Goyce.az saytı sizə Yuğ Dövlət Teatrının keçmiş baş rejissoru, "Səda" Tədris Teatrının direktoru Gümrah Ömərlə olan müsahibəsini təqdim edir.
Gümrah bəy, sizi şəxsən hardasa 5-6 il olar tanıyıram. Haqqınızda kiçik araşdırma da aparmışam. Vaqif İbrahimoğlunun yetirmələrindən birisiz. Uzun müddətdir Yuğ teatrında çalışırsız. Və Vaqif İbrahimoğlunun rejissor yetirməsi tək siz deyilsiniz. Amma Yuğ teatrında rejissor deyəndə, ağlımıza ilk olaraq Gümrah Ömər gəlir. Bu nədən qaynaqlanır?
Mən, Vaqif İbrahimoğlunun rəsmi olaraq ilk tələbələrindən biriyəm. Tələbəlik dövründən əvvəl aktyor, sonra rejissor kimi fəaliyyətə başlamışam. Və rəhmətlik müəllimimdən sonra Yuğ teatrında 3 il baş rejissor vəzifəsini həyata keçirmişəm. Yəqin bunla bağlıdır. Buna baxmayaraq Vaqif müəllimin çox istedadlı və kifayət qədər tanınmış rejissor tələbələri var. Bunlar Mikayıl Mikayılov, Günay Səttar, İradə Sayya, Tural Vaqifoğlu, Mirsahib Ağazadə, Şahbaz Rəsul, Ər Toğrul və.s . Yəqin ki, bu adlar sizə tanışdır. Əksəriyyəti teatrlarımızın baş rejissorları olublar və bu gün də fəaliyyətlərini baş rejissor olaraq davam elətdirənlər var.
Qurduğunuz tamaşalardan hansındasa özünüzü aktyor kimi görmək istəmisiz?
Xeyr. Aktyorluq çətin sahədir. Bu peşəyə gərək bütün həyatını həsr edəsən. Mən özümü rejissorluğa həsr etmişəm. Buna baxmayaraq cəhd etmək maraqlı olardı. Təbii ki, münasib təklif olsa.
Deməli, Gümrah Ömər yenidən aktyor ola bilər.
Özümə hər halda belə qadağa qoymamışam. Öz tamaşamda aktyor kimi səhnəyə çıxmağa heç vaxt ehtiyac duymamışam. Bilirsiz bizim necə istedadlı və maraqlı, peşəkar aktyorlarımız var. Onlar şükürlər olsun ki, az deyillər. Onlarla işləməyin ayrı bir zövqü var.
Rejissor olmağ oz seçiminiz olub, və ya sizi istiqamətləndirən olub?
Təbbi ki, Vaqif İbrahimoğlu istiqamət verib. Hal-hazırda bu yolu davam elətdirirəm və peşman da deyiləm. Düşünürəm ki, Ustadımı seçimi mənim üçün ən doğrusudur. Əgər kiçicikdə olsa uğurlarım varsa, buna görə Ustadıma borcluyam. Ruhu şad olsun.
Eşitdiyimə görə, Vaqif müəllim tələbələrini seçirdi. Necə oldu sizi seçdi?
Deməli, mən şansı gətirənlərdənəm.Vaqif müəllim pedaqoji fəaliyyətini bizim kursla başlayıbdı. Biz, onun ilk tələbələri olmuşuq. Belə demək mümkünsə, bu nə Vaqif müəllimin seçimi olub, nə də bizim. Sadəcə həyat bizi qarşılaşdırıbdır. Biz kursda on bir nəfər olmuşuq, amma beşi sənətdə qalıb. Aramızda kifayyət qədər parlaq istedadlı və bacarıqlı tələbələr var idi. Onlar sənətdə qala bilmədilər. Həyatdır bu. Nə demək olar?
Bəyaq məşqinizə baxdım. Mənə maraqlıdır, hazırladığınız tələbələrin arasında hansını Gümrah Ömərin davamçısı kimi görürsünüz?
Heç birini. Gördükləriniz aktyor tələbələrdir. Mən çox istəsəm onların yaxşı müəlimləri ola bilərəm. Onlara çağdaş dünyamızda aktyor necə olmalıdır, hansı peşəkar vərdişlərə sahib olmalıdır, hansı düşəncəyə malik olmalıdır kimi kiçik, həmdə vacib məsələləri aşılaya bilsək özümüzü xoşbəxt hesab edərdik. Universitetimizin rəhbərliyinə və Sabah qruplarının rəhbərliyinə təşəkkür edirəm ki, bu gənc istedadlı tələbələrimizlə bizi bir araya gətiriblər. Hal-hazırda bir-birimizdən çox şey öyrənirik.
Gümrah müəllim qızınız bu il Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq fakultəsinə qəbul olub. Qızınızı davamçınız kimi görmək istəyərdiniz?
Birinci növbədə biz ayrı-ayrı ixtisaslarla məşquluq. İkincisi, onu deyə bilərəm ki, mən çox şadam ki, qızım Dünya səviyyəli Teatrşünasımız Aydın Talıbzadənin kursunda dərs alır. Aydın Talıbzadə bu gün nadir şəxsiyyətlərdən və müəllimlərdəndir. Qızım öz müəlliminə layiq olmağa çalışmalıdır. Bu həm də bir bəxt məsələsidir ki, onun belə bir müəllimi var. Ümid edirəm ki, qızım bunları anlayıb qiymətləndirəcək.
Amma qızınızın rejissor olmasını istəmirdiniz.
Bəli istəmirəm. Ağır və çətin sahədir. Buna baxmayaraq övladlarımıza seçim azadlığı verməliyik. Və eyni zamanda inam və hörmətlə yanaşmağı bacarmalıyıq.
Övladlarınızdan biri aktyor və ya aktrisa olmaq istəsə necə, etiraz eləmərsiniz?
Qətiyyən. İstedadı varsa, bu işlə peşəkarcasına məşğul ola biləcəksə buyursun. Bizə ancaq məsləhət vermək qalar.
Gümrah bəy, çox maraqlı məşq prosesiniz var. Başqa rejissorların da məşqində olmuşam. Amma sizin məşqiniz mənə fərqli gəldi. Aktyorlarınıza məşq zamanı sərbəstlik verirsiniz. Belə deyək, səhnəni aktyorlarınız qurur. Bir az da təəccübləndim. Özləri də səhnədə hərəkətlərini əvvəlcədən müəyyənləşdirməmişdilər. Siz deyənə qədər elə bildim ki, neçə ayın məşqidir, nəticəsini göstərirlər.
Bu işdəki məqsədimiz bir az ənənədən uzaq olduğu üçün hazırlıq mərhələsinə ehtiyac var. Müasir tələblər bizdən forma və məzmun anlayışına yeni rakursdan baxmağı tələb edir. Hər-halda istərdik ki, gənc aktyorlarımız səhnədə yaradıcılığla məşğul olmağı bacarsınlar. Özəlliklərini yaradıcılığa tətbiq edə bilsinlər. Öz imkanlarını tanıyıb yaradıcı proses zaman faydalana bilsinlər. Müstəqil yaradıcı aktda iştirak etməyin nə qədər müasir aktyor sənəti üçün vacib olduğunu anlasınlar. Rejissorun və ədəbi əsasın basqısı altında qalmadan, ruhun sərbəst yaradıcılığına gəlib çata bilsinlər. Əlbəttə bunlar arzumuzdur. Buna baxmayaraq mənə elə gəlir ki, biz gənclərlə eyni dildə danışmağı bacarırıq. Bu isə məşqlərimiz də yavaş-yavaş özünü göstərməkdədir. Mən düşünürəm ki, bu həm əbədi məsələdir, həm də əzəli məsələdir.
İndi çəkilən filmlərin, serialların çoxunu tamaşaçı qəbul eləmir. Baxmayaraq ki, çəkilənlərin arasında qeyri-peşəkarlarla işləməyə məcbur qalan peşəkar aktyorlar da var. Amma bu gün teatr rejissorları, aktyorları var ki, kino çəkməyə çalışırlar. Bu barədə fikirləriniz maraqlıdır.
Cəhd edirlər. Alınarsa lap yaxşı. Alınmasa dünya dağılmayacaq ki. Bu da bir təcrübə olar. Belə bir deyim var. Cəhd edənə zaval yoxdur. Buyursunlar...
Sonunda teatr rejissoru olmaq istəyən tələbələrə sözünüz...
Bu özünü bəlaya salmaq kimi bir şeydir. Təbii ki, bu işlə peşəkar məşğul olmalarını istəyərdim. Hər bir peşənin sənətin fundemental əsasları var. Fundamental əsasları bilmədən yola çıxmaq düzgün olmazdı. Bu işdə nəzəriyyə və təcrübə paralel olmalıdır. Zaman içində inkişaf təmin olunmalıdır. O inkişaf yolunda şərtlər, texnologiya dəyişir.Yerində və zamanında dəyişikliyə hazır olmalıdırlar. Açıq və çevik düşüncə burada ən vaciblərindəndir.
Bizə arzularınız...
Can sağlığı və uğurlar. Diqqət ayırdığınız üçün təşəkkürlər.
Söhbətləşdi: Şəfaqət Cavanşirzadə
Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ
14.03.2025Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik
11.03.2025FİTRİ İSTEDAD SAHİBİ
08.03.2025Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
07.03.2025XOCALIYA ƏDALƏT!
26.02.2025Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.
20.02.2025“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”
16.02.2025Gənc vətənpərvər Pensilvaniya Universitetində
16.02.2025Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!
13.02.2025Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm
12.02.2025Paşinyan unudur ki...
11.02.2025ATALARIN YOLU OĞULLARIN YOLUDUR
10.02.2025...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.
06.02.2025Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib
01.02.2025MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ
01.02.2025GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ
30.01.2025BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV
28.01.2025Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.
27.01.2025Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"
26.01.2025Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
20.01.2025Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?
19.01.2025Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir
17.01.2025Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır
16.01.2025GÜCLÜ DÖVLƏT
11.01.2025Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
11.01.2025AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ
11.01.2025
"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ
Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH
08.01.2025