12 MART CABİR NOVRUZUN DOĞULDUĞU GÜNDÜR

15:00 / 12.03.2020
Baxılıb: 590

Unutmayaq, unutdurmayaq!

12 mart (1933-2002) – Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi Cabir Novruzun doğulduğu gündür.

Goyce.az saytı şairin şeirlərini təqdim edir. 

Tək yaşamaq istəmirəm

Tək yaşamaq istəmirəm özüm üçün,

Anam üçün, oğlum üçün, qızım üçün.

Qoyun məndən inciməsin əzizlərim,

Qəlblərinə toxunmasın bu sözlərim.

İstəmirəm bir onlara gərək olum,

İstəyirəm milyonlara gərək olum.

Gərək olum mən yada da, yaxına da,

Adamların qarasına, ağına da.

Lazım olum insanların bu gününə,

xoş vaxtına,

Xəstəsinə, sağlamına, bədbaxtına,

xoşbaxtına.

Gecikmiş məhəbbət

Sən gizli gəlmisən ömrümə, inan
Bu gizli eşq ilə yaşayacağam.
Dünyanın ən böyük yükü sayılan,
Gecikmiş məhəbbət daşıyacağam.

Sən mənim ömrümdə açan çiçəksən
Onu ürəyimdə bəsləyəcəyəm
Sən məni heç zaman görməyəcəksən,
Mən səni hər zaman gözləyəcəyəm.

Uzaqdan göz qoyub gözünə sənin,
Sanki görəcəyəm Allahımı mən.
Düşüb qarış-qarış izinə sənin
Əzbərləyəcəyəm yollarını mən.

Səni zərrə-zərrə kəşf edəcəyəm
Səni milyon kərə kəşf edəcəyəm
Ərini, oğlunu öyrənəcəyəm,
Rəngini, qoxunu öyrənəcəyəm.

Hər günü adınla başlayacağam,
Hər günü adınla bitirəcəyəm.
Səni röyalarda axtaracağam
Səni xəyallarda itirəcəyəm.

Sən məni heç zaman duymayacaqsan
Mən bütün ömrünü izləyəcəyəm.
Sən mənə məhəl də qoymayacaqsan,
Mən səni həmişə səsləyəcəyəm.

Hər gün mənim üçün doğulacaqsan...
Hər gün mənim üçün yox olacaqsan.
Mənim sevincim də sən olacaqsan,
Mənim kədərim də sən olacaqsan.

Mən sənin adına hər saat, hər an
Qəlbimdə məktublar yollayacağam.
Sən heç vaxt fikrimdən çıxmayacaqsan
Mən heç vaxt yadında qalmayacağam.

Beləcə...həsrətlə qocalacağam,
Belə enəcəyəm, ucalacağam.

Keçib hər alovdan, keçib hər oddan,
Böyük əzabımdan şad olacağam.
Sən mənə həyatda ən doğma adam
Mən sənə yaddan da yad olacağam.

Sən ömr edəcəksən ayrı adamla
Mən kiməm, nəçiyəm bilməyəcəksən.
Bir gün bu dünyadan sənin adınla
Köçüb gedəcəyəm, bilməyəcəksən.

SƏN ELƏ BİR VAXTDA RAST GƏLDİN MƏNƏ

Sən elə bir vaxtda rast gəldin mənə,
Qurumuş bulağam, bulanmış suyam…
Sən elə bir vaxtda rast gəldin mənə,
Oxunmuş nəğməyəm, çalınmış toyam.

Nə gücüm çatdı ki, səndən yapışım,
Nə gücüm çatdı ki, səndən qaçam mən…
Nə odum oldu ki, yanam, alışam,
Nə sehrim oldu ki, cavanlaşam mən…

Sən elə bir vaxtda rast gəldin mənə,
Ömrün payız vaxtı, xəzəl çağıydı…
Sən elə bir vaxtda rast gəldin mənə,
Sənin gəncliyinin gözəl çağıydı…

Nə deyə bildim ki, tutmaz sevdamız,
Nə deyə bildim ki, tutar bizimki…
Bizimdir səmada axan o ulduz,
O uzaqda itən qatar bizimdi…

Sən elə bir vaxtda rast gəldin mənə,
Dayanıb durmuşdum yol ayrıcında…
Sən elə bir vaxtda rast gəldin mənə,
Bir üzüm cavandı, bir üzüm qoca…

Nə deyə bildim ki, sevən çağımdı,
Nə dedim sevirəm, mənə dayaq ol…
Nə deyə bildim ki, mənə yaxın dur,
Nə deyə bildim ki, məndən uza qol…

Sən elə bir vaxtda rast gəldin mənə,
Ömrün eşq badəsi içilmiş idi…
Sən elə bir vaxtda rast gəldin mənə,
Mənzilimin çoxu keçilmiş idi…

