Kino aləmi  - Rejissor Kim Ki Duk

16:00 / 12.01.2019
Baxılıb: 2146

“Hətta qəddarlıqda da gözəllik tapmaq olar”

2018-ci ilin 16 sentyabrında Almaty Film Festivalı çərçivəsində məşhur Koreya rejissoru Kim Ki Dukun master klassı təşkil edildi.


“Kino…öyrənilə bilməz. Bu, həyatı yaşamaq kimidir. Filmlərimin materialı həmişə mənim öz şəxsi təcrübələrim oldu – deyə Kim Ki Duk vurğuladı”. Rejissor şəxsi təcrübələrini tamaşaçılarla bölüşərkən belə söylədi…


Kino barədə


Ən məşhur filmim – “Yaz, Yay, Payız, Qış və yenə Yaz”- hansısa xalqdan, dövlətdən, müharibədən bəhs etmir. O, təbiətin qanunlarından bəhs edir. Onu çox insan izləyib, ancaq mənim digər filmlərimə də tamaşa edən insanlar, onlara xas olan müəyyən qanunauyğunluğa yəqin diqqət ediblər: filmlərimdə həmişə yaşam dövriyyəsini göstərməyə cəhd etmişəm – biz haradan başlayırıqsa, oraya da qayıdırıq. Buna görə də filmlərimin finalında yaxşı və pis adamlar yoxdur. Və bəlkə bu səbəbdən mən hələ də kinonun nə olduğunu bilmirəm.


Yeni film barədə


Növbəti günlərdə “İnsan, məkan, zaman və yenə insan” adlı yeni filmim nümayiş olunacaq. Adı oxşardır, ancaq tamamilə fərqli ssenarisi var. Mənə elə gəlir əksər tamaşaçılar bu filmə 10 dəqiqədən artıq baxa bilməyəcəklər! Ancaq istərdim ki, siz səbirli olasız və filmi sona qədər izləyəsiz. Axı biz, həyat çətin, dolaşıq olduğu üçün, ömrümüzün 10 ilindən sonra ondan əl çəkmirik, elə deyil? Bu filmi çəkdiyim ərəfədə, sürəkli olaraq tarixdə baş verən müharibələr haqqında düşünürdüm: İkinci Dünya Müharibəsi, Vyetnam, Koreya müharibələri…
Hamısı ağlımdaydı. Bu suala cavab tapmaq istəyirdim: İnsanlıq nədir? Özümə sual edirdim: əgər müharibələr dövr edirsə və təkrarlanırsa, bəs insanlıq nə üçün yaşamağa davam edir? Çox qəddar filmdi, tamaşa etmək çətindi, ancaq ortaya gözəl film çıxarmaq istəyirdim və buna çalışdım.


Gözəllik haqqında


Biz zibili tullayanda heç ağlımıza da gəlmir ki, onun içinə düşən toxumdan günlərin bir günündə çiçək yarana bilər. Mənim üçün gözəllik buna bənzər prosesdir. Gözəllik özlüyündə mövcud deyil, onu, insana xas olan istənilən davranış və düşüncələrdə tapmaq olar, hətta ən qəddarlarında belə. Başqa cür desək, qara rəng nə qədər qapqara olsa, ağ rəng bir o qədər bəmbəyaz olacaq.


Ssenarilər barədə


Mənim kinematoqrafa qarşı sevgim ssenarilər yazmaqla başladı. Bu prosesin çətinliyi barədə danışmaq elə də vacib deyil, ancaq deyə bilərəm ki, filmin ərsəyə gəlməsinə həsr olunan enerjinin 80 %-i məhz ssenariyə sərf olunur. Şəxsən mənim üçün ən əsas mərhələ, hekayənin sonrakı gedişatına təkan verəcək əsas ideyanı düşünüb tapmaqdır. İdeya tapmaq üçün sadəcə oturmaq, içmək, çəkmək və fantaziya qurmaq bəs deyil, ssenari belə yaranmır! Mənə görə ssenari qəfil aldığımız məktuba bənzəyir, bu, sənin qapının qəfil döyülməsidir. Mənimçün ssenarinin redaktə mərhələsindən neçə dəfə keçəcəyi və bu işə nə qədər zaman sərf olunacağı önəmli deyil, həmin ssenarinin yeni tapıntı, kəşf olması önəmlidir.


Milli kinematoqraf haqqında


Mənim üçün kinematoqrafda milli sərhədlər və dövlət sərhədləri mövcüd deyil. Əgər ayrıca götürülmüş hansısa ölkənin filmlərində çox məxsusi çalarlar olsaydı, siz yəqin ki, indi burada olmazdınız. Bir filmin yapon, koreya, qazax yaxud rus filmi olduğu fərq etmir, kino bizim qəlbimizin səsidir.


Film qəhrəmanlarının susqunluğa barədə


Özümü çox bəxtigətirmiş rejissor hesab edirəm və digər rejissorlardan ən çox, demək olar dialoqsuz filmlər çəkməyimlə fərqlənirəm. Bu davranışımın səbəbləri barədə düşünmüşəm. Məsələ burasındadır ki, karyeramın əvvəllərində kinonu öyrənərkən, həmin filmlərin dilini başa düşmürdüm (mən indi də ingiliscə danışmağı bacarmıram) və təkcə görüntülərə, mənzərələrə tamaşa edirdim. Həmin məqamda, hərəkətlərimizin, davranışlarımızın sözlərimizdən daha ifadəli, aydın, aşkar olduğunu dərk edirdim. Əlbəttə ki, bütün filmləri bu formada çəkmək maraqsız alınar. Buna görə də 2010-cu ildən bəri mənim filmlərində də dialoqlar peyda olmağa başladı.


Depressiyanı yenmək haqqında


“Ariran” adlı nəğmə var. Bu nəğmədə koreya insanının bütün qəm-qüssəsi ifadə olunub: doğuluşdan gələn kədər, dünyada yaşamağın hüznü, taleyin bəxş etdiyi qüssə. Həyat mənə ağır gələndə bu nəğməni oxuyuram.


Kinoda musiqi barədə


Hər filmdə musiqinin olması vacib deyil. Musiqi, filmdə nəsə çatışmayanda lazım olur. Ki, görüntüləri süsləyib zinətləndirsin. Axı sükutun özü də bir musiqidir!


Aktyorlarla çalışmaq barədə


Kastinq keçirərkən aktyorun ssenarini nə dərəcədə anladığını qiymətləndirirəm. Onun obrazı yaxşı oynamasından ziyadə, yaxşı hiss etməyi mənim üçün önəmlidir. Əlbəttə ki, iş prosesində təkliflərimi irəli sürür, vəziyyətə nəzarət edirəm. Çəkilişlər zamanı aktyorları dəyişməməyə və roluna uyğunlaşmaqda çətinlik çəkənlərə kömək etməyə çalışıram. Aktyor işinin öhdəsindən yetərincə gəldikdə, mən sadəcə kənarda oturub susuram.


Büdcə haqqında


Əgər əlinizdəki büdcə kiçikdisə, onda siz qısa müddət ərzində bütün ehtiyatlarınızı, qüvvənizi 100 % işə yönləndirərək çalışmağı bacarmalı və eyni zamanda rejissor, operator, montajor və yeri gəlsə aktyor olmağı bacarmalısız. Belə gərgin iş nəticəsində yaxşı film ərsəyə gətirməyiniz və diqqət cəlb etməyiniz mümkün olacaq.


Bilge.az


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər