Göygölün kəndlərində izdihamli görüşlər

18:04 / 28.01.2020
Baxılıb: 3746

KƏND SAKİNLƏRİ: “DİGƏR KƏNDLƏRDƏKİ GÖRÜŞLƏRİNİZİN SORAĞINI ALMIŞIQ, NAMİZƏDLƏR İÇİNDƏ SIZI XALQA ƏN YAXIN ADAM HESAB EDİRİK”

101 saylı Göygöl-Daşkəsən seçki dairəsində deputatlığa namizəd Möhsüm Aslanovun seçiciləri ilə görüşü böyük əhval ruhiyyə ilə keçir. Kəndbəkənd, evbəev keçirilən görüşlərdə maraqlı anlar yaşanır. Göygöl rayonunun Quşqara kəndində keçirilən ilk görüşün iştirakçıları əsasən yenə də xanımlar oldu. Öz körpələri ilə görüşə qatılan kənd sakinləri Möhsüm Aslanova izhar etdikləri ilk fikir bu oldu ki, bu seçkilərə böyük ümid bəsləyirlər və fəal şəkildə səsverməyə qatılacaqlar.

Deputatlığa namizədi öz balaları kimi bağırlarına basan ağbirçəklər nəvələri, körpələri ilə bu görüşə gəlməklərinin səbəbini də açıqladılar.

Kənd sakini Qəribə Ələsgərova dedi ki, “ay oğul, problemimiz də var, qayğılarımızda, amma bizi bax, bu uşaqların gələcəyi daha çox maraqlandırır. Biz bilirik ki, heç nə bir gündə, beş gündə həll olunmur. Amma deputat olan kəs gərəkdi ki, xalqa yaxın olsun, onu seçənin taleyinə biganə qalmasın. Kəndimizin tən ortasından böyük avtomobil yolu keçir, uşaqlarımız bu yolu aşıb məktəbə getmək zorundadırlar. Seçilsən, bizə ilk yardımın bu aşırım məsələsi olsun”.

Deputatlığa namizəd Möhsüm Aslanov anaya cavab olaraq bildirdi ki, “mən də kənddə-kəsəkdə, bu dağlarda böyümüşəm. 1988-ci ildə Qərbi Azərbaycanı məcburi tərk etdikdə gəlib, anam-atam, nənəm-babamla birlikdə Göygöldə məskunlaşdıq. Bütün rəhmətlik əqrabalarımız burda torpağa tapşırıldı. Mən sizin ağrınızı-acınızı daha yaxşı başa düşürəm. Əgər seçilərəmsə, məqsədim də həmişə sizin yanınızda olmaqdır. Fikrimiz var ki, hər kənddə sizin razılığınızla bir nümayəndəmiz olsun, hər sözünüzü, təklifinizi dərhal bizə çatdırsınlar. Biz də dövlətimizə, prezidentimizə güvənirik, əminik ki, cənab İlham Əliyevin başlatdığı islahatlar bunu tamamilə şərtləndirir. Dövlət başçımızın da istəyi budur ki, onun təyin etdiyi məmurlar, sizin seçdiyiniz bələdiyyə üzvləri və millət vəkilləri xalqa daha yaxın olsunlar. Biz hamılıqla yanınızda, sizin aralarınızda olmağa borcluyuq.  Əmin olun ki, mən parlamentdə sizin sözünüz və özünüz olacam. Möhsüm Aslanov uşaqların istəyini soruşduqda, onlar dedilər ki, biz istəyirik deputat bizim dostumuz olsun. Həm də şəkil çəkdirmək arzularını çatdırdılar”.


Uşaqlarla o maraqlı anı əbədiləşdirdikdən sonra növbəti görüş üçün yollandıq Almədətli kəndinə. Amma Alımədətliyə gedən yolda Quşqara kəndinin digər küçəsində kənd sakinlərin bir dəstəsi bizi saxlatdı. Kənd ağsaqqallarından biri söylədi ki, digər kəndlərdəki görüşlərinizin sorağını almışıq, sizi el oba adamı hesab edirik. Bizi görmədən, dinləmədən buraxmarıq. Arzumuz, istəyimiz çoxdu, amma ən vacib olanı odur ki, millət vəkilimizi tez-tez görək. Dövlətimizi də sevirik, ölkə başçımızı da, amma dövlətin bütün strukturunda işlək adamları görmək istəyirik. Diqqət, canlı təmas problemləri də tez həll edir, insanları da sevindirir. Çalışın xalqa daha yaxın olun.

Ağsaqqalların xeyir-duasını aldıqdan sonra yolumuzu Alımədətliyə doğru davam etdirdik. Elə kənd camaatı ilə salamlaşdığımız anda bir ağsaqqal cibindən deputatlığa namizəd Möhsüm Aslanovun şəklini şıxararaq dedi ki, mən sizi tanıyıram, bura da qatılmağımın səbəbi odur ki, elə burdakı kənd qardaşlarımla birlikdə sizi nəvəmin hazırda davam edən kiçik toy məclisinə dəvət edim. Biz sizə xeyir-dua verdiyimiz kimi, siz də bizim məclisimizi şərəfləndirəsiniz. Birlikdə balaca Yusifin şənliyinə qatılan Möhsüm Aslanov söz alaraq məclis sahiblərinə göz aydınlığı verdi. Dedi ki, elə mənim də oğlumun adı Yusifdir. Bu xeyirxah bir məqamdır ki, Tanrı bir çox şeyi bir yerdə qovuşdurub və burda da bir işarə var. Uşaqlarla bağlı gələcəyə hesablanmış dövlət proqramından söz açan deputatlığa namizəd Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın körpələrimizə olan böyük sevgisindən danışdı, kiçik bəyi təbrik elədi, sonra məclisin balaca iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

Növbəti görüşümüz Səmədli, Balçılı, Cümşüdlü, Qırıxlı, Yeni Qızılca və Xəqani kəndlərində oldu. Səmədlidə hüzr məclisinə baş çəkdiyimizdən təfərrüatı lazım bilmirik.
Bu dəfəki görüşlərin qəribəliyi ondaydı ki, elə bil hamı sözləşmişdi. Hara getdiksə, sakinlərin bir ifadəsini eşitdik: “Biz xalqa yaxın olan, xalqın dilindən anlayacaq millət vəkilini görmək istəyirik. Prezidentimizdən çox razıyıq. Amma 125 deputatın hamısının ondan örnək götürməsini istəyirik. Beş ildə bir dəfə gəlib qocanın əlindən, oğul-uşağın üzündən öpməyə ehtiyac yoxdu.Səmimiyyəti ayırd edə bilirik,  bizə özümüzün bağrımıza basacağımız millət vəkilimiz lazımdır. O da ancaq verdiyi vədə əməlindən sonra mümkün olar”.

Balçıda bizi görüb toplaşanların da deməyə sözü  az deyildi. Amma dik duruşları ilə hər şeyin yaxşı olacağını bilirik, dedilər. Sözünüzə düz olun, yetər. Tez-tez gəlin, üzünüzə tamarzı qoymayın bizi, söylədilər. Deputatlığa namizəd Möhsüm Aslanov sakinlərə bildirdi ki, mən cənab prezident İlham Əliyevin başlatdığı islahatlardan güc alıb bu seçkilərə qatılmışam. Onun yürütdüyü siyasətin bir parçası olmaq üçün sizlərin arasına çıxmışam. Əmin olun ki, seçilərəmsə, prezidentimin əsgəri kimi sizin xidmətçiniz olacam.

Cümşüdlü, Qırıxlı, Xəqani kəndlərinin sakinləri ilə rastlaşdığımız hər yerdə ayaq saxlayıb birər-birər hal-əhval tutub “sizi dinləməyə gəlmişik”, söylədi deputatlığa namizəd. Gəlin, görün, tanıyın və seçin.   Gəlmişəm ki, indiyədək topladığım təcrübəni əməli işlərimlə sizlərə təqdim edim.Bütün görüşlərdə sakinlər deputatlığa namizədlərindən məmnunluq ifadə elədilər.

Sonuncu səmimi görüş Yeni Qızılca kəndində oldu. Yeni Qızılcalıların bu görüşə cani-dildən qatıldıqları hiss olunurdu. Kəndin ağsaqqalları, cavanları Möhsüm Aslanova xeyli suallar verdilər. Kəndlərdə insanların yaxşı təminatı üçün yeni iş yerlərinin açılmasını istədilər. Söylədilər ki, seçkilərdə hamılıqla iştirak edəcəyik, bizi inandıran namizədə səs verəcəyik. “Amma bu dəfə millət vəkilimizin yaxasını buraxan deyilik. Dövran dəyişib, dövlət başçımız elə əhalini də öz problemləri üçün fəal olmağa çağırıb. Sizi xəbərdar edirik, bu dəfə başqa zamanlardakı kimi olmayacaq. Özünüzü bu işə hazır hesab edirsinizsə, cəsarətiniz yetərlidirsə, buyurun”.

Deputatlığa namizəd də qeyd elədi ki, buyurun, yaxam sizin əlinizdə. “Mən Avropada, Ukraynada hansı proseslərin getdiyini öz gözlərimlə görmüş adamam. 20 ilə yaxın Ukraynada Azərbaycan Televiziyasının nümayəndəliyinin rəhbəri kimi çalışmışam. Dövlətimin kursunu və prezidentimin apardığı siyasəti yaxşı bilən adamam. Cəsarətim də var, enerjim də var, istəyim də. Seçin, sizə xidmət göstərək”.

Sonra kənd sakinləri gələcək üçün bu anı da əbədiləşdirmək üçün birlikdə şəkil çəkdirək dedilər və bu istəyi reallaşdırdılar. Möhsüm Aslanov kəndin ziyalılarına və gənclərinə Ulraynada və Moldovada Ulu Öndər haqda çəkdiyi “İki Əsrin Fenomeni”filmlərinin diskini hədiyyə etdi.
Beləliklə, daha bir görüşümüz sona çatdı və qayıtdıq seçki qərargahımıza. Yolumuz davam edir.

Vəli ƏKBƏR


Etiket:
Xəbərlər

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024

Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb

18.12.2024

Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar

16.12.2024

Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

12.12.2024

Akif Əli:  “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər  - niyə gedirsən?!”

28.11.2024

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024
Bütün xəbərlər