Aclıq(Hekayə)

14:00 / 03.05.2019
Baxılıb: 1244

Ən bahalı it cinsinin küçüyü idi. Anasının altı aylıq küçüyü! Əvvəllər ona heyranlıqla baxardılar. İndi heç kimə maraqlı deyil. Ana it də ona görə mübarizə aparırdı, sonunda tab gətirə bilmədi. Həyatla mübarizədə çoxdan iki ayağının üstündə dayanıb, qabaq ayaqlarını havada yelləmişdi.

Leşinin harda olduğu sahibinin vecinə olmadı. Olmadı deyəndə, o küçük olanda ona bir maşının pulu sayılmışdı. O pulu bir həftəyə xərcləyirdi. Küçük anasına bənzəyə bilərdi, anası kimi öldürülmək istəmirdi. Bomboş küçədə ondan başqa ins-cins bilinməyən bir yerdə necə sağ qala bilərdi? Heç kim onu görmürdü!
Gözlərini göyə dikmişdi. Tanrıya dua eləmirdi, uçan quşlardan birinin acından süstləşib, yerə düşməyini gözləyirdi.
Öncə qan iyini ciyərlərinə çəkmək, sonra dişlərinin arasında nazik sümüklərini sındırıb, ətini ləzzətlə necə çeynədiyini qulağıyla eşitmək istəyirdi...
Qarnı tox olsaydı, tənhalığını hiss edəcəkdi. Özünə oxşamayan, gözündə bütün itlərdən gözəl dişi arzulayacaqdı. Dişini qoxlaya-qoxlaya küçüyünün  mayasını qoyacaqdı, əgər qarnı tox olsaydı!...

İndi quşu, dişi itdən də çox arzulayırdı. Bütün canlılar kimi!...Ömürlük razıdır, bəxtsiz ikiayaqlılar kimi tənha qalsın, heç bir dişi it üzünə baxmasın. Offff… cəhənnəm, quş da uçmurdu!
Ümidini itirdi, məyus gözlərini göylərdən çəkdi, özündən qabağı görmək istədi. “Aman Allah, sümük!”...

Bəlkə aclıqdan gözünə sümük görünür?! Bir-iki addım yaxına gəldi. Hə, hə!...Gözləri onu aldatmırdı, ümidi onu itirməmişdi. Həyəcandanmı, aclıqdanmı, qorxa-qorxa yaxınlaşırdı nemətinə. Gözü nemətindən başqa heç nəyi, kimsəni görmürdü. Yaxınlaşdı!...
- Az qalıb, bir-iki addım atandan sonra cəsarətə gələcəksən. Hə, çətini addım atmaqdı. At addımını!... 
- Aha, eşitdi səsimi, əla!...
-  Qaç! - daxilindəki səs ona yol göstərirdi.

Yerişini sürətləndirdi. O sümük mənim ümidimdir. Hər şeydən əvvəl ümidim!...- düşündü.
Uzaqdan sümüyə dişlərini göstərdi, ağzının suyu axdı!...
- Az qalıb!...Az qalıb!... Yooooox!....
İçində baş qaldıran üsyanı onu çökdürdü, ümidlərini gedər-gəlməz elədi. Üç-dörd insan əli sümük üstündə dalaşdılar. Sümük əllərin arasında havaya qalxdı və yoxa çıxdı!...
- Offf!... Amansız insanlar, niyə? Niyə mənim sümüyümə göz dikdiniz? 
Evinizdəki qızılları, bahalı mebellərinizi, şubalarınızı, bahalı ayaqqabılarınızı niyə yemirsiniz, mənim sümüyümə göz dikirsiniz?
Ahhh! Ac qalmamaq üçün illərcə onlar üçün çalışmadınızmı? Onlar üçün müharibə edib, bir-birinizin qanına qəltan eləmədinizmi? 
Siz mənə oxşarların hamısını yediniz. Vəhşi heyvanlardan qorxa-qorxa nəslini kəsdiniz, yeməyə heyvan saxlamadınız!...
Ən zəifləri vaxtından tez məhv elədiniz. Heç olmasa, onları yem üçün saxlayardınız, şeytanlar!
Qaytarın sümüyümü!..Qaytarın!...Yalvarıram, qaytarın sümüyümü!...

Artıq gözləri yumulmuşdu. Bu dəfə əllər onu havaya qaldırdı, özünü yüngül hiss elədi. Onların ağız suyunu eşidirdi. Artıq məğlub olmuşdu. Ətinin kəsildiyini də hiss eləmədi!... Son!...

Şəfaqət Cavanşir


Etiket:
Xəbərlər

Məmməd Oruc: “Səməd Vurğun olmaq istəyirdim”

27.05.2020

Müharibənin məhkum etdiyi talelər

26.05.2020

İlhamə Nasirin hekayəsi - Xudaverdi

24.05.2020

Rusiya Qars müqaviləsini uzadacaqmı? - Ermənistanın Naxçıvana iddialar

23.05.2020

Belarusun “Şərəf”li azərbaycanlısı
 

22.05.2020

İrəvan xanlığının varisi Bakıda: nələr danışdı? - Müsahibə

22.05.2020

Azərbaycan qadını. Həmidə xanım Cavanşir

21.05.2020

"Müqəddəs Məryəm və Müqəddəs körpə İsa Məsih"... Bu əsərin çox maraqlı tarixçəsi var.

20.05.2020

Poçt göyərçinləri məktubu neçə daşıyırdı?

19.05.2020

Laçınsız 28 il

18.05.2020

Kürəkçay sazişinin orijinalı tapıldı; ermənilərin Qarabağda izi-tozu olmayıb

16.05.2020

Tanıdığımız və tanımadığımız Vəli Axundov

15.05.2020

Dünya ayağa qalxdı - İrəvan və Zəngəzur Azərbaycana qaytarılacaq - Müqavilə QÜVVƏSİNİ İTİRİB

14.05.2020

"M.Ə.Rəsulzadənin oğlu Azər Rəsulzadə ilə Qazaxıstanda görüşlərim" - Nəsiman Yaqublu

14.05.2020

İrəvan da daxil olmaqla Arazın hər iki tayının Azərbaycan adlandırlması ilə bağlı daha bir sənəd

13.05.2020

Zərdüştlük dini

12.05.2020

Peyğəmbərlər (ə) haqqında bilmədikləriniz

11.05.2020

QƏRBİ AZƏRBAYCAN (İRƏVAN) RESPUBLİKASI ELAN OLUNDU.

10.05.2020

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

10.05.2020

Göyçə həsrətli veteran - Fotolar

09.05.2020

Faşizm üzərində qələbədə Azərbaycan böyük töhfələr verib

09.05.2020

GÖYÇƏDƏN BAŞLAYIB AMERİKADA BİTƏN YOL        

09.05.2020

Şuşanın ən son görüntüləri - FOTOLAR

08.05.2020

8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür

08.05.2020

1937-ci ildə həbs edildi, sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu basdırdı... - Bağırov haqqında qeyri-adi faktlar

07.05.2020

Tabu - Rəşid Bərgüşadlı

07.05.2020

Mümkünmü ayırsın bizi "İNCİL" İLƏ "QURAN"?

06.05.2020

İrəvan əhalisinin tərkibinin dəyişdirilməsi

05.05.2020

Fərqanə Mehdiyevanın məşhur şeirləri 

03.05.2020

Cümhuriyyəti yıxan adam – ARAŞDIRMA

02.05.2020

BARBAROSDA QƏTL

01.05.2020

Vətənə və xalqa xidmət nümunəsi

01.05.2020

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında tələbə və müəllimlərin güllələnməsindən 11 il keçir.

30.04.2020

Zaur Ustac – qələmdar olmaq missiyası

29.04.2020

Vladimir İliç Ulyanov...

29.04.2020

İrəvanda qalmayan xalın sirri: Bir mahnının tarixi-ARAŞDIRMA

28.04.2020

Professor Abuzər Xələfov və Azərbaycan kitabxanaşünaslıq elmi

28.04.2020

Avropanın Türkiyədəki gizli erməni casus şəbəkəsi - Tarixi faktlar

27.04.2020

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür

25.04.2020

KQB-nin təklifini rədd edib süpürgəçi işləyən şərqşünas

25.04.2020

Heydər Əliyev Göyçədə – Heç kimin bilmədiyi FAKT - FOTO

24.04.2020

"Azərbaycan bu bəlanı da dəf edəcək” - Ağalar Vəliyev

24.04.2020

Mənim bir dostum var - Aida Eyvazlı  

23.04.2020

Əhliman Əmiraslanov: “Ölkə Prezidenti üçün əhalinin sağlamlığı bir nömrəli prioritet məsələdir” 

23.04.2020

Tikanlı cığırlar (esse)

22.04.2020

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN HƏTƏM MÜƏLLİM ƏLİ oğlu ƏKBƏROV

22.04.2020

HƏSƏN XƏYALLININ ŞEİRLƏRİ

21.04.2020

1-ci vitse-Prezidentə səhiyyənin roluna göstərdiyi diqqət və həssaslığa görə təşəkkür etdilər

21.04.2020

Hitlerin əsgəri, Stalinin məhbusu olan Azərbaycan aşığı

20.04.2020

Əziz Yazar "Qiyamət" qopardı

19.04.2020
Bütün xəbərlər