Son vaxtlar həyat sanki öz məcrasından çıxmışdı...

18:26 / 09.04.2020
Baxılıb: 2270

Aprelin 1-i Azərbaycanın ustad tərcüməçisi, dəyərli ədəbiyyatşünas Vilayət Hacıyevin doğum günüydü. Builki doğum günü həm də yubiley olması ilə əlamətdardır: Vilayət müəllim 70 yaşını qeyd edib.

Danılmaz faktdır ki, Vilayət Hacıyev çağdaş tərcüməçiliyimizin canlı korifeyidir, onun bu sahədəki yaradıcılığı isə əsl məktəb səviyyəsinə yüksəlib. Almandilli ədəbiyyatın ana dilimizə ali peşəkarlıqla çevrilməsində Vilayət müəllimin müstəsna rolu var. 

Vilayət Hacıyevin 70 illiyinin tamam olması, hər nə qədər narahat, qayğılı bir dönəmə təsadüf etsə belə, Azərbaycan ədəbi-ictimai mühiti üçün olduqca fərəhli hadisədir. Bu münasibətlə Vilayət müəllimi ürəkdən təbrik edir, ona möhkəm sağlamlıq, könül rahatlığı və yeni yaradıcılıq uğurları diləyir, görkəmli tərcüməçimizlə müsahibəni oxucuların diqqətinə çatdırırıq. 

- Vilayət müəllim, 70 illik yubileyinizi necə qeyd etməyi düşünmüşdünüz?

- Mən, adətən, buna cəhd etmirəm, xüsusi bir hazırlığım olmur. Həmişə dost-tanışlarım, tələbələrim nəsə təşkil edirlər. Bu il özüm istəyirdim nəsə edim. Amma karantinə görə alınmadı. Evdə oturub təbrikləri qəbul etməklə məşğulam (gülür). Ümid edirəm, bu pandemiya tezliklə aradan qalxacaq, normal həyatımıza davam edəcəyik.

- Karantin günlərindən necə faydalanırsınız?

- Məni yaxından tanıyanlar bilirlər ki, tətil günlərini əvvəlcədən, təqvimlə  müəyyənləşdirib planlar qururam. Çünki mən həmişə işləmişəm deyə, yaradıcılıqla, adətən, həftəsonu məşğul olmuşam. Amma maraqlıdır ki, nə Novruz tətilində, nə indiki vəziyyətə görə çıxdığım bir aylıq məzuniyyət günlərində əlim işə yatır. Belə vəziyyətə vaxtilə 20 Yanvar hadisələrindən sonra düşmüşdüm. Yadımdadır, Böllün “Bir təlxəyin düşüncələri” romanını tərcümə edirdim. Yarımçıq qaldı. Uzun müddət, on ildən çox tərcüməyə qayıtmadım. Ümumiyyətlə, qayıda bilmədim. İndi qorxuram, yenə o cür olsun. Özümü məcbur edirəm, amma alınmır, məndən asılı deyil. Görünür, psixoloji vəziyyətlə, dünyada hökm sürən gərginliklə bağlıdır. Ümid edirəm, keçib gedəcək.

- Söhbət tərcümədən düşmüşkən, bilmək olarmı indi hansı əsərin tərcüməsilə məşğulsunuz?

- Əlbəttə. Bayramdan bir neçə gün əvvəl gənc Avstriya-alman yazıçısı Daniel Keelmanın “Dünyanın arşını” romanını bitirib göndərdim nəşriyyata. Hazırda isə daha bir alman ədibi Mixael Kumpfmüllerin “Həyatın möhtəşəmliyi” romanı üzərində işləyirəm. Çalışıram ki, oxucularımız klassiklərlə bərabər çağdaş Almaniya ədəbiyyatı ilə də tanış olsunlar. Keelman kifayət qədər məşhur yazıçıdır. Sözügedən romanı 10 il ərzində 50-dən çox dilə çevrilib. Bir az əvvəl kitabın redaktoru zəng vurmuşdu, dedi ki, xeyli oxuyub, hələlik yaxşı gedir. Görək, sonra nə olur. Onu da deyim ki, bir qədər ağır, postmodernist mətndir. Elmi tərəfləri çoxdur. Gərək, ən azından, astrologiyadan, coğrafiyaşünaslıqdan məlumatlı olasan. Baza tələb edir oxucudan. Kumpfmüllerin əsəri isə Kafkanın ömrünün son ilindən bəhs edir. Bir hissəsini artıq tərcümə etmişəm. “Xəzər” jurnalının növbəti sayında çap olunacaq. Yəqin ki, bir neçə nömrə davam edəcək. Sonra da kitab halında çıxacaq.

- Yaradıcı insan, tərcüməçi kimi pandemiya və karantinə baxışınız maraqlıdır...

- Araşdırmalar, analizlər, məqalələr oxuyuram bu barədə. Maraqlıdır ki, sanki yüz ildən bir dünyanı silkələyən hadisələr baş verir. Hər halda bu, təbitətin qisasıdır, məncə. Son vaxtlar həyat sanki öz məcrasından çıxmışdı. Yəqin təbiət yenidən həyatın axarını öz yoluna qaytarmaq istəyir. Məncə, hazırkı vəziyyət insanların daxili aləminin dəyişməsinə kömək edəcək. Nəyisə dəyişmək, nəyisə dərk etmək üçün gərək təbiət bizi bir qədər silkələsin. Məni həmişə bu sual maraqlandırır: biz niyə bu dəhşətləri mütləq görməliyik ki, səhvimizi başa düşək? Halbuki elmin, texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə bunu özümüz anlamalıyıq. Tərcümə etdiyim romanda, dolayı da olsa, bu məsələyə toxunulur. Ümumiyyətlə, təbiət çalışır ki, həmişə öz axarı ilə getsin. Onun yolunu dəyişmək olmaz. Təbiətin işinə qarışmaqla nizamı pozuruq. O da bu yolla bizdən qisas alır.

- Yaşadığımız bu günləri indiyədək tərcümə etdiyiniz, ya da oxuduğunuz hansı əsərdəki ən çətin, ağır məqamla müqayisə edərdiniz?

- Mənə elə gəlir ki, ən dəhşətlisi budur. Müxtəlif dövrlərdə oxşar hallar üzə çıxsa da, indiki kimi informasiya axını olmadığından bu qədər qabardılmır, dünyanı yerindən silkələmirdi. Sən deyən xəbərdar da olmurduq. Məsələn, təxminən 100 il əvvəl ortaya çıxan ispan qripi 100 milyona yaxın tələfata səbəb olub. Amma bu rəqəmi sadəcə statistika kimi qəbul etmiş, ciddi yanaşmamışdıq. İndi-indi mahiyyətinə varırıq. Heç Azərbaycanda olub-olmadığından da xəbərsizdik. Məsələn, taunun özünü belə əsərlərdən oxuyub bilmişik.

- Remark, Böll, Hesse kimi nəhənglərdən tərcümələr etmisiniz. Bəs sizcə, ən yaxşı tərcüməniz hansıdır?

- Bu suala cavab verəndə əksərən “əsərlərim də övlad kimidir, ayrı-seçkilik etmək çətin olar” deyirlər. Mənə uğur qazandıran ilk tərcüməm Erix Maria Remarkın “Zəfər tağı” romanı olub. Mənim ilk kitab tərcüməmdir. O vaxt çox yaxşı qarşılanmışdı. Həmin dövrdə Yazıçılar İttifaqına üzv olmaq asan deyildi. O tərcüməyə görə ittifaqa üzv qəbul edildim. Ancaq maraqlıdır ki, daha çox xatırlanan, yayılan Herman Hessenin “Yalquzaq” romanıdır. Dörd dəfədən çox çap olunub. Ziyalılar da təqdir edirlər.

Sonra 2012-ci ildə Frans Kafkanın “Məhkəmə” romanını Azərbaycan dilinə tərcümə etdiyim üçün “Tofiq Bayram” mükafatı almışam. Ötən il isə orijinaldan bədii tərcümə nominasiyası üzrə Haynrix Böllün “Kişisiz ev” romanına görə, “Qızıl kəlmə”yə layiq görülmüşəm.

- Azərbaycanda tərcümənin problemləri, perspektiv barədə fikirləriniz maraqlıdır...

- Həmişə demişəm, bizdə, məsələn, ruslarda, gürcülərdə olduğu kimi tərcümə məktəbi olmayıb. Xüsusən, 2000-ci illərin əvvəllərində tərcümə bumu yaşananda da qətiyyən narahat olmadım. Çünki nəyinsə yaranması üçün çoxluq lazımdır ki, seçim imkanı olsun. Bu məsələdə optimistəm. Düzdür, orijinaldan tərcümə problemi öz aktuallığını saxlayır. Bizdə bu sahədə mütəxəssis, demək olar ki, yoxdur. Amma maraqlıdır ki, ruscadan, eləcə də ikinci dildən tərcümənin keyfiyyətində yaxşılaşma gözə çarpır. Əvvəllər kommersiya məqsədli tərcümələr daha çox idisə, indi ədəbi meyarlar əsas götürülür. Mənə elə gəlir ki, yaxşı olacaq. Özümün də əməkdaşı olduğum Dövlət Tərcümə Mərkəzində Etimad Başkeçid, Mahir Qarayev, Saday Budaqlı, Nəriman Əbdürrəhmanlı, Fərhad Abdullayev kimi tərcüməçilər toplanıb. Yazıçılar Birliyinin bu sahə ilə məşğul olan, şair Səlim Babullaoğlunun rəhbərlik etdiyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi var. Bunları nəzərə aldıqda demək olar ki, Azərbaycanda tərcümə sahəsində proses müsbətə doğru gedir. Çünki seçmək üçün mütləq ələmək lazımdır, ələmək üçünsə seçim imkanı olmalıdır.

- Gənc tərcüməçilərə münasibətiniz necədir?

- Çox yaxşı! Elə alman dilindən tərcümə edən Zaur Səttarlının, Nilufər Məmmədzadənin tərcümələri uğurludur. Azad Yaşarın, Svetlana Turanın, Seyfəddin Hüseynlinin fəaliyyətini qiymətləndirmək lazımdır. Adını çəkəcəyim çox adam var, Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalığı” əsərini tərcümə edən Günel Mövludu, eləcə də Hessenin əsərlərini çevirən Kifayət Haqverdiyevanı da nümunə göstərmək olar. Bütünlükdə gənc tərcüməçilərdən söhbət gedirsə, həmişə onların gələcəyinə inanmışam. Tövsiyə kimi onu deyə bilərəm ki, təlsəməməyə, diqqətli olmağa çalışsınlar. Tərcüməçiliyə sənət kimi yanaşılması məni çox sevindirir. Peşəkarlıqdan savayı, əsər seçimi də vacib amildir. Hər bəyənilən əsəri deyil, Azərbaycan ədəbiyyatı, mədəniyyəti üçün xüsusi dəyər kəsb edənləri tərcümə etmək lazımdır.

Tərcümə söz duyumu ilə bağlıdır. Duymaq və onu uğurlu şəkildə ifadə etmək... Burda qayda çoxdur. Amma ən əsası sözü duymaqdır.

- Sizdən daha çox hansı yöndə məsləhətlər alırlar və sizin hansı tövsiyələriniz olur?

- İşlədiyim mühitdə tərcümə sənətinin qaymaqları toplaşıb, burada kimin kimdən öyrənməyini dəqiqləşdirmək çətindir. Hamımız bir-birimizdən öyrənirik. Gnclərə tövsiyəm isə bu sənətə ciddi yanaşmaq və tələsməməkdir. Hərdən saytlarda qəribə yazılar görürəm. Sanki tələsirlər ki, imzaları görünsün, tanınsın. Əvvəla, mükəmməl tərcümə mümkün deyil. Çünki yaradan bir dəfə yaradıb. Onu ikinci dəfə təkrarlamaq olmayacaq. Bunu yalnız Allah edə bilər. Biz imkan daxilində orijinala yaxın yaratmalıyıq. Özü də dilimizin qayda-qanunları çərçivəsində. Əsas məsələ tələsməməkdir. Tələsməmək, tələsməmək, yenə də tələsməmək...

- Nə kimi yaradıcılıq planlarınız var?

- 70 yaş və planlar... (gülür) Amma var, bəzi planlarım var... Klassik alman ədəbiyyatı, necə deyərlər, yaralı yerimdir. Düzdür, müasirləri də çevirirəm, amma klassik əsərlərin tərcüməsinə xüsusi yanaşıram. Nəşriyyatdan da çox şey asılıdır. Şahbaz Xuduoğluya söz vermişəm ki, imkan olan kimi Kafkanın “Amerika” romanını tərcümə edəcəm. “Qəsr”i müəllimim Çərkəz Qurbanlı edib. Mən də “Məhkəmə”ni tərcümə etmişəm, “Amerika” qalıb... Sağlıq olsun.(525.az)

Cavid QƏDİR


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər