Kirayədə yaşamaq- özgənin evində  gecələməkdir...

10:51 / 22.03.2020
Baxılıb: 3570

Sevil Gültən ( Nuriyeva Sevil Məmməd qızı) 1961-ci ildə Zərdab rayonunun Təzəkənd kəndində dünyaya gəlib. 1978-ci ildə Ş. Qurbanov adına 2 saylı orta məktəbi bitirib. Elə həmin il də ovaxtkı Dillər İnstitutunun ingilis dili fakultəsinə daxil olub,  1984-cü ildə institutu əla qiymətlərlə bitirib.

Goyce.az saytı Sevil Gültenin müsahibəsini təqdim edir.

İlk sualım yəqin ki, sizi çox uzaq keçmişə qaytaracaq. İnstituta qəbul olunduğunuz  1978-ci ilə. Müəllim olmaq arzusu ilə bu institutu seçmişdiniz, yoxsa elə o vaxtdan tərcüməçi olmağı arzulamısınız?

Bir az dərindən düşünəndə deyə bilərəm ki, məhz Xarici Dilləri seçməyimə səbəb nə müəllim olmaq, nə də tərcüməçi olmaq istəyim olub. İngilis dilindən bizə Əlihəsən müəllim dərs deyib. Mənə ingilis dilini o sevdirib. Yuxarı siniflərdə isə Zemfira müəllimə dərs deyib. Hər ikisinə böyük hörmətim vardı. Sanki onlara hörmətimi sübut etmək üçün ingilis dili fakultəsinə daxil olmağı planlaşdırdım. Bu sualınız məni 40 il əvvələ apardı. İmtahanlara hazırlaşdığım illərə. O vaxtlar da müəllim yanına hazırlığa gedirdilər. Bu, indiki kimi kütləvi şəkildə olmasa da  hər halda sinfimizdə bəzi şagirdlər hazırlığa gedirdi. Mən özüm  təkbaşına hazırlaşmışam. Evdə rahat oturub hazırlaşsam nə vardı ki. Bizi məktəbdən pambıq alağı etməyə aparırdılar. Kitablarımı da özümlə aparırdım. Alaq etməkdən yorulanda  pambıq sahəsinin qırağındakı tut ağaclarının altında oturub qəbul imtahanlarına hazırlaşmışam. Evdə olanda isə rəhmətlik anam mənə iş tapşırırdı, gah Kürdən su daşıyırdım, gah həyəti süpürürdüm. Bəzən işdən boyun qaçırmaq üçün kitablarımı da götürüb təndirin içində gizlənir, kitablarımı orda oxuyurdum. Həyətimizdəki hündür armud ağacına dırmaşıb qalın budaqlardan birində oturub kitab oxumuşam. Diqqətlə baxan olmasa  məni görən olmazdı. Həmişə demişəm ki, oxuyana heç kim mane ola bilməz. O illərdə  çox uşaq rüşvətlə daxil olurdu institutlara, ya da tapşırıqla. Mən öz gücümə daxil olanlardanam.

Bilirəm ki, həyat yolunuz asan olmayıb. İlk çətinliyiniz nə vaxt başladı?

Çətinliklərim elə qəbul imtahanından başlandı. Yuxarıda da vurğuladığım kimi o vaxtlar  çoxları rüşvətlə, tapşırıqla qəbul olurdular. Sözsüz ki, mən bunları o vaxtlar bilmirdim. Mən instituta qəbul olmaqla rüşvət verənlərdən birinin yerini tutmuş olurdum. 4 imtahan vardı. 3 imtahandan "əla" və "yaxşı" qiymətlər almışdım. Sonuncu imtahanda kafi qiymət alsam müsabiqədən keçməyəcəkdim. Azərbaycan dili və ədəbiyyatdan şifahi imtahan idi. Biletimə düşən suallara düzgün cavab verdim, bir də gördüm müəllim qələmi götürüb mənə 3 yazmaq istəyir. 4 də yox haa, 3 .  Müəllimin biləyindən tutdum, qiyməti yazmağına mane oldum. Hirsləndi. Təsəvvür edin, sovet dövründə belə etmək qəhrəmanlıq hesab olunurdu. Mübahisə etdik. Dirəndim ki, mənə yenə sual versin, ondan sonra qiymətimi yazsın. Bu vaxt imtahan keçirilən otağa bir kişi daxil oldu. Deyəsən müəllimlə mübahisə edərkən səsimizi eşitmişdi. Nə baş verdiyini soruşdu. Mən də dedim ki,  5 almaq istəyirəm, amma müəllim mənə 3 yazmaq istəyir. Həmin kişi üzünü mənə tutdu, dedi ki, qızım, sənə suallar verəcəm, cavab versən, 5 , verməsən 2 alacaqsan. Razılaşdım. Verdiyi suallara birnəfəsə cavab verdim. Həmin kişi hansı rayondan olduğumu soruşdu.  Zərdabdan, pambıq rayonundan olduğumu biləndə məni təriflədi, belə çətin şəraitdə imtahanlara  əla hazırlaşdığımı  bildirdi.  Müəllim məcbur olub mənə 5 yazdı. Kəndə qayıdanda bildim ki, “Azərbaycan müəllimi” qəzetində çap olunan  bir məqalədə ( 23 avqust, 1978-ci il.“ Üçlər hara aparır? ” adlı məqalə)  bir abzas  mənə həsr olunub.  Sən demə, mən imtahan verərkən otağa daxil olan həmin ucaboy kişi müxbir imiş: Allahverdi Eminov. Həmişə onu münnətdarlıqla anmışam. O hadisədən təxminən 30 il sonra  Muğam Teatrında işləyəndə bir tədbirdə gördüm onu. Muğam Teatrında  bir tədbir vardı. Bir də gördüm aparıcı "indidə söz verilir Allahverdi Eminova” deyir. Tədbirdən sonra ona yaxınlaşdım. 30 il qabaq baş verən o hadisəni xatırlatdım. Dedi ki, familiyam hələ də yadındadır. Kim bilir,  o vaxt qəbul imtahanında müəllim mənə 3 yazsaydı həyatım necə olardı. Bax, mən həyatımın ilk çətinliyi ilə qəbul imtahanında üzbəüz  gəldim. O vaxtacan həyatın ciddi sınağıyla qarşılaşmamışdım. Elə bilirdim ki, əgər imtahana "yaxşı" hazırlaşmışamsa deməli , "əla" qiymət ala bilərəm.

Gültən kiçik qızınızın adıdır. Onun adını təxəllüs götürmüsünüz. Necə bilirsiniz, bu təxəllüs sizə uğur gətiribmi?

1990-cı illərdə mənim Türkiyədə şeirlərim çap olunub. Bu da təsadüfən olub. Belə ki, bir dəfə əlimə kiçik qəzet parçası  keçmişdi.  Orda Türkiyə Folklor Araşdırmaları Qurumunun sədri İrfan Ünvər Nəsrəddinoğlunun ünvanı yazılmışdı. Ona məktub yazıb şeirlərimi göndərdim. Ankarada bir neçə qəzetdə və  İstanbulda  çap olunan “ Sizə” dərgisində şeirlərim çap olundu. “ Sizə” dərgisinin təsisçisinin adı Gültən Çiçək idi. Kiçik qızım doğulanda onun adını Gültən qoydum. Şeirlərmi gah Sevil Nuriyeva, gah da Sevil Məmmədqızı  imzası ilə yazırdım. Yazdığım şeirlərin sonunda arabir  Sevil Gültən də yazırdım. Nədənsə bu imza mənə çox xoş təsir bağışlayırdı.  Beləcə, oldum Sevil Gültən. Əlbəttə, bu təxəllüsü uğurlu hesab edirəm. Gültənin adı olan yerdə uğursuzluq ola bilməz.

Yeri gəlmişkən, iki qızınız var. Amma deyəsən Gültəni daha çox istəyirsiniz.

Övladların hamısı ana üçün eynidir. Gültən 5 yaşına qədər sudurğa keçirib. Gün ərzində də onu qucağımda saxlamışam. Ona beş uşağa çəkilən əziyyəti çəkmişəm. Gültən beş uşaq əvəzidir mənə. Hərdən elə bilirəm Gültən ikinci məndir.

İndi isə qayıdaq tərcüməyə. Tərcüməçiliyə nə vaxt başladınız? İlk tərcümənizi xatırlayırsınızmı?

O vaxtlar tərcüməçilik fakultəsi yox idi. Amma bizə tərcümə fənni keçirdilər. Rəhmətlik İsmixan  müəllim tədris edirdi bu fənni. Mənə tərcüməçiliyi o sevdirdi. Birinci kursda, hələ tərcümə dərsləri keçməzdən qabaq kiçik şeirlər, hekayələr tərcümə edir, institutun “ Bilik” qəzetində çap etdirirdim. Beşinci  kursda  oxuyarkən Amerika yazıçısı Con Çiverin bir hekayəsini tərcümə etdim, İsmixan müəllmə verdim ki, fikrini bildirsin. Tərcüməni səliqəylə dəftər vərəqlərinə yazmışdım. İsmixan müəllim vərəqləri götürüb göz gəzdirdi, heç nə demədi. Bir neçə dəfə bu barədə ondan soruşsam da, fikir bildirmədi. İnstitutu bitirib kəndə getdim. Məndən kiçik bacım da bizim institutda oxuyurdu. Onu görməyə gələndə İsmixan müəllimlə görüşdüm. Məndən “ Yazıçı” nəşriyyatını tanıyıb-tanımadığımı soruşdu. Eşidəndə ki, tanıyıram, məni ora, Füruzə Rzabəyova adlı bir qadının yanına göndərdi.  Bir də ora gedəndən sonra mənə məlum oldu ki, mənim sevimli İsmixan müəllimim həmin  hekayəni “ Dünya” almanaxında çap etdirib, Firuzə xanım da kitabın redaktoru imiş.  İsmixan müəllim məni ora  qanorar almaq üçün  yollayıbmış. 3 səhifəlik tərcüməyə görə 280 manat qanorar almışdım.

Qanorardan söz düşmüşkən,  sizə  bu vaxtacan ən yüksək qanorarı kim verib?

Qanorar yaralı yerimdir. Elə olub ki, çox çətin şeirləri azərbaycan dilindən inglis dilinə tərcümə etmişəm. Müəllif də tanınmış bir şair, ziyalı. Di gəl qonorarımı vermək istəyəndə məndən işarə sayını soruşdu. Əvvəlcə elə bildim zarafat edir. Şeiri də işarə sayı ilə tərcümə edərlər? Elə olub bir səhifə şeirə 4 saatdan çox vaxt sərf etmişəm. Nə isə, təxminən 10 səhifəlik şeirlər üçün mənə 20 manat verdi. Heç nə demədim. Çünki  hörmət etdiyim şair idi. Həmin şair indi Tərcümə mərkəzində “ ekspert” işləyir.  Ən yüksək qanorarı isə Yunuz Oğuz verib.  “ Nadir şah” romanının  ingilis dilinə  tərcüməsi üçün. 4 min manat. Düzdür, hissə-hissə verib. Həmin il böyük qızım özəl universitetə daxil olmuşdu. Onun təhsil haqqını qanorarımla ödədim.

Statuslarınızı izləyirəm. Afaq Məsuddan, Səlim Babullaoğludan gileylisiniz.

Kim nə deyir desin, lap məni demaqoq adlandırsınlar, amma mən haqlı olduğumu bilirəmsə kimin nə deməyinin mənim üçün əhəmiyəti yoxdur. Afaq Məsud  Tərcümə Mərkəzinin sədridir. Normal halda bu təşkilata işçilər müsabiqə yolu ilə qəbul edilməli idi. Amma elə olmadı. Prezidentin tərcümə mərkəzi yaradılması haqda fərmanını oxuyanda sevinmişdim. Neçə dəfə Afaq Məsudun köhnə iş yerinə getdim, qəbula düşə bilmədim. Sonralar mobil nömrəsini tapıb zəng etdim, “ Sevil Gültən” adlı tərcüməçi tanımıram” dedi.  Amma  faktlar göz qabağındadır. İngilis dilindən ən azı 60 kitab tərcümə etmişəm- “Qanun” və “Teas Press” nəşriyyatları üçün. Azərbaycan dilindən ingilis dilinə 70- dən çox kitab tərcümə etmişəm. “Kaspi” qəzetində  150 –dən çox  tərcümə hekayələrim çap olunub. Onları kitab halında çap etdirəsi olsam 30 –dan çox kitab edir. Bir neçə ay əvvəl  Tərcümə mərkəzinə getmişdim.   Vilayət Quliyevlə söhbət etdim. Dedi ki, tərcümə mərkəzində “ tərcüməçi” ştatı yoxdur. Orda işləyənlər “ekspertdir”. Dedim onda məni  “korrektor”  kimi işə götürün. Dedi o ştatlar da tutulub. Tərcümə mərkəzində “ ekspert” işləyənlərdən birinin tərcümə etdiyi əl boyda kitabı oxumaq istədim bu yaxınlarda. 3 səhifədən  artıq oxuya bilmədim. Yəqin belə tərcüməçi olsaydım, Afaq xanım məni tanıyardı. O ki qaldı Səlimə, onunla əməkdaşlıq etmişəm. Xalq Bankın layihəsi olan bir neçə kitabı korrektə etmişəm, eləcə də  mənə təklif etdiyi bəzi kitabları ingilis dilinə tərcümə etmişəm. Münasibətlərimizin pozulmağına səbəb isə onu  bir insan kimi “kəşf” etməyim oldu. Kanadalı Partix Vudkok adlı bir şair mənə müraciət etmişdi ki, şeir kitabını azərbaycan dilinə tərcümə edim. Başqa evə köçdüyümüz ərəfədə idi. Dedim ki, təxminən bir ay sonra tərcüməyə başlayaram. Razılaşdı. Azərbaycanlı  şairlə tanış olmaq istədiyini bildirdi. Mən də  bu barədə Səlimə dedim. Onları qiyabi tanış etdim. Dostlaşdılar, bir yerdə tədbirlərə getdilər və sair. Bir gün Gültən Slavyan Universitetindən qayıdanda “ Kitabçı” jurnalını gətirdi. Nə görsəm yaxşıdır? Patrikin şeirləri azərbaycan dilində! Cavan bir qız tərcümə edib. Əslində ona tərcümə demək olmazdı. Əvvəlcə istədim üstünü vurmayam, amma demək istədiyim sözü deməsəm ürəyim partlayar. Zəng etdim Səlimə. Dedim axı Patrik şeirlərini tərcümə etməyi mənə deyib.  “Mən  Patrikə təklif etdim ki,  şeirlərini filankəs tərcümə etsin. O da razılaşdı. Burda nə var ki” dedi. Mənim üçün bu da xəyanətdir. Patrik məni yalnız tərcüməçi kimi tanıyrdı, Səlim isə ən azından maddi vəziyyətimi, təkbaşına kirayədə iki qız saxladığımı bilirdi. Onun bu hərəkətini çörəyə bais olmaq kimi qiymətləndirdim. O vaxtdan münasibətlərimiz pozuldu.  Patrikin şeirlərini başqasına tərcümə etdirməklə isə sadəcə “maklerlik”edib. Patrik mənə normal qanorar verəcəkdi, belə olanda onun heç bir xeyri olmayacaqdı. Səlim  kanadalı şairdən  həmin “normal” qanorarı alıb öz cibinə qoyub, cavan tərcüməçi qızlara qəpik-quruş verib tərcümə etdirib. Danışanda dindən, imandan danışır.

Bəs nəşriyyatların qanorarından razısınızmı?

Tam razı olmasam da narazı da deyiləm. Tərcüməçilik  çətin sənətdir. Elə mətn var, onun bir səhifəsinə 20 manat da versələr çox azdır. Nəşriyyatları dövlət himayə etsə yaxşı olar.

Xarici dillərdən Azərbaycan dilinə tərcümə edənlər çoxdur. Amma bizim dildən başqa dillərə tərcümə edənləri barmaqla saymaq  olar.  Siz barmaqla sayılan tərcüməçilərdənsiniz. Necə bilirsiniz, ingilis dilindən Azərbaycan dilinə tərcümə etməyi üstün tutardınız, yoxsa Azərbaycan dilindən ingilis dilinə?

Tam etiraf edirəm, Azərbaycan dilindən ingilis dilinə tərcümə edərkən çox yoruluram. Normal mətn olsa nə var ki.  Bəzən elə şeir , hekayə tərcümə etdirirlər ki, içində heç bir məna yoxdur. Bir topa söz yığını. Kimə lazımdır  belə tərcümələr? Çox adi bir arzum var, Allah məni belə “əsərləri” tərcümə etməyə məcbur etməsin. İngilis dilindən 500 səhifəlik  kitab tərcümə edirəm, bircə korrektə, redaktə səhvinə rast gəlmirəm. Amma azərbaycan dilindəki mətnlər redaktə, korrektə səhvləri ilə dolu olur. Bir səhifədə 30 -40 korrektə, redaktə səhvi olar? Yoruluram belə mətnləri tərcümə edəndə. Amma dünya miqyasına çıxmağa layiq yazıçı və şairlərimiz var. Əlisa Nicatın, Rafiq Tağının, Zümrüd Yağmurun hekayələri, Salam Sarvanın şeirləri  dünyada tanınmağa layiqdir.

Həyatınızın axarını  dəyişən təsadüflər olubmu?

O qədər olub ki... Əgər xırda bir təsadüf olmasaydı heç vaxt tərcüməçi kimi tanınmazdım. Bu gün burda sizinlə söhbət etməyimə görə Hamlet İsaxanlıya borculuyam, bir az da dolayı  yolla Brilliant Dadaşovaya. 2002-ci ilin noybar ayı idi. Brilliantın verlişinə baxırdım ( verlişin adını unutmuşam). Xəzər Universitetinin rektoru Hamlet müəlim verlişin qonağı idi. Sözarası tərcümələrdən danışdı. Mən də  ona məktub yazdım, tərcüməyə marağımı bildirdim, şeirlərimi də əlavə etdim. Məktubu Bakıda yaşayan qardaşıma verdim ki, ona çatdırsın. Bir neçə dəfə universitetə getsə də onunla görüşə bilməmişdi, nəhayət, məktubum ünvanına çatdı. Hamlet müəllim şeirlərimi çox bəyənmişdi. Sonra Gültənlə birgə universitetə gəldik.  Hamlet müəlim universitetdə iş təklif etdi. Razılaşdım. 2003-cü ildə köçüb gəldik Bakıya. Universitetin jurnalında korrektor işlədim. Amma universitetdə çox işləmədim.  Bu haqda çox danışmaq istəmirəm.Uzun söhbətdir. O vaxtlar  ordan işdən  çıxanda çox pis olmuşdum.Amma indi deyirəm ki, nə yaxşı ordan işdən çıxmışam.

İnstituta 1978-ci ildə daxil olmusunuz, amma 1984-cü ildə bitirmisiniz.  Bu necə olur? Axı o vaxtlar təhsil beşillik idi, siz 6 ilə bitirdiniz institutu ?

Yuxarıda dediyim kimi, instituta birinci il qəbul olmuşam. 3 il əlaçı olmuşam. İctimai işlərdə fəal olmuşam. 3-cü kursu bitirdiyim ilin yayı məndən kiçik bacım da bizim instituta sənəd verdi. Həmin vaxt atam xəstə idi. Bacımı imtahanlara mən gətirdim. Bacım da imtahanlara yaxşı hazırlaşmışdı. Bir imtahanda ona 3 verdilər. Bəli, verdilər, özü 5-ə layiq bilirdi. Mən də dekana şikayət etdim. O vaxt dekanımız olan Gəray Yusifova cavab qaytardım. Məndən hansı qrupda oxuduğumu soruşdu. Dedim ki, məgər xatırlamırsınız məni? Hər imtahanda  filan qrupdan filankəsləri tapşırırsınız , bax, həmin qrupdanam. Sovet dövründə kiməsə belə söz demək olardı? “Qəbul komisiyyasının üzvlərinə qarşı nalayiq hərəkət ediyimə görə“ məni institutdan çıxartdı. Bir il kolxozda işlədim, bacımı hazırlaşdırdım. Növbəti il bacım qəbul olundu, sonra mən də instituta  bərpa olundum. Qrup yoldaşlarım 5-ci kursda oxuyanda mən 4-cü kurda təhsilimi davam etdirdim. Yanlış da bir naxışdır.

Keçən il Mehriban Əliyevaya məktub yazmışdınız evlə bağlı. O məktuba cavab olmadı?

Məktubum ona çatsaydı yəqin ki, cavab olardı. Məktubum ünvanına çatmadı. Əslində mən birinci kursda oxuduğum vaxtlardan hər problemimi özüm həll etmişəm. O məktubu məcbur olub yazmışdım. Bu ölkədə halal yolla ev almaq qeyri-mümkündür. Kaş ölkədə  elə şərait olaydı, hər kəs  cibinə uyğun qiymətə ev ala biləydi, fərqi yoxdur, nağd yoxsa kreditlə.

Kirayədə yaşamaq yaradıcılığınıza təsir edirmi?

