərəfli yükün altına girməyə, sadəcə, məhkumdur və bundan çəkinməməlidir. Neynəmək olar, bu da bir taledir!..
Cənablar, müəllimlər, bəylər! Biz yığışıb dil tapa bilərik. Vallah-billah, dil tapa, bir-birimizi anlaya və anlada bilərik. Bu, göründüyü qədər də çətin bir iş deyil. Əslində, bunun üçün heç şərt-zad da lazım deyil. Bircə, səmimiyyət lazımdır. SƏMİMİYYƏT!
« Düz dayanmısansa, kölgənin əyri düşməyindən qorxma! ».
Bir də ona görə « dil tapa bilərik » deyirəm ki, səhv, xəta, günah ancaq və ancaq bir « cəbhədə » deyil - hər ikisindədir. Məhz elə buna görə də bir çox məsələlərdə ortaq məxrəcə gəlmək daha asandır. Nə qədər təzadlı səslənsə də, bu, belədir; çünki günah (səhv, xəta, suç və qələt) ancaq birində, yəni mütləq şəkildə bir cinahda olsaydı, bu ixtilaflar da heç bu qədər uzanmazdı…
Ən əsası isə, haqqında danışdığımız tərəflərin bir-birini « həzm » etməsi (əlbəttə, söhbət bir-birilərini çeynəyib-udub, həzm-rabedən keçirmək istəyindən getmir… Hərçənd, bəlkə də onların ən böyük arzuları elə budur), yaxınlaşması və millətin taleyüklü məsələlərində bir araya gəlməsi, özlərindən daha çox üçüncü tərəfə – XALQA lazımdır, özü də hava-su kimi.
İndi özünüz nəticə çıxarın: tərəzinin bir gözündə, bu barışmaz tərəflərin tragikomik ambisiyaları, digər gözündə isə, xalqın – Azərbaycan xalqının, bizim xalqımızın taleyidir!
…Hansı ağır gələr?
« Dünyada səmimi insan ünsiyyətindən qiymətli heç nə yoxdur » – işıqlı və dahi yazıçı Ekzüperinin cümləsi də nur saçır…
Bəli, əzizlərim, bu gün biz aramızda keçilməz divar ucaltmaq əvəzinə, körpü tikməliyik – mayası hörmətdən, məhəbbət və səmimiyyətdən yoğrulmuş ünsiyyət körpüsü!
Və biz bunu, « daldan atılan daş »a ehtiyac qalmasın deyə, bu gün etməliyik. Mütləq etməliyik!
Özgə çarəmiz yoxdur!..
Bu gün Azərbaycanın ziyalıları arasında elə gənc və vətənpərvər şəxslər var ki, onların bugünkü ictimai fəaliyyəti çox əhəmiyyətlidir. Belə ziyalılardan biri də Polşada yaşayan Azərbaycanlı və Polşada yaşayan Azərbaycan gəncləri birliyinin sədri Cavid Zeynalovdur..
Cavid Zeynalov Polşada olduğu ilk gündən Azərbaycanın tarixi və mədəniyyəti barədə Polşa ictimaiyyətinə doğlun və vacib məlumatlar çatdırmağa çalışıb. Bu vətən qarşısında əsl xidmətdir. İllər ötəcək hətta əsrlər keçəcək, lakin Cavid Zeynalov və onun kimi gənc ziyalılarımızın bu qəbildən olan xidmətləri gələcək nəsillərimiz üçün faydalı olacaqdır. Bu gün Polşa vətəndaşı Azərbaycan həqiqətlərini Cavid kimi ləyaqətli ziyalılarımızdan eşidir. Özü də Cavid Zeynalov bütün bu fəaliyyətini yalnız və yalnız vətəndaşlıq borcu olaraq yerinə yetirir. Onun bu fəaliyyətində heç bir maddi maraq əsla yoxdur. Bu təmənnasız xidmətdir. Əsgərin vətənə etdiyi müqəddəs xidmət kimi.
UĞURLARIN NURLU SABAHLARLA DOLU OLSUN DƏYƏRLİ CAVİD ZEYNALOV!
Bünyamin Kazımov
Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025