Nə deyə bildim ki, ürəksən mənə,
Nə deyə bildim ki, ürək deyilsən…
Nə deyə bildim ki, gərəksən mənə,
Nə deyə bildim ki, gərək deyilsən…

Sən elə bir vaxtda rast gəldin mənə,
Bu necə fəsildi, necə vaxt idi…
Sən elə bir vaxtda rast gəldin mənə,
Bu necə taleydi, necə bəxt idi…

Nə deyə bildim ki, pənahsızam mən,
Nə deyə bildim ki, pənah məndədir…
Nə deyə bildim ki, günahsızam mən,
Nə deyə bildim ki, günah məndədir…

Sən elə bir vaxtda rast gəldin mənə,
Özüm öz halıma gülmək istədim…
Sən elə bir vaxtda rast gəldin mənə,
Təzədən dünyaya gəlmək istədim…

SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA

Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.

Yalnız, yalnız sağ olanda,
Hər kəs əsil qiymətini bilər onda,
Bu sözlərim düz olmasa töhmət edin.
Sizdən rica eləyirəm milyon kərə,
Şairlərə sağlığında hörmət edin,
Sağlığında heykəl qoyun ölməzlərə…

Gələcəyə çox da ümid bağlamayın,
Sözünüzü sonralara saxlamayın.
Zəhləm gedir sonralardan,
Vaxtsız dinən zurnalardan,
Boşboğazdan, avaradan,
Toydan sonra nağaradan.

Sağlığında sevindirin təmizləri,
Siz həyatda bu amalla addımlayın.
Sağlığında ifşa edin xəbisləri,
Satqınlara sağlığında satqın deyin,
Tülkü deyin tülkülərə, aslan deyin aslanlara.
Sağlığında qiymət verin insanlara…

Hər kəs bilsin öz yerini necə sağdır,
Bu, pislərin həyatını qısaltmaqdır,
Yaxşıların həyatını uzatmaqdır…

Bu nədəndir ölən kimi,
qəlbimizdə Adamlara sevgi, hörmət aşıb-daşır.
Ölən kimi yaxşılar da yaxşılaşır,
Yamanlar da yaxşılaşır…
Çirkinlər də təmiz olur ölən kimi…
Yadlar belə əziz olur ölən kimi…

Xatirələr söyləyirik, nekroloqlar qollayırıq,
Hamısını ucdantutma yaxşı deyib o dünyaya yollayırıq.
Bu gecikmiş xeyir-dua kimə gərək?
Bundan məzar böyüyəcək, ya ölənmi diriləcək?
Xoşum gəlmir bu köhnəlmiş adətlərdən, xoşum gəlmir…

Bu sərdaba sevgilərdən, hörmətlərdən xoşum gəlmir.
İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
Bir an ömrü milyon qızıl ölüm gələ, dəyişmərəm…
Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm…

Düz deməsəm, onda məni bağışlayın,
Üz tutaram uşaqlara, qocalara, cavanlara,
Sağlığında qiymət verin insanlara,

Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara…

KİÇİK OLMAQ İSTƏYİRƏM

Kiçiklərlə böyüklərin  
arasında
pərdə olar…
Kiçiklərdə günah olmaz,
günah böyüklərdə olar…
Kiçiklərin qəlbi böyük,
böyüklərin
qəlbi kiçik…
Kiçiklərin eyni cürdür
çölü, içi…
Eyni cürdür beşikləri,
bəzəkləri…
Gizlənpaçdır ən məkirli
Kələkləri…
Maşınları, kuklaları
Əllərində
Oyuncaqdır,
Ürəkləri yazılmamış
Ağ varaqdır…
Uşaq kimi sadə, kövrək,
Nəcib olmaq
İstəyirəm…
İllərimi geri atıb,
Kiçik olmaq
İstəyirəm…
Böyüklərin içi bir cür,
Çölü bir cür…
Sözü bir cür, dili bir cür…
Ürəkləri bir qaranlıq
Meşə kimi…
Bir-birinə bənzəməyir
Nə ölüsü,
Nə dirisi…
Nə yaxşısı, nə yamanı…
Oyuncaq tək oynadırlar
Bu dünyanı…
Millətləri bələyirlər
Qana, şərə…
Milyonları sövq edirlər
Ölümlərə…
Yollayırlar vuruşlara
Fağırları,
Kasıbları…
Xırdaların çiynindədir
Yekələrin
Əzabları…
Böyüklərin hər şeyi var
Ürəyi yox,
Kiçiklərin qəlbdən özgə
Heç nəyi yox…
Böyük ayrı, kiçik ayrı,
Böyüklər kiçiyi saymır…
Böyük ayrı, kiçik ayrı,
Çoxu kimi nə padşah, nə şeyx,
Nə də hacı
Olmaq istəyirəm…
İllərimi geri atıb, kiçik olmaq istəyirəm…

 


Etiket:
Xəbərlər

İlhamə Nasirin hekayəsi - Xudaverdi

24.05.2020

Rusiya Qars müqaviləsini uzadacaqmı? - Ermənistanın Naxçıvana iddialar

23.05.2020

Belarusun “Şərəf”li azərbaycanlısı
 

22.05.2020

İrəvan xanlığının varisi Bakıda: nələr danışdı? - Müsahibə

22.05.2020

Azərbaycan qadını. Həmidə xanım Cavanşir

21.05.2020

"Müqəddəs Məryəm və Müqəddəs körpə İsa Məsih"... Bu əsərin çox maraqlı tarixçəsi var.

20.05.2020

Poçt göyərçinləri məktubu neçə daşıyırdı?

19.05.2020

Laçınsız 28 il

18.05.2020

Kürəkçay sazişinin orijinalı tapıldı; ermənilərin Qarabağda izi-tozu olmayıb

16.05.2020

Tanıdığımız və tanımadığımız Vəli Axundov

15.05.2020

Dünya ayağa qalxdı - İrəvan və Zəngəzur Azərbaycana qaytarılacaq - Müqavilə QÜVVƏSİNİ İTİRİB

14.05.2020

"M.Ə.Rəsulzadənin oğlu Azər Rəsulzadə ilə Qazaxıstanda görüşlərim" - Nəsiman Yaqublu

14.05.2020

İrəvan da daxil olmaqla Arazın hər iki tayının Azərbaycan adlandırlması ilə bağlı daha bir sənəd

13.05.2020

Zərdüştlük dini

12.05.2020

Peyğəmbərlər (ə) haqqında bilmədikləriniz

11.05.2020

QƏRBİ AZƏRBAYCAN (İRƏVAN) RESPUBLİKASI ELAN OLUNDU.

10.05.2020

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

10.05.2020

Göyçə həsrətli veteran - Fotolar

09.05.2020

Faşizm üzərində qələbədə Azərbaycan böyük töhfələr verib

09.05.2020

GÖYÇƏDƏN BAŞLAYIB AMERİKADA BİTƏN YOL        

09.05.2020

Şuşanın ən son görüntüləri - FOTOLAR

08.05.2020

8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür

08.05.2020

1937-ci ildə həbs edildi, sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu basdırdı... - Bağırov haqqında qeyri-adi faktlar

07.05.2020

Tabu - Rəşid Bərgüşadlı

07.05.2020

Mümkünmü ayırsın bizi "İNCİL" İLƏ "QURAN"?

06.05.2020

İrəvan əhalisinin tərkibinin dəyişdirilməsi

05.05.2020

Fərqanə Mehdiyevanın məşhur şeirləri 

03.05.2020

Cümhuriyyəti yıxan adam – ARAŞDIRMA

02.05.2020

BARBAROSDA QƏTL

01.05.2020

Vətənə və xalqa xidmət nümunəsi

01.05.2020

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında tələbə və müəllimlərin güllələnməsindən 11 il keçir.

30.04.2020

Zaur Ustac – qələmdar olmaq missiyası

29.04.2020

Vladimir İliç Ulyanov...

29.04.2020

İrəvanda qalmayan xalın sirri: Bir mahnının tarixi-ARAŞDIRMA

28.04.2020

Professor Abuzər Xələfov və Azərbaycan kitabxanaşünaslıq elmi

28.04.2020

Avropanın Türkiyədəki gizli erməni casus şəbəkəsi - Tarixi faktlar

27.04.2020

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür

25.04.2020

KQB-nin təklifini rədd edib süpürgəçi işləyən şərqşünas

25.04.2020

Heydər Əliyev Göyçədə – Heç kimin bilmədiyi FAKT - FOTO

24.04.2020

"Azərbaycan bu bəlanı da dəf edəcək” - Ağalar Vəliyev

24.04.2020

Mənim bir dostum var - Aida Eyvazlı  

23.04.2020

Əhliman Əmiraslanov: “Ölkə Prezidenti üçün əhalinin sağlamlığı bir nömrəli prioritet məsələdir” 

23.04.2020

Tikanlı cığırlar (esse)

22.04.2020

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN HƏTƏM MÜƏLLİM ƏLİ oğlu ƏKBƏROV

22.04.2020

HƏSƏN XƏYALLININ ŞEİRLƏRİ

21.04.2020

1-ci vitse-Prezidentə səhiyyənin roluna göstərdiyi diqqət və həssaslığa görə təşəkkür etdilər

21.04.2020

Hitlerin əsgəri, Stalinin məhbusu olan Azərbaycan aşığı

20.04.2020

Əziz Yazar "Qiyamət" qopardı

19.04.2020

Tofiq Abdullayevin şeirləri

18.04.2020

KORONAVİRUSLA MÜBARİZƏNİN STRATEGİYA VƏ
TAKTİKASI  

18.04.2020
Bütün xəbərlər