Əlbəttə. Kirayə ev axtararkən bəzən bir ay heç bir işlə məşğul olmuram. Evdən səhər çıxıb, axşam qayıdıram. Hər evi bəyənmirəm. Metroya yaxın, normal qiymətli ev tapmaq çətindir. Kirayə haqda kiçik bir essem var. Kirayənin nə demək olduğunu bu essemdə aydın ifadə etmişəm. Kirayədə yaşamaq- özgənin evində  gecələməkdir, səhəri öz evində açmamaqdır. Kirayədə yaşamaq, başqasının aldığı stol arxasında nahar etməkdir. Daimi qonşunun olmamasıdır kirayədə yaşamaq. Ev telefonunun nömrəsini unutmaq, yaşadığın ünvanı güclə yada salmaqdır. Kirayədə yaşamaq, kirayə pulunu verəndən sonra, övladlarına yol pulu üçün verdiyin qəpikləri geri alıb çörək almaqdır. Kirayədə yaşamaq, qazandığını ev sahibinə verib aylarla diş ağrısına dözməkdir. Kirayədə yaşamaq, 10 il qabaq aldığın eynəyi dəyişə biməməkdir. Kirayadə yaşamaq, avtobusla yol gedərkən yol qırağında  satılan tikinti materiallarına  baxıb göyün yeddinci qatında o materiallardan özünə ev tikməkdir.

Problemlər içində ömür çürütməkdir kirayədə yaşamaq

Kirayədə yaşamaq – yaşayıram deyib özünü aldatmaqdır.

Bu yaxınlarda Varislə  söz-söhbətiniz oldu. O söhbətin axırı nə oldu?

Nə olacaq? Heç nə. Statusumda yazmışdım ki, Londondakı müsabiqəyə  mənim tərcümə etdiyim kitabı təqdim edib, mənim adımı ruscadan tərcüməçi kimi qeyd edib. Halbuki mən onun romanını Azərbaycan dilindən  ingilis  dilinə tərcümə etmişəm, rus dilindən yox. Həmin müsabiqəyə rusdilli yazıçıların əsərlərini qəbul edirlər. Varis sübut etməyə çalışdı ki, guya bu texniki səhvdir. Yaxşı, əgər texniki səhvdirsə, bəs niyə bu “ səhvi” hələ düzəltməyiblər. O kitabın elektron variantında  hələ də adım ruscadan tərcüməçi kimi yazılıb. Belə bir deyim var:  “Utan utanmazdan, qorx qorxmazdan.” Amma Varisin bir məsələdə mənə köməyi oldu. Bundan sonra tərcümə etdiyim kitabların taleyi ilə maraqlanıram. Tərcüməçi kimi adımın yazılıb-yazılmamasına diqqət edirəm. Varis məsələsindən sonra  bildim ki, Afaq  Şıxlı da Yaponiyada çap olunan kitabında  adımı tərcüməçi kimi qeyd etməyib. Şeirləri  yapon dilinə ingilis dilində mənim tərcümələrim əsasında tərcümə edilib. Yapon tərcüməçinin adı var, amma mənim adım yoxdur. Özünə bildirdim, dedi, guya bir də  kitab çap olunandan sonra bu “səhvdən” xəbər tutub.  Amma indi hansı dövrdür? Kitab çap olmazdan qabaq müəllifə elektron variantı yollayırlar.  Nə bilim, Varis özünü rusdilli yazıçı kimi göstərmək istəyir, bəlkə Afaq da şeirlərini ingilis dilində yazdığını bildirmək  istəyib? Əslində, bütün  günahlar məndədir. Öz  əməyimə   az qiymət verirəm. İnsanlara çox inanıram.

Azadə Taleh adlı bir şairə var. Onun 15-20 səhifəlik kitabçasını tərcümə etmişdim keçən il. İnanın, mənə cəmi 30 manat verdi.  Neyləyim?  Neçəyə tərcümə etdiyimi soruşdu, mən də dedim. O kitabçanı demək olar unutmuşdum. Bu yaxınlarda oxudum ki, o kitabçayla bağlı Mahnı teatrında  tədbir keçirıb. Məni dəvət etməyib. Zəng etdim, facebookdan yazdım ki, sən məni saymırsansa, mən də səni saymıram, zəhmət çək qanorarımın qalığını ver!  Hirslənib özündən çıxdı, ay şəkərim qalxdı, ay təzyiqim qalxdı. Hətta yazdı ki,onun şəkərini qaldırdığım üçün məni məhkəməyə verəcək. Özünə xeyriyyəçi deyən, neçə dəfə Həccə gedib gələn bu xanımın mənə yazdığı təhqirləri bura yazmaq istəmirəm.

Ən böyük arzunuz?

Qızlarımı xoşbəxt görmək! Daimi yaşaya biləcəyimiz bir evimiz  olsun!  Vəssəlam! Bir də can sağlığı! Virussuz bir dünya!

Söhbətləşdi: Şəfaqət Cavanşir

Goyce.az


